Ana səhifə

Namaz hansı hallarda qəzaya buraxıla bilər?


YazdırSend to friend

Üzrsüz olaraq namazın vaxtını keçirmək böyük bir günahdır. Bu günah yalnız o namazı qəza etməklə qalxmaz, birdə tövbə etmək lazımdır.

Məşru bir üzrü səbəbiylə namazlarını qəzaya buraxan kimsənin üzərində hər hansı bir günah yoxdur. Bu üzrlərdən bəziləri bunlardır:

Düşməndən qorxmaq, ebenin (doğumu həyata keçirən həkim) uşaq və ya anasının ölümündən qorxması. Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm)  Xəndək döyüşündə namazlarını təxir etmişdir.

Öz üzərində ilahi bir əmr olan bir kimsə, əda və ya qəza olaraq yerinə yetirmədikcə o təklifdən qurtula bilməz. Çünki Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) "Allah'ın haqqı ödənməyə daha layiqdir." buyurmuşdur.

Bir kimsə üzərinə namaz fərz olsa və ona təsis edilmiş olan vaxtda bu namazı qılmazsa, o namazı qəza etməsi lazımdır.

Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Sizdən biri yuxu səbəbiylə yaxud qəflətlə bir vaxt namazı qılmazsa, xatırladığı zaman onu qılsın. Çünki Allah Təala: Məni xatırlamaq üçün namaz qıl."

buyurmuşdur. Buxaridə isə bu hədis rəvayət edilmişdir:

"Hər kim bir namazı unutsa xatırladığı zaman onu qılsın. Namazın bundan başqa kəffarəsi yoxdur."

Buxari ilə Müslimin ittifaq etdikləri hədisin mətni isə belədir:

"Hər kim bir namazı yuxu səbəbiylə qılmaz, yaxud unudar da qıla bilməzsə xatırladığı zaman ...."

Bunun üçün yuxu və ya unutma səbəbiylə bir namazı qıla bilməzsə onu qəza etməsi lazımdır.

Yuxu yaxud unutma səbəbi ilə namazı qəzaya qalan kimsə günahkar olmaz. Əbu Qatadənin dediyinə görə: "Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) yuxu səbəbiylə namazı qıla bilmədiklərindən şikayət edənlərə belə buyurdu:

"Yuxu laqeydlik səbəbi deyil. Laqeydlik ancaq oyanıqlıq halında olandır. Sizdən biri namazını unudar yaxud yuxu səbəbiylə qıla bilməzsə, xatırladığı zaman qılsın."

(Prof. Dr Vehbe Zuheyli, İslam Fiqhi Ensiklopediyası)



15-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz