Ana səhifə

Nəfsin bütün istəklərini rədd etməkmi lazım, yoxsa yaxşı dolanmaq,keçinməkmi lazımdır?


YazdırSend to friend

Nəfs hər zaman pislikləri əmr edər. Bu baxımdan hər zaman onun istəklərini rədd etmək lazımdır. Nəfslə yaxşı dolanmaq onun istəklərini yerinə yetirməklə olar. Bu isə insanın həlakına səbəb olacaq.

İşlənən günahlar nəfsin bir qidası hökmündədir və nəfsimizin daha çox şeylər istəməsinə səbəb olar. Nəfsimizi özümüzə tabe etmənin yolu günahlardan çəkinmək və ibadətləri etməklə olar.

Nəfsimizdən bolca şikayətlər edirik. Nə üçün? Bizə pisliyi əmr edir deyə. Digər tərəfdən ona qüvvət verəcək düşüncə, hərəkət və davranışlardan da geri qalmırıq. Bizi bəyənməyənlər, nəfsimizin xoşuna gəlməyənlər qara siyahımıza düşür. Dünyanı bütünlüklə sevir, uğrunda ölüncəyədək çalışırıq. Bütün bunlar nəfsi bəsləyir, böyüdür, qudurdur, dəliləşdirir. Və ondan şikayətə başladığımızda vicdanımız bizi təsdiq etmir. İçimizdən bir səs "onu bu hala sən gətirdin" deyir, "şikayətlərində səmimi deyilsən" deyir. Bu son sözə etiraz edəcək oluruq. İsbatı asan deyə cavab verir bizə. Önümüzə bir xeyli müxtəlif təklif sıralayır: filan kəsdən  üzr istəyə bilərsənmi? Filanın haqqını geri qaytara bilərsənmi? Bu qədər sədəqə verə bilərsənmi? bütün bu təkliflərə, o dinc və gürbüz nəfs var gücüylə qarşı çıxır. Və bizə ümidsizlik içində qıvrılmaq qalır; o qədər.

Gündə beş dəfə -qurtuluşa çağırılarıq, "haydin fəlaha, haydin fəlaha" deyə. Bu çağırışa cavab olaraq “lə həvlə vələ quvvətə illə billəhil - aliyyil-azim" deyərik; həqiqi qüvvət və qüdrət sahibinin ancaq Allah olduğunu ifadə edərik. İlk baxışda o çağırış ilə bu cavab arasında elə də bir əlaqə yox kimi gəlir. Amma, heç də elə deyil. Bilərək və ya bilməyərək ən gözəl cavabı vermiş oluruq. Bu cavabda əhəmiyyətli bir mesaj var: qurtuluşa çatmanın ilk şərti, öz gücünü və qüvvətini əmanət bilməkdir. Dünən bədənimiz yox idi, öncəki gün ruhumuz. Gözümüzün aydınlığı, zəkamızın qüvvəti, ağılımızın qavrayışı da bütünlüklə Allah`ın lütfü. Bu bazarda hər kəs qonaq, hər kəs əsgər, hər kəs məmur. Kim neyə sahibsə, onun gözətçiliyini etməkdə. Nə işıq günəşin öz malı, nə həyat bizim. Beyin hüceyrəsində ağıl nə gəzər! Qida, nə bilər doymaqdan, doyurmaqdan! Torpağın, cazibə qüvvəsilə nə əlaqəsi var! Kimdə nə varsa əmanət. Bütün qüvvətlər Onun Qüdrətinin bir cilvəsi.

Və məhz nəfsin, şeytanın şərindən və dünyanın aldadıcı zövqlərindən qurtuluş resepti: Özünü qul, gücünü, qüvvətini və hər şeyini əmanət bilmək.



21-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz