Ana səhifə

Möminin ölümə baxışı necə olmalıdır? Mömin ölümdən qorxarmı, qorxmaq günahmı?


YazdırSend to friend

Ölüm yoxluq deyil. Daha gözəl bir aləmin qapısıdır. Necə ki, torpaq altına girən bir çəyirdək, görünüşdə ölür, çürüyür və yox olur. Lakin gerçəkdə daha gözəl bir həyata keçid edir. Çəyirdək həyatından ağaclıq həyatına keçir.

Eynilə bunun kimi, ölən bir insan da görünüşdə torpağa girir, çürüyür amma gerçəktə bərzəx və qəbir aləmində daha mükəmməl bir həyata qovuşur.

Bədən ilə ruh, lampa ilə elektrik kimidir. Lampa qırılınca elektrik yox olmur və var olmağa davam edir. Biz onu görməsək də inanırıq ki, elektrik hələ mövcuddur. Eynilə bunun kimi, insan ölməklə ruh bədəndən çıxır. Lakin var olmağa davam edir. Cənab-ı Allah Ruha münasib daha gözəl bir paltar geydirərək, qəbir aləmində həyatını davam etdirir.

Bu səbəblə Peyğəmbərimiz, "Qəbir ya Cənnət bağçalarından bir bağça, ya da Cəhənnəm çuxurlarından bir çuxurdur." buyuraraq, qəbir həyatının varlığını və necə olacağını bizə xəbər verir.

İmanlı bir insan sağalmayan bir xəstəlikdən ölsə şəhiddir. Belə şəhidlərə mənəvi şəhid deyirik. Şəhidlər isə qəbir həyatında sərbəst gəzərlər. Özlərinin öldüyünü bilməzlər. Sanki yaşadıqlarını zənn edərlər. Sadəcə daha mükəmməl bir həyat yaşadıqlarını bilirlər. Peyğəmbərimiz, "Şəhid ölüm ağrısını hiss etməz." buyurar.

Qur'an-ı Kərim də şəhidlərin ölmədiyi bildirilir. Yəni özlərinin öldüyünün fərqində deyildirlər. Məsələn iki adam düşünün. Yuxuda çox gözəl bir bağçada birlikdə olurlar. Biri yuxu olduğunu bilir. Digəri isə yuxu olduğunun fərqində deyil. Hansı daha mükəmməl ləzzət alar? Əlbəttə ki yuxu olduğunu bilməyən. Yuxu olduğunu bilən, indi oyansam bu ləzzət qaçacaq deyə düşünər. Digəri isə tam və gerçək ləzzət alar.

Budur normal ölülər , öldüklərinin fərqində olduğu üçün ləzzətləri əskikdir. Halbuki şəhidlər öldüklərini bilmədiyindən aldıqları ləzzət tamdır.

İmanlı ölən və qəbir əzabı görməyən insanların ruhları sərbəst gəzər. Bu səbəblə xeyli çox yerə gedib gələ bilərlər. Bir anda çox yerdə ola bilərlər. Aramızda gəzmələri mümkündür. Hətta şəhidlərin əfəndisi Hz. Həmzə xeyli çox insana kömək belə etmişdir, və hələ də kömək etdiyi insanlar vardır.

Ruhlar aləmindən ana qarınına gələn insanlar, oradan dünyaya doğularlar. Burada görüşüb tanışarlar. Eynilə bunun kimi bu dünyadakı insanlar da, ölüm ilə o biri tərəfə doğularlar və orada gəzərlər. Necə ki buradan o biri tərəfə gedəni yola salırıq. Qəbir tərəfindən də buradan gedənləri qarşılayanlar var. İnşallah bizləri də başda Peyğəmbərimiz olmaqla, bütün sevdiklərimiz orada qarşılayarlar. Yetər ki bizlər Allaha gerçək qul olaq.

Yeni doğan uşağı burada qarşıladığımız kimi, buradan o biri tərəfə gedən bizləri də inşallah dostlarımız qarşılayacaqdır. Bunun şərti Allah'a iman, O`na və Peyğəmbərinə tabe olmaq və iman ilə ölməkdir.



27-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz