Ana səhifə

Namaz


YazdırSend to friend

Azan və İqamə

Müsəlmanları namaza çağırmaq üçün müəyyən zamanlarda müəyyən cümlələri uca səslə söyləməyə Azan deyilir. Azan, kişilər tərəfindən minarələrdə (yüksək bir yerdə) oxunur. Azan oxuyana müəzzin deyilir.

Gün ərzində beş vaxt fərz namaz vardır. Buna əsasən də gündə beş dəfə azan oxunur.

Qeyd: Sabah azanından başqa, oxunan digər azanlarda fərq yoxdur.

Sabah azanında:

“Həyyə alal-falah”-dan sonra iki dəfə: “Əs-salatu xayrun minən-naum” (“Namaz yuxudan daha xeyirlidir”) - deyilir. Namaz vaxtı girmədən azan oxunmaz. Əgər oxunubsa, namaz vaxtı girəndən sonra təkrar oxunmalıdır.

Qadınlar azan oxumaz. Azanın mübarək cümlələri belədir:

Allahu Əkbər (4 dəfə) (Allah böyükdür)

Əşhədu ən la ilahə illallah (2 dəfə) (Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur)

Əşhədu ənna Muhəmmədər-Rəsulullah (2 dəfə) (Şahidlik edirəm ki, Məhəmməd (s) Allahın rəsuludur.

Hayya aləs-salah (2 dəfə) (Namaza gəlin)

Hayya alal-falah (2 dəfə) (Qurtuluşa gəlin)

Allahu əkbər (2 dəfə)

La ilahə illallah (1 dəfə) (Allahdan başqa ilah yoxdur)

Unutma:

Azan oxunarkən azanı dinləmək və müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir. Ancaq “Hayyə aləs-salah” və “Hayyə alal-falah” cümlələri təkrarlanmır. Onların yerinə “La havlə və la quvvatə illa bil­lahil-aliyyil-azim” deyilir. Azan oxunduqdan sonra isə “Vəsilə duası” oxumaq sünnətdir. Peyğəmbərimiz (sav) bu duanı əshabına öyrətmiş və bunu oxuyana şəfaət edəcəyini buyurmuşdur.

 

Vəsilə duası:

Allahummə Rabbə həzihid davatit tammeti ves salatil qaiməti ati Muhammədən vasilətə val-fadilətə vabashu maqamən mahmudan əlləzi vaadtəh.

Mənası:Allahım! Ey bu azanın və qılınmaq üzrə olan namazın Rəbbi! Məhəmməd əleyhis-salama vəsilə dərəcəsini (yəni cənnətdə yüksək bir məqam olan Vəsiləni) və fəziləti ver. Onu özünə vəd etdiyin tərifəlayiq məqama (ən böyük şəfaət məqamına) çatdır. 

İqamə

Fərz namazlarından əvvəl namaza dəvət üçün müəyyən mübarək sözlərin uca səslə deyilməsinə “İqamə” deyilir.

İqamənin cümlələri eynilə Azan cümlələri kimidir. Ancaq bir əlavə vardır: 2 dəfə “Hayya aləl –falah” dedikdən sonra, 2 dəfə də “Qad qamətis-salah” deyilir. Bunun mənası “namaz başladı” deməkdir.

Qeyd: Təkbaşına namaz qılanların da fərz namazlarından öncə “iqamə” demələri daha yaxşı olar. 

 

Namaz

İslamın beş şərtindən ikincisi namazdır. Namaz hicrətdən bir il yarım sonra “Merac” gecəsində fərz qılınmışdır. İmandan sonra fərzlərin ən önəmlisi sayılan namaz ruhun, qəlbin mənəvi qidası, insanı Allahın hüzu­runa ucaldan bir ibadətdir. Peyğəmbərimiz (sav)-in: “Namaz dinin dirəyidir” hədisi bunu təsdiqləməkdədir. Məhz namaz müsəlmanın günahlarını təmizləyən və onu cənnətə girməyə layiq edən ən üstün ibadət sayılır. 

Hz. Məhəmmədin (sav) bununla bağlı rəvayət etdiyi bir hədisdə belə deyilir: “Sizlərdən hər hansı birinizin qapısı önündən bir çay axarsa və o şəxs çayda gündə beş dəfə çimərsə, onun bədənində çirk qala bilərmi?”

Ona qulaq asanlar: “Xeyr, Ya Rəsulallah! Heç bir şey qalmaz” dedilər.

Peyğəmbərimiz: “Gündə beş dəfə qılınan namaz da buna bənzəyir. Allah qılınan namazla günahları silir” - deyə buyurdu. (Buxari c.2 15775) Namaz qəlblərə Allah qorxusu yerləşdirməklə yanaşı, bizi pis əməllərdən çəkindirir. Ənkəbut surəsinin 45-ci ayəsində Allah belə buyurur: “Sənə vəhy olunan kitabı oxu, namazı düzgün qıl. Həqiqətən, namaz (insanları) abırsızlıqdan və pis işlərdən çəkindirir. ”

Təhrim surəsi 6-cı ayətdə də əmr olunduğu kimi, hər bir müsəlman özünü və ailəsini cəhənnəm odundan xilas etməlidir. Namaz bizi cəhənnəmdən xilas edəcək imandan sonra ən üstün ibadət olduğu üçün onu ailəmizə və uşaqlarımıza da öyrətməliyik. Peyğəmbərimiz (sav): “7 yaşına çatanda uşaqlarınıza namaz qılmağı əmr edin” - deyə buyurmaqdadır. Bütün bunlar, bir daha namazın hər bir müsəlmanın həyatında önəmli mövqeyini açıqlamaqdadır. Müsəlman Allaha təslim olan şəxs deməkdir. Namaz isə Allaha qulluğun və təslimiyyətin ən mükəmməl təzahürüdür. 

Namaz kimlərə fərzdir

Müsəlman və ağlı başında olan hər bir şəxsə, yetkinlik yaşına çatdığı andan (qadınlar 9, kişilər isə 12, hər ikisi ən geci 15 yaşında) ölənədək namaz qılmaq fərzdir. Allah Rəsulu (sav) hədisdə belə buyurur: “7 yaşına çatan uşaqlarınızı namaza alışdırın, 10 yaşına çatanda namaz qılmazlarsa, cəzalandırın.” 7 yaşına çatmış uşağı namaza alışdırmaq hər ata-ananın borcudur. 

Namazlar neçə qismə bölünür?

Namazlar - Fərz, vacib və nafilə olmaq üzrə üç qismə bölünür:

1. Fərz namazlarının özü də iki hissəyə bölünür:

a) Fərzi-ayn olan namazlar - yetkinlik yaşına çatmış hər bir müsəlmana fərz olan namazlardır. Gündə beş dəfə qılınan namaz və cümə namazı fərzi-ayndır.

b) Fərzi-kifayə olan namazlar - müsəlmanların bəzilərinin qılması ilə digərlərinin üzərindən düşən namazlardır. Məsələn: Cənazə namazı - fərzi-kifayədir.

2. Vacib olan namazlar: Vitr namazı - Ramazan və Qurban bayramı, nəzir, təvaf və pozulan nafilə namazlarının qəzası kimi qılınan namazlardır.

3. Nafilə namazları: Təravih, Günəş və Ay tutulması, Təsbih, İstixarə, Hacət, Təhəccüd, Duha namazları kimi 90-a yaxın namazdır. 

 

Fərz namazları

Ağlı başında olan hər bir müsəlman yetkinlik yaşına çatdığı andan etibarən gün ərzində beş dəfə namaz qılmalıdır. Bu beş namazın hər bir­inin özünə xas vaxtları vardır.

Namaz vaxtları və namaz rükətlərinin sayı

1. Sübh namazı:

a) Vaxtı – Dan yeri ağarandan günəş çıxanadək qılınmalıdır. Dan yeri ağarmadan sübh namazı qılınmadığı kimi, Günəş çıxdığı andan etibarən 50 dəqiqə ərzində sübh namazı qılınmaz. Çünki bu günəşə sitayiş edənlərin ibadət vaxtı olduğu üçün bu saatda namaz qılınmaz.

b) Rükət sayı: Sübh namazı 4 rükətdən ibadətdir. Əvvəlcə 2 rükət sünnəti, daha sonra isə 2 rükət fərzi qılınır. 

2. Zöhr namazı:

a) Vaxtı: Günəş zenit nöqtəsindən (tam ortadan) qüruba meyl etməyə başladığı andan etibarən hər şeyin kölgəsinin iki misli olduğu anadək qılınır.

Günəş tam ortada-zenit nöqtəsində ikən, namaz qılmaq məkruhdur. Zöhr namazının başladığı ana 45 dəqiqə qalmış kərahət vaxtı başlanmış sayılır.

b) Rükət sayı: Zöhr namazı 10 rükətdir. Öncə 4 rükət-ilk sünnəti, son­ra 4 rükət-fərzi, daha sonra isə 2 rükət-son sünnəti qılınır.

3. Əsr namazı:

a) Vaxtı: Zöhr namazının çıxdığı andan etibarən əsr namazının vaxtı başlayır. Günəş batanadək qılına bilər. Lakin günəşin batdığı anadək əsr namazını gecikdirmək bəyənilmir.

b) Əsr namazı 8 rükətdir. Öncə 4 rükət sünnəti, daha sonra isə 4 rükət fərzi qılınır.

4. Məğrib (axşam) namazı:

a) Vaxtı: Günəş tam batdığı andan, qürubdakı qırmızı şəfəq yox olan zaman içərisində qılınır.

b) Məğrib namazı 5 rükətdir. Əvvəlcə 3 rükət axşam namazının fərzi, ardınca isə 2 rükət sünnəti qılınır.

5. İşa (gecə) namazı:

a) Vaxtı: axşam namazının vaxtı qurtaran kimi işa namazının vaxtı başlayır. İşa namazı Sübh namazının vaxtı başlanan anadək qılına bilər.

b) Rükət sayı: Vitr namazı ilə birlikdə 13 rükətdir. Öncə 4 rükət sünnət, sonra 4 rükət fərz, 2 rükət son sünnət və 3 rükət vitr namazı qılınır.

Qeyd: Hər namaz öz vaxtı içində qılınmalıdır. Üzrlü bir səbəbdən ötrü öz vaxtında qılınmayan namaz, başqa bir namazın vaxtında da qəza edilə bilər. Camaatla qılınan namaz təkbaşına qılınan namazdan 17 dəfə fəzilətlidir.

 

Rükət nə deməkdir?

Bir namazda təkbir (Allahu Əkbər), qiyam, qiraət, rüku və 2 səcdədən meydana gələn qism “1 rükət” adlanır. Bu, ikinci dəfə təkrarlanarsa ikinci rükət, 3-4-cü dəfə təkrarlandıqda isə üçüncü və dördüncü rükət adlanır. 

 

Kərahət vaxtları hansılardır?

(Hansı vaxtlarda ibadət etmək olmaz)

Günəş doğarkən, tam ortada (zenitdə) ikən və batarkən fərz, vacib və nafilə namazlar qılınmaz. Ancaq Cənazə namazı, tilavət səcdəsi və başlanmış olan nafilə namazlar məkruh olsa da qılına bilər.

Qeyd: Gün ərzində qılınan namazların 17 rükəti fərzdir. Fərzlər tərk edilməməli, mütləq qılınmalıdır. Sübh namazının 2 rükəti, zöhr namazının 4 rükəti, əsr namazının 4 rükəti, axşam namazının 3 rükəti və işa namazının 4 rükəti fərzdir. İşa namazından sonra qılınan Vitr namazı vacibdir. Vacib namaz da mütləq qılınmalıdır.

Gündə 5 dəfə qılınan sünnət namazlar isə 20 rükətdir. Sübh, zöhr və axşam namazlarının sünnətləri ilə, işa namazının son sünnəti müəkkəd sünnətdir, yəni Peyğəmbərimiz (sav) hər zaman bunları istisnasız qılmışdır.

Əsr və İşa namazlarının fərzlərindən öncə qılınan sünnətlər isə qeyri- müəkkəd sünnətlərdir. Yəni Peyğəmbərimiz (sav) bunları qılmaqla yanaşı, qılmadığı zamanlar da olmuşdur.

Ümumiyyətlə, sünnət namazları qılmaqda böyük savab vardır. Digər tərəfdən Sünnət namazlarını qılmamaq da olar. Lakin Peyğəmbərimizin sünnətinə qarşı çıxmamaq və onun şəfaətindən məhrum olmamaq üçün hər bir sünnətinə əməl etməyə səy göstərməliyik. Allah Rəsulu (sav) bir hədisində: “Sünnətimi tərk edən məndən deyildir” - deyə buyurmaqdadır. 

 

Namazın fərzləri

Namazın 12 fərzi vardır. Bu fərzlərdən biri yerinə yetirilməzsə, namaz pozular. 12 fərzdən 6-sı namazdan öncədir. Digər 6 fərz isə namazın içindədir və “Namazın rükünləri” adlanır. Gəlin birlikdə bu 12 fərzə nəzər salaq.

1. Hədəsdən təharət: Gözlə görülməyən (mənəvi) pisliklərdən, nəcasətdən (yəni dəstəmazı olmamaq, cünub, heyz və ya nifas olmaq) təmizlənmək.

Hədəsdən təharət olmadıqca namaz qılınmaz. Ona görə də ya dəstəmaz almaq gərəkdir, ya da qüsl etmək və ya təyəmmüm etmək lazımdır.

2. Nəcasətdən təharət: Gözlə görünən nəcasətdən təmizlənmək. Bu cür nəcasət namaz qılanın nə bədənində, nə də paltarlarında olmalıdır.

3. Övrət yerinin örtülməsi: İnsanın bədənində başqalarının görməsi doğru olmayan yerlərin-övrət yerlərin örtülməsi deməkdir.

Kişilərin övrət yerləri göbəkləri ilə dizləri arasındakı yer sayılır. Qadınların övrət yeri isə üzləri, əlləri və ayaqları çıxmaq şərti ilə bütün bədənidir. Övrət yerləri örtülmədən namaz qılınmaz. Saçıaçıq, boynu görünən və ya hicabsız halda namaz qılmaq olmaz.

4. Qibləyə doğru dönmək: 

Namaz qılarkən Kəbəyə doğru dönmək qibləyə dönməkdir. Qibləni bilməyən şəxs öncə biləndən soruşmalı, araşdırmalı və namazını qılmalıdır.

5. Vaxt: Fərz və vacib namazları öz vaxtlarında qılmaq lazımdır. Bu namazlar vaxtlarından öncə qılına bilməz. Əgər qılınarsa, öz vaxtları girincə yenidən qılınmalıdır. Vaxtı çıxmış namaz qəza edilir. Üzrlü səbəb olmadan namazı qəzaya saxlamaq günahdır.

6. Niyyət: Niyyət fərzdir. Namaza başlamadan öncə dünya ilə əlaqə kəsilməli, ağıl və fikir namaz üzərində toplanmalıdır. Niyyət edərkən aşağıdakılara riayət olunmalıdır:

a) Əlləri aşağı salınmış vəziyyətdə saxlamalı.

b) Ayaqlar bir-birinə paralel şəkildə və aralarında dörd barmaq məsafədə yan-yana olmalıdır.

c) Gözlər səcdə ediləcək yerə dikilməlidir. Bundan sonra qılınacaq namaz üçün niyyət edilir və təkbir “Allahu Əkbər” deyilir.

7. Başlanğıc təkbiri: Namaz başlanan anda edilən təkbirdir. Kişilər namaza başlarkən əllərin içi (ovuclar) qibləyə tərəf olduğu halda, qulaqlara doğru qaldırılır, baş barmaqlar qulaq məməciklərinə toxundurulur.

Özü eşidəcək bir səslə “Allahu Əkbər” deyib, əlləri aşağı endirərək göbəyinin altında bağlayır. Bu sünnətdir.

Əllər necə bağlanır?

Öncə sol əl göbəyin altına və ya üstünə qoyulur. Ardınca sağ əlin baş və çeçələ barmağı sol əlin biləyini halqa kimi tutur. Sağ əlin ortasındakı 3 barmaq sol biləyin üzərində qola doğru açıq vəziyyətdə saxlanılılır. 

Qadınlar isə niyyət edərkən ovuc içləri qibləyə tərəf olduğu halda, əlləri ancaq çiyinlərə qədər qaldırırlar. (bundan artıq qaldırılmaz). 

Ardınca isə yavaş səslə: “Allahu Əkbər” deyib, sağ əli sol əl üstdə sinəsi üzərinə qaldıraraq qoyurlar. 

Qeyd: Əllər sinə üstə qoyulduqdan sonra, gözlər səcdə yerinə dikilir.

 


 

8. Qiyam: Namazda ikən ayaq üstə durmaq deməkdir. Kişilər və qadınlar başlanğıc təkbirində qeyd edilən şəkildə dururlar. Üzürlü səbəb yoxdursa, fərz və vacib namazları ayaq üstə qılmaq lazımdır. Sünnət və nafilə namazlar isə oturaq vəziyyətdə də qılına bilər. Ancaq ayaq üstə du­raraq namaz qılmağın savabı daha çoxdur. Qiyamda ikən gözlər səcdə yerinə dikilməli, bel dik tutulmalıdır. Xəstəlik və ya üzrlü səbəbə görə ayaq üstə namaz qıla bilməyənlər oturaq halda, buna da gücü çatmayanlar böyrü üstə və ya beli üstə uzanaraq ima (işarə) ilə namazlarını qıla bilərlər.

9.Qiraət: Qiyamda (ayaq üstə) ikən Qurani-Kərim oxumaq deməkdir. Oxuyarkən səs, eşidiləcək səviyyədə olmalıdır. Qadınlar daha yavaş səslə oxumalıdırlar.

Qiraət əsasında Fatihə oxumaq vacibdir. Çünki Peyğəmbərimiz (sav) hədisdə: “Fatihəsiz namaz olmaz” deyə buyurmaqdadır. Fatihədən sonra isə kiçik surələrdən biri və ya bir neçə ayət oxunması vacibdir.

“Namaza başlarkən Sübhanəkə oxumaq və Əuzu-Bismillah demək sünnətdir. Fatihə oxunduqdan sonra “amin” demək də sünnətdir.

10. Rüku: Qiraətdən sonra “Allahu Əkbər” deyərək, əllər dizlərə çata­caq şəkildə əyilməyə rüku deyilir. Namazda rüku fərz, “Allahu Əkbər” demək isə sünnətdir. Kişilər rüku edərkən dizləri bükülür, əl barmaqları açıq olduğu halda dizləri üstünə qoyulur. Bu zaman topuqlar bir-birinə yaxın olmalı, gözlər isə ayaqlara dikilməlidir. Bu, sünnətdir. 

Qadınlar kişilərə nisbətən rüku edərkən az əyilməli, əllərini diz qapaqlarına toxundurmaqla kifayətlənməlidirlər. (Kişilər kimi qadınlar ovuclarını diz qapaqlarına qoymamalıdırlar). 

Rükuda 3-5 dəfə: “Sübhanə Rabbiyəl Azim” demək sünnətdir. Rükudan qalxarkən “Səmiallahu limən Hamidəh” - deyilir (Allah həmd edənləri eşidir), tam dikəldikdən sonra isə “Rəbbənə ləkəl-həmd” (Ey Rəbbimiz, həmd, şükür sənə məxsusdur) - dedikdən sonra “Allahu Əkbər” deyərək səcdə edilir.

 


 

11. Səcdə: Rükudan sonra ayaq, diz və əllərlə yanaşı, alnı (burnu) yerə toxundurmaq səcdə adlanır. Hər rükuda 2 dəfə səcdə etmək fərzdir. Səcdə edərkən öncə dizlər yerə qoyulur, sonra isə əl barmaqları bitişik vəziyyətdə qulaqların yanına qoyulur. Səcdədə olarkən alın, burun, əl və ayaq barmaqları yerə toxunmalıdır. Kişilər səcdə edərkən dizləri bədənə yapışdırmamalı, qarından aralı tutmalıdırlar.

Qadınlar isə əksinə, dirsəkləri yanlara bitişik vəziyyətdə tutmalıdırlar.

Qeyd: Səcdə vaxtı gözləri yummaq olmaz. Buruna doğru baxmaq lazımdır. Səcdə anında ayaqlar yerdən qaldırılmamalıdır. Bir ayaq qaldırılsa, məkruh (bəyənilmir), iki ayaq qaldırılsa, namaz batil olur. Səcdədə olarkən 3-5 dəfə “Sübhanə Rabbiyəl-Ala” demək lazımdır. Daha sonra “Allahu Əkbər” deyilir və səcdədən qalxaraq ayaqlar üstə otur­maq lazımdır. Yenidən “Allahu Əkbər” deyərək səcdə edilir. Hər iki səcdəni bir-birinin ardınca etmək lazımdır. Bu səcdədə də yenə 3-5 dəfə “Sübhanə Rabbiyəl-Ala” dedikdən sonra “Allahu Əkbər” deyərək, yenidən ayağa qalxmaq lazımdır. Səcdədən qiyama qalxarkən öncə üz, sonra əllər, daha sonra isə dizləri qaldırmaq sünnətdir.

 


 

12. Son oturuş:

Namazın sonunda “Ət-Təhiyyatu” duasını oxuyub qurtaranadək oturmaq-namazın son oturuşu adlanır. Buna ərəbcə “qadə axira” deyilir.

3 və 4 rükətli namazların 2-ci rükətindəki oturuşa isə, “qadə ulə” - ilk oturuş deyilir. Bu oturuşda da “Ət –Təhiyyatu” duasını oxumaq vacib­dir.

Son oturuşda isə “Ət-Təhiyyatu” duasını oxumaq vacib olduğu halda, bu müddətdə oturmaq fərzdir.

Son oturuş şəkli necə olmalıdır?

Kişilər sol ayağı üzərində oturmalı, sağ ayaq barmaqlarını isə yerə dirəyib qibləyə yönəlmiş halda dik tutmalıdırlar. Bu zaman əllər dizlər üzərinə qoyulur. Barmaqlar təbii halda nə çox açıq, nə də çox birləşdirilir. Gözlər isə qucağa dikilir.

Qadınlar isə kişilərdən fərqli olaraq, hər iki ayaqlarını oturaq halda yerə -sağa tərəf uzatmalıdırlar. Bu zaman əllər diz üstə qoyulur, gözlər qucağa (sinəyə) dikilir.

• Son oturuşda “Ət-Təhiyyat”, “Allahümmə salli”, “Allahümmə barik”, “Rabbənə atina” duaları oxunur. 

• “Ət-Təhiyyatu” da “La ilahə” kəlməsini deyən zaman sağ əlin şəhadət barmağını qaldırmaq, “İllallah” deyərkən isə endirmək sünnətdir.

Qeyd: Şəhadət barmağı qaldırılarkən baş barmaqla orta barmaq halqa şəklində bir-birinə bitişdirilir.

 


 

13.Salam Vermək:

Son oturuş zamanı dualar oxunduqdan sonra öncə baş sağ tərəfə çevrilir və “Əs-səlamu aleykum və rəhmətullah” deyilir. Daha sonra baş sol tərəfə çevrilir və eyni şəkildə “Əs-səlamu aleykum və rəhmətullah” deyilir. Beləliklə də namaz bitmiş sayılır.

Qeyd: Sağ tərəfə salam verərkən sağ çiyinə, sol tərəfə salam verərkən sol çiyinə baxmaq lazımdır. Namazın sonunda salam vermək vacibdir.

Namaz əsnasında

• Başqalarının yanına çıxa bilmədiyin paltarda namaz qılmaq,

• Üstündə şəkil olan paltarda namaz qılmaq,

• Qısa qollu köynəkdə namaz qılmaq,

• Namaz əsnasında fikrin başqa yerdə olması,

• Yuxulu halda namaz qılmaq,

• Ayaq yolu ehtiyacı olduğu halda namaz qılmaq,

• İnsanların keçdiyi yolda namaz qılmaq,

• Oda, sobaya, atəşə tərəf namaz qılmaq,

• Qəbirə qarşı namaz qılmaq,

• Güzgü qarşısında namaz qılmaq,

• Namazda gəyirmək və əsnəmək, (belə hallarda insan özünə hakim olmalı, əlinin tərsi ilə ağzını yummalıdır)

• Ayağı qaldırmaq,

• Təri silmək,

• Barmaq şaqqıldatmaq,

• Namazda gözləri yummaq,

• Sağa-sola baxmaq,

• Camaatla namaz qılarkən ön səfdəki boş yeri buraxıb, arxa səfdə durmaq məkruhdur (bəyənilmir).

Qeyd: Namaz qılarkən burun qanaması və ya namazı pozan başqa hallarla qarşılaşarkən, namaz pozulmuş sayılır. Bu halda dəstəmaz alıb namaz yenidən qılınmalıdır. Namaz qılarkən qəflətən hal pisləşərsə, bu zaman yerə oturub namaza bu şəkildə davam etmək olar.

 

Namazı pozan hallar

Aşağıda qeyd olunan hərəkətlərdən hər-hansı biri namaz əsnasında baş verərsə, namaz pozulmuş sayılır və təkrar qılınmalıdır. 

• Namaz əsnasında danışmaq və namazla heç bir əlaqəsi olmayan söz işlətmək.

• Namazda sinəni qiblədən başqa bir tərəfə çevirmək.

• Namaz əsnasında salamlaşmaq.

• Namazda səsli gülmək.

• İnləmək, ah-vah etmək.

• Namazda yeyib-içmək.

• Ayətlərin oxunuşunda və tələffüzündə xəta etmək.

• Qaşınmaq. Bir rükətdə qaşınmadığı halda, 3 dəfə bir yeri qaşımaq.

• Namaz əsnasında övrət yerinin açılması.

• Sübh namazını qılarkən günəşın çıxması.

• Camaat namazında imamdan öncə rüku və səcdə etmək.

Diqqət: Qılınmaqda olan fərz namazı yalnız mal və can təhlükəsi zamanı tərk edilə bilər.

Səhv səcdəsi

Namaz qılındığı zaman baş verən qüsurları düzəltmək məqsədilə namazın sonunda edilən əlavə səcdəyə “Səhv səcdəsi” deyilir. Səhv səcdəsi aşağıdakı hallarda edilir:

a) Namazın fərzlərindən birinin unudaraq gecikdirilməsi, 

b) Namazın vaciblərindən birinin unudularaq gecikdirilməsi və yaddan çıxması zamanı.

Qeyd: fərzlərdən biri unudularaq və ya bilərəkdən tərk edilsə, namaz pozulmuş sayılır. 

“Səhv səcdəsi” bu qüsuru aradan qaldırmaz. Vaciblərdən hər hansı biri bilərəkdən tərk edilsə, bu zaman namaz yenidən qılınmalıdır, “Səhv səcdəsi” edilməz. Aşağıda göstərilən hallarda “Səhv səcdəsi” etmək lazımdır:

• Fərz namazlarının ilk iki rükətində, Nafilə namazların bütün rükətlərində “ Fatihə” surəsini oxumağı unutmaq.

• “Fatihə”dən sonra oxunacaq surəni və ayəni “Fatihə”dən əvvəl oxu­maq. 

• “Fatihə”dən sonra oxunacaq surəni unutmaq. Ancaq unutduğunu rükuda xatırlasa, təkrar dikəlib “Fatihə”ni, ardınca da surə və ya ayə oxunmalıdır. Sonra rüku edib, salam verdikdən sonra “Səhv səcdəsi” edi­lir.

• “Vitr namazının” təkbiri və ya “Qunut duası” unudularsa, rükuda ikən yenidən dikəlib bunları oxumaq lazım deyildir. Sadəcə olaraq “Vitr” namazının sonunda “Səhv səcdəsi” etmək kifayətdir.

• Unudaraq bir rükətdə “Fatihə “surəsini iki dəfə oxumaq.

• Dörd rükətli namazlarda ikinci rükətdən sonra oturmağı unudaraq birbaşa 3-cü rükətə qalxmaq. Əgər ayağa tam qalxmış halda isə və ya buna yaxın vəziyyətdədirsə, oturmaq olmaz. Yalnız namaz sonunda “Səhv səcdəsi” etmək lazımdır. Bu, ayağa qalxmaq istənilən an xatırlanarsa, otu­rub “Ət-Təhiyyat” duası oxunmalıdır.

• İlk oturuşda “Ət-Təhiyyatu” duasını oxumağı unutmaq.

• “Qunut duasını” və ya təkbirlərini unutmaq.

• Rükət sayları qarışdırılarsa: Bu birinci dəfə baş verdikdə, namaz yenidən təkrar qılınmalıdır. Yox, əgər bu hal tez-tez təkrarlanarsa, hansı rükətdə olduğuna qənaəti çoxdursa, onu qəbul edərək namaza davam etmək lazımdır.

Qeyd: Namaz əsnasında “Səhv səcdəsi”ni zəruri edən bir neçə səhv edilsə, bunlar üçün bir dəfə “Səhv səcdəsi” etmək yetərlidir. 

Səhv səcdəsi necə edilir?

Namazın son oturuşunda “Ət-təhiyyatu” oxunduqdan sonra sağ tərəfə salam verilir. Ardınca isə Allahu Əkbər deyərək, səcdə edilir. Üç dəfə səcdədə “Sübhanə Rəbbiyəl-Ala”, daha sonra isə Allahu Əkbər deyərək, oturmaq. Yenidən Allahu Əkbər deyərək iki dəfə səcdə edilir. Səcdədə yenə 3 dəfə “Sübhanə Rəbbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyərək oturmaq.

Bu oturuş zamanı Allahummə salli, Allahummə barik və Rabbənə ati­na duaları oxunur, sonra isə sağa və sola salam verilir. 

 

Sübh namazı

Sübh namazı dörd rükətdir. Əvvəlcə 2 rükət sübh namazının sünnəti, sonra isə 2 rükət fərzi qılınır.

Sübh namazının sünnətinin qılınması:

Namazın fərzləri bölümündə qeyd etdiyimiz kimi, namaz qılmaq üçün edəcəyimiz ilk şey:

1. Qibləyə doğru dönmək, ardınca isə niyyət etmək.

Qeyd: Niyyətin dil ilə deyilməsi şərt deyil, ürəkdə olması kifayətdir.

2. “Niyyət etdim Allah rizası üçün bugünkü Sübh namazının sünnətini qılmağa.”

3. Allahu Əkbər demək. “Namazın Fərzləri” bölümündə qeyd edildiyi kimi, namaza başlarkən Allahu Əkbər deyilən zaman əllər yuxarıya qaldırılır. Bu zaman baş barmaqlar qulaq məməciklərinə toxundurulur və aşağı endirilərək göbək altında bağlanır. Qadınlar isə kişilərdən fərqli olaraq Allahu Əkbər deyərkən əllərini yalnız çiyinlərinə qədər qaldırırlar və aşağı endirib sinələrinə qoyurlar.

Qeyd: Əllər yalnız namaza başlarkən Allahu Əkbər deyiləndə qaldırılır. Namaz içində rüku və səcdə edərkən Allahu Əkbər deyilən zaman əllər qaldırılmaz.

4. Qiyam və Qiraət:

Əllər bağlandıqdan sonra aşağıdakıları oxumaq lazımdır:

“Sübhanəkəl-Ləhummə va bihəmdikə və təbərəkəsmukə və təala cəddikə və lə iləhə ğayruk.”

“Əuzu billəhi minəş-şeytanir-rəcim. Bismilləhir-Rəhmanir-Rəhim. Əlhəmdu Lillahi Rəbbil-Aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki yavmiddin. İyyəkə nəbudu va İyyəkə nəstəin. İhdinas-siratəl mustəqim. Siratəl ləzinə ənəmtə aleyhim. Ğayril-mağdubi aleyhim valəd-dalin. Amin”

“Val-asr. İnnəl-insənə ləfi-xusr. İlləlləzinə əmənu va amilus-salihati va tavassav bil-haqqi va tavassav bis-sabr.”

5. Ardınca:

“Allahu Əkbər” deyərək rüku edilir. Rükuda 3 dəfə “Sübhanə Rabbiyəl-Azim” dedikdən sonra ayağa qalxmaq.

Qalxarkən: “Səmiallahu limən hamidəh”, tam olaraq dikəldikdən sonra isə “Rabbənə ləkəl həmd” deyilir. Bunun ardınca isə “Allahu Əkbər” deyərək səcdə edilir.

6. Səcdə edərkən öncə dizlər, sonra əllər, daha sonra isə alın və bu­run yerə qoyulur. Əllər qulaqların yanında olmalıdır. Səcdə anında ayaqlar yerdən qaldırılmamalıdır. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl-Ala” dedikdən sonra “Allahu Əkbər” deyib səcdədən qalxaraq oturmaq. Bu za­man kişilər sol ayaqlarını topuqları yerə dəyəcək şəkildə yayaraq üzərində oturmalı, sağ ayaqlarını isə barmaqları qibləyə yönəlmiş vəziyyətdə dik tutmalıdırlar. Qadınlar isə ayaqlarını yerə yayaraq sağ tərəfdən çıxararaq yerə oturmalıdırlar. “Allahu Əkbər” deyib təkrar səcdə etmək və təkrarən 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra yenə də “Allahu Əkbər” deyərək, səcdədən ikinci rükəti qılmaq üçün ayağa qalxaraq əlləri bağlamaq lazımdır.

Qeyd: Səcdədən qalxarkən öncə baş, sonra əllər dizlərin üstünə qoy­ularaq yerdən qaldırmaq.

Bu şəkildə 1-ci rükət tamamlanmış olur.

7. İkinci rükəti qılmaq üçün ayağa qalxaraq əlləri bağladıqdan sonra aşağıdakılar oxumaq:

“Bismilləhir-Rəhmanir-Rəhim. Əlhəmdu Lillahi Rəbbil-Aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki yavmiddin. İyyəkə nəbudu va İyyəkə nəstəin ihdi­nas-siratəl mustəqim. Siratəl ləzinə ənəmtə aleyhim. Ğayril-mağdubi aley­him valəd-dalin. Amin”

“Qul huvallahu əhəd. Allahus-Saməd Ləm yəlid və ləm yuləd. Va ləm yəkun ləhu kufvən əhəd” 

8. “Allahu Əkbər” deyib rüku edilir. 1-ci rükətdə olduğu kimi rükuda yenə də 3 dəfə “Sübhanə Rabbiyəl Azim” deyilir. Rükudan qalxarkən “Səmiallahu Limən Hamidəh”, tam dikəldikdən sonra isə “Rabbənə Ləkəl Həmd” deyilir.

9. Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” deyilir. Sonra “Allahu Əkbər” deyıb səcdədən qalxıb, 1-ci rükətdə olduğu kimi oturmaq və yenidən Allahu Əkbər deyib səcdə etmək. 

3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra “Allahu Əkbər” deyərək oturmaq. (Oturuş şəkli birincə rükətdə izah olunub)

10 . Son oturuşda (“Qadə-axira”) bunlar oxunur:

“Əttəhiyyatu lillahi vas-salavatu vat-təyyibat. Əs-sələmu aleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkətuh. Əs sələmu aleyna va ala ibadilləhis-salihin. Əşhədu ən la ilahə illallah və əşhədu ənna Muhəmmədən abduhu va Rasuluh. Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd. Kəmə saleytə alə İbrahimə va ala ali İbrahim, innəkə Hami­dun Məcid.

Allahummə bərik alə Muhəmmədən va alə ali Muhəmməd. Kəmə bərəkətə alə İbrahimə va ala ali İbrahim innəkə Hamidun Məcid. Rabbənə ətinə fid-dünya hasənətən va fil-axirəti hasənətən və qina azəbən-nər. Birahmətikə ya erhamər-Rahimin.

Rabbənəğfirli va li-validəyyə va lil-mumininə yavmə yaqumul-hisəb” dedikdən sonra:

11. Salam verilir. Salam verərkən baş əvvəl sağ tərəfə çevrilir, gözlər isə sağ çiyinə dikilir və “Əssələmu aleykum və rəhmətullah” deyilir. Daha sonra isə baş sol tərəfə çevrilir, bu zaman isə gözlər sol çiyinə dikilir və yenə də: “Əssələmu aleykum va rəhmətullah” - deyilir.

Bununla da sübh namazının sünnəti bitmiş olur.

Sonra oturmuş vəziyyətdə qalaraq bu dua oxunur:

“Allahummə əntəs-sələm və minkəs-sələm təbərəktə ya zəl-cələli val-ikram”

Bunun ardınca ayağa qalxaraq sübh namazının fərzi qılınır. 

Sübh namazının fərzi

Sübh namazının fərzi iki rükətdir. Eynilə sübh namazının sünnəti kimi qılınır, yalnız niyyətdə fərq var.

1. Niyyət edilir: “Niyyət etdim Allah rizası üçün sübh namazının fərzini qılmağa.”

2. Allahu Əkbər deyilir və əllər bağlanır.

3. “Qiyam” və “Qiraət” sübh namazının sünnətində olduğu kimi, əvvəlcə “Sübhanəkə”, sonra “Əuzu–Bismillah”, “Fatihə” oxunur və amin deyilir. Amin dedikdən sonra kiçik surələrdən biri və ya bir neçə ayət ox­unur.

4. Allahu Əkbər deyərək rüku edilir. Rükuda 3 dəfə: “Sübhanə Rəbbiyəl-Azim” deyilir. Rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.

5. Ardınca Allahu Əkbər deyib səcdə edilir. 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq və Allahu Əkbər deyib yenidən səcdə etmək. Yenə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” və Allahu Əkbər deyib 2-ci rükətə qalxmaq.

6. Qiyam və qiraət:

“Bismillahi-Rahmanir-Rahim” deyib Fatihə surəsi oxunur. Ardınca bir surə və ya bir neçə ayə oxunur.

7. Allahu Əkbər deyərək rüku edilir. Rükuda 3 dəfə: “Sübhanə Rəbbiyəl-Azim” deyilir. Rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.

8. Ardınca Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq. Təkrar Allahu Əkbər deyib yenidən səcdə edilir və Allahu Əkbər deyərək son oturuş (“Qadə”) yerinə yetirilir.

9. “Qadə”də: “Əttəhiyyat”, “Allahummə salli”, “Allahummə barik”, “Rabbənəğfirli” duaları oxunur. 

10. Başı sağ və sol çiyinlərə şevirərək hər iki tərəfə belə salam verilir: “Əssalamu aleykum va rəhmətullah”.

Namaz bitmiş sayılır, namazdan sonra “Allahumə əntəs-Sələm va minkəs Sələm təbərəktə ya zəl-Cəlil val ikram” dedikdən sonra oturub aşağıdakı kimi təsbihat və dua etmək daha yaxşı olar:

“Allahummə salli alə Muhəmmədin va alə əli Muhəmməd” 

Sübhanallahi val hamdulillahi va lə iləhə illallahu vallahu əkbər.Valə havlə valə quvvata illə billəhul–Aliyyil-Azim.

Sonra isə “Ayətül Kürsi” oxunur. Bu da oxunduqdan sonra:

33 dəfə - “Sübhanallah”

33 dəfə - “Əlhəmdulillah”

33 dəfə - “Allahu Əkbər” deyilir və ardınca:

“Lə iləhə illallahu vahdəhu lə şərikə ləh. Ləhul mulk və ləhul həmd va huva alə kulli şeyin Qadir”- deyilir.

Bundan sonra Amin deyib əllər sinə səviyyəsinə qaldırılaraq açılır və dua edilir.

Qeyd: Sübh namazının vaxtı girəndən sonra nafilə (farz və vacib ol­mayan) namazlar qılınmaz, yalnız sübh namazının sünnəti və fərzi qılına bilər. Sübh namazının fərzindən sonra nafilə namazı qılmaq məkruhdur. Günəş doğduqdan sonra 50 dəqiqə müddətində heç bir namaz qılınmaz. Çünki bu, kərahət vaxtına düşür. Sübh namazını vaxtında qıla bilməyən, günəşin doğuşundan 50 dəqiqə sonra qəza namazını qıla bilər.

Zöhr namazı

Zöhr namazı 10 rükətdir. Əvvəlcə 4 rükət sünnəti, sonra 4 rükət fərzi, daha sonra isə 4 rükət son sünnəti qılınır.

Zöhr namazının ilk sünnəti

1. Niyyət edilir: “Niyyət etdim Allah rizası üçün zöhr namazının ilk sünnətini qılmağa”. 

2. Başlanğıc təkbir - Allahu Əkbər deyərək əllər bağlanır.

3. Ayaq üstə “Sübhanəkə”, “Əuzu-Bismillah”, “Fatihə” və bir surə ox­unur.

4. Allahu Əkbər deyib rüku edilir. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək lazımdır.

5. Ardınca Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra, Allahu Əkbər deyib səcdədən qalxmaq lazımdır. Yenidən Allahu Əkbər deyərək səcdə etmək və 3 dəfə “Sübhanə Rabbiyəl Ala” demək lazımdır. Sonra Allahu Əkbər deyib 2-ci rükətə qalx­maq.

6. Ayağa qalxandan sonra yenidən “Bismillah”, “Fatihə” və bir surə oxunur.

7. Allahu Əkbər deyilir və eyni qayda ilə rüku edilir. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.

8. Ardınca Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq və Allahu Əkbər deyib yenə səcdə etmək lazımdır. 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib oturmaq lazımdır. Bu, 4 rükətli namazın ilk oturuşu sayılır. Bu oturuşda “Əttəhiyyatu” duası oxunur.

9. Sonra isə Allahu Əkbər deyib 3-cü rükətə qalxmaq və bu rükətdə də digər rükətlərdə olduğu kimi “Bismillah”, “Fatihə” və bir surə oxunur.

10. Allahu Əkbər deyib rüku edilir. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.

11. Ardınca Allahu Əkbər deyib səcdə etmək və yenə də səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyərək qalx­maq gərəkdir. Təkrar Allahu Əkbər deyib səcdə etmək lazımdır. 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib 4-cü (son) rükətə qalxmaq.

12. Eyni qayda ilə “Bismillah”, “Fatihə” və bir surə oxunur.

13. Sonra Allahu Əkbər deyib rüku emək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək deyilir.

14. Ardınca Allahu Əkbər deyib səcdə etmək. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyib səcdədən qalxmaq və təkrar Allahu Əkbər deyərək yenidən səcdə etmək. Səcdə anında 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib “Son oturuş”u icra etmək lazımdır.

15. Son oturuşda “Əttəhiyyat”, “Allahumməsalli”, “Allahummə barik” duaları oxunur.

16. Başı sağ və sol çiyinlərə tərəf çevirərək hər iki yana belə salam verilir: “Əssalamu aleykum va rəhmətullah.”

Zöhr namazının fərzi

Zöhrün fərzi 4 rükətdir.

1. Niyyət etmək: “Niyyət etdim Allah rizası üçün zöhr namazının fərzini qılmağa.”

2. Başlanğıc təkbir - Allahu Əkbər deyib əlləri bağlamaq.

3. Ayaqda ikən “Sübhanəkə”, “Əuzu-Bismillah”, “Fatihə” və bir surə oxumaq.

4. Allahu Əkbər deyib rüku etmək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd”demək.

5. Ardınca Allahu Əkbər deyib səcdə etmək. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq. Təkrar Allahu Əkbər deyib yenidən səcdə etmək. 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib 2-ci rükətə qalxmaq.

6. Ayağa qalxandan sonra yenidən “Bismillah”, “Fatihə” və bir surə oxunur.

7. Allahu Əkbər deyib və eyni qayda ilə rüku etmək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək lazımdır.

8. Ardınca Allahu Əkbər deyib səcdə edilir. Səcdə anında 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyib səcdədən qalxmaq. Təkrar Allahu Əkbər deyərək yenidən səcdə etmək.

3 dəfə “Sübhanə Rabbiyəl Ala” deyilir. Sonra Allahu Əkbər deyərək səcdədən qalxıb oturmaq. Zöhrün sünnətində olduğu kimi, ilk oturuşda ancaq “Əttəhiyyatu” duası oxunur.

9. Allahu Əkbər deyərək 3-cü rükətə qalxmaq, “Bismillah” və “Fatihə” surəsini oxumaq.

Qeyd: Fərz namazlarının 3 və 4-cü rükətlərində digər rükətlərdən fərqli olaraq yalnız “Bismillah” və “Fatihə” oxunur. Fatihədən sonra heç bir surə və ya ayə oxumaq olmaz.

10. Allahu Əkbər deyib rüku etmək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək gərəkdir. 

11. Allahu Əkbər deyib səcdə etmək. 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq. Yenə də Allahu Əkbər deyib səcdə etmək lazımdır. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyilir və son 4-cü rükəti qılmaq üçün ayağa dur­maq.

12. Bu rükətdə də yenə ancaq “Bismillah” və “Fatihə” oxumaq.

13. Sonra Allahu Əkbər deyib rüku etmək lazımdır. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.

14. Ardınca Allahu Əkbər deyib səcdə etmək.

3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq və təkrarən Allahu Əkbər deyərək səcdə etmək. Yenə 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyib “Son oturuş”u yerinə yetirmək.

15. Son oturuşda “Əttəhiyyatu”, “Allahumməsalli”, “Allahummə barik” duaları oxunur. 

16. Başı sağ və sol çiyinlər tərəfə çevirərək hər iki tərəfə salam verilir: “Əssalamu aleykum va rəhmətullah”.

Zöhr namazının son sünnəti

Zöhr namazının son sünnəti 2 rükətdir.

Əvvəlcə niyyət edilir: “Niyyət etdim zöhr namazının son sünnətini qılmağa.”

Sonra isə eynilə sübh namazının sünnəti kimi iki rükət namaz qılınır. Beləliklə də, Zöhr namazı tamamlanmış olur.

Əsr namazı

Əsr namazı dördü sünnət və dördü fərz olmaq üzrə səkkiz rükət qılınır. Öncə əsr namazının sünnəti qılınır.

1. “Niyyət etdim, Allah rizası üçün Əsr namazının sünnətini qılmağa.”

2. Allahu Əkbər (təkbir) deyib ələr bağlanır.

3. Ayaqda ikən “Sübhanəkə”, “Əuzu-Bismillah”, “Fatihə” və bir surə oxunur.

4. Allahu Əkbər deyib rüku etmək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.

5. Ardınca Allahu Əkbər deyib səcdə etmək. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyərək səcdədən qalxmaq. Daha sonra Allahu Əkbər deyib təkrar səcdə etmək lazımdır. Yenə 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyib 2-ci rükətə qalxmaq.

6. Ayağa qalxandan sonra yenidən “Bismillah”, “Fatihə” və bir surə oxunur.

7. Allahu Əkbər deyib eyni qayda ilə rüku etmək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək gərəkdir.

8. Sonra Allahu Əkbər deyib səcdə etmək, Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq. Ardınca Allahu Əkbər dedikdən sonra yenidən səcdə etmək. 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, ardınca isə Allahu Əkbər deyib oturmaq. Zöhr namazından fərqli olaraq Əsr namazında ilk oturuşda “Əttəhiyyatu” ilə yanaşı, “Allahummə salli” və “Allahummə barik” duaları da oxunur.

9. Allahu Əkbər deyib 3-cü rükətə qalxmaq. Bu rükətdə 1-ci rükətdə olduğu kimi, “Sübhanəkə”, “Bismillah”, “Fatihə” və bir surə oxunur.

10. Allahu Əkbər deyib rüku etmək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.

11. Ardınca Allahu Əkbər deyib səcdə etmək. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra isə Allahu Əkbər demək və səcdədən qalxmaq. Daha sonra yenidən Allahu Əkbər deyib səcdə etmək. 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyib 4-cü (son) rükətə qalxmaq.

12. Eyni qayda ilə “Bismillah”, “Fatihə” və bir surə oxumaq.

13. Sonra Allahu Əkbər deyib rüku etmək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək lazımdır.

14. Ardınca Allahu Əkbər deyib səcdə etmək. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala, daha sonra isə Allahu Əkbər demək. Səcdədən qalxmaq və təkrar Allahu Əkbər deyərək yenidən səcdə etmək lazımdır. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyib “Son oturuş” yerinə yetirilir.

15. Son oturuşda “Əttəhiyyat”, “Allahumməsalli”, “Allahummə barik” duaları oxunur. 

16. Başı sağ və sol çiyinlərə çevirərək hər iki tərəfə salam vermək: “Əssalamu aleykum va rəhmətullah”.

Əsr namazının fərzi

“Niyyət etdim, Allah rizası üçün Əsr namazının fərzini qılmağa” - dedikdən sonra eynilə zöhr namazının dörd rükət fərzi kimi qılınır. (bax: zöhr namazının fərzinin qılınması)

Məğrib (axşam) namazı

Axşam namazı üçü fərz və ikisi sünnət olaraq beş rükətdir. Əvvəlcə fərzi qılınır:

1. “Niyyət etdim Allah rizası üçün axşam namazının fərzini qılmağa.”

2. Başlanğıc təkbir -Allahu Əkbər deyərək əlləri bağlamaq.

3. “Sübhanəkə”, “Əuzu-Bismillah”, “Fatihə” və bir surə oxumaq.

4. Allahu Əkbər deyib rüku etmək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək lazımdır.

5. Ardınca Allahu Əkbər - deyib səcdə edilir. 3 dəfə “Sübhanə Rabbiyəl Ala” deyilir. Sonra yenə də Allahu Əkbər demək və səcdədən qalxmaq. Allahu Əkbər deyib yenidən səcdə etmək. Yenə də 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyərək 2-ci rükətə qalxmaq.

6. Ayağa qalxandan sonra yenidən “Bismillah”, “Fatihə” və bir surə oxumaq.

7. Allahu Əkbər deyib eyni qayda ilə rüku etmək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək.

8. Ardınca Allahu Əkbər deyib səcdə etmək. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyib qalxmaq. Yenidən Allahu Əkbər deyərək təkrar səcdə etmək. Daha sonra 3 dəfə “Sübhanə Rabbiyəl Ala” və Allahu Əkbər deyib oturmaq. Zöhr və Əsr namazlarının fərzlərində olduğu kimi, ilk oturuşda ancaq “Əttəhiyyatu” duası oxunur.

9. Allahu Əkbər deyərək 3-cü rükətə qalxmaq. Axşam namazında da digər fərz namazlarında olduğu kimi, üçüncü rükətdə ancaq Bismillah və Fatihə oxunur.

Fatihədən sonra heç bir surə və ya ayə oxunmur.

10. Allahu Əkbər deyib rüku edilir. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək. 

11. Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra isə Allahu Əkbər deyib səcdədən qalxmaq. Ardınca Allahu Əkbər deyib yenidən səcdə etmək. 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyib “Son oturuş” yerinə yetirilir.

12. “Son oturuş”da “Əttəhiyyat”, “Allahumməsalli”, “Allahummə barik” duaları oxunur.

13. Başı sağ və sol çiyinlərə çevirərək hər iki tərəfə salam vermək: “Əssalamu aleykum va rəhmətullah”.

Məğrib (axşam) namazının sünnəti

Əvvəlcə niyyət edilir: “Niyyət etdim Allah rizası üçün axşam namazının sünnətini qılmağa.” Bundan sonra isə eynilə sübh namazının sünnəti kimi iki rükət namaz qılınır. Beləliklə də axşam namazı tamamlanmış olur.

İşa (gecə) namazı

İşa namazı dörd sünnət, dörd fərz və iki son sünnət olmaq üzrə on rükətdən ibarətdir. Ardınca isə 3 rükət vitr namazı qılınır. 

İşa namazının ilk sünnəti

Niyyət: “Niyyət etdim, Allah rizası üçün işa (gecə) namazının ilk sünnətini qılmağa”. Sonra isə eynilə əsr namazının ilk sünnəti kimi dörd rükət namaz qılınır.

İşa namazının fərzi

Niyyət: “Niyyət etdim Allah rizası üçün işa namazının fərzini qılmağa.” Bundan sonra eynilə zöhr namazının fərzi kimi dörd rükət namaz qılınır. (zöhr namazına bax) 

İşa namazının son sünnəti

Niyyət: “Niyyət etdim, Allah rizası üçün işa namazının son sünnətini qılmağa” dedikdən sonra sübh namazının sünnəti kimi iki rükət namaz qılınır.

Bu şəkildə işa namazı tamamlanmış olur.

Vitr namazı

Vitr namazı İşa (yatsı) namazından sonra qılınan 3 rükətli vacib namazdır.

1. Niyyət etmək: “Niyyət etdim Allah rizası üçün Vitr namazını qılmağa.”

2. “Başlanğıc təkbir” - Allahu Əkbər deyib əllər bağlanır.

3. “Sübhanəkə”, “Əuzu-Bismillah”, “Fatihə” və bir surə oxunur.

4. Allahu Əkbər deyib rüku edilir. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək lazımdır.

5. Ardınca Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyə Ala”, sonra Allahu Əkbər deyib səcdədən qalxmaq. Yenidən Alla­hu Əkbər deyib səcdə etmək. 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib 2-ci rükətə qalxmaq.

6. Ayağa qalxıb “Bismillah”, “Fatihə” və bir surə oxumaq.

7. Allahu Əkbər deyib eyni qayda ilə rüku etmək. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, Rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” demək lazımdır.

8. Ardınca Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala”, sonra Allahu Əkbər deyib qalxmaq. Təkrar Allahu Əkbər deyib səcdə etmək. 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib oturmaq lazımdır. Bu, namazın ilk oturuşu sayılır. Bu oturuşda ancaq “Əttəhiyyatu” duası oxunur.

9. Sonra isə Allahu Əkbər deyib 3-cü rükətə qalxmaq lazımdır. Bu rükətdə də də digər rükətlərdə olduğu kimi “Bismillah”, Fatihə və bir surə oxunur. Sonra isə “başlanğıc təkbirdə” olduğu kimi əllər qaldırılır və Allahu Əkbər deyərək bağlanılır. Ardınca “Qünut duaları” oxunur: 

“Allahummə innə nəstəinukə va nəstəğfirukə va nəstəhdikə va nu-minu bikə va nətubu ileykə va nətəvakkəlu aleykə va nusni ileykəl-xayra kulləhu neşkurukə va lə nəkfurukə va naxləu va nətruku mən yəfcuruk”.

“Allahummə iyyəkə na-budu va ləkə nusalli va nəscudu va ileykə nas-a va nahfidu nərcu rahmətəkə va naxşa azabəkə innə azəbəkə bilkuffəri mulhiq”

10. Allahu Əkbər deyib rüku edilir. Rükuda 3 kərə “Subhanə Rabbiyəl Azim”, rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir. 

11.Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” və ardınca Allahu Əkbər deyib səcdədən qalxmaq. Allahu Əkbər deyərək yenidən səcdə edilir. Yenə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” deyilir, sonra Allahu Əkbər deyib “Son oturuş” yerinə yetirilir.

12. Son oturuşda “Əttəhiyyat”, “Allahumməsalli”, “Allahummə barik” duaları oxunur. 

13. Başı sağ və sol çiyinlərə tərəf çevirərək hər iki yana salam vermək: “Əssalamu aleykum va rəhmətullah”

 

Camaat namazı

İslam dini vəhdət-birlik dinidir. Birlikdə isə rəhmət vardır. Namaz ibadətlərin şahı olduğu üçün bir yerdə qılınan namazların fəziləti və savabı çoxdur. Bununla bağlı Peyğəmbərimiz (sav) belə buyurub: “Camaatla qılınan namaz təkbaşına qılınan namazdan 27 dəfə üstündür.”

Hər bir müsəlman üzrlü səbəb olmadan namazını camaatla qılmalıdır. Camaat namazı qılınması üçün ən azı iki nəfər tələb olunur.

Qeyd: Yalnız fərz namazları camaatla qılına bilər. Sünnət namazları təkbaşına qılınır. Məsələn: Sübh namazının Fərzını qılmaq üçün məscidə gedən şəxs öncə tək başına sübh namazının sünnətini qılmalıdır. Daha sonra müəzzin (azan oxuyan) “İqamə” oxuyarkən “Qad-qamətis-salah” dediyi zaman ayağa qalxıb səffdə (cərgədə) yer tutmalıdır.

Qeyd: Səflərin şəkli düz olmaqla yanaşı, ön cərgələrdə boş yer buraxılmamalıdır. Ön səflərdə kişilər, sonra oğlan uşaqları, daha sonra isə qadınlar və qız uşaqları dururlar. Qadınlar kişilərlə eyni cərgədə (səfdə) və ya kişilərin önündə dura bilməzlər. Əks təqdirdə yanında durduğu kişinin namazı pozular.

Camaat namazında niyyət belə edilir:

“Niyyət etdim Allah rizası üçün Sübh namazının fərzini qılmağa, ima­ma tabe oldum” və ya “imama bağlandım”.

İmam Allahu Əkbər deyərək başlanğıc təkbiri edir. Arxa səflərdə (cərgələrdə) duran müsəlmanlar asta səslə “Allahu Əkbər” deyib təkbir alaraq əllərini bağlayırlar. İmam asta səslə “Sübhanəkə” və “Əuzu-Bismil­lah” deyir. İmama tabe olan hər kəs də ürəyində “Sübhanəkəni” oxumalıdır. Daha sonra isə imam ucadan Fatihənı oxumağa başlayır, ona tabe olanlar isə susub onu dinləyirlər. Fatihəni oxuyub qurtardıqdan sonra hər kəs gizli səslə “amin” deyir. Sonra imam yenə də uca səslə bir surə və ya bir neçə ayə oxuyur. Arxadakılar isə yenə də heç bir şey oxumadan onu dinləyirlər.

Daha sonra imam “Allahu Əkbər” deyib rüku edir. Bu zaman hər kəs onun ardınca “Allahu Əkbər” deyir və rüku edir. Rükuda 3 dəfə “Sübhanə Rabbiyəl Azim” deyilir.

İmam “Səmiallahu limən Həmidəh” deyərək rükudan qalxarkən, arxadakılar “Rabbənə va ləkəl Həmd” deyib qalxmalıdırlar. Ardınca:

İmam uca səslə “Allahu Əkbər “deyir və səcdə edir. Hər kəs də asta səslə “Allahu Əkbər” deyərək səcdə edir. Bu səcdə eyni şəkildə bir dəfə də təkrarlanır. Daha sonra imam “Allahu Əkbər” deyib 2-ci rükətə qalxır. Onun ardınca hər kəs “Allahu Əkbər” deməli və ikinci rükətə qalxmalıdır. İmam yenə də gizli səslə “Əuzu –Bismillah” uca səslə isə Fatihə və bir surə ox­uyur. Arxada duranlar isə heç bir şey oxumadan yalnız onu dinləməlidirlər. Ardınca rüku və səcdələr 1-ci rükətdə olduğu kimi icra edilir. Ən son oturuşda isə İmam da daxil olmaqla hər kəs ürəyində “Əttəhiyyatu”, “Allahummə salli” və “Allahumə barik” dualarını oxuyur. Ardınca İmam başını sağa çevirərək: “Əssələmu aleykum və Rəhmətullah” deyir. Arxadakılar da onun ardınca sağa salam verirlər. Sonra imam eyni şəkildə sol çiyninə salam verir, hər kəs yenə də onun ardınca sol çiyninə salam verirlər. Beləliklə də camaat namazı bitmiş sayılır.

Qeyd:

• Zöhr, Əsr, Məğrib və ya İşa namazlarında 3 və 4-cü rükətlərdə İmam Fatihəni səssiz oxuyur, arxa cərgələrdə duranlar da bu əsnada heç bir şey oxumadan səssiz durmalıdırlar.

• İmamdan öncə təkbir (Allahu Əkbər) demək, səcdə etmək olmaz.

• İki nəfər bir yerdə namaz qılarsa, camaat namazı qılınmış sayılır. Bu zaman onlardan biri imam olaraq öndə, digəri isə onun sağ tərəfində bir az arxada duraraq ona tabe olmalıdır.

• İmam rükuda ikən niyyət edib ona tabe olan, həmin rükətə yetişmiş sayılır və namazını onunla birlikdə bitirər. İmam rükudan qalxdıqdan sonra ona tabe olan isə qılmadığı rükəti və ya rükətləri imam salam verəndən sonra təkbaşına qılmalıdır.

2-ci rükətdə imama yetişənin hökmü:

1-ci rükətdə rükuya gecikən, niyyət edib imama tabe olmalıdır. İmamla birlikdə namazı qılmalı, ən sonda imam sağ tərəfə salam verən kimi, qılmadığı rükəti tamamlamaq üçün Allahu Əkbər deyib ayağa qalxmalıdır. “Sübhanəkə”, “Əuzu-Bismillah”, “Fatihə” və bir surə oxuduqdan sonra yenidən Allahu Əkbər deyərək rüku və səcdələri yerinə yetirib oturmalıdır. “Əttəhiyyatu”, “Allahumməsalli”, “Allahunə barik” dualarını oxuyub, əvvəlcə sağ daha sonra isə sol çiyinlərə tərəf salam verərək: “Əssalamu aleykum va rəhmətullah” deməlidir.

3-cü rükətdə imama yetişənin hökmü: 

Dörd rükətli bir namazın 3-cü rükətində imama tabe olan kəs, namazın sonunda imamın salamından sonra (qılmadığı ilk iki rükəti tamamlamaq məqsədilə) Allahu Əkbər deyərək ayağa qalxmalıdır. Bundan sonra isə qılmadığı ilk iki rükəti tamamlamalı, sağ və sola tərəf salam verərək namazı bitirməlidir.

Qeyd: 3 rükətli axşam və vitr namazının son rükətində imama yetişən kəs, İmam salamından sonra ayağa qalxıb bir rükət qılaraq oturmalı və “Əttəhiyyatu” oxumalıdır. Daha sonra Allahu Əkbər deyib ayağa qalxmaq. “Fatihə” və bir surə oxunur. Rüku və səcdələrdən sonra “Son oturuş”da duaları oxuyub salam verməklə namaz tamamlanır.

4-cü rükətdə imama yetişənin hökmü: 

Eyni qayda ilə 4-cü rükətdə də imama yetişən kəs, o rükəti imamla tamamladıqdan sonra Allahu Əkbər deyərək ayağa qalxmalıdır. “Sübhanəkə”, “Əuzu-Bismillah”, “Fatihə” və bir surə oxunur. Sonra rükü və səcdələr edib oturmalı və “Əttəhiyiyatu” duasını oxuyub ayağa qalxmalıdır. Yenidən “Bismillah”, “Fatihə” oxunur. Sonra eyni qaydada rüku və səcdələri yerinə yetirib oturmadan ayağa qalxmalı. Yalnız “Bismillah” və “Fatihə” ox­unur. Rüku və səcdələrdən sonra isə oturmalı. Son oturuşda “Əttəhiyyatu” və digər dualar oxunaraq, salam verməklə namaz tamamlanır.

Qeyd: Sonuncu rükətin rükusundan sonra imama yetişən kəs, imamın salamından sonra Allahu Əkbər deyib ayağa qalxmalı, təkbaşına bütün rükətləri qılaraq namazını tamamlamalıdır.



14-04-2010 12:00:00