Ana səhifə

Nə üçün hər şey insana xidmət edir ?


YazdırSend to friend

Bir ağacın, köküylə gövdəsiylə budaq və yarpaqlarıyla meyvəyə xidmət etməsi kimi, bu varlıq aləmi də insana xidmət etməkdədir. Bu insana Allahın bir lütfüdür. İnsanın dünyaya xəlifə olmasında bu məna gizlidir.

 

Hədisdə, "Dünya axirətin tarlasıdır." buyrulur. Bu dünya tarlasının məhsullarından ən əhəmiyyətlisi insandır. Və axirət aləminin, cənnət və cəhənnəm deyilən iki böyük toplanma mərkəzi insanlar üçün hazırlanmışdır. Cənnət və cəhənnəm insan üçün olduğu kimi bu dünyadakı bütün varlıqlar da əsas olaraq insan üçündür, insana xidmət etməkdə, onun üçün çalışmaqda, daha doğrusu, bir İlahi rəhmət və hikmət tərəfindən ona xidmət etdirilməkdədir.



15-11-2009 12:00:00