Ana səhifə

Namaz qılarkən dəstəmazı pozulan adam nə edilməlidir?


YazdırSend to friend

Namaz qılarkən dəstəmazı pozulan adam, dərhal salam verib, namazdan çıxar. Necə ki bir hədisdə Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurmuş:

"Namaz qılarkən kimin dəstəmazı pozulacaq olarsa dərhal namazdan çıxsın. Əgər camaatla qılınan bir namazda isə burnunu tutaraq ayrılsın." (Əbu Davud, Salat 236, no: 1114)

Burnunu tutmasını istəməsi, camaata burnu qanamış zənnini vermək üçündür. Bu davranış, bir növ ədəbə riayət etməkdir.

İmam, namaz anında ikən dəstəmazı pozulduğunda burnu qanamış və ya buna bənzər bir üzrü varmış təsəvvürünü verərək camaatdan birini mehraba çəkib, onu imam təyin edə bilər. Namaza başlanıldığında imamlıq etməyə sahib biri imamın yerinə keçərək imamlıq edə bilər. Namaza başlanıldığında imamlıq şərtləri özündə olmayan adamın isə istihlâf (qeyd edilən dəyişmə) yoluyla imamlıq etməsi caiz deyil.

Dəstəmazı pozulan imam, yerinə buraxacağı adamın namazın hamısını camaatla qılan biri olmasına diqqət edər. Məcbur olmadıqca camaata sonradan qoşulan və namazın bir hissəsini qıla bilməmiş birisinə imamlıq verilməz. Əgər belə bir vəziyyət söz mövzusu olarsa, namazın normal rükətlərinin tamamlanmasıyla camaata sonradan qatılan, buna baxmayaraq istihlâf yolu ilə imam təyin edilən adam, namazın sonunda salam vermədən öz yerinə namazın hamısını qılan birisini təyin edər. İmamlığa keçən şəxs salam verincə, o da namazının yarım qalan hissəsini tamamlayar.

Dəstəmazı pozulan imamın yerinə imam olan adam, imamın namazı harada buraxdığını təyin edə bilmirsə, bunu imamdan soruşmağa lüzum bilirsə, imam ona işarə yolu ilə namazın harasında qaldığını izah etməyə çalışar. Əgər bu mümkün olmaz, imam danışarsa namaz pozular və təkrarı lazımdır.

Dəstəmazı pozulan imam, yerinə birini imam təyin etmədən məsciddən çıxsa və yaxud boş bir sahədə qılınan namazda səfləri keçərək ilərləsə namaz pozulmuş olar. Ancaq imamın, yerinə birini buraxmadan camaatı tərk etdiyində dərhal camaatdan birisinin imam olması halında, əgər imam hələ məsciddən çıxmamış olsa, yerinə keçənin qıldırdığı namaz qəbul olar və təkrarı lazım deyil.

Camaatın tək adam olması halında isə, o adam imamın yerinə keçərək namazını tamamlayar.



08-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz