Ana səhifə

Müsəlmanın, müsəlman olmayan ölkədə yaşaması olar?


YazdırSend to friend

Müsəlmanın, Müsəlman olmayan ölkəyə gedib orada yaşamasının caiz olması, İslami məsuliyyətlərini yerinə yetirməsi, müsəlman olmayanların adət və vərdişlərindən uzaq qalması şərtinə bağlıdır. Əgər olduğu yerdə İslami ənənələrini rahatca yaşayır, ibadət və mükəlləfiyyətlərini asanca yerinə yetirirsə, ətrafına nümunə olur, İslamın gözəlliyini göstərir deməkdir. Bu təqdirdə olduğu yerdə qalması, nümunə həyatını davam etdirməsi caizdir.

 

İmamı Rəmliyə vaxtilə İspaniyanın Ergun elindəki Xristian idarəsi altında yaşayan Müsəlmanların hicrət edib etməyəcəkləri xüsusu soruşulduğunda belə cavab vermişdir:

- İbadət və itaətlərini tam olaraq etdikləri təqdirdə hicrət etmələri caiz deyil. Çünki olduqları yerdə də başqalarının İslama girmələrinə səbəb ola bilərlər.

 

Bundan aydın olan odur ki, Müsəlman olduğu müsəlman olmayan ölkəsində İslamın gözəlliklərini şəxsində yaşayaraq göstərəcək, nümunə bir həyat yaşayacaq.

 

Bilindiyi kimi, İstanbulun fəthindən əvvəl Ayasofya yaxınında bir Müsəlman məhəlləsi qurulmuş, burada nümunə İslami həyat yaşayan Müsəlmanlar, Bizansın təslim olmasında böyük rol oynamışlar.

 



19-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz