Ana səhifə

Nəzərdən bəhs edən hədislər var; ancaq nəzərin varlığından bəhs edən ayələr də vardır?


YazdırSend to friend

Təfsirçilərin əksəriyyəti; "Rəbbi onu seçib yaxşılardan etdi. Doğrusu inkar edənlər, zikri (Quranı) eşitdikləri vaxt haradasa gözləri ilə səni yıxıb aşırdacaqdılar. Bir də dayanmışlar, o hərhalda bir dəlidir, deyirdilər." (əl-Qələm, 68/50, 51) ayəsində keçən "gözləriylə səni yıxıb aşırdacaqdılar" sözünü "nəzər" ilə təfsir etmişlər. (Əlmalılı  Həmdi Yazar, Haqq Dini Quran Dili, VIII, 5305; İbn Kəsr, "Tefsirul Quranil-Azim", VIII, 227).

 

 

 

(Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusuf Surəsi, 67).

 

Əlmalılı Həmdi Yazar, ayənin şərhində: "Bu tövsiyənin səbəbi, toplu bir surətdə nəzərə dəymələrindən və bir həsədə düşünməklərindən çəkinmək idi." deməkdədir (Əlmalılı, a. g. e., IV, 2890).



15-11-2009 12:00:00