Ana səhifə

Mirac Nədir?


YazdırSend to friend

    Allah, merac hadisəsində Hz. Peyğəmbəri (s.ə.s.) bütün mülk və səltənətinin ən incə təfərrüatlarına qədər gəzdirmiş və göstərmişdir. Bu mülk və səltənəti içində səmavatın hər bir təbəqəsində Allah'ın bir ismi (əsami-hüsna) bir sifəti hakimdir və bu təbəqədə o ismə ən böyük dərəcədə məzhər olmuş bir nəbi yaşamaqdadır. Meracda Nəbiləri ziyarət etməsinin təməlində bu incə və lətif mənalar hökm edir.

    Hər ismin təcəlli etdiyi, göründüyü ərşi vardır. Ərş burada isim və sifətlərin özünü ən parlaq bir şəkildə göstərib səhnələndiyi sahə və yer mənasındadır. Buna görə Allah`ın hər isim və sifətinin bir ərşi bir səhnəsi vardır. O Ərşdə, o səhnədə baş rol o isim və sifətindir.

    Allah'ın hər isim və sifəti digər isim və sifətlərdən həm hökm həm də məna olaraq fərqli olduğu üçün, ərşi hökmündə olan və təzahür edəcəyi məqam və sahədə fərqli və başqa bir şəklə, vəsfə girər. Məsələn iradə sifətinin mana və hökmü ilə qüdrət sifətinin mana və hökmü necə fərqli isə, bu sifətlərin əksərən təcəlli etdiyi məqam və sahələr da ona görə fərqlidir.

   Məsələn, Allah'ın iradə sifəti qüdrət sifətinə nisbətlə daha zərif və lətif olmasından, təzahür sahəsi olan hava da ona görə zərif və lətifdir. Buna görə hava Allah'ın iradə sifətinə bir ərşdir.

    İşıq və nurun, -atəş də buna daxil ola bilər- elm sifətinə ərş olmasında da oxşar mənalar və hökmlər vardır.

    Su bütün canlıların ən təməl ehtiyacı və bütün bitki və heyvanların əsas mənbəyi olduğu üçün, bütün ikram və ehsanlar su təməlində bizə ikram edilir. Bu səbəblə şəfqətin ən maddi vasitəsi olan ehsan və ikramlar su vasitəsi ilə bizə gəlir. Su bu cəhəti ilə Allah'ın ehsan və şəfqətinə bir ərş olur.

    Torpaq həyata və həyatın mühafizəsinə mənbə olduğu üçün Allah'ın Hafiz və Muhyi isimlərinə ərş vəzifəsini görür. Çünki bütün toxumları nəzdində mühafizə edən və əmizdirən torpaqdır. Toxumlar isə bütün canlıların həyat vasitəsidir.

    Yenə səma aləmi Allah'ın cəlal və əzəmət sifətlərinin ərşi və səhnəsidir. Cəlal və əzəmət sifəti ən parlaq və kəskin olaraq səma aləmində özünü göstərir. Bu səhnədə baş rolda Cəlal ismidir, digər isimlər bu ismin kölgəsində və öndərliyində təzahür edirlər.

   Eyni şəkildə bir çiçəyin şirin və gözəl üzündə isə Allah'ın Camal və Müzəyyin ismi hakimdir. Çiçək bu isimlərin ərşi hökmündədir. Yəni çiçəkdə əksərən Camal ismi səhnələnir deməkdir.

    Xülasə olaraq hər bir isim və sifətin əksrən təcəlli edib təzahür etdiyi bir ərş, bir yer vardır.

"Yəni, Cənâb-ı Haqq'ın məxluqatın tərtibində təcəlli etdirdiyi ayrı-ayrı isim ünvanlarla və rububiyyətinin səltənətində təşkil etdiyi tədbir dövrləri və icadda və o dairələrdə bir ərşi-rububiyet və bir təsərrüf mərkəzinə vəsilə olan bir səma təbəqəsində göstərdiyi rububiyət əsərlərini bir-bir o xüsusi quluna göstərməklə. "(1)

     Bu cümlə səmanın yeddi təbəqəsində əksərən hökm edən isimlərin təsərrüf (idarə) və dövrlərinə işarə edir. Necə ki kainat səhnəsinin içində çox səhnələr dolaşıq bir şəkildə mövcuddursa, eyni məna, səma təbəqələri və dairələri üçün də keçərlidir. Və hər səma dairə və təbəqəsində bir isim əksərən təcəlli edib hökmünü icra edir. Hz. İsa (as) 'in olduğu səma təbəqəsində qüdrət sifətinin əksərən təcəlli etməsi kimi.

    Məhz Peyğəmbər Əfəndimiz (s.ə.s.) mirac möcüzəsi ilə bütün bu təbəqə və sahələri görüb seyr etmiş və hər bir ismi ən böyük mənada təfəkkür etmişdir. Yəni hər ismin ərşinə, yəni ən yüksək və uca təcəllisinə çıxmış və seyr etmiş və Allah'ı bütün isimləri ilə ən üst pərdədən tanımışdır.

   Mirac, Həzrəti Peyğəmbər (s.ə.s.) 'in, Allah qatındakı dəyər və əzəmətini göstərən simvolik bir səyahətdir.

Müəllif: 


23-04-2017 03:51:35

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz