Ana səhifə

Nəfsin cilovu – Oruc


YazdırSend to friend

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır. Hislərin mənəvi tərəqqi və ya tənəzzül etməsi üçün iradə azadlığı verilmişdir, yəni mahiyyət etibarilə mələklərdən üstün məqama yüksələ də bilər, heyvanlardan aşağı səviyyəyə yuvarlana da bilər.

Bu mənada İslami əsaslar iradəyə məhdudiyyət qoyaraq qabiliyyətlərin müsbət istiqamətdə inkişaf etdirilməsini məqsəd seçmişdir. Nəfsin və pis arzuların bu şəkildə müəyyən çərçivəyə salınması labüddür. Nəfsin sərhəd tanımayan istəklərinə boyun əyən insan ona bəxş edilmiş mələklik keyfiyyətindən heyvanlıq səviyyəsinə yuvarlanar.

Qərb mədəniyyətinin acınacaqlı vəziyyəti göz qabağındadır. Çünki bu cazibədar mədəniyyət dünyəvi həvəsləri, şəhvani duyğuları hərəkətə gətirməyə, nəfsani istək və arzuların əldə edilməsini asanlaşdırmağa xidmət edir. Nəticəsi isə səfeh, səfil, nəfsani həyat tərzidir.

Mədənin fəaliyyətini təmin edən bir çox orqan var ki, bunlar bir növ onun köməkçiləri rolunu oynayır. Əgər nəfs müvəqqəti, bir aylıq da olsa, gündüzlər mədəyə istirahət verməsə, mədə “fabrikinin” xidmətçilərinə həqiqi vəzifələrini, ibadətlərini unutdurar, onları məşğul edər. Onları özünə yönəldərək ülvi vəzifələrindən uzaqlaşdırar.

Bu səbəbdəndir ki, bir çox vəlilər (Allah dostları, Allahın sadiq qulları) kamillik zirvəsinə çatmaq, mənən yetkinləşmək üçün özlərini riyazata, az yemək və içməyə alışdırırlar.

Ramazan orucu mədə “fabriki”nin köməkçilərinə sırf mədə üçün yaradılmadığını xatırladır. Digər duyğular da o “fabrikin” boş, mənasız əyləncələrinə deyil, ramazan ayının mənəvi və ruhani ab-havasına yönəlir.

Məhz buna görədir ki, ramazan ayında möminlər iman səviyyələrinə  görə ilahi nurlara, feyzə, mənəvi sürur və  sevincə layiq görülürlər. Qəlb, ruh, ağıl, sirr, xafa və əxfa (qəlbə aid incə duyğular) o müqəddəs ayda oruc vasitəsilə yüksəlir və feyz alır. Mədə ağlasa da, onlar feyz içində gülürlər.

Oruc və nəfs tərbiyəsi

Nəfs Yaradanını tanımaq istəmir və “Mən sizin ən böyük rəbbinizəm” deyən firon kimi, özünü ilah sanır. Nə qədə əzab çəkdirilsə də, bu xasiyyətindən əl çəkmir. Nəfsin bu inadını ancaq aclıq qırır.

Ramazan orucu nəfsin fironluq inadını qırır, ona acizliyini, zəifliyini, möhtaclığını göstərir, ona qul olduğunu xatırladır. Halbuki ələ düşəni mədəyə ötürmək nəfsə meydan verir, onun həddini aşıb azğınlaşmasına zəmin hazırlayır.

Bir hədisdə belə rəvayət olunur: “Allah nəfsdən soruşur: “Mən kiməm, sən nəsən?” Nəfs: “Mən mənəm, Sən də Sən”, – deyə cavab verir. Allah-T

Müəllif: 


21-05-2018 08:21:08