Ana səhifə

Nəfslə cihad


YazdırSend to friend

Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurmuşdur:

 

الْمُجَاهِدُ مَنْ جَاهَدَ نَفْسَهُ

 

"(Həqiqi) Mücahid nəfsiylə cihad edəndir."

Hədisi Əhməd, İbn Hibban, Tirmizi, Hakim , İbn Macə və Tabərani rəvayət etmişdir. Hədisi alimlərdən bəzisi səhih, bəzisi həsən olaraq dəyərləndirmişdir.

Bu hədisin açıqlaması nədir? Niyə əsl mücahid nəfsiylə cihad edən sayılmışdır? Nəfslə cihadın önəmi və yeri nədir? Silahlı cihadın effektiv olmamasın səbəblərinin ən başlıcası nəfsi cihadla məşğul olmamaqdırmı?

 

Abdur Rauf Əl Munəvi (952-1031 h/1545-1622 m) "Feydul Qadir Şərhu Camiis Sağir" adlı şərhində deyir:

زادَ في روايةٍ " في الله " أي : قهَر نفْسَه الأمَّارةَ بالسوءِ على ما فيه رِضا اللهِ مِن فعلِ الطاعاتِ وتجنُّبِ المخالفاتِ

وجهادُها أصلُ جِهادِ العدوِّ الخارجِ , فإنه ما لم يجاهِدْ نفْسَه لِتفعَلَ ما أمرَتْ به وتترُكَ ما نُهِيَتْ عنه لم يُمكِنْه جهادُ العدوِّ الخارجِ , وكيف يُمكِنه جهادُ عَدوِّه وعدوُّه الذي بين جَنِبيه قاهرٌ له متسلِّطٌ عليه ؟

وما لم يجاهدْ نفسَه على الخروجِ لعدوِّه لا يُمكِنه الخروجُ

 

"Hədisin digər bir rəvayətində "Allah üçün" əlavəsi mövcuddur. ("Mücahid Allah üçün nəfsiylə cihad edəndir" şəklində).

(Nəfsiylə cihad edərsə) Yəni: Şiddətli şəkildə pisliyi əmr edən nəfsini, Allahın razı olduğu itaət sayılan əməlləri etməyə və Onun əmrlərinə müxalif şeylərdən çəkinməyə məcbur edərsə.

Nəfslə cihad xaricdəki düşmənlə cihadın əslidir/bünövrəsidir.

Çünki, əmr olunanları etsin və qadağan edilənlərdən çəkinsin deyə nəfsiylə cihad etmədikcə, insanın xarici düşmənlə cihad etməsi mümkün deyil!

İçindəki düşmən (!) ona qələbə çalıb, hakimiyyəti altına almışkən, onun xarici düşmənlə cihad etməsi necə mümkün ola bilər?

(Xarici) Düşməniylə cihada çıxma mövzusunda nəfsiylə cihad etmədikcə onun savaşa çıxması mümkün deyil!"

 

Qaynaq: Abdur Rauf Əl Munəvi: Feydul Qadir: 6/262 (9175)

Beyrut: Darul Məarifə: 1391/1972

 

Hənəfi alimlərindən Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) bənzəri bir hədisin şərhində deyir:

 

والمجاهدُ " أي : الحقيقيُّ " مَن جاهدَ نفْسَه في طاعةِ اللهِ " إذ هو الجهادُ الأكبرُ , وينشَأ منه الجهادُ الأصغرُ

" والمهاجرُ " أي : الكاملُ " مَن هجَر الخطايا والذنوبَ " أي : ترَك الصغائرَ والكبائرَ

 

"... "Mücahid" yəni: həqiqi mücahid "Allaha itaətdə nəfsiylə cihad edəndir". Çünki bu (nəfslə cihad) böyük cihaddır. (Savaş cihadı olan) Kiçik cihad ondan əmələ gələr (nəfslə cihadın bir qoludur, parçasıdır).

"Mühacir" yəni: Kamil mühacir "xəta və günahları buraxandır" yəni: kiçik və böyük günahları tərk edəndir."

 

Qaynaq: Mulla Əli Əl Qari: Mirqatul Məfatih Şərhu Mişkətil Məsabih: 1/187 (Hədis: 34)

Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2001

"Mişkətul Məsabih" adlı hədis kitabını şərh edənlərdən Şərəfuddin Ət Tibi (v. 743 h/1342 m) mövzumuz barədə deyir:

 

قوله " والمجاهدُ مَن جاهدَ نفْسَه في طاعةِ اللهِ " يعني : المجاهدُ ليس مَن قاتلَ الكفارَ فقط ، بل المجاهدُ مَن جاهدَ نفْسَه وحمَلها وأكْرهَها على طاعة الله تعالى

لأنَّ نفسَ الرجلِ أشدُّ معه عَداوةً مِن الكفارِ , لأنَّ الكفارَ أبعدُ منه ، ولا يتَّفق التلاحقُ والتقاتلُ معهم إلا حِيناً بعد حينٍ ، وأما نفسه فأبداً تُلازِمه ، وتمنَعه مِن الخيْرِ والطاعةِ ، ولا شك أنَّ القتالَ مع العدوِّ الذي يُلازم الرجلَ أهمُّ مِن القتالِ مع العدوِّ الذي هو بعيدٌ منه ، قال الله تعالى : قَاتِلُواْ الَّذِينَ يَلُونَكُم مِّنَ الْكُفَّارِ

أقولُ : اللامُ في قولهِ " المجاهدُ " للجنس أي : المجاهدُ الحقيقيُّ الذي ينبغي أن يُسمَّى مجاهداً مَن جاهدَ نفْسَه

"... "Mücahid Allaha itaətdə nəfsiylə cihad edəndir" yəni: Mücahid sadəcə kafirlərlə cihad edən deyil! Əksinə mücahid, nəfsiylə cihad edən, Uca Allaha itaət etməsi üçün onu sıxışdırıb məcbur edəndir.

Çünki, insanın nəfsi insana düşmənçilikdə kafirlərdən daha şiddətlidir! Beləki, kafirlər ondan uzaqdır, onlarla qarşılaşma və savaş zaman zaman baş verir.

İnsanın nəfsi isə əbədiyyən onunla bərabərdir və onun xeyirli, itaət olan əməllər işləməsinə mane olar.

Şübhəsiz ki, insanın yanındakı ayrılmaz düşməni ilə savaşması, uzaqdakı düşmənlə savaşmasından daha önəmlidir!

Uca Allah buyurur: "... Yaxınlığınızdakı kafirlərlə savaşın!..." (Ət Tövbə: 9/123)

Deyirəm: "Mücahid" kəliməsinin önündəki "əl-lam" hərfi, cins üçündür. Yəni həqiqi, mücahid olaraq isimləndirilməsi lazım olan, nəfsiylə cihad edən kimsədir."sua

Qaynaq: Şərəfuddin Ət Tibi: Əl Kəşif An Həqaiqis Sunən: 2/491

Ər Riyad: 1417/1997

Müəllif: 


27-05-2018 02:05:58