Ana səhifə

Müsəlman Gənclərə Məktub


YazdırSend to friend

     Əziz möhtərəm qardaşım ...

     Madam ki İslâm'ın hər dərdinə razı olduğunu bildirirsən, bu müjdənlə bizə eşq və şövq verirsən, o halda yaxşı dinlə:

   Vəzifən: Tikanlar arasında güllər toplayacaqsan. Ayağın çılpaqdır, batacaq. Əlin açıqdır, sancacaq. Buna sevinəcəksən!

      Fironlar qucağında böyüyən uşaq Mûsâ'ları səfinə alacaqsan. Aldığın üçün döyəcəklər. Danışdığın üçün zindana qoyacaqlar; sevinəcəksən!

    Çöllərə sürgün edilsən, qanınla ağac yetişdirəcəksən. Qütplərə sürgün edilsən, vücud hərarətinlə bitkilər böyüdəcəksən. Yaşıllığı sevməyənlər olacaq. Yandıracaqlar, dağıdacaqlar. Sən bunu səbirlə səyr edəcəksən!

     Qaranlıq zindanlara atarlarsa, İşıq; paslı vicdanları görərsən, Ümid; imansız qəlblərə rastlasan, Nur verəcəksən.  Sən verdiyin üçün, cinayət; sən gətirdiyin üçün, cəza; sən söylədiyin üçün, məhkum olacaqsan. Və buna şükr edəcəksən!

     Anadan, yardan, sərdən ayrılacaqsan. Candan, könüldən Qur'ân'a bağlanacaqsan. Damla ikən dəniz, nəfəs ikən tayfun olacaqsan. Dərdini yazmaq üçün dərini kağız, qanını mürəkkəb edəcəksən. Kimsə ilə görüşdürməsələr, məcnun olub çöllərə düşəcəksən. Leyla axtarır kimi nur axtaranları tapacaqsan. Tapa bilməsən üzülməyəcəsən!

     Məqamlar, sərvətlər versələr, nəfsini unudacaqsan ...

     Yalan, böhtan, şər fırtınasına tutulsan, hissiyyatını tərk edəcəksən…

    Önündə dəmirdən sədd çəksələr, dişinlə dələcəksən. Dağları tamamən oymaq gərəkərsə, iynə ilə oyacaqsan. Unutma! Harada olursan ol, küfrün və cəhlin ta təməlini çürüdəcəksən.

    Bir gün Qur'an ətrafındakı divarların yıxıldığını görsən; dərhal sümüklərini daş, ətlərini torpaq, qanını da su edəcəksən.

    Ətrafına elmdən, irfandan, fəzilətdən, əxlaqdan qalalar tikəcəksən. Qalalar, fədailər istər. Necə olsa sən də içində fədai olacaqsan.

   Bu məktubu oxuyanda, Məsnəvi`ni oxuyan Yunus Əmrə kimi "Uzun olmuş" deyəcəksən. Onun kimi "Mən olsa idim 'Ətə, kəmiyə büründüm. Yunus deyə göründüm`deyərdim" dediyi kimi, sən də "Nə lüzum vardı uzun uzun yazmağa, qısaca 'Qur'ân tələbəsi olacaqsan' desəydin bəs edərdi" deyəcəksən.

    Haqlısan; çünki İslam yoluna girən, bilir ki bu yol qıldan incə, qılıncdan kəskindir. Hər kişinin deyil, ər kişinin yoludur.

    Səni bütün ruh-u canımla qucaqlayar, gözlərindən öpər, dualarına müqabilə edər, Allah'ın razılığı dairəsində görüşmək üzrə məktubuma son verərkən, dəlalətə düşən din qardaşlarımın, qısa bir zamanda sizin kimi hidayətə qovuşmalarını Cənâb-ı Vacibul-vücud olan Hazrət-i Allah'dan niyaz eylərim. Amin.

Zübeyir Gündüzalp

Müəllif: 


24-11-2016 06:35:38