Ana səhifə

Müsəlmanlara qarşı kafirlərə kömək etmək adamı dindən çıxarar?


YazdırSend to friend

- İslam dinində, gərək mürtədlik mövzusu olsun, gərəksə başqa bir günah olsun, onu işləyənin cəhaləti bəhanə olaraq qəbul edilməz. Bu gün mədəni hüquqda da "Qanunu bilməmək bəhanə deyil" deyə bir qayda vardır. Əks halda, cinayətlərin önünü almaq qeyri-mümkünləşər. Hər cinayət törədən "Mən bunun cinayət olduğunu bilmirdim." deyib işin içindən sıyrıla bilər.

- Cəhalət, tək "karibu'l-ahd" deyilən yeni Müsəlman olmuş mühtediler üçün etibarlı ola bilər. Bir də nəzəri ölçüsü olan mövzularda bəzi kəslərin cəhaləti bir bəhanə qəbul edilə bilər.

- Müsəlmanlara qarşı kafirləri dəstəkləmənin küfr olması məsələsi isə, bir az irdələnilməyə ehtiyac duyan bir mövzudur. Bilindiyi üzrə, küfr etiqadı bir məsələdir. Adamın niyyəti böyük rol oynayar. Bəzən bir hərəkət küfr kimi görünər lakin sahibi kafir olmaz. Bu səbəblə, Müsəlmanlara qarşı kafirləri dəstəkləmənin küfr olub olmadığını bilmək üçün, dəstəkləmənin gerçək səbəbini bilmək lazımdır.

Əgər, bu dəstəkləmə işi, kafirləri Müsəlmanlara seçmək, Müsəlmanların -Müsəlman olduğu üçün- yox olmasını istəmək kimi bir məqsəd daşıyırsa, bunun küfr olduğunda şübhə olmaz. Əgər, işin içində, dinin xaricində başqa səbəblər varsa, o səbəblərə də etibar edilər.

Bu səbəblərin yüzlərlə növü ola bilər. İqtisadi, siyasi, ictimai ola bildiyi kimi, haqsız bir sıra başqa səbəblər də ola bilər. Müsəlmanlara qarşı kafirləri dəstəkləmək, küfrdən çox bir cinayət-günah olaraq qiymətləndirmək lazımdır. Xüsusilə bugünkü dünyada, boğuşmaların çoxu -din oxunun xaricində- cərəyan etməkdədir. Bəzən Müsəlmanlar, Müsəlmanlara qarşı kafirləri dəstəklədiyi kimi, bəzən də kafirlər kafirlərə qarşı Müsəlmanları dəstəkləməkdədir. Bu da işin içində başqa səbəblərin varlığını göstərməkdədir.

- Ayrıca, təkfir mexanizmini istifadə etmək hər vaxt risklidir. Bizə düşən Müsəlmanları sevmək, lakin onların zülmlərinə də ortaq olmamaqdır.

Küfrü tələb edəcək şeyə inanan adam kafir olar. Ancaq ağızından küfrü tələb edəcək bir söz çıxan adama kafir olar deyilməz. Çünki bəzən söz küfr olsa da söyləyəni kafir etməz. O sözü söyləməsi küfründən deyil başqa səbəblərdən qaynaqlana bilər.

Küfr və iman ürəyə aid şeylərdir. Elfazı küfrdən bir söz istifadə edən kimsə, ürəkdən imanı tərk etməmişsə, sırf bu sözü istifadə etməkdən ötəri imanı getmiş olmaz.



07-11-2009 12:00:00