Ana səhifə

Nəcis və damla problemi


YazdırSend to friend

NƏCASƏT VƏ DAMLA PROBLEMİ

Bu yazıda toxunmaq istədiyimiz iki önəmli məsələ vardır.
Birincisi təbii ehtiyacın dəf edilməsi zamanı nəcasətin üzərimizə bulaşması. 
Digəri isə ehtiyac dəfindən sonra gələn damla problemidir.
Bir çox müsəlmanın bu mövzuda sıxıntıyla qarşılaşdığını nəzərə alaraq bu haqda kiçik həcmli bir yazını sizə təqdim edirik.


1. Nəcasətdən qorunmaq.

Ümümən və xüsusilə də təbii ehitiyacın dəfi zamanı nəcasətin üzərimizə bulaşmasından qorunmaq vacib olan əməllərdəndir. Müsəlmanlardan bir qismi buna yetərincə önəm verməsədə, nəcasətdən qorunmamaq qəbir əzabına, şərtləri yerinə gəlmədiyi üçün namaz kimi ibadətlərin boşa çıxmasına səbəbdir.

Elə isə dəf zamanı qorunmanın yolları nələrdir?

1 ) Bədəndən ixrac edilən suyun sıçramasını minimuma endirmək. Bu da aşağıdakı şeylərlə olar:
a ) Bəvlin bədəndən minimum təzyiqlə çıxarılması. Ehtiyacın dəf edilməsi son ana buraxılarsa və ya dəf zamanı cinsiyyət organı ereksiya halında olarsa bu bəvlin bədəndən yüksək təzyiqlə çıxmasına səbəb olar. Elə isə dəfi bu iki halda həyata keçirməmək lazımdır.
b ) Məsafəni qısaltmaq. Yəni, ehtiyacı oturaraq dəf etmək. Çünki, ayaqda dəf edilən ehtiyacın müasir wc – lərdə üzərinizə sıçramaması mümkün deyil! 
Seçmə imkanınız olduqda dərin wc – lərin seçilməsi də bu maddəyə daxildir.
c ) İç dərinliyi fərqli olan wc – lərin daha dərin tərəfini seçib, ehtiyacı dərin qismə etmək və beləcə sıçrayan damlaların geri dönərək üzərimizə bulaşması ehtimalını minimuma endirmək.
d ) Səthin sıçratma gücünü azaltmaq. Bunu ehtiyac dəfindən öncə wc içərisinə bir miqdar su tökərək təmin edə bilərsiniz. Üzərində su təbəqəsi olan sərt maddələrin sıçratma gücü nisbətdə daha azdır.
e ) Bəvlin wc səthinə ən az sıçrama verəcək bir bucaqla təmas etməsini təmin etmək. Bu da wc – nin ortasına deyil, sağ və ya sol divarına, bəvlin dik bir şəkildə deyil, divarın tamamına toxunaraq, sıçramasını azaltmaqla həyata keçirilir.
Həmçinin yuyunmadan öncə wc içinə su tökülməsi həm üzərinizə bir şey sıçramasının bir miqdar da olsa qarşısını alar, həm də üzərinizə sıçraya biləcək şeyin xalis nəcis deyil nəcis qarışmış su olmasını təmin edər.

2 ) Nəcasətin tərliklərdən bulaşmamasını təmin etmək. Nəcasəti üzərimizə bulaşdıran şeylərdən biri də tərliklərdən düzgün istifadə edilməməsidir. Bunu da aşağıdakı şəkildə qruplaşdıra bilərik.
a ) Tərliklərin ayağın yerə dəyəcəyi şəkildə incə və ya kiçik olması.
b ) Tərliklərin ayaqdan çıxarıldıqdan sonra, bir biri üzərinə düşəcək və ya tərs şəkildə buraxılması və beləliklə nəcasətin tərliyin ayağa dəyən qisminə bulaşdırılması.
c ) İçəriyə xas olan tərliklərlə evin içində gəzilməsi.
Tərliklə əlaqəli olan xətalar, digərlərindən fərqli olaraq fərdi deyil ümumidir. Yəni ev əhlinin tamamı bu xüsuslara diqqət etmədikcə nəcasət sıxıntısı davam edər.

3 ) Nəcasətin bulaşacağına ehtimal verdiyiniz yerlərin asan təmizlənə bilməsini öncədən təmin etmək. Məsələn wc – yə corabsız girdiyiniz zaman ayağınızın iç qisminə nəcasət bulaşsa belə onu rahatlıqla yuyub təmizləyə bilərsiniz. Həmçinin, bu üzərinizə nəcasət bulaşdığını hiss etməkdə də sizə kömək edər.

Saydıqlarımızın bir qismi üzərimizə vacib olan, bir qismi isə nəcasət mövzusunda ehtiyata riayət etmək baxımından uyğun olan tədbirlərdir.
Lakin, hər bir müsəlmanın fiqh kitablarında müvafiq babları incələsməsi, bu mövzuya vaqif olması lazımdır ki, tədbirdə həddi aşıb vəsvəsələrə məruz qalmasın.


2. “Damla” problemi.

“Damla”dan qəsdimiz ehtiyac dəfindən sonra kanallarda qalan bəvlin, yaxud vədi kimi maddələrin özlüyündə ifraz olaraq alt paltara bulaşması və dəstəmazı pozmasıdır. Bir çox müsəlman üçün məşəqqət qaynağı olan bu problemin qismən də ola həlli üçün bəzi tədbirlər mövcuddur. 
Bildiyimiz kimi, damlanın bizim üçün meydana gətirdiyi iki məşəqqət vardır: birincisi paltara nəcasət bulaşması, ikincisi isə dəstəmazın dəfələrcə yenilənməsidir. Elə isə bu problemlərə qarşı nə kimi tədbirlər alına bilər.

1. Damlanın çıxışına yönəlik profilaktik tədbirlər. Yəni istənməyən damlanın ixrac edilməməsini təmin edərək həm nəcasət, həm də əlavə dəstamaz məşəqqətindən xilas olmaq. Damla ixracının aşağıdakı səbəbləri vardır ki, onlardan çəkinmək gərəklidir:
a ) Ehtiyac dəfinin son ana buraxılması. Bu halda bəvl kisəsi tam boşalmaqda çətinlik çəkir və kanallarda qalan artıqlar bir müddət sonra ixrac edilir. Bunun qarşısını almaq üçün ehtiyac normal səviyyədə olduğu halda onun dəf edilməsi lazımdır.
b ) Düzgün oturmamaq. Bəzi insanlar dəf zamanı bəvl kisəsini təzyiq altında buraxacaq bir şəkildə oturmazlar bu da həm tam boşalmama, həm də damla probleminə səbəb olur. Bunu xüsusən avpora tərzi wc – lərdə (Alafranga) müşahidə etmək mümkündür. Bu tərz wc – lər qeyri təbii olmaları səbəbilə həmçinin bir çox xəstəliyin qaynağıdır. 
c ) Dəf zamanı tələsmək. Dəf zamanı tələsən insan kanalların tam boşalması üçün yetərli vaxtı, ki bu təxminən iki dəqiqədir gözləmir və nəticədə damla problemiylə üzləşir.
d ) Kanalların sığanmaması. Bəzi insanlar da kanallarda qalan bəvlin ixracı üçün dəf sonrası üzvlərini sığamazlar. Halbuki, hədislərdə üzvün tək sayda sığanması tövsiyə edilmişdir. Sığama əməliyyatı sol əllə, kanalın əllə hiss edildiyi ən uzaq nöqtəsindən başlayaraq zirvədə bitməlidir. Bu məqam təmizlikdə xüsusi önəm kəsb edir!
e) Kanalın ön tərəfinə yaxın artıqların buraxılması. Tualet kağızı və bənzəri şeylərlə qurulama zamanı kağız kanalın ön tərəfində qalan nəcasəti özünə çəkər. Beləliklə nəcasətin ixrac olma ehtimalı azalmış olar.
f) Üzv əzələlərinin boş olması. Bu müəyyən yaş dövründən sonra qarşılaşılan problemlərdəndir. Hər bir əzələ kimi bu əzələlərin də möhkəmlədilməsi mümkündür. Bunun ən sadə yolarından biri məhz dəf zamanı bəvlin bədəndən ixracını dəfələrlə durdurmaq və yenidən başlatmaqdır. Bu vəsiləylə əzələlərdəki boşluq problemi qismən də olsun aşılmış olar. Bu mövzuda daha geniş bilgi üçün müvafiq tibb kitablarına baş vurula bilər.
g ) Ehtiyac dəfindən dərhal sonra ağır şeylər qaldırılması, ani hərəkətlər və səcdə kimi vəziyyətlər. Damla problemi yaşayanların bu kimi şeylərdən çəkinməsi, məsələn ehtiyacını namazdan həmən öncə deyil bir müddət əvvəl dəf etməsi lazımdır.
Həmçinin bu mövzuda profilaktik məqsədlə əməl edilməsi gərəkli olan digər məqamlar var:
h ) Ehtiyac dəfi tamamən bitmədən öskürmək kanalda qalan artıqların ifrazına yardım edən səbəblərdəndir.
i ) Dəf bitdikdən sonra beyindən gələn əmrlə üzvün əzələlərini daxildə sıxıb damlanı geri çəkmək. Bu, damlaya əngəl olma xüsusunda ən effektiv yollardan biridir. 
j ) Damlaların istənilməyən ifrazına əngəl olma yollarından biri də dəf sonrası üzvün aşağı baxacaq şəkildə deyil yuxarı baxacaq şəkildə buraxılmasıdır. Beləliklə istənməyən damlalar ifraz olmaqda çətinlik çəkərək geri dönərlər.

2. Damlanın paltara bulaşmasına yönəlik profilaktik tədbirlər.
Alınan tədbirlərə rağmən hələdə damla və ya məzi probleminiz varsa, bunun paltara bulaşması da sizin üçün ikinci bir problem olar. Lakin, paltarın bu damlalardan qorunması damla çıxışını əngəlləməkdən daha asandır.
Bunu üzvünüzün bir qismini incə selofanla örtərək, onun üzərinə də xalq arasında “pul rezini” olaraq tanınan rezini keçirməklə edə bilərsiniz. Selofanın altına salfetka qoyulması gigiyenik cəhətdən daha uyğundur.
Beləliklə damla özlüyündə ixrac olsa belə paltarınıza bulaşmayacaq. Ehtiyac anında bu selofanı çıxararaq təmiz paltarla namaz qılmış olacaqsınız.

Müəllif: 


27-05-2018 02:46:40

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz