Ana səhifə

Nə üçün tam mənasıyla ibadət edə bilmirəm, Allah'a xalis bir qul ola bilmirəm? Mən dini sağlam, inancları qüvvətli bir müsəlman olmaq istəyirəm, bunu əldə etmək üçün nə etməliyəm? Nəfslə cihad ...


YazdırSend to friend

Çox elm sahibi olmaq demək, çox iman sahibi olmaq mənasını verməz. Namaz, qılına qılına vərdiş halına gətirilir, namaz haqqında çox kitab oxuyaraq deyil. Oxuyub yazan olmayan nənələrimiz heç teheccüt namazını qaçırmaz, amma namaz mövzusunda hər cür kitabı oxumuş olan bizlər nədənsə bir cür teheccüt namazı qıla bilmərik. Bu halda israrla praktik etmək çox önəmlidir.

İnsan həyatının ən ön sırasına dini qoymalıdır. Dinimizi dünyaya deyil, dünyanı dinimizə tabe etməliyik. Bunu etdiyimiz zaman daha asanlıqla özümüzü mühafizə edə bilərik.

Diqqət edəcəyimiz çox əhəmiyyətli xüsuslardan biri, günahlardır. İnsan günaha girdikcə namazdan ibadətlərdən sıxılar, ibadət etmək onu sıxmağa başlayar. Bir insan ibadətlərini tam olaraq yerinə gətirə bilmirsə, demək ki onu ibadətdən məhrum buraxan bir günah vardır. Günahlar iman zəifliyinə səbəb olar; təqva ilə (günahlardan çəkinməklə) iman qüvvət qazanar. Hər şeydən öncə hayatıımızı gözdən keçirib haralarda xəta edirik, bizi ibadətlərdən uzaqlaşdıracaq nə cür günahlarımız var, bunları təsbit edib tövbə istiğfarla müalicəsinə, bərpasına çalışmalıyıq.

Digər bir xüsus, çevrəmizdir. İnsan çevrəsini, dini həyatını öz idarəsi altına alacaq şəkildə formalaşdırmalıdır. Yəni daha önəmli bir məqsəd olan Allah`ən rızasına qovuşa bilmək üçün insan reaksiyalarını, davranışlarını və ya başqa məqsədə yönəlmə meylini nəzarət edib məhdudlaşdırmalı. Ətrafında mənəviyyatı yüksək insanların çoxluğu ona mənəvi qüvvət olacaqdır. Mənəviyyatdan uzaq insanların çoxluğu isə onu zamanla ibadətlərdən soyudacaqdır. Bu mövzu çox önəmlidir. Təqva sahibi insanlar insanın imanına qüvvət verərkən, günahkar insanlar da insanın imanını zəyiflədər. Bu gizli bir təlqin kimidir.

Bir digər xüsus isə, ibadətlərlə yanaşı təbliği unutmamaqdır. İnsanın vəzifəsi iki yönlüdür. Biri vəlayətə digəri risalətə baxar. Vəlayət insanın ibadətləri və təqvasıdır. Risalət isə təbliğə baxar. Birindən birinin olmaması digərini də geri buraxdırar. Həm Allah'a qul olmalı həm də insanları şüurlu qulluğa dəvət etməlidir.Beləcə başqalarını qurtarmağa çalışarkən özümüzü də qurtarmış olacağıq.

Ən önəmli xüsus isə, iman qüvvətinin artırılması. Hər cür əksikliyin qaynağı iman zəifliyidir. Zamanımızın ən böyük xəstəliyi iman zəifliyidir. Təəssüf ki, ətrafımızda açıq işlənən günahlar, mənəvi dünyamız üzərində çox böyük təsir etməkdədir. Fərqində olmadan imansızlıq təlqininə məruz qalmaqdayıq.

"Hər işlənən günahda küfrə gedən bir yol vardır." Günah işləyən insana Allah'ın və mələklərin onu görməsi ağır gələr. Müvəqqəti də olsa Allah'ın varlığını mələklərin varlığını yox sayar. Bu hal davam etdikcə küfr toxumu yaşıllanar, kök salar. Bu vəziyyət çox təhlükəlidir, tövbə ilə tez aradan qaldırılmaz, bərpa edilməzsə, insanı küfrə götürüncəyə qədər qəlbini qaraldar.

Aşkarda günah işləyən insan özünə zərər verdiyi kimi ətrafına də zərər verər. Sərbəst və sıxılmadan işlənən günahlarla ətrafına imansızlıq təlqini edər. İnsanlar bu təlqinə gün ərzində çox məruz qalmaqdadırlar. Bu təlqinin zərərlərindən xilas olmaq üçün eyni şəkildə iman təlqini ilə qarşılıq vermək lazımdır. İmanı qüvvətləndirən əsərləri bolca oxumaq və ətrafımızdakı insanlara təbliğ etməklə özümüzü, ətraf mühitin zərərli təlqinlərindən qorumaqla yanaşı ətrafımıza iman təlqini etmiş olarıq.

Allah hər birimizə təqva üzərinə səbir qüvvəti nəsib etsin.

 

 



11-07-2015 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz