Ana səhifə

Mushafa dəstəmazsız toxunmaq olmaz !


YazdırSend to friend

Alləmə İbn Abdil Bərr (368-463 h/978-1071 m) "Əl İstizkar" adlı əsərində bu haqda İslam fiqhinin dirəkləri sayılacaq sələf fəqihlərinin icmasını nəql edir:

 

وأجمعَ فقهاءُ الأمصار الذين تدُور عليهم الفتوى وعلى أصحابهم ، بأن المصحفَ لا يمَسُّه إلا الطاهرُ

 

وهو قول مالكٍ ، والشافعي ، وأبي حنيفةَ وأصحابهم ، والثوريِّ ، والأوزاعي ، وأحمدَ بنِ حنبلٍ ، وإسحاقَ بن راهويهِ ، وأبي ثورٍ وأبي عُبيْد. وهؤلاء أئمة الرأي والحديث في أعصارهم

 

ورُوي ذلك عن سعْد بن أبي وقاصٍ، وعبد الله بن عمرَ ، وطاوسٍ ، والحسن ، والشعبي ، والقاسم بن محمد ، وعطاءٍ ، وهؤلاء مِن أئمة التابعين بالمدينة، ومكةَ ، واليمن ، والكوفة ، والبصرة

 

قال إسحاق بن راهويه : لا يقرَأ أحدٌ في المصحف إلا وهو متوضِّئ ، وليس ذلك لقول الله عز وجل : {لا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ} , ولكن لقول رسول الله صلى الله عليه وسلم : لا يمسُّ القرآنَ إلا طاهرٌ

 

وهذا كقول مالكٍ ومعنى ما في الموطأ

وقال الشافعي ، والأوزاعي ، وأبو ثور ، وأحمد : لا يمس المصحفَ الجنب ، ولا الحائضُ ، ولا غيرُ المتوضِّئ

 

"Fətva məqamı onların və əshablarının əlində olan müxtəlif şəhər fəqihləri icma etmişlər: Mushafa ancaq (iki hədəsdən təmiz, qüslü və dəstəmazı olan) tahir kimsə toxuna bilər.

 

Bu Malikin, Şafinin, Əbu Hənifə və əshabının, Səvrinin, Əvzainin, Əhməd bin Hənbəlin, İshaq bin Rahaveyhin, Əbu Səvrin, Əbu Ubeydin görüşüdür. Bu sayılanlar öz əsrlərində rəy və hədisin imamları idi.

 

Bu görüş həmçinin Sad bin Əbi Vaqqas, Abdullah bin Ömər, Tavus, Həsən, Şabi, Əl Qasim bin Muhəmməd, Atadan da rəvayət edilmişdir. Bu sayılanlar Mədinədə, Məkkədə, Yəməndə, Kufədə və Bəsrədə tabiunun imamları idi.

 

İshaq bin Rahaveyh belə demişdir: Heç kimsə dəstəmazsız halda Mushafa (toxunaraq) onu oxuya bilməz. Bunun dəlili Allahın - azzə və cəllə - "Ona ancaq təmizlənmiş olanlar toxunar" ayəsi deyildir. Dəlil, Allah Rəsulunun - sallallahu aleyhi və səlləm - bu hədisidir: "Qurana ancaq təmiz olan toxunar!"

 

Bu İmam Malikin görüşü və "Əl Muvatta" əsərində olanların ifadə etdiyi məna kimidir.

İmam Şafi, Əvzai, Əbu Səvr və Əhməd demişlər: Mushafa cunub, heyzli və dəstəmazsız olan kimsə toxuna bilməz."

Qaynaq: İbn Abdil Bərr: Əl İstizkar: 8/10-11

Qahirə: 1414/1993

 

***

Hənbəli fəqihlərindən Əbu Muzəffər İbn Hubeyra (499-560 h/1105-1165 m) bu barədə dörd məzhəb imamının icmasını nəql edir:

 

وأجمعوا على أنه لا يجوز للمُحدِث مسُّ المصحف

 

"Onlar (dörd imam) icma etmişlər: Muhdisin (qüslü və dəstəmazı olmayan kimsənin) mushafa toxunması caiz deyildir."

 

Qaynaq: İbn Hubeyra: İxtilaful Əimmətil Uləmə: 1/46

Beyrut: Darul Kutubil İlmiyyə: 1423/2002

***

Mushafa təmiz olmadan toxunmaq barədə Hənbəlilərdən Əhməd İbn Teymiyyəyə (661-728 h/1263-1328 m) verilən sual və cavabı:

هل يجوز مسُّ المصحَف بغير وضوءٍ أم لا ؟

الجواب: مذهبُ الأئمة الأربعة : أنه لا يمَسُّ المصحَفَ إلا طاهرٌ ، كما قال في الكتاب الذي كتبه رسول الله صلى الله عليه وسلم لعمرِو بن حزمٍ : { إنَّهُ لَا يَمَسُّ الْقُرْآنَ إلَّا طَاهِرٌ } , قال الإمام أحمد : لا شكَّ أن النبيَّ صلى الله عليه وسلم كتبه له ، وهو أيضا قولُ سلمانَ الفارسي ، وعبدِ الله بن عمرَ ، وغيرِهما ، ولا يُعلم لهما مِن الصحابة مخالفٌ

 

"Sual: Dəstəmazsız olaraq Mushafa toxunmaq caizdir yoxsa yox?

 

Cavab: Dörd imamın məzhəbi/görüşü budur ki, Mushafa ancaq (hər iki hədəsdən də) təmiz olan toxuna bilər. Necəki, Rasulullahın - sallallahu aleyhi və səlləm - Amr bin Hazma yazdığı məktubda deyilir: "Qurana ancaq təmiz olan toxunar!"

İmam Əhməd belə demişdir: Şəkk yoxdur ki, Nəbi - sallallahu aleyhi və səlləm - bunu ona yazmışdı.

Bu həmçinin, Salman Əl Farisinin və Abdullah bin Ömərin görüşüdür. Səhabədən bunlara müxalif olan kimsə məlum deyil."

Qaynaq: Əhməd bin Teymiyyə: Əl Fətəval Kubra: 1/280

Beyrut: Darul Kutubil İlmiyyə: 1408/1987

Müəllif: 


27-05-2018 02:08:08