Ana səhifə

Namaz qılmağı tərk etdim; təkrar necə başlaya bilərəm? Namazlarımı axsatmadan qılmağım üçün nələr tövsiyə edərsiniz?


YazdırSend to friend

Təxminən on beş il əvvəl, bir yoldaşımızı ziyarətə gedirdik. Yoldaşlarımızla birlikdə maşınımızda yol gedərkən səhər namazının vaxtı girmişdi. Açıqcası, yolun nə qədər olacağını, səhər namazına çatıb çatbilməyəcəyimizi bilmirdim. Hər səfərdə yaşadığım "namaz sancısı" elə örtmüşdü ki hər yanımı, yata bilmirdim. Bu yolda ilk dəfə səyahət etdiyimdən, harada fasilə veriləcəyini və gedəcəyimiz yerə nə vaxt çatılacağını bilmirdim. Təcrübəli yoldaşlarımdan birinə yaxınlaşdım:

"Namazı nə zaman qılacağıq? Mən buraları tanımıram, namazı qılacağımız yerə gəldiyimizdə mənə xəbər ver." dedim. Yuxulu gözlərlə cavab verdi:

"Yaxşı qılarıq, narahat olma." Sonra da gözlərini bağlayıb yatmağa davam etdi. Həm də namazını qılan, çox dindar bir yoldaşımız idi o.

"Narahat olma" dedi, amma narahat olmamaq mümkünmü? Nə vaxt oyanacaq, necə oyanacaq, bəlli deyil. Heç olmasa desə ki, "Səni yuxu tutmursa, məni bu saatda oyandır ki hazırlıq edək."Yaxşı. Amma yox. Dəqiqələr bir-birini qovur, səbirsizlik içərisində sayıram saniyələri. Günəş işığı doğulmaq üçün saniyədə üç yüz min kilometr sürətlə qaçır. Ətrafda heç bir hərəkət,səy yox. Kaş ki, yolun necə olduğunu bilib dəstəmazlı olsaydım, heç olmasa avtomobildə qılardım. İndi bu da mümkün deyil. Çarəsiz, bir başqa yoldaşımıza yönəldim:

"Namaz keçmək üzrə. Mən sürücüyə namaz üçün xahişdə edəcəm. Dayanmazsa enəcəyəm." dedim. Qaşqabağını tökdü, lağ eləyirmiş kimi:

"Ya sən ağılınımı qaçırdın?" dedi.

Çaşdım, kədərləndim, qırıldım. Namazlarını qıldığını bildiyim bir kimsə idi o. Həqiqətən mən ağılımımı qaçırmışdım? Avtobusda mışıl mışıl yatıb, dinc dinc, səs çıxarmadan, Rabbimi düşünmədən oturmalı idimmi? Özümü sorğuladım. Sabah namazını bu qədər düşünməkdə haqsız idimmi? Cavabını, mərhum atamdan dinlədiyim bu xatirədə tapa bilərsiniz:

Atam, 1950’larda Emirdağda, dayısına qonaq olur. Onların iş yeri, böyük İslam Âlimi Bədiüzzaman Həzrətlərinin qaldığı evin tam qarşısında. Gecəni dayısıgildə keçirən atam, səhər bir ağlama səsiylə oyanır. Belə nəql edir atam:

"Baxdım ki, dayımın oğlu hıçqıra hıçqıra ağlayır.Böyük oğlandı, amma uşaq kimi gözyaşı tökür. Bu vəziyyət qarşısında, başına pis bir hadisə gəldiyini və ya acı bir xəbər aldığını düşünür.

"Xeyir ola Ali, nəyin var, nə üçün ağlayırsan?" deyə soruşur. Aldığı cavab maraqlı:

"Sabah namazına qalxa bilmədik. Baxsana, günəş doğmuş. Onun üçün ağlıyıram."

Bunun kimi ikinci bir nümunə: Hadisə, Məmməd Paksu Müəllimin babasının başından gəlir. Babası tarlaya əkin biçməyə gedir. Təbii, uzun yaz günlərində gec saatlara qədər işləyir. Yorğun və əldən düşmüş bir şəkildə yatır. Səhər qalxdığında bir də nə görsün? Günəş doğulmuş və səhər namazı qaçmış. Namazı qaçırdığına o qədər kədərlənmiş ki, hıçqırıqlara boğulmuş. Ağ saqqalını qırmızı torpağa sürərək, ağlayır və davamlı belə deyirmiş:

"Mən nə etdim, mən nə etdim də səhər namazını qaçırdım?"

O qədər ağlamış ki, ağ saqqalı, torpağa sürməkdən  qırmızılaşmış. Bəli, namaz üçün ağlanılar, namaz üçün ağıl qaçırılar, ona can və canan fəda edilər. Amma indi bu həqiqət tam başa düşülmür. Elə bir çağda yaşayırıq ki, səhər namazını düşünmək "dəlilik", qalxa bilməyincə ağlamaq "qəribəlik" ola bilir!

Həqiqətən səhər namazını qaçırınca kədərlənməmiz lazım deyilmi? 

"İmandan sonra ən böyük və ən mühüm məsələ olan namaz"ın bir vaxtı keçirilincə heç bir şey olmamış kimi normalmı qarşılamalıyıq?

Bir vaxt namazı qaçırmaq adi bir hadisəmi? 

Səhərə qədər dünya kuboku matçlarını izləmək məntiqli, amma səhər namazını düşünmək gərəksizmi? 

Halbuki, yuxusundan oyana bilmədiyi üçün universitet imtahanını qaçıran bir gənc, kədərindən, qəhrindən, yeri göyü dağıda  bilər. Yaxşı, Peyğəmbərimizin (Allah’ın Salamı və Salatı Onun üzərinə olsun), iki ayrı hədisdə, "Dünya və içindəkilərdən xeyirlidir." dediyi səhər namazının sünnəti və fərzi, bir matç qədər əhəmiyyətli deyilmi? Dünya və içindəki bütün xəzinələrdən daha qiymətli olan səhər namazı, bir universitet imtahanı qədər əhəmiyyət daşımırmı? Namaz üçün ağlamaq, kədərlənmək lazım deyilmi? 

Böyük vəlilərdən yazıdı Bestami Həzrətləri bir gün səhər namazına oyana bilməz. Səhər olduğunda o qədər kədərlənər, o qədər ağlayar, nəfsini günahlandırıb ürəyi yanaraq elə bir istiğfar(Allah’`dan bağışlanma diləmək) edər ki, buna görə səhər namazının savabından daha çox əcr qazanar. Bunu görən şeytan sabahısı gün o şəxsi erkəndən səhər namazına xəbərdar edər. Çünki, möminlər savab qazandıqlarında şeytan qəhr olar. Madam ki, o şəxsin namaz qıla bilməməsi Allah’a daha çox yalvarmasına səbəb olmuşdur; şeytana düşən onun ikinci dəfə gözyaşı töküb yalvarmasını  əngəlləməkdir.

Görəsən bu zamanda, səhər namazını qaçırdığında ağlayan, peşman olan, tövbə və istiğfar edən, necə qalxa bilərəm deyə çırpınan nə qədər mü’min var sizcə?

Əlimizdə çox sağlam bir statistika yox. Amma bu qədərini söyləyə bilərik:

Üç böyük bölgəmizdəki universitetli gənclər arasında edilən bir sorğuya görə, beş vaxt müntəzəm namaz qılanların nisbəti yüzdə on- 10/100. Bunların da ən çox qaçırdıqları namaz, heç şübhəsiz səhər namazı. Beş vaxt namaz qılan müminlər içində, həftədə, ayda və ya bir neçə ayda bir səhər namazı qaçıranların sayı olduqca çox. İstəsəniz, başda öz nəfsinizdə, sonra ətrafınızda kiçik bir araşdırma edin. Bu acı həqiqəti bütün çılpaqlığıyla görəcəksiniz. Halbuki səhər namazı və bütün fərz namazlar, başda Peyğəmbərimiz sallAllah’u aleyhi va səlləm və onun seçkin səhabələrinin üzərində titrədiyi möhtəşəm bir ibâdətdir.

Bir mömin səhər namazını qaçırdığında "ağılını qaçırmış kimi" dəli divanə olmalı, hövsələdən çıxmalı, dünyası qaralmalı, nahar edəcək bir iştah tapa bilməməli, axşama qədər özünü cəzalandırmalıdır. Səhər namazı qəza olduğu gün, yer yerindən oynamalı, ağılı başından getməli, tövbə və istiğfar üçün Allah’a əl açmalı, yalvarmalı, əff diləməlidir. Və hamısından əhəmiyyətlisi, səhər namazını qaçırmasını əsla "adi" görməməli, "ola bilər" qəbul etməməli; nəfsinə, qəflətinə, yuxusuna üsyan etməlidir. Dərhal, "Harada səhv etdim? Hansı tədbiri almalıyam ki, bir daha bu kədərli əzaba düşməyim?" deyərək çarə axtarışına keçməli, həlli tapmalı və dərhal tətbiq etməlidir.

Çünki, söz mövzusu olan uşaq oyuncağı deyil, adi bir hadisə deyil, üç gündəlik dünya həyatını maraqlandıran bir məsələ deyil. Sözünü etdiyimiz; bizim, kainatın və hər şeyin Sahibi, Sultanı, Yaradıcısı olan Allah’ın hüzuruna gəlməkdir; Onun dərgahında səcdəyə qapanmaq; canımız, cananımız, biricik varlığımız, sevənimiz, sevgilimiz olan Zât-ı Zülcelâle ibâdət etmək məsələsidir. Dünyada heç bir şey bundan daha mühüm, daha vacib, daha sevimli, daha vazkeçilməz ola bilməz. Əgər burada bir əskiyimiz varsa, xəta bizdədir.

Bir mömin, həftədə bir, ayda bir səhər namazını qəza etməyi normal görə bilməz, qəbul edə bilməz! Namazlarımızı qaçırırıqsa, bu gedişə dayan demək, silkinmek, titrəmək, laqeydliyimizə üsyan etmək, "Artıq yetər" demək vəziyyətindəyik. Qulu olmaqla fəxr etdiyimiz Rabbimiz bizdən belə bir etinasızlıq , belə bir laqeydlik istəmir. Ümməti olmaqla şərəfləndiyimiz Sevgili Peyğəmbərimiz sallallahu aleyhi va səlləm, bizə səhlənkarlığı dərs vermir. Onun bütün ömüründə qaçırdığı səhər namazı yalnız bir dənədir. O da, döyüş dönüşü, həddindən artıq yorğun və yuxusuz olduğu bir zamanda, növbətçinin yatması üzündən və bəlkə də ümmətinə belə vəziyyətlərdə necə davranması lazım olduğunu dərs vermək hikmətiylə olmuşdur. Gerçək bu ikən səhər namazına laqeyd qala bilmərik.

Səhər namazı üçün necə bir vəziyyətdə olursaq olaq, istər onu həftədə bir, istər ildə bir, hətta bir neçə ildə bir qaçırmış olaq; yeni bir ubudiyet şüuruyla bəzənmək, yeni bir cəhd və səy qılıncını kuşanmak, yeni bir təbliğ və xəbərdarlıq hərəkatı başlatmaq vəziyyətindəyik. "Namaz üçün nə edə bilərəm?" deyə çırpınan bir ruhun, döyünən bir beynin həll axtarışlarıdır. Allah’a qarşı heç bir yaxşılığını görə bilməyən, "günah hambalı" olmaqdan başqa əlində bir sərmayəsi olmayan, amma Allah’ı sevdiyinə inanıb, Ona haqqıyla ibâdət edə bilmədiyinə yanan bir qardaşınızın həll təklifləridir.

Bəzi Müsəlmanlar, "Nə üçün namaz qılmırsınız?" sualına çox bəsit bəhanələr gətirirlər. İrəlidəki hissələrdə daha geniş işləyəcəyimiz kimi, "İşim çox, zamanım yox, xəstəyəm" kimi, heç bir əsası olmayan bəhanələr gətirirlər. Halbuki namazın ölümdən, huşunu itirmədən başqa heç bir ciddi bəhanəsi yoxdur. Çünki namaz, döyüşdə, ağır iş anında, xəstəykən, səfər əsnasında da qılınar. Namaz bu cür sadə bəhanələrlə axsadılamaz. Yalnız bəzi asanlaşdırıcı üsullar vardır. Çünki, namaz Rabbimizlə görüşməkdir. Bizi yaradanla görüşməyə heç bir şey əngəl ola bilməz, olmamalıdır.

Namazın vaxtı girdimi, uyğun zaman, uyğun mühit və uyğun yer yox deyə namaz qəzaya bıraxıla bilməz. Bir səfər əsnasında səhər namazının vaxtı girmişdi. Avtobusumuz bir məscidin qarşısında dayandı. Hava şiddətli soyuq idi və hər tərəf qarla örtülmüşdü. Məscidin həyətində bir nasosdan başqa dəstəmaz alacaq bulaq yox idi. Dərhal nasosdan su çəkərək sırayla dəstəmaz aldıq. Məscid hələ açılmamışdı. Qibləni məscidə görə təyin edərək qar üstündə namazımızı qıldıq. Soyuq idi, üşüyürdük. Amma, içimiz imisti idi. Vəzifəmizi etmiş, hüzur içində yola davam etmişdik.

Namazı tərk etmənin əzabı çox şiddətlidir

Namazı heç bir bəhanə olmadan qəzaya buraxmanın cəzası çox böyükdür. Namazı qılmamaq, Cəhənnəm əzabını heçə saymaq deməkdir. Bir kibriti yandırsaq, yalnız çöp sönənə qədər əlimizi atəşinə tutmağa çalışsaq, ağrısına dözə bilmirik. Yüz dərəcədə qaynayan suya əlimizi sala bilmirik. Allah’ın əzabına qarşı əhəmiyyətsizcəsinə yanaşa bilərikmi? Bu ayə, Allah’ın əzabına qarşı özünü güvəndə hiss etmənin böyük bir səhv olduğunu göstərir:

 "Yoxsa onlar, nemətlər içində üzərkən Allah’ın əzabının qəflətən gəlməyəcəyindənmi əmin oldular? Hüsrana düşmüş bir  topluluqdan başqası isə Allah’ın əzabından əmin olmaz." (A’raf , 7/99)

Heç kimsə, Allah’ın əzabına qarşı qorxusuz və laqeyd ola bilməz. Üstəlik namaz kimi bir ibâdət söz mövzusu olduğunda, özümüzü rahat hissedə bilmərik.

Bəzi kəslər, "Mən yanmayacağam, ruhum yanacaq" kimi gerçəklə əlaqəsiz sözlər sərf edirlər. Cəhənnəm əzabı, bədənə və ruha tətbiq olunacaq. Həm ruha belə tətbiq olunsa, ruh bizim deyilmi? Üstəlik Cənnətə gedib sonsuza qədər xoşbəxt olmaq varkən, niyə əzaba talib olaq?

Namazı heç qılmayan və ya tez-tez qaçıran insanlar, bir çox bəhanə uydurarlar. Namaza maneə göstərilən heç bir şeyə "bəhanə" gözüylə belə baxmadığım üçün, israrla "bəhanə" sözünü istifadə edirəm. Çünki, namazın bəhanəsi ancaq ölüm riski, koma halı və huşunu itirmə kimi aşıla bilməyəcək əngəllər ola bilər. Bunun xaricində bizim nəfsimizin göstərdiyi əngəllər, çox sadə və asanca aşıla biləcək bəhanələrdən başqa bir şey deyil. İndi bu bəhanələri tək-tək işləyərək çürüdəcəyik.

Əhəmiyyətini bilməmək

Namaz qılmamanın ən böyük səbəbi, əhəmiyyətini,önəmini bilməməkdir. Namazın nə böyük bir əhəmiyyət və qiymət daşıdığını bilməyən nə qədər Müsəlman, "İşin var, sonra qılarsan", "Nəysə sonra qəza edərsən" kimi cümlələr istifadə edərlər. Halbuki namaz o qədər əhəmiyyətlidir ki, insanın yaradılış səbəbinin ən böyüyü budur. Düşünün bir dəfə: Rabbimiz Quranda məâlən,

"Mən cinləri və insanları, ancaq Mənə ibâdət etsinlər deyə yaratdım." (Zariyat, 51/56)

buyurur. Daha sonrası varmı? Həm Rabbimiz, həm Peyğəmbərimiz sallallahu aleyhi va səlləm, ən böyük ibâdətin namaz olduğunu ifadə edirlər. Bu qədər açıq gerçək ortada ikən fərqli bir şey düşünmək mümkünmü? Bizim və hər şeyin yaradıcısı, bizi dirildən və öldürən, axirətdə bizi hesaba çəkərək sonsuz bir mükafat və ya əzab verəcək olan Allah, çox açıq və dəqiq bir şəkildə, bizi ibâdət və namaz üçün yaratdığını buyurur, israrla namazı əmr edir. Bizim fərqli bəhanələrlə namazı tərk etməmiz, öz özümüzü aldatmaq və başımızı quma salmaq olmurmu? Bəli, içində olduğumuz qəflətdən oyanaq. Namazı vaxtında, heç qaçırmadan, azan oxunar oxunmaz, dosdoğru və haqqını verərək qılaq. Əgər dərhal oyanmazsaq, bilək ki, Cəhənnəmdə oyanmaq çox gec olacaq.

“Allah Qafûr və Rahîm’dir, əfvedər,bağışlayar” düşüncəsi

Namaz qılmayan insanlardan bəziləri və ən başda nəfsimiz, "Canım nə olacaq, Allah əfv edər " deyər. Namazı tərk edən nə qədər insan, Rabbimizin əfv və bağışlamasının sonsuz olduğunu, Onun hər şeyi bağışlayacağını söyləyər. Halbuki bu, şeytanın bir tələsidir. Əlbəttə Rabbimiz şirkin xaricində bütün günahları bağışlayar. Amma necə? Bu ayə bizi bu mövzuda daim oyanıq tutmalıdır:

“Ey insanlar! Rabbinizin əmr və qadağanlarına qarşı gəlməkdən çəkinin. Və elə bir gündən qorxun ki, nə atanın övladına, nə övladın atasına heç bir faydası olmaz. Allah’ın vədi şübhəsiz haqqdır; əsla dünya həyatı sizi aldatmasın. O çox hiyləçi şeytan da, Allah’ın əzabını unutdurub yalnız əfvinə güvəndirərək sizi üsyana sürükləməsin." (Loğman, 3133)

Son cümlə açıq-aşkar bir şəkildə "Necə olsa Allah bağışlayar" deyərək, namaza qarşı laqeyd olmanın yanlışlığını ortaya qoyur. " Gafûr ve Rahîm " olduğu üçün namaz mövzusundakı laqeydliyimizdən ötəri bizi bağışlayacağına ümid etdiyimiz Rabbimiz, açıqca bu mövzuda bizi xəbərdar edir, aldanmamızı istəmir. Biz indi, Rabbimizi Özündən dahamı yaxşı tanıyırıq ki, "Bağışlayar, bağışlayar" deyə namazı tərk edirik? Sanki, "Allah hər nə qədər Quranda 70 dəfə namazı əmr edirsə də, narahat olmayın O mərhəmətlidir, bağışlayar" deyirik. Əvvəlcə bu gerçəyi unutmayın: Rabbimizin mərhəmətinə və əfvinə güvənərək günah işlənməz. Ancaq qəflətlə günah işlənmiş, amma sonunda peşmanlıq hiss edib əfv istənilmişsə, o başqa. Bu xəbərdarlığa diqqət yetirin:

"Allah qatında məqbul olan tövbə, o kimsənin tövbəsidir ki, onlar bilməyərək pislik işlərlər də, çox keçmədən peşman olub tövbə edərlər. İşdə onların tövbəsini Allah qəbul edər. " (Nisa, 4/17)

Demək ki, tövbənin qəbul olunması üçün günahın "bilməyərək" işlənməsi və çox keçmədən peşman olunması lazımdır. Halbuki namazını qılmayan nə qədər insan, həm bilə-bilə bu günahı işləyir, həm də heç peşman olmadan hər gün eyni günahı işləməyə davam edir. Bəli, Rabbimizin gözəl adları içində ən çox olan, əfqət, əfv və mərhəmət" mənasını daşıyanlardır. Rəhmətinin, qəzəbini üstələdiyini ifadə edən də O`dur. Özünə şərik qoşandan başqa hər şeyi bağışlayacağını da ifadə etmişdir. O qədər ki, ömüründə bir namaz belə qılmadan bağışladığı və Cənnətə qoyacağı insanlar vardır. Amma, bütün ömürünü namazla keçirdiyi halda ayağı sürüşüb Cəhənnəmə yuvarlananlar da var.

Qəflətlə günah işləyib, sonradan ayılan, özünə gələn, şüurlanan bir insan, "Mən nə etdim, nə böyük xəta etdim?" deyə sarsılar, ciddi bir peşmançılıq duyar və bağışlanılması üçün yalvararsa, Rabbimiz bağışlaya bilər. Diqqət yetirin: "Bağışlaya bilər" deyirik. Çünki, Allah’ın əfv və bağışlaması heç kimin təminatı altında deyil. Heç kim Ona aid bir səlahiyyət haqqında fikir bildirə bilməz, O`na təsir edə bilməz. Və ən böyük günahlardan biri, "Allah mənə əzab etməz" düşüncəsi, bir başqası, "Mən necə olsa Cənnətliyəm" anlayışıdır.

Təbii, "Allah məni bağışlamaz", "Allah məni Cənnətinə salmaz", "Mən qəti olaraq Cəhənnəmliyim" kimi düşüncələr də səhvdir. Çünki, Allah’ın ikramı, lütfkarlığı, əfvi, hədiyyəsi, ədaləti heç kimin təsiri altında deyil.Rabbimiz, hər işdə olduğu kimi, bütün feillərində də tək, müstəqil və məsuliyyət daşımayandır. Bunun üçün də deyirik ki, buraxın günah işləmədən əvvəl, səmimiyyətdən uzaq və ziddiyyət içində, "Allah bağışlayar" deyə düşünmək; günahdan sonra içdən və ürəkdən tövbə və istiğfar etsək belə nəticəni bilmərik. Nə, "Bağışlanıldıq" deməmiz, nə də, "Bağışlanılmadıq" deyə düşünməmiz doğru deyildir. Ölənə qədər əfvini ümid edər, əzabından qorxarıq. Bu baxımdan namaz qılmayıb, "Allah bağışlayar" deyə düşünmək, böyük xətadır və namaz üçün bir üzr ola bilməz.

Daha gəncsən, yaşlanınca qılarsan

Namazın bəhanələrindən biri də, hələ gənc olmaqdır. Qəribədir ki, ibâdətə və namaza daha bir şövqlə bağlanmağımızı təmin etməsi gərəkən gənclik, bəzən əngəlmiş kimi göstərilir. Hətta nəfsimiz və ətrafımız, "Daha gəncsən, yaşlanınca qılarsan" deyə bilər. Halbuki yaşlanana qədər yaşayacağımıza dair kimin zəmanəti var? Kim Əzrail`lə müqavilə bağlamış ki? Ölüm gənc qoca dinləyirmi? Deyək bizə xüsusi olaraq zəmanət verildi, yüz il yaşayacağıq. Namaza nə vaxt başlayacağıq? Ölçü nədir? altmış yaşındamı, səksənmi, doxsanmı, yoxsa ölmədən bir gün əvvəlmi? 

Yaxşı yetkinlik çağından etibarən etdiklərimizin hesabı soruşulmayacaqmı bizə? Allah, "Ey yaşlılar, namaz qılın" mı deyir, yoxsa "Ey iman edənlər, namaz qılın." mı deyir? İslamı yaşamaq yaşlıların işimi? Peyğəmbərimiz sallallahu aleyhi va səlləm,hər insanın Allah hüzurunda gəncliyini harada keçirdiyindən hesaba çəkiləcəyini buyurur. Bu həqiqətləri bildiyimiz halda necə olar da azan oxunarkən diqqətsiz qala bilərik? Bəli gənc olmaq, bizi namaza dörd əllə sarılmağa sövq etməlidir. Çünki gənclik, xeyirli işlər etməyə ən gözəl vasitədir. Gənclikdəki enerji, fəaliyyət, səy, güc və qüdrət, yaşlanınca tapıla bilməz. Bu enerji və həyəcanı, Allah yolunda dəyərləndirmək lazımdır.

"Zamanım yox" iddiası

Bəzi insanlar, "Nə üçün namaz qılmırsan?" deyildiyində, "Zamanım yox" kimi qarğaları güldürən bir bəhanə uydurarlar. Bu  cəfəngiyata baxın: r şeyə zaman var, amma yaradılış gayəmiz olan namaz qılmaq üçün zaman yox. Kim inanar buna?

Bir gün taksiylə gedirdik. On yaşındakı qardaşım önə oturmuş, sürücü ilə söhbətə başı qarışmışdı. Bir ara söz namazdan açıldı. Sürücü, "Biz qılmırıq" dedi. Qardaşım uşaqlığın verdiyi saflıqla "Vaxtmı tapa bilmirsiniz?" deyə soruşdu. Məgər adam çox mərd biriymiş, "Nə vaxt tapa bilməməsi oğulum" dedi. "Tənbəllik və səhlənkarlıq." Bunun üzərinə istər istəməz güldük. Sürücü, saf gerçəyi çəkinmədən, əyib bükmədən söyləmişdi. Çünki, namaz qılmağı istədikdən sonra zaman tapa bilməmək kimi bir problem ola bilməz.

Həm söylər misiniz, zaman dediyimiz şeyi yaradan, bizim əmrimizə verən Allah deyilmi? Allah bizi yaradıb, hər şeyi əmrimizə verir, namazı əmr edir və biz qalxıb deyirik ki, "Ya Rabbi, qılacağam, amma zamanım yox." Nə qədər qəribə deyilmi? Rabbimiz bizə böyük bir ömür bağışlamış. Gündə 24 saatdan birini namaza verməmizi istəyir. O qədər şəfqətli və mərhəmətli ki, 24 saatımızı ibâdətlə keçirsək, Onu haqqıyla təqdir etmiş ola bilməyəcəyimiz bəlli olduğu halda, O bizdən bir saat istəyir. Görəsən qüdrətli bir şəxs sizə 24 qızıl bağışlasa, sonra onun birini istəyib, "Əgər bunu versən bir müddət sonra sənə bir çuval qızıl verəcəyəm. Verməzsənsə həbsə atdıracağam" desə, bu təklifi rədd edərikmi? Əsla! Yaxşı namaza necə kürək çevirə bilərik?

"İşləmək da ibâdətdir" gerçəyini səhv anlamaq

Bəzi Müsəlmanlar, namaz qılmamalarına bəhanə olaraq, "İşləyirik də, işləmək də bir ibâdətdir.Çocuğumuzun çoluğumuzun ruzisini qazanırıq" deyirlər. Bu bəhanədəki məntiqsizlik açıq-aşkar ortada deyilmi? Hər şeydən əvvəl "ibâdət" sözü, dini bir anlayışdır. Bir söz və ya hərəkətə "ibâdət" deyə bilməmiz üçün onun Allah və Elçisi (sallallahu aleyhi və səlləm) tərəfindən əmr edilməsi lazımdır. Qur`anın harasında, "Namaza ehtiyac yoxdur, işiniz də ibâdətdir" deyir? Hansı hədis kitabında, "İşləyərkən namaz qılmayın, o da bir ibâdətdir" deyir? Namazı əmr edən Rabbimiz, bizim işləyəcəyimizi bilmirdimi? Bəli, işləmək ibâdətdir. Yalnız işləmək deyil, etdiyimiz hər mübah iş, ibâdət ola bilər. Amma bir şərtlə: Əvvəl namazı qılacaqsınız. Sonra gözəl bir niyyət olacaq qəlbinizdə. Yəni, "Əsl mal sahibi Rabbim. Ruzimizi O verir. Ancaq bu ruzini qazanmaq üçün bizim işləməyimizi əmr edir. Biz də Onun əmri və razılığı dairəsində, halal bir surətdə ruzimizi qazanmağa çalışırıq" deyəcək, bu niyyətlə işləyəcəksən. Bax bu niyyət və namazla hər etdiyiniz davranış ibâdət ola bilər. Amma namaz qılmadan, mübah işlərimiz ibâdət olmaz. Həm ibâdət olsa belə, bir ibâdət bir başqa ibâdətə bəhanə ola bilməz. Sözgəlişi, "Namaz qıla bilməm, oruc tuturam və ya zəkat verirəm" demək, səhvdir, ziddiyyətdir. Çünki, namazı da, orucu da əmr edən eyni Şəxsdir. Heç bir ibâdət bir başqa ibâdətə maneə deyil. Hər birinin yeri və zamanı ayrıdır.

Heç bitmir, usanırıq

Bəlkə nəfsimiz belə deyə bilər: "Bu namaz heç bitmir. Davamlı qıldığımız üçün usanırıq." Bu sözlər nəfsimizin bir oyunudur. Çünki, hər gün yemək yeyirik, su içirik, havanı tənəffüs edirik. Heç bezirikmi? "Artıq yemək yeməkdən bezdim" deyən bir adam gördünüzmü? Mümkün deyil. Çünki, bunlardan ləzzət alırıq. Namazdan da ləzzət almırıqmı? Hər şeyin yaradıcısının hüzuruna çıxmaq, Ona dərdini ərz etmək, Ondan kömək diləmək, Onun lütf etdiyi qəlb rahatlığına, ruh sükunətinə qovuşmaq ən böyük ləzzət deyilmi? Siz heç namaz qılıb da, şikayətçi olan kimsə gördünüzmü? "Aman nə qədər yoruldum, içim sıxıldı, namaz qıldım, pis yollara düşdüm" deyən bir tək insan göstərə bilərikmi? Tam əksinə, kim namaz qılsa rahat və hüzur içindədir. Çünki namaz, ağıl, ürək və ruhumuzun qidasıdır. Bunun üçün namaz qılmaqdan heç bir zaman bezilməz. Ağıl, ürək, ruh namazdan məmnundur. Yalnız şeytandan dərs alan nəfsimiz etiraz edə bilər. Ona qarşı mübarizə aparmaq, nəfsimizi tərbiyə etmək, hətta məcbur edib Allah’ın hüzuruna gətirmək lazımdır.

Sehrli düstur axtarışı

Kimi Müsəlmanlar, namazla əlaqədar bir çox mövzunu bilər. Lakin yenə də belə deməkdən özünü saxlaya bilməz: "Bunları bilirik, amma qəhr olası nəfsimizi və şeytanımızı heç cür məğlub edə bilmirik. Nə qədər arzu etsək, içimizdə bir istəksizlik var. Hətta bəzən Ramazanda filan başlayırıq, bayramdan sonra buraxırıq. İlin bir neçə ayında qılırıq, sonra tərk edirik. Cümə və bayram namazlarına gedirik, amma vaxt namazları olunca müvəffəqiyyətli ola bilmirik. Sən bizə elə bir şey söylə ki, namaza bir başlayaq, bir daha heç buraxmayaq."

Həqiqətən beş vaxt namaz qıla bilməyən qardaşlarımızın bir qisiminin vəziyyəti eynilə söylədiyiniz kimidır. Hətta adam dini təhsil almış, Qur`anı başdan sona oxumuş, yenə də namaz qılmaqda çətinlik çəkə bilir. Bunun da çarəsi var. Hər dərdimizə dərman olan Qur`an, bunun da yolunu bizə göstərmiş.Yalnız buna inanaq: Heç bir dərdin dərmanı sehrli düsturlarla tapılmaz. Heç bir problem bir anda həll edilməz.

Deyək, bir xəstəliyə tutuldunuz. Dərhal bir iki dərman udub qurtula bilirikmi? Bəzən illərlə sürən müalicə, hətta əməliyyat lazım deyilmi? Ailəmizin dolanışığını təmin etmək üçün pulu necə qazanırıq? Heç gündə bir-iki saat işləyib, bir aylıq dolanışığımızı təmin edə bilirikmi? Bir şagirdi düşünün: Sinifi keçməsi üçün biriki dəqiqə dərsə hazırlaşması kafimi? İşdə bunlar kimi, nəfs və şeytanımızı məğlub etmək üçün də, bir az məşğul olmamız lazım olacaq. Əhəmiyyətli bir döyüşü heç bir şey etmədən, yatdığımız yerdə qazana bilərikmi? Namazı istəyərək qıla bilməmiz üçün, əvvəl inancımızın çox güclü olması lazımdır. Çünki inanc təməldir, namaz və digər ibâdətlər onun üzərinə bina edilər. Təqlidi və zəif bir imanı, təhqiqi və güclü etmənin yolu, Qur`anın inancla əlaqədar ayələrini çox yaxşı anlamaqdır. Bunların təfsirini oxuyub imanımızı gücləndirmək lazımdır. İşdə bu barədə Bədiüzzaman Səid Nursi Həzrətlərinin Risale-i Nur Külliyyatını çox oxumaq lazımdır. Çünki bu əsərlərdə, güclü bir iman və təfəkkür dərsi vardır. Ayrıca namazın əhəmiyyətini izah edən, təşviq edən çox qiymətli bəhslər var. Bunun üçün onun yazdığı Sözlər adlı kitabda olan 4., 9., 11. və 21. Sözü, ayrıca Şüalardakı 6. və 15. Şüanı, anlayaraq oxumaq böyük fayda verər. Hətta bu hissələri, təkrar təkrar oxuyaraq müzakirə etmək, bir neçə yoldaşımızla dərin həqiqətləri anlamağa çalışmaq lazımdır.

Edəcəyəm, amma duaları bilmirəm

Kimi Müsəlmanlar namaz üçün başqa bir bəhanə uydurarlar. Deyirlər ki, "Mən namaz qılmağı tam bilmirəm, duaların da bir qisimini əzbərləyə bilmədim. Belə namaz qıla bilmərəm axı ..." Halbuki dünya həyatı üçün o qədər çox şey öyrənirik ki, niyə əbədi həyatımız üçün bir neçə saatımızı verib, bəzi duaları öyrənmirik?Müvəqqəti dünya həyatımız üçün o qədər çox təfərrüat məlumatlar öyrənirik, dünya qədər pullar xərcləyərək kurslara gedirik. Namazın qılınışını, fərzlərini, vaciblərini, namazı pozub pozmayan şeyləri öyrənmək üçün bir az zaman ayırsaq, heç bir şey itirmərik; amma çox şey qazanarıq. Həm dinimiz o qədər asan ki, yalnız Fatihə, İxlas surələriylə Ettahiyyatünü əzbərləyən bir kimsə, bütün fərz namazlarını qıla bilər. Onsuz da digərlərini öyrənmək də çətin deyil.

Namazla əlaqədar mövzuları hansı mü`mindən xahiş etsək bizə izah edər. Onsuz da bu barədə bir çox kitab, video və CD vardır. Bilən birinə soruşmaqdan heç çəkinməyək. Dünyaya aid hər şeyi soruşuruq da, əbədi həyatımızla əlaqədar bir xüsusu niyə soruşub öyrənməyək?

Çox çətin işlərim var

Nəfsin bir başqa bəhanəsi, "İşlərim çox çətin, vaxt tapa bilmirəm. İş yerində icazə vermirlər. Məktəbdə dərsimiz var" kimi xüsuslardır. Yaxşı namaz ən mühüm iş deyilmi? Görəsən günorta fasiləsində, tənəffüslərdə,istirahət etmə saatlarında beş-on dəqiqə ayırıb namazı qıla bilmərikmi? Həm namaz qılmaq işlərimizin də yolunda getməsinə vəsilə olar. Deyək ki, məktəbdəsiniz. Giriş və çıxış saatınıza görə, zaman və yer axtarışına başlamalısınız. Bəzi şagirdlər, məktəbdə qıla bilmədiklərini bəhanə edərək, heç bir vaxt namaz qılmazlar. Halbuki məktəbdə rast gəldiyimiz namaz vaxtı, bir və ya ikidir. Qış günləri namaz vaxtları qısa aralıqlarla gəldiyi üçün bir az çətinlik çəkə  bilərik. Amma uzun yaz günlərində ciddi bir problem olmaz. Bəzən tənəffüs müddəti çox qısadır. Dəstəmaz və namaza kafi gəlməz. Amma könülündə namaz eşqi olan bir kimsə, bir tənəffüsdə dəstəmaz alar, digərində namazını qılar. Yenə də müddət və yer problemi varsa, yalnız fərzini qılmaqla kifayətlənərsiniz. Çünki, əvvəlcə ondan məsuluq. Bəzi məktəblərdə namaz qılınacaq yer yox. Bunun üçün heç olmasa fərzini, boş bir sinifdə, anbarda, məktəbin hər hansı bir yerində qılmağa çalışmaq lazımdır. Səccadə olaraq böyükcə plastik bir torbanı istifadə edə bilərik. Marketlərdə satılan böyük boy zibil torbalarını asanca cibimizdə daşıyar, istədiyimiz hər yerdə qıla bilərik. İstəyənə namaz qılmaq üçün yığınla düstur vardır.

Namaz qılan üç gənc, universitetə hazırlıq kursuna gedirdilər. Biri, axşam namazını qıla bilmədiyindən danışdı. "Necə olar?" dedim. "Siz qıla bilməssəniz, daha kim qıla bilər?" Dərsxanada namaz qılacaq yer olmadığını, həm tənəffüs müddətinin də yalnız beş dəqiqə olduğunu söylədi. Ətrafdakılardan qibləni öyrənib, bir sıranın üstündə qıla biləcəklərini izah etdimsə də, "Xeyr, millətin gözü qarşısında utanaram, edə bilməm" cavabını verdi. Halbuki dərsxananın yaxınında məscid vardı. Əvvəlcədən dəstəmaz alındıqdan sonra axşam namazının fərzinə çox yaxşı çata bilərdi. Hətta fərz içindəki bəzi sünnələri tərk edərək namazı daha qısa zamanda çatdıra bilərdilər. Zaman qazanmaq üçün, heç etməməkdənsə, Sübhaneke, Salli-Barik dualarını oxumadan, rüku və səcdədəki təsbehləri də bir dəfə söyləyərək zaman qazana biləcəklərini söylədim. Məscid uzaq olsa belə ətrafdakı hər hansı bir dükanında qıla bilərdilər. Çünki, ölkəmizdə namaz qılan insan az deyil. Vəziyyətimizi açıqladığımızda bir neçə adam qəbul etməsə də, əlbəttə qılacaq yer göstərənlər olacaq. Həm qılmayanlara də namazın nə dərəcə əhəmiyyətli olduğunu xatırlatmış olardıq.

Bir dəfə axşam namazı qılacaqdıq.Göstərişli bir oteldə işləyən, yeni Müsəlman olmuş biriylə görüşmüşdük. Yoldaşım, "Burada məscid yoxdur, amma yenə də soruşaq ki, belə bir ehtiyac olduğunu xatırlasınlar." demişdi. Həqiqətən də olmadığını söylədilər. Amma soruşmamız faydalı olmuşdu. Bütün Müsəlmanlar, məscidə ehtiyac duyduqları yerdə bunu soruşub araşdırsalar, məsul kəslər də mütləq maraqlanarlar.Təki bizlər namaz üçün çırpınaq da , Allah yeri də, zamanı da hazırlayar. Dinimiz bizə çox asan şərtlərdəmi çatdı? Qızğın səhra qumlarında yatırdılıb üstünə daş qoyularaq işgəncə görən Bilal-ı Həbəşinin yaşadıqlarını həyəcanlı və maraqlı bir nağıl kimi oxuyuruq. Halbuki onun kimi minlərlə acı və işgəncəyə, bu gözəl dinin bizə çatması üçün dözüldü. Biz də birazca çətinlik çəksək nə olar ki?

Xəstəyəm necə qılım?

Bəzi insanlar vardır.Adi bir xəstəlikdə belə namazlarını axsadarlar. Amma bir tərəfdə də reanimasiyada ikən belə namazlarını axsatmayan insanlar vardır. Görəsən xəstə olunca dünyadakı işlərimizi buraxırıqmı? Xəstə olub da işini tərk etməyən o qədər çox insan vardır ki... Çox eşitmişik, "Filan müdir və ya işadamının bir gün də olsun ə gəlmədiyini görmədim." sözünü. Görəsən o kimsə həyatında heç xəstə olmadımı? Demək əhəmiyyət verdiyimiz işlərə heç bir maneə tanımırıq.

Bir gün çox şiddətli qrip olmuşdum. O zaman ticarətlə məşğuldum. Dükanımı açmalı və işləməli idi. Namazımı qılıb erkəndən yatırdım. Beləcə istirahət edib, ağrı kəsici və vitamin alaraq xəstəliyi ayaqda sovuşdurdum. Bəlkə öz işim olmasaydı və ya bir başqa çarə tapsaydım, yaxşılaşana qədər yatardım. Xəstəlik üzündən dünya işini buraxmadığım halda, namazı nə üçün buraxacaqdım ki? Necə ki zaman zaman kiçik böyük bəzi xəstəliklərə tutuldum. Amma heç bir zaman namazımı tərk etmədim. Çünki namazın heç bir çətinliyi yox. Onsuz da dinimiz, ayaqda dayana bilməyəcək qədər xəstə olanlara oturaraq, hətta ayağını uzadaraq və ya yataraq namaz qılma izni verir.

Xəstələrin iki namazı birləşdirərək, takdim(önə alma) və ya təxir (irəli çəkmək) etmələri də mümkündür. Bu asanlıqlar varkən namaz qılmamaq, böyük bir xəzinədən faydalanmamaq deməkdir.

İllər əvvəl bir əməliyyat keçirəcəkdim. Ən böyük dərdim, namazımı necə qılacağam mövzusu olmuşdu. Bəzi namaz vaxtları əməliyyat əsnasında və ya reanimasiya otağında keçə bilərdi. İslam Elmihalından xəstəlik halında namazın necə qılınacağı və təyəmmüm mövzusunu təkrar oxudum. Çünki, əvvəldən bilsəniz belə heç başınıza gəlmədiyi üçün unuda bilirsiniz. Məlumatlarımı təzələdim. Dəstəmaz ala bilmədiyim vaxtlarda təyəmmüm edərək, namazı oturduğum yerdə qıla biləcəkdim. Xəstəxananın bağçasından təmiz bir kərpic parçası tapdım. Bir neçə vaxt namazı təyəmmüm edərək, reanimasiyadakı yatağımda qıldım. Heç bir sıxıntı və çətinlik çəkmədim. Dinimizin dəstəmaz və namazda göstərdiyi asanlıq məni rahatlaşdırdı. Əgər namazı dərd etməyib, "Necə olsa xəstəyəm və əməliyyat keçirəcəyəm" deyə düşünsəydim, günaha girəcək və məsul olacaqdım.

Namazın özü, Allah’ı xatırlamaq, Ona yönəlmək və Ona olan bağlılığımızı gücləndirməkdir. Əgər bunu dəstəmaz alaraq və ayaqda qılmağa gücümüz çatmazsa, dinimizin göstərdiyi asanlıqlarla eyni məqsədləri əldə edə bilərik. Yetər ki, Rabbimizi unutmayaq və ibâdət edək.

Əlimdə yara var, dəstəmazım olmaz

Bəzi Müsəlmanlar normalda namaz qıldıqları halda, dəstəmazda yuması lazım olan bir orqanda yara olduğunda dərhal namazı buraxarlar. Səbəb olaraq, "Əlimdə yara var, su dəydirməməm lazım. Buna görə namaz qıla bilmərəm." deyərlər. Halbuki dəstəmaz üzvlərimizdən birində yara varsa və yumaq zərər verirsə, ona su toxundurmadan dəstəmaz almamız mümkündür. Əgər yaranı suyla yumamız zərər verəcəksə və ya üzərində sarğı varsa, o bölgəni yumadan, yalnız üzərini məsh edərək dəstəmaz ala bilərik. Qaldı ki, bəzi yaralara su da zərər verməz.

Gənclik illərimdə ayağım yaralanmışdı. O zamanlar dərhal həkimə gedib göstərməyə imkanımız olmadığı üçün bir əczaçıyla məsləhətləşdim. "Qətiyyən suyla yuma" dedi. Onun tövsiyəsini yerinə yetirməkdə heç bir qorxu yox idi. Amma mən, sanki yumazsam dəstəmazım olmayacaqmış kimi bir zənnə qapıldım. Buraxın suyla yumamağı, əksinə yaranı yaxşıca açıb hər tərəfinə suyu çatdırırdım. Dəstəmaz suyu şəfa oldu. Heç bir məlhəm istifadə etmədiyim halda yara qısa müddətdə yaxşılaşdı. Bir yara və ya xəstəliyi çox böyüdər, həssas olsanız, həqiqətən də yaxşılaşması çətin olar. Amma gərəyindən çox böyütməsəniz, qısa müddətdə şəfaya qovuşarsınız.

Üzərim təmiz deyil

Kimi insanlar da bu bəhanəyə sığınırlar. Bir qisimi həqiqətən də, insanın üzərini çirklədən işlərdə çalışır, bir qisimi isə üzərinin təmiz olmamasını bəhanə edir. Cütçülük, təmirçilik, heyvan baxıcılığı kimi insanın üzərini çirklədən işlərdə çalışan insanların namaza mane olan heç bir üzrləri yoxdur.Əvvləa dinə görə namaza mane olan pislikləri yaxşı bilmək lazımdır. Toz, torpaq, yağ kimi maddələr namaza maneə deyil. Əsl pislik, qan, sidik, nəcis, şərab kimi şeylərdir. Hənəfi məzhəbində, ağır pisliklərin belə bir dirhəmə qədər olan qisimi məkruh olsa belə namaza qəti maneə deyil. Qaldı ki, üzərimiz çox çirkli olsa belə, yenə həll tapmalıyıq. İşləmək üçün, idman üçün, yatmaq üçün fərqli fərqli geyimlər alırıq. Görəsən əbədi həyatımızın açarı olan namaz üçün təmiz bir paltar saxlamaq lazım deyilmi? Çox vaxt "Paltarım təmiz deyil" bəhanəsini aşmaq çox asandır.

Bir əməliyyat keçirmiş, xəstəxanada yatırdım. Beş vaxt namazını qılan çox dindar bir yoldaş vardı. Əməliyyat keçirdikdən sonra namazı qılmamağa başladı. Hər vaxt məsciddə gördüyüm yoldaşa nə olmuşdu da, artıq ayağa qalxdığı halda belə namaz qılmırdı.

"Nə üçün etmirsən?" deyə soruşdum.

"Əməliyyatdan sonra paltarım çirkləndi, namaza mane olduğu üçün qıla bilmirəm." dedi.

"Ayağa qalxdın, lap yaxşı yuya bilərsən. Əgər gücün çatmırsa, mənə xahiş etsəydin, yuyardım." dedim.

"Sağ ol hocam, düşünə bilmədim."

"Hətta aşağı bufetdə yeni paltar satılır. Pulun yoxsa, necə olsa pijaman təmiz, paltarsız qıla bilərsən."

dedim. Daha sonra qılmağa başladı. Amma o zamana qədər təxminən on beş-iyirmi vaxt namazını qəzaya buraxdı. Həm də ciddi bir üzrü olmadığı halda. Aramızda keçən söhbəti çox sadə və sıravi qəbul edə bilərsiniz. Amma, bu sadə həlləri özü düşünsəydi, bir neçə gün namazlarını qəzaya buraxmadan qılacaqdı. Halbuki bir vaxt namaz belə bütün dünyaya bədəldir.

İş yerində icazə vermirlər

Bəzi insanların namaza göstərdikləri əngəl, "İş yerindən icazə vermirlər" şəklindədir. Həqiqətən də, bəzi iş yerləri, fabriklər, rəsmi dairələrdə idarəçi mövqeyində olanlar, işləyənlərin namaz qılmalarına imkan verməzlər. Amma bunu unutmayın: Hansımız bir iş yerində 24 saat işləyirik? Görəsən günün beş vaxt namazı həmişə iş yerindəykənmi gəlib çatır? Deyil əlbəttə. Lakin namaz üçün bəhanə tapmağa çox həvəsli olan nəfsimiz, zəyalda olan bəhanələri belə ciddi bir əngəl kimi göstərər. Halbuki iş yerindəykən qılmamız gərəkən namaz ən az bir, ən çox üç vaxtdır. Bu mövzuda yazda daha rahatıq. Amma qışda namaz vaxtlarının arası çox qısadır. Namaz vaxtları, ölkəmizin şərqi və qərbində təxminən 20 dəqiqəlik  fərq göstərər. Bu məsələdə şərq qisimi daha çətindir. Çünki, günorta, ilkindi və axşam namazları iş saatlarına düşməkdədir. Bu vəziyyətdə ediləcək olan budur:

Günorta namazını yemək arasında qılmanız mümkündür. İlkindini bir az gecikdirib onun dəstəmazıyla axşamı da qıla bilərsiniz. Bəzi kəslər uzun müddət dəstəmaz tuta bilirlər. Bunlar üçün dəstəmaz problemi yoxdur. Əgər namaz qılmanız ,olduğunuz yerdə çox diqqət çəkirsə, yalnız fərzini qılmaqla kifayətlənə bilərsiniz. Hətta fərzinin belə, sünnət və müstəhəblərini buraxıb, yalnız fərz və vaciblərini edə bilərsiniz. Belə vəziyyətlərdə zaman qazanmaq üçün Sübhaneke və Tahiyyattan sonrakı duaları oxumasanız, rüku və səcdədəki təsbehləri də bir dəfə oxusanız kifayətdir. Çünki, sünnəsni və nafiləni edim deyərkən, fərzi tamamilə tərk etmək ehtimalı var.

Əgər əsgərlik, iş mühiti, məmurluq kimi vəziyyətlərdə, heç bir şəkildə namaz qılmanıza icazə verilmir və böyük çətinliklərlə qarşılaşırsınızsa, günortayla ilkindini, axşamla şamı birləşdirərək önə almaq və ya ərtələyərək qılma mövzusunu burada da düşünə bilərsiniz. Bir hədisdə belə deyilmişdir:

"Rəsulullah (a. s. m.), qorxu və səfər halı olmadan günorta və ilkindini birləşdirərək, axşam və şamı da birləşdirərək qıldı." (Kutubu Sittə, VIII/401)

Âlimlərin çoxu, qorxu və səfər olmadan namazları birləşdirməyə qarşı çıxmışdır. Ancaq İbn-i Abbas (Allah ondan razı olsun) kimi, bu hədislə əməl edənlər də olmuşdur. İbni Həcər, bunu "ehtiyac" şərtinə bağlamışdır. Mövzuyla əlaqədar geniş məlumat ,verdiyimiz qaynaqda var. (Ayrıca baxın: Necə Namaz, Dr. Vehbi Qaraqaş, s. 92.93)

Mütləq tövsiyələrimiz hər kəsə eynilə uyğun gəlməyə bilər. Siz, iş yerindəki şərtlərə görə bir yol seçəcəksiniz. Amma bunu qəti qəbul edin: Yaxşı bir motivasiya, səy və planlamaqla, namaz üçün hər vaxt daha çoxunu edə bilərsiniz. Yetər ki istəyin, daha güzəştsiz, daha planlı, daha müvəffəqiyyətli ola bilərsiniz.

Əsgərlikdə necə qılım?

Əsgərlik, özünə xas qaydaları və şərtləri olan əhəmiyyətli bir vəzifədir. Sıravi həyatında beş vaxt namazını tərk etməyən nə qədər insan, əsgərlik müddətində namazını saxlayar.

Əsgərlikdəykən, sıravi həyatında namaz qıldığını öyrəndiyim bir yoldaşıma, "Nə üçün qılmırsan?" deyə soruşmuşdum. "Buranın mühiti və şərtləri çox fərqlidi. İnşeAllah tərxis sənədin alan kimi qılacam." demişdi. Tərxisi alana qədər yaşayacağımıza kimin zəmanəti var? Yaşasaq belə keçmişimizdən sorğulanmayacaqmıyız? Əsgərlikdə qılmadığımız namazlar soruşulmayacaqmı?

Əsgərlikdə ikən namaz qılmaq qadağan deyil şübhəsiz. Amma bəzi vəzifəli kəslərin fərqli həssaslıqları ola bilir. Bir də fərqli bir mühitə düşən gənclərdə, "Görəsən nə deyərlər, necə qarşılayarlar?" kimi bir narahatçılıqları var. Ciddi bir əsası olmayan bu narahatlıq, namaz qılmağa qarşı istəksizlik meydana gətirir. Halbuki eynilə məktəb və iş saatlarında etməmiz lazım olan bir tənzimləməni əsgərlikdəykən də etmək mümkündür.

Bir çox əsgərlik yerlərində məscid var. Biz əsgərlikdəykən komandirlərimiz də bu məscidə gəlirdi və birlikdə namaz qılardıq. Ancaq hər şeyin istismarı və ya laqeydliyi mümkün. Namaz qılan bəzi yoldaşlar çox yavaş hərəkət edərlər, təhsilə və düzülüşə gecikərlər, nəticədə namaza və namaz qılana qarşı bir antipatiya və reaksiya meydana gəlirdi. Halbuki, belə zamanlarda çox sürətli hərəkət etmək, lazım olsa fərzlərlə kifayətlənmək şərtdir. Xüsusilə yaz mövsümündə namaz vaxtlarının arası uzun olduğu üçün ciddi bir çətinlik yoxdur. Amma qışda ikindi və axşam namazında çətinlik ola bilər. Yaxşı bir tənzimləməylə, verilən istirahət saatlarında namazları qılmaq mümkündür. Buranın şərtləri çox fərqlidir. Bəzən təhsil yerində, dağda, palçıqda, qarda namaz qılmanız gərəkə bilər. Bəzi ehtimal olunan çətinliklərin tədbirini əvvəlcədən almalısınız.

Mən əsgərliyə getməzdən əvvəl oradakı şərtləri və ibâdət edə bilmə imkanını çox yaxşı araşdırdım. Onsuz da yalnız əsgərlik üçün deyil, səfərə çıxacaq olsam, fərqli bir şəhərə gedəcəyəmsə, xəstəxana, yığıncaq, qonaqlıq kimi özünə məxsus şərtləri olan yerlərdə olacağamsa, ilk etdiyim iş, "namazı necə qılacağam" mövzusunda araşdırma etməkdir. Bunun üçün namaz vaxtlarının və qiblənin təyin olunması, dəstəmaz alma və namaz qılma yeri mövzusunda əvvəlcədən araşdırmalar edərəm. Çünki namaz, bizim hər şeyimiz. Namaz, yaradılış qayəmiz, varlıq səbəbimiz, Əbədi Sevgiliylə görüşmə anımız, Onunla görüş vaxtımız. "Hər yerdə, hər vaxt bizimlə birlikdə olan"la görüşə bilmək üçün ən incə detalları düşünmək məcburiyyətindəyik. Buna görə əsgərə getməzdən əvvəl namazla əlaqədar hazırlıq etdim. Cibimdə asanca daşımaq və səccadə olaraq istifadə etmək üçün böyük plastik zibil torbası aldım. Onun sayəsində uyğun olan hər yerdə namaz qıla bilirdim. Hərçənd namaz qıldığınız yer təmizsə, mütləq bir səccadə istifadə etməniz lazım deyil. Torpaq, çəmən, beton, taxta kimi səthlərdə rahatlıqla namaz qıla bilərsiniz. Amma yağış və ya qar yağdığında üzərinizin palçıq olmaması üçün plastik paket işə yaramaqdadır. Hər yerdə hər vaxt namaz üçün istəkli olun.

Qərargaha girdiyim ilk gün idi. Yeməkxanada qeydiyyatlarımız olurdu. Bir neçə saat keçmişdi və ikindi namazını qılmalı idim. Başımızdakı çavuşdan tualetə getmək üçün icazə istədim. Ehtiyacımı ortadan qaldırdım və dəstəmaz aldım. Sonra mənə yol göstərən usta əsgərə, namaz qıla biləcəyəm bir yer olub olmadığını soruşdum və mənə göstərdiyi yerdə namazımı qıldım. Axşam azanı oxunduğunda, əsgər paltarlarımızı və botlarımızı geymişdik. Başımızdakı komandirdən icazə istədim. "Səccadən varmı?" deyə soruşdu. "Var" dedim. Dərhal orada, beton zəminə plastik səccadəmi sərərək namazımı qıldım. Həm də botlarımı çıxarmadan. Çünki, yeni geymişdim və tərtəmiz idi.

Bu vəsiləylə bir mövzunu xatırladım: Çox çətin zamanlarda namaz qılmaq lazım olduğundan botunuzu bir məst kimi qəbul edib, onun üzərinə məsh edə bilərsiniz. Bunun üçün botunuzu dəstəmazlı geyməniz və yaxşı bağlamanız lazımdır. Botun bağlarını açmaq, ayaqlarınızı yumaq və təkrar bağlamaq çox zamanınızı alacağı üçün məsh etmək sizə böyük bir zaman qazandıracaq. Ancaq namaz qılarkən çıxartmayacağınız üçün botunuzun təmiz olması lazımdır. Bunu təmin etmək üçün də məsh etdikdən sonra botunuzun altını və ətrafını yusanız yaxşı olar. Daha sonrakı toz torpaq namazınıza mane olmaz. Çünki, namaza mane olan pisliklər qan, sidik, nəcis, şərab, irin kimi ağır necislerdir. Bunların detalını elmihal kitablarından oxuyaraq öyrənməlisiniz.

Təəssüf ki, dini mövzularda kafi məlumatın olmaması, insanların fərziyyə, təxmin və zənnlərlə hərəkət etmələrinə səbəb olur. Sözgəlişi, kimiləri bota məsh ediləcəyini, torpaq zəmin üzərində namaz qılına biləcəyini, paltara bulaşan toz torpağın namaza mane olmadığını bilmir. Nəticədə, səhv məlumatına görə hərəkət edərək namazını  qılmır.

Əsgərlikdə bir başqa problem səhər namazlarına qalxmaq məsələsidir. Əgər kameradakı qalxış saatınız, günəşin doğuşundan sonra isə, daha erkən qalxmanız lazımdır. Bunun üçün də, kamera növbətçisinə not buraxmanız kifayətdir. Amma bəzən növbətçinin unutması və ya laqeydliyi mümkündür. Buna qarşı da tədbir görməlisiniz. Mən həm növbətçiyə qeyd buraxar, həm də saatımı səhər namazı üçün qurardım. Saat kiçik və sadə idi. Amma keçici düyməsini basaraq susdurduqdan beş dəqiqə sonra təkrar çalmağa başlar, 45 dəqiqə susmazdı. Beləcə hər gün müntəzəm qalxa bilirdim. "Əsgər yoldaşım" olan saatı hələ istifadə edirəm. Səfərdə, qonaqlıqda, tətildə yanımdan ayırmıram. Unutmayın: Yaxşı bir saat sizə saysız səhər namazı qazandıra bilər. Ödədiyiniz bədəl az, amma qazancınız çox dəyərlidir!

Səhər namazıyla əlaqədar problemlərdən biri, qüsl ehtiyacıdır. Bu problem xüsusilə əsgərlikdə daha da ağırlaşmaqdadır. Bunu həll etmək üçün də tədbirlər almalısınız. Qərərgahda bir böyük hamam, ayrıca müxtəlif yerlərdə duşlar vardır. Hamam hər gün saat 05 də qüsl ehtiyacı olanlar üçün açılar(inşeAllah bizdə də olar). Hamamın nizamlı açıldığı günlərdə bir problem yoxdur. Amma, vəzifəli əsgər laqeyd yanaşmışsa ya gedib xəbərdar etmək ya da başqa bir həll tapmaq lazımdır. Bəzi yoldaşlar qışda belə soyuq suyla duş qəbul edərdilər. Kimisinin bədəni buna dözər, kimisi isə günlərlə xəstə olardı. Təbii hər kəs soyuq suya dözə bilməz. Onsuz da sağlamlığımızı qorumaqla vəzifəliyik. Bu vəziyyətlərdə hamamla vəzifəli əsgərlə tanış olmaq, onunla yaxşı dostluq qurmaq və açılmadığı zaman onu xəbərdar etmək əhəmiyyətlidir. Bir dəfə ehtiyac olduğu üçün vəzifəli əsgəri, kamerasına gedərək xəbərdar etdim və problemi həll etdim. Əgər əvvəldən tanış olmamış olsam, başından edə bilərdi. Amma, bəlkə lazım olar deyə əvvəldən tanış olmuş, bölüğünü və kamerasını öyrənmişdim.

Başınızda namaz qılma dərdi varsa, hər vəziyyətə qarşı hazırlıqlı olar, bir həll taparsınız. Amma bunu dərd etməsəniz, saya-hesaba gəlməyən namazı qəzaya buraxar, bundan vicdan əzabı belə duymazsınız. Məhşərdəki hesab günündə oyanarsınız, amma çox gec olar. Bəzən bütün qərərgahın istifadə etdiyi böyük hamam, təmir və ya baxım səbəbiylə bağlanılar. Həll olaraq səhra hamamı qurular. Amma, müvəqqəti həll olduğu üçün bəzən açılması axsaya bilər. Bu vəziyyətlərdə fərqli yollar çıxarmalısınız. Bunun üçün camaşırxana və kiçik diametrdəki duşlardan faydalanmanız mümkün. Mən bu cür bir ehtiyac üçün çıxış yolu  ola biləcək bütün alternativlərin əlaqədarlarıyla tanış oldum, ehtiyac olduğunda faydalana biləcəyimə dair söz aldım. Bəzisinə ehtiyacım oldu, bəzisinə olmadı.

Əsla "Bir neçə namaz qəzaya qalsa nə olar? Hələ ehtiyac olmadığı halda ehtimal olunan  bir problem üçün tədbir görülər mi?" deməyin. Bir vaxt namaz, dünyaya dəyər! Namaz üçün müxtəlif həll və düsturlar düşündüyünüz hər anınız ibâdətdir.

Səfərdə necə qılım?

Bu kitabı yazmağı davam etdirdiyim günlərdən birində idi. "Yeni bir işiniz varmı?" deyən bir oxucuma, "Səhər namazına necə qalxılar, mövzulu bir kitab hazırlayıram." cavabını verdim. Kitab planımı eşidən dərhal hər kəsin dediyi kimi, "Bu mövzuda kitab səviyyəsində məlumat varmı?" deyərək heyrətini ifadə etdi. Mən də mövzunun ən incə detallarına qədər getdiyimi, sözgəlişi səfərdə belə namazı heç qəzaya buraxmamağı əsas götürdüyümü ifadə etdim. Özü işi gərəyi çox səfər edən biri idi. "Desənə biz yandıq. Mən səfərlərdə çox dəfə qəzaya buraxıram." dedi.

Səfərin xüsusi şərtləri vardır. Əgər öz idarənizdəki bir vasitələ səyahət edirsinizsə, namaz vaxtlarında uyğun yerlərdə dayana bilərsiniz. Amma sizin idarəniz xaricindəki bir avtobus, gəmi, təyyarə, qatar kimi kütləvi nəqliyyat vasitəsiylə səfər edirsinizsə, bəzi tədbirlər almaq məcburiyyətindəsiniz. Bunun üçün sırasıyla bunları etməlisiniz:

a. Vasitə və zaman seçimi

Gedəcəyiniz yerə neçə saatda gedilər və hansı vaxtları səfər əsnasında qılmaq məcburiyyətindəsiniz? Saat neçədə çıxarsanız, daha az namaz vaxtını səfərdə keçirəcəksiniz?

Səyahət etdiyiniz firma, harada və hansı saatda fasilə verir, hansı vaxtı fasilədə qılmanız mümkün? Firma səlahiyyətliləri, namaza həssasmı? 

Əvvəlcə bu sualların cavabını araşdırıb, başdan tədbir görməniz lazımdır. Bəzi firmaların vasitə kapitanları və digər işləyənləri namaza qarşı həssas, bəlkə özləri də qılırlar ki, fasilə yerini və müddətini nizamlarkən daha elastik davranırlar.

Bir səfərdə, vasitə kapitanına gedərək, "Əgər bir neçə dəqiqə daha gözləyə bilsəniz, səhər namazının vaxtı girəcək və namazımı qıla biləcəyəm." dedim. Kapitan qəbul etdi. Vaxt girincə namazımı qısa surələr oxuyaraq qıldım və dərhal avtobusa qaçdım.

Bir dəfə təzə hərəkət etmişdik və tam şəhər xaricinə çıxmışkən axşam azanı oxunmuşdu. Bir neçə adam namaz qılırdı və sürücüyə xahiş etdik. Dərhal bir məscidin qarşısında dayandı və namazımızı qıldıq.

Burada diqqət yetirməniz lazım olan, mümkün şəkildə əvvəlcədən dəstəmaz almaq və çox zaman keçirmədən  vəzifənizi yerinə yetirməkdir. Əks halda həm kapitanı çətin vəziyyətdə buraxmış, həm də namaz qılmayanların reaksiyasına səbəb olarsınız. Namaz qılmayanları tənqid etmək, kiçik hesab etmək və xoşgörü göstərmək məcburiyyətində olduqlarını düşünmək səhvdir. Onlar bu anda namaz mövzusunda sizin qədər şüurlu və həssas olmaya bilərlər. Amma bir gün gələr, sizi belə keçə bilərlər. Heç kimə qarşı sərt olmamaq, hər kəsin seçiminə hörmət etmək lazımdır. Nəticədə namazı Allah üçün qılacaqlar, bizim üçün deyil. Namazın sahibi onlara müddət verib və səbirli davranarkən, bizim səmirsiz olub islahı mümkün olan insanları namazdan soyutmağımız doğru olmaz.

b. Məcbursunuzsa maşında qıla bilərsiniz:

Namazınızı əvvəlcə, bir məsciddə və ya uyğun bir yerdə, bütün şərtlərinə uyğun olaraq qılmalısınız. Bunun üçün avtobuz seçimi, çıxış saatınız və fasilə zamanına dair bütün tədbirləri aldığınız halda nəticə mənfi ola bilər. Planladığınız vaxtda fasilə yerlərində ola bilməz və namaz vaxtı səyahət əsnasında girə bilər. Bu vəziyyətdə nə etməlisiniz? Əvvəlcə dəstəmazlı olmağa diqqət yetirin. Çünki, dəstəmazlı ikən ən kiçik fürsəti belə dərhal qiymətləndirməniz mümkündür. Amma buna imkan tapa bilməmişsinizsə, yenə də cəsarətiniz qırılmasın. Bu vəziyyətdə etməniz lazım olan, avtobus kapitanına gedərək, namaz qılmaq istədiyinizi, uyğun bir yerdə dayana bilsə məmnun olacağınızı, nəzakətli bir üslubla söyləməkdir. Kimi sürücülər  belə bir istəyi dərhal qəbul etməkdədir. Amma bəziləri, gecikdiklərini, müəyyən bir vaxtda getmək istədikləri yerdə olmaları gərəkdiyini söyləyə bilərlər.

Necə ki bir yolçu belə bir istəklə sürücünün yanına getmiş. Sürücü, "Daha sonra qəza edərsən" cavabını vermiş. Yolçu da zarafatlı bir şəkildə, "Ya mən qəza etmədən əvvəl, siz qəza etsəniz, nə olacaq?" deyə soruşmuş.

Bu cür bir hadisə Məmməd Paksu Müəllimin başından keçmiş. Bir səfərdə namazı qəzaya buraxmamaq üçün sürücüdən uyğun bir yerdə beş dəqiqə dayanmasını xahiş etmiş.Sürücü rədd etmiş, bütün israr və xahişləri geri çevirmiş. Az sonra avtobusun ön təkərinin ikisi birdən partlamış. Sürücü aracı çətinliklə dayandırmış. Təbii, təkər dəyişdirilənə qədər məcbur olaraq fasilə verilmiş və Paksu Müəllim namazını qılmış.

Burada əhəmiyyətli bir xüsus budur: Sürücü rədd etdiyində onunla mübahisə etmək yerinə müsbət davranmaq ən yaxşısıdır. "Necə dayanmazsınız, bu mənim ən təbii haqqım, ibâdət azadlığına hörmətiniz yoxmu?" növündən sözlər söyləmək, onun incinməsinə səbəb olacağı üçün , daha da inadlaşmasına gətirib çıxara bilər. Bunun yerinə, "Səfərlərimdə həmişə bu firmanı(avtobuz) seçirəm. Daha əvvəl belə vəziyyətlərdə həmişə köməkçi olmuşlardı. Onsuz da çox bir zaman almaz. Dərhal fərzini qılıb gələcəm." kimi bir ifadə istifadə etmək, daha sevimli və razı salıcıdır. Unutmayın: Bütün sahələrdə müdhiş bir rəqabət yaşanır və heç kim belə nəzakətli bir müştərisini itirmək istəməz.

Uzun səfərlərdə ən böyük dərdim, namazları vaxtında qıla bilməkdir. Bunun üçün dəfələrlə hesablar edər, saysız düstur çıxararam. İndiyə qədər dəfələrlə avtobus sürücülərinə namaz üçün dayanmaları xahişində oldum. Əksəriyyətlə anlayış və kömək gördüm. Bütün tədbirlərə baxmayaraq namaz qılma imkanınız olmazsa, vasitədə etməniz lazımdır.

Fərz və vacib namazlarınızı heyvan ya da nəqliyyat vasitələrində etmənizin zəruri halları bunlardır:

- Minikdən endiyinizdə can və mal təhlükəsizliyindən narahat olsanız.

- Vasitədən enmə imkanınız yoxsa və ya endiyiniz təqdirdə təkrar çata bilməyib qaçırmaqdan qorxsanız.

Bu vəziyyətlərdə namazınızı vasitə içində oturaraq qıla bilərsiniz. Ancaq qatar, təyyarə, gəmi kimi vasitələrdə mümkünsə ayaqda qılınar, deyilsə oturaraq qılınar. Heyvan və ya vasitə üzərində oturaraq namaz qılacaq olan kimsə, səcdədə rükudan bir az çox əyilər. Ancaq avtobusda öndəki kreslonun üzərinə baş qoyaraq səcdə etmək məkruhdur.

Hərəkət halındakı vasitələrdə namaz qılarkən qibləyə dönmə məcburiyyəti yoxdur. Vasitənin getdiyi istiqamətə doğru oturulan yerdə eyham(işarə) ilə namaz qılınar. Bu saydığımız yolları heç sınamadan, heç bir cəhd etnəyib namazı qəzaya buraxmaq, böyük bir günahdır. Səfər bitdikdən sonra namazların qəzasını qılmaqla məsuliyyətdən qurtulmuş olunmaz. Çünki, burada qəzaya buraxmağı gərəkdirəcək bir əngəl yoxdur. Elmihallara baxaraq səfərlə əlaqədar səfərilik hökmlərini və minik üzərində namazın detallarını öyrənə bilərsiniz. Bu mövzuları bilməmək, namazı qəzaya buraxmaq üçün bəhanə sayılmaz. Çünki, dinimizi yaşamağa çatacaq qədər məlumat öyrənməyə məcburuq.

c. Cemi təqdim(əvvələ) və ya cemi təxir(sona)  edə bilərsiniz:

Əgər uzun bir səfər edirsinizsə və bir neçə namaz vaxtı səyahətdə keçirsə, başqa bir çıxış yolundan  daha bəhs edə bilərik. Elmihal kitablarında genişcə açıqlanan bu həllə, "cem`-i təqdim və cem`-i təx`ir" deyilir. Səfər və xəstəlik əsnasında, günorta ilə ilkindi, axşamla şam namazlarının təqdim (önə almaq) və ya təxir (ərtələmə) şəklində birləşdirərək tək bir vaxtda qılınmasına Hənəfi Âlimləri qarşı çıxmaqla birlikdə, Şafii, Maliki və Hənbəlilərə görə bu namazları birləşdirərək qılmaq caizdir, edilə bilər. Bu üç məzhəbə görə, günorta və ilkindi namazları günorta və ya ilkindi vaxtında dalbadal,ardıcıl qılına biləcəyi kimi, axşam və şam namazları da axşam və ya şam vaxtlarından birində bərabərcə qılına bilər. Ancaq bu namazları qılmadan əvvəl təqdim və ya təxir ediləcəyinə niyyət edilməsi şərtdir.

Məsələn, günorta namazını ilkindi namazıyla birləşdirərək ilkindi vaxtında qılacaq kimsənin, günorta namazını qıla bilməsi üçün ilkindi namazının vaxtı girmədən -yəni bir fərz namaz qılınacaq qədər vaxt varkən- günorta namazını təxir edəcəyinə dair niyyət etməsi lazımdır. Günorta namazı təqdim və ya təxir edildiyində hər zaman ilkindidən əvvəl, axşam namazının da şamdan əvvəl qılınması lazımdır. Ancaq səhər namazı üçün təqdim və ya təxir mümkün deyil. Burada Hənəfi olan kəslər, diləyərlərsə digər üç məzhəbə tabe olaraq, təqdim və ya təxir edə bilərlər.

Budur dinimizin belə asanlıqları varkən səfərdə namazı qəzaya buraxmaq heç bir şəkildə qəbul edilə bilməz.

Qılacaqdım, amma unutdum

Bir gün günorta azanları möminləri Allah’la görüşməyə çağırarkən, sevgi, həyəcan və şövqlə məscidə gedirdim. Ətrafımdakılara, " Eşitdinizmi? Aşağıda yığıncaq var. Dərhal hazırlanın." dedim. "Yığıncaq" nə ovsunlu bir sözmüş ki, insanlar bir anda çaşıb, qatılmaq məcburiyyətində olduqlarını hiss etdirər bir hayıflanmayla, "Xəbərimiz yox." deyirdilər. "Elə isə indi xəbəriniz oldu." dedim. "Dərhal dəstəmazınızı alın və qaçın." Bizim üçün bir vaxt namaz minlərlə yığıncaqdan, görüşmədən, söhbətdən əhəmiyyətli deyilmi? "Namaz yuxudan xeyirlidir" deyən Hz. Bilal (Allah ondan razı olsun), eyni zamanda namazın hər şeydən xeyirli olduğunu söyləmiş olmurmu? Davam etdim:

"Əsgərlikdə komandirimiz çağırsa qaçaraq hüzuruna gedərik. Halbuki bizi bu anda hüzuruna çağıran, Kumandan-ı Akdes’dir. Əzəl və əbəd Sultanıdır. Dünya və âxirətin Hâkimidir. Kim Ona xeyr deyə bilər?"

Bir yoldaşım, "Namazı vaxtında və camaatla qılmaq çox yaxşıdır. Amma nəfsə ağır gəlir." dedi. Mən əksini düşünürəm. Namazı vaxtında qılmaq, çox yüngül və ləzzətli. Əsl onu təxirə salmaq, nəfsimə ağır gəlir. Namazı qılınca ağılım, ürəyim, ruhum və hətta nəfsim rahatlayır. Namazımı hər xatırladığımda, "Ohh, namazımı qıldım" deyirəm. Ya namazı təxirə saldığınız vaxtları düşünün. Hər xatırlayışda, "Bu namazı bir qılsaydım" deyə bütün varlığınız bir məngənədə sıxılmırmı? Namazı qılıb ən fitri vəzifənizi edənə qədər sanki dünya qədər bir qayanın altında əzilirmiş kimi olmursunuzmu? Vaxtında qılıb bu ağrı və ıztıraptan xilas olmaq, üstəlik camaatla qılıb iyirmi yeddi qat çox savab qazanmaq varkən, niyə ruhunuzun bir məngənədə sıxılmasına dözə bilirsiniz? "Namazı vaxtında qılmağı, ən fəzilətli əməl" olaraq bildirən Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), eyni zamanda bizi bu məngənədən qurtarmış olmurmu?

Namazı gecikdirsəniz, ona əhəmiyyət vermədiyinizi göstərmiş olarsınız. Təxirə salan, laqeydlik edən, əhəmiyyət verməyən unudar da. Allah’ın dəvəti necə gecikdirilər, necə unudular, O ən böyük Sevgiliylə görüşmək necə laqeydlik edilər; hövsələniz götürürmü? Namazı təxirə salmaqdan, gecikdirməkdən, unutmaqdan xilas olmaq istəyirsinizmi? 

İşdə sizə ən kəsə yol: Onu ən böyük işiniz qəbul edin, həyatınızı namaza görə proqramlaşdırın. Kainatın Sahibi sizi hüzuruna çağırdığında ilk işiniz, əlinizdəki hər şeyi atıb, "Gəlirəm Rabbim" demək və namaza qaçmaq olsun. Hətta vaxt gəlmədən hazırlanın, həyəcanlanın. Ölümdən həyata qaçanların qaçdığı kimi qaçaq ibâdətə. Rabbimiz,

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman, Allahı zikr etməyə tələsin, və alış-verişi buraxın. Əgər bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Cümə, 62/9)

deyə buyurmurmu? Yalnız Cümə üçün deyil, beş vaxt üçün camaata qaçın. Görəcəksiniz, o zaman mələklərin ruhaniyatı ruhunuzu əhatə edəcək, bütün həyatınız baş döndərən bir sürətlə, həyəcanla və məhsuldarlıqla dolacaq. Unudarsınızmı? Ərtələmək üzündən məhrum buraxılarıq namazdan. Küsər bizə ibâdətimiz və tək, tənha buraxılarıq yer üzündə. Yetim qalmaq nədir bilirsinizmi? Ya kimsəsiz bir çöldə tərk edilmək? Kimsə Allah’ın tərk etdiyi, tənah buraxdığı qədər yalnız deyildır.Ərtəliyərsinizim? Xeyr, bizi yalnız buraxmır O. Gündə beş dəfə Ona çağıran mesajlar zingildəyir qulaqlarımızda. Və hər günün minlərlə dəqiqəsi boyunca O`nu anladan çiçəklərin, böcəklərin, kəpənəklərin, ulduzların arasında yaşayırıq həyatımızı. Bizi tək buraxan bizik. Sahibindən qaçıb kimsəsiz çöllərdə itən kiçik pişik kimi günahlandıra bilər?

Anlamaqda çətinlik çəkirəm: Qonağı olduğum bir ümumi müdürü nazir telefonla aramışdı. İldırımdan qaçarcasına telefona təngnəfəs qaçmışdı müdür. Telefona atılmağını gördüyümdə ölümdən qurtuluşunun ,bu telefonla gələcək xəbərdə olduğunu sanmışdım.

Elə önəmli bir insan sizi aramış olsaydı həyəcanlanmazmıydınız? Vicdanınızdan soruşun: İndi respublika başçısı sizə zəng etsəydi, -onu istər sevin istər sevməyin- saatlarla gözlədə bilərdinizmi? Buraxın saatları, bir dəqiqə gecikərdinizmi? Amma bizim gözlətdiyimiz sadə insanlar deyil. Bizi bezmədən dəvət edən Allah’ı gözlədirik.

Səhərlər çörək növbəsinə düzülmüş insanları görürəm. Daha ucuz olan zavod çörəkdən satın ala bilmək üçün saatlarla çörəyin gəlməsini gözləyən analar və babalar, hətta uşaqlar vardır o növbələrdə. Səbirsizliklər içərisində gözləri yollarda, vaxtın gəlməsini gözləyərlər. Qışın şiddətli soyuğunda o məsumların hallarını bilmək istəyirsinizsə bir gün siz də o bufetlərin qarşısında gözələməyi sınayarsınızmı?

Camaatla namaz qılmaq həyəcanıyla məscidə qaçmaq üçün baba olacağımız illərimi gözləyirik? Zavod çörək üçün saatlarla gözləyənlər, məsciddə beş dəqiqə gözləməklə nə zənginliklərə qovuşa biləcəklərini bir bilsəydilər! Amma biz, kainatın ibâdətini və üstünlüyünü təmsil edən ən möhtərəm varlıqlar. Biz şəfqətli Yaradıcının danışmağı qəbul etdiyi və "ən gözəl sənətim" dediyi insanlar. Çarəsiz düşdüyündə hıçqırıqlarla ağlamasını bilənlər bizik. Və biz, hər günün işıqlanan səhərində qeybin o qəmli, o həyəcan verici dəvətini dinləyirik. Rabbimiz bizi hüzuruna dəvət edir də, yumşaq yatağımızdan qalxa bilmiriksə, O bizi sevgisiylə əhatə edəcəyi səcdəyə, hüzuru ilə görüşməyə çağırır da seyr etdiyimiz filmdən güzəştə gedə bilmiriksə, vay hâlımıza!

"Tamam gəlirim Allah’ım.Eşitdim bu mesajı. Bu işim bitsin, bu filmin sonunu seyr edim, sonra gələrəm. Gəlmək istəyərəm, amma indi bu isti yataqdan necə qalxacağam? Lütfən məni başqa zaman çağır. Nə olar israr etmə Allah’ım. Rəhmətini başqalarına ver." deyərsinizmi? 

"Haşa" deyən vicdanınız titrəyir deyilmi? Amma bir azan boyunca yataqdan qalxa bilməyənlərin, işini buraxa bilməyənlərin verdikləri mesaj bu deyilmi? Televiziyanı buraxa bilmədiyi üçün yuxusu gələnə qədər ayaqda qalan, sonra da gələn yuxuya əsir olub şam namazını ehmal edənlərin dilini başqa necə tərcümə edəcəksiniz? Qəmlidir bunlar. Bəlkə gülürük ağlanılacaq halımıza. Halbuki utancımızdan alınımız ayaqlarımızın altına bağlanmalı. Peşmanlığımızın verdiyi ağrı ürəyimizi əzən dağlar qədər böyük olmalı idi. Bir an o azan səsinin Hz. Peyğəmbərin (Allahın Salamı və Salatı Ona olsun) dinlədiyi səs olduğunu düşünün. O an sizi dəvət edənin, azanı Mədinə səmalarında ilk dəfə yankılatan Hz. Bilal (Allah ondan razı olsun) olduğunu xəyal edin. Bir an fərq edin ki, sizdən əvvəl o məscidə çoxdan çatmış olan Hz. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) mənəviyyatı sizi orada gözləyir. Bir an qapayın gözlərinizi və dinləyin. Şəfqətli sahibinizin "Ey sevdiyim qulum, hələ də Mənim hüzuruma gəlməyəcəkmisən?" deyər kimi olduğunu eşidəcəksiniz. Hələ də laqeydliyi,ərtələməyi, gecikdirməyi, unutmağı bacara biləcəkmisiniz?

O qədər çox əngəlim var ki...

Namazın önündə heç bir əngəl tanımayın. Əmin olun ki, əgər tanımasanız namaza sizi dəvət edən Allah, qarşınıza çıxmağa cürət edəcək hər cür əngəli ayaqlarınızın altında zəlil edəcək. Təcrübə edin. Yanınızda, kainatı şah damarından tutan Allah varkən hansı ordular sizi dayandıracaqmış! Hansı şeytan saxlaya biləcəkmiş sizi o əngin görüşmədən? Bilirəm, hamımız müxtəlif bəhanələrlə üzləşərik. Bəlkə də bəzən namazı əda edə bilməyişimizin səbəbi kefimiz deyil. Hüceyrələrinizə qədər yorğunmusunuz? Xəstəlik iliklərinizə qədər əhatələdimi sizi? Zamanınız və saniyələriniz bir məngənəyəmi sıxışdı? Heç olmazsa fərzləri qıla bilərsiniz.

Fərz, Allah ilə bağlarımızı qoruyan minimum sərhəddir. Təhlükəsizlik bağınızı qopardığınızda boşluğa yuvarlanarsınız. Biz heç bir küləkdən təsirlənməyəcək qədər güclü bir ip kəndirbazı deyilik. Ürəyimizi hədəf seçən güllə yağışları arasında gedirik bu həyat ipində. Səmanın sonsuzluğuyla bizi bağlayan fərzləri də tərk etsək, qaçırdığımız ipin ucunu bir daha tuta bilməmə təhlükəsi var. Bir vaxt namazı qıla bilməsəniz digər namazı da qılamaya bilərsiniz. Bir dəfə qopduğunuzda, bağışlayan rəhmət aşağılardan sizi tutmazsa çuxura çaxılmanız qədərdir.

Namaz paraşütünü tərk edən bəzi insanlar elə dəhşətli qopdular ki, qayalara çarpan vücudları bir daha toparlana bilmədi. Nəfs əsla doymaz, qane olmaz, istəklərini bitirməz. Qopardığı bir güzəşti daha böyük bir tələb izləyəcək. Əlinizi alarsa başınızı da aparmaq istəyəcək. Nəfsinə salam verən ona borclu çıxacaq. Seçim sizin. Uzatmadığınız qəlbinizdən hansı rəhmətin tutmasını gözləyəcəksiniz ki?

Əgər bir gün, şeytan bütün bəhanələri tank edib üzərinizə gəlsə, əgər bir gün nəfsiniz qəlbinizə taxdığı zəncirlə sizi sürüyüb aparmaq istəsə, kimdən qoparılmaq istəndiyinizi xatırlayın. Bu qopma, anadan, atadan, yardan, yurddan qopma kimi deyil. Candan qopmaq beləsinə qəmli ola bilməzdi. Kimdən qoparılmaq istəndiyinizi görün. Necə, bir aslan kimi güclənəcəyinizi, polad kimi bir iradəyə sahib olacağınızı anlayacaqsınız. O zaman heç bir əngəl Yaradıcınızla olan bağı qoparmağı bacara bilməyəcək.

Namaza qarşı hücumçu oynayan və ya qapıçılıq edən bir futbolçunun psixologiyasıyla hərəkət etməliyik. Bunların ikisinin də gözü topdadır. Qolçu futbolçu "Necə etsəm də qol vura bilsəm." deyə gözünü qırpmadan topu izləyər. Qapıçı da, "Aman topu qapıya salmayım." deyə davamlı topu izləyər. Qol fürsətini qaçırmağı və ya qol yeməyi, sanki ölüm kimi ağrılı görərlər. Bilərlər ki, milyonlarla tərəfdar onları izləməkdədir. Onların uğuru ilə sevinəcək, səhviylə üzüntüyə boğulacaqlar.

Namaz üçün azan oxunduğunda bizləri kimlərin izlədiyini heç düşündünüzmü? Ən başda Rabbimiz hüzuruna gözləyir. Bizim özlərini görə bilmədiyimiz, amma ruhən hər vaxt ətrafımızda olan mələklər, nəbilər, övliyalar bizim namaz üçün qaçmamızı istəyirlər. Allah’ın hüzuruna coşğuyla qaçırıqsa, xoşbəxt olur, laqeydlik etsək hüznə qərq olurlar. Yenə laqeydlik edərsinizmi? 

Madam ki dinimizdə imandan sonra ən böyük həqiqət namazdır; ağlımız, ürəyimiz, ruhumuz, duyğularımız namazla dolmalı, onunla doymalı, bütün zərrələrimizi Allah’la görüşmənin sevinc və həyəcanı qaplamalıdır.

Diqqət yetirin: Mən namaz üçün bir vaxt ehmalı və gecikdirməyi belə rədd edən bir anlayışla bunları yazıram. Yoxsa yalnız heç namaz qılmayanları qəsd etmirəm. Bu baxımdan heç birimiz, "Biz onsuz da namazımızı qılırıq." deyə işin içindən sıyrıla bilmərik. Namazı gecikdirməyə, ehmala və ya başdan sovma etməyə bəhanə deyə göstərdiyimiz şeylərə baxın! Söylərmisiniz, hansı imtina edilməz Allah xatirinə?

Namaz mənliyimizi elə doldurmalı ki, vaxtımızı, yerimizi, işimizi ona görə nizamlamalıyıq. Möhtərəm anamın müalicə üçün xəstəxanaya gedərkən ehtiyac çantasına qoyduğu ilk şey, səccadəsi olardı. Nə qədər çətin şərtlərdə və məşğul olursa olsun vaxtı girincə etdiyi ilk iş, namazı qılmaq idi. Biz də belə davransaq nə itirərik? Namazı əngəlləyəcək şeylərin sizi məğlub etməməsi üçün, bütün müdafiə etmə gücünüzü hazırlayın ki, nəfsdən qol yeməyəsiniz. Əgər belə bir şüur zirehini kuşanırsanız, Allah’ın, xəyal edə bilməyəcəyiniz fürsətlər yaradacağından heç şübhəniz olmasın. Siz Ona qul olub, namaz qılma həyəcanıyla yaşasanız, O sizə zaman yaradar, yer yaradar, imkan yaradar. tta insanları sizə xidmətçi edər. Yer təmizmi, mühit uyğunmu, qiblə necə təyin olunar? Bəzi kəslər, olduqları yerin təmiz olmadığını ya da namaz qılacaq uyğun bir yer tapa bilmədiklərini namaza əngəl göstərərlər. Halbuki torpaqda, betonda, taxtada, parketdə, şüşədə, çəməndə namaz qıla bilərik. Yetər ki, gözlə görünən, mütləq fərq edilən bir pislik olmasın. Əgər namaz qılacağınız yerin üzərinə xalça, kilim, həsir kimi bir şey döşənilməmişsə, heç çəkinmədən paltonuzu və ya pencəyinizi çıxarıb sərin.

Bir dəfə yazdığım bir yazıdan ötəri prokurora ifadə vermək üzrə məhkəməyə getmişdim. Sıramızı gözləyərkən namaz vaxtı girdi. "Necə olsa ifadəmizi verdikdən sonra vaxt qalar və o zaman qılaram." deyə düşünmək olardı. Amma ən gözəli namazı vaxtında qılmaq idi. Çünki nə olar nə olmaz, bir çatışmazlıq çıxar və namazımıza heyif olardı. Dərhal tualetdə dəstəmazımı aldım və olduğumuz qatdakı qapıdan tərəsə çıxdım. Pencəyimi çıxarıb namazımı böyük bir hüzurla qıldım.

Məhkəmədə ifadə verəcəkdik, həyəcanlı və sıxıntılıydıq. Amma heç bir şey, namazı qəzaya buraxmaq qədər ağrılı və sıxıcı deyil. Bəlkə namaz vaxtının girdiyi və keçmək üzrə olduğu mühitdə sıxıla  bilərsiniz. Heç kimin namaz qılmadığı bir yer ola bilər. Yuxarıda verdiyim nümunədə bəlkə sıxılıb utanmaq mümkün. Məhkəməyə gəlmisiniz, həyəcanlısınız, ətrafınızda vəzifəli məmurlar var. Heç əhəmiyyətli deyil. Siz ən təməl haqqınız olan, ibâdət etmə haqqınızı istifadə edirsiniz. Namazın kimə, nə zərəri var?

Bir dəfə bir televiziyada canlı verilişə qatılacaqdım. Axşam azanı oxundu. Tualetə gedərək dəstəmaz aldım və məscid olub olmadığını soruşdum. Təəssüf ki, yox idi.Yayına çıxacağımız və qalacağımız müddəti hesab etdim. Namaz vaxtı çıxmadan işimiz bitəcəkdi. Beləcə çöldə namazımızı qıldıq. Əgər bu mümkün olmasaydı, heç çəkinmədən orada qılacaqdım. Lazım olsa yayına belə qatılmazdım. Çünki, namazdan əhəmiyyətli heç bir şey yoxdur.

Məscidlərdən uzaq və ya tanımadığımız mühitlərdə qarşılaşdığımız problemlərdən biri də, qibləni tapmaq məsələsidir. Qibləni, ətrafımıza soruşaraq və ya bəzi düsturlar tətbiq edərək tapmaq mümkündür. Bunun üçün elmihal kitablarındakı bəhslərə baxmanız lazımdır. Amma ən kəsə olaraq qiblə tapma düsturu, qibləni göstərən bir kompas almaqdır. Yalnız qiblə tapmaq üçün xüsusi düzəldilmiş kompaslar və istifadə etmə bələdçiləri vardır. Bunu yanımızda daşımaqla, hər yerdə hər vaxt qibləni tapmamız mümkündür. Dünya həyatı üçün bir çox əşyanın hamballığını edirik. Axirətimiz üçün də lazımlı bəzi cihazları daşısaq heç bir şey itirmərik.

Məscidə və dəstəmaz yerinə uzağıq və ya bilmirik

Bir qrup dindar və namaz qılan insan bir avtobus kirayəyə götürərək İstanbulu gəzməyə gəlirlər. İçlərində iman və Qurana xidmət etmək eşqiylə yanıb alovlanan çox çalışqan, namaza qarşı çox diqqətli gənclər var. Niyyətləri səhər namazını Süleymaniyə Məscidində qılaraq, mənəvi havanı doyanadək tənəffüs etmək, sanki əsrlər əvvəlinin feyizli dünyasında bir saat keçirə bilmək. Nə var ki, şəhərin içində, tam da səhər namazı vaxtında avtobus qəza edir. Heç cür problemi həll edə bilmirlər. Təbii o saatda hər yer bağlı və bir təmirçi gətirmək qeyri-mümkün. Hadisəsni izah edən yoldaşım, təəssüf ki, səhər namazını qıla bilmədiklərini söylədi. Qulaqlarıma inana bilmədim, "Necə olar, heç bir çarə ağılınıza gəlmədimi?" dedim. "Ətrafı tanımırıq, ətrafda məscid yox." dedi yoldaşım. Halbuki bəhs etdikləri yerin bir neçə yüz metr kənarında məscid vardı. Təbii yüksək qatlı binalara görə görünmürdü. Daha başdan, "Məscid yox, ətrafı tanımırıq, namaz qılacaq bir yer tapa bilmərik." deyə düşündükləri üçün uduzmuşlardı. Əgər başlarında, "Mütləq namazı qılmalıyıq, onun önündə heç bir əngəl tanımarıq" düşüncəsi olsaydı, Allah onlara mütləq bir çıxış yolu göstərəcəkdi. Məsələn, iki adam bir taksiylə ətrafı gəzər, tapdıqları məscidə bütün yoldaşlarını aparardı. Bəlkə çox az bir xərc edilərdi, amma "dünya və içindəkilərdən daha xeyirli olan səhər namazı" qəzaya qalmazdı.

Mənim ürəyim təmiz, niyə namaz qılım?

Namazla əlaqədar söhbət və ya tövsiyələr üzərinə kimi insanlar dərhal ortaya atılar: "Qardaşım, sən mənim ürəyimə bax. Mənim ürəyim təmiz. Heç kimə pislik düşünmürəm." Bunu söyləyən insanlar, həqiqətən Rabbimizin əmrləri və dinimiz İslamiyyət haqqında çox da bir şey bilmir. Əvvəlcə, "Mənim ürəyim təmiz" deyərək lovğalanmaq, özünü bəyənmək və namaz qılanları ürəkləri çirkli olan insanlar olaraq görmək böyük bir səhvdir. Çünki dinimiz, təvazökar olmağı, əsla böyüklənməməyi əmr edər. Ürəyinin təmiz olduğunu hər kəs özü deyil, başqaları söyləməlidir. Bir kimsə əlbəttə özünü yaxşı görər. Əsl hünər, başqa kəslərin onu təqdir etməsidir.

Əsl əhəmiyyətli mövzu budur: Namazı əmr edən Rabbimiz və onu bizə öyrədən Peyğəmbərimiz (asm)dir. Heç bir ayə və hədisdə, "Ey ürəyi çirkli olanlar, namaz qılın. Ürəyi təmizləyər, siz yan gəlib yata bilərsiniz." deyə bir əmr yox. Namazla əlaqədar bütün əmrlər, mömin və Müsəlman olanlar üçündür. Üstəlik ürəyiniz təmizsə, daha çox namaz qılmalısınız. Dünyanın gəlmiş keçmiş ürəyi ən təmiz insanı, Peyğəmbərimiz (asm)dir. Heç kim üçün pislik düşünməmiş, hətta canına qəsd edən nə qədər düşmənlərini bağışlamışdır. Ancaq ən çox namaz qılan da yenə odur.

Bir baxıma bunu söyləyə bilərik: Kimin ürəyi təmiz, imanı güclü, təslimiyyəti çoxdursa, o adam daha çox namaz qılar. Buna görə "Ürəyim təmiz" bəhanəsi heç bir təmələ dayanmayan əsassız bir boş sözdən ibarətdir. Səhər namazı qılmayanların bəzi bəhanələri vardır. Bir qisimi də yaxşı niyyətlidir, amma içində olduğu şərtləri namaza əngəl zənn etmiş, bir çarə tapa bilməmişdir. Beləki bu hissədə səhər namazının bəhanələrini sıralayıb, onları aşma yollarını izah edəcəyik.

Çox yorğunam, yuxum var

Bizi bizdən alıb "Ucalar Ucası"nın hüzuruna aparan səhər namazının bənzərsiz zövq və ləzzətindən məhrum olanların qarşıya qoyduğu nə qədər bəhanələr eşitdim. Bəlkə əlliyə yaxın bəhanəylə özlərini yatırdan və ovudanların hesab günündə başlarını önlərinə əyəcəklərini bilirəm. Bunlardan ilkini diqqət nəzərlərinizə təqdim edib, nə dərəcə əsassız bir bəhanəylə özümüzü aldatdığımızı düşünmək istərsinizmi? 

Səhər namazına əngəl olaraq yorğun olmanızımı göstərirsiniz? İşləyıb yorğun olmaq da, yatıb istirahət etmək də bir nemətdir və Allah’ın bir möcüzəsidir. Onun bizə ən böyük nemətlərdən biri olaraq təqdim etdiyi işi namaza maneə görüb, istirahət edib təkrar işləmək üçün enerji qazanmamıza səbəb olan yuxunu necə olar da namaza maneə göstərə bilərik? Əgər həqiqətən çox yorğun və yuxusuzsunuzsa, səhər namazına qalxaraq yuxunuzdan birazca məhrum olacağınızı düşünürsünüzsə, səhv yoldasınız. Çünki, bizim və hər şeyin Rabbi, bizi mütləq hüzuruna istəyir.

Həqiqətən çətin və zəruri işləriniz sizi zəiflətmiş və çox yuxusuz buraxmışsa, yenə namaza böyük bir şövq və coşğuyla qalxın. Əgər zamanınız yox və sabahısı gün üçün istirahət etməniz lazımdırsa, namazınızı qısa tuta bilərsiniz. Uzun uzun surə oxumadan, dua və təsbehləri uzatmadan, yalnız namazın sünnəsini və fərzini qılaraq vəzifənizi etmənin hüzurunu hiss edə  bilərsiniz. Çünki, Rabbimizin sizdən istədiyi fərz qisimidir. Ən çətin və sıxıntılı zamanlarınızda, tərk etmək yerinə, zəruri qisimiylə kifayətlənməniz, sizə bəlkə bir neçə dəqiqə itirdər; amma cənnətləri qazandırar.

Uşaq yuxusuz buraxır, sonra da yatıb qalıram

Cənnət üzlü uşaqlarınız geç vaxtlara qədər sizi yuxusuzmu buraxır? Sonra da oyana bilmirsinizmi? Halbuki uşaqlar sizə Cənnətdən bir hədiyyə. Günahsızlıqlarına baxıb ibrət götürməmiz lazım idi. İstərsinizmi, namaza maneə gördüyünüz bu uşaqlar əlinizdən alınıb aparılsınlar? İslam fitrəti üzərinə yaradılan, həyatı və işləməyi sevməmizə vəsilə olan uşaqları ibâdəti tərk edişimizin bəhanəsi halına necə gətirərik? Əgər bir gün qədər qarşınıza çıxıb, ibâdəti tərk edişinizə bəhanə etdiyiniz uşaqları əlinizdən aldığını xəbər versə, evinizə döndüyünüz axşamlarda və ayrılışın hıçqırıqlarıyla oyandığınız səhərlərdə dahamı yaxşı ibâdət edəcəkdiniz? Xeyr, o zaman aldatdığımız kimdir?

Əgər bir gün şeytan sevimli uşaqlarımızı bəhanə etməyə cəhd etsə möminlərin anası Həzrəti Fatimədən (Allah ondan razı olsun) dərs alaq:

Bilərsiniz: Hələ süd əmməkdə olan Həzrəti Hüseyn (Allah ondan razı olsun) xəstələndiyi üçün səhərə qədər yata bilməmişdi. Övladının inliltisi qarşısında şəfqətli analarının gözlərinə səhərə qədər yuxu girmədi. Hz. Hüseyn səhərə doğru bir ara yatar kimi olduğunda Hz. Fatimə tapdığı ilk fürsətdə kainatın sahibinə yönələrək səhər namazlarını əda etmişlərdi. Özünü çarəsiz buraxan yuxuya ancaq bundan sonra vaxt ayıra bilmişdi. Sonra məscid-i şərifdə səhər namazını qıldıran Peyğəmbər Əfəndimiz (a. s. m.), adəti üzrə onun evinə təşrif etmişlərdi. Həzrəti Fatimə Anamızı yatar vəziyyətdə görüncə onun səhər namazını qılmadığını sanmış;

"Ey qızım Fatimə, Peyğəmbər qızıyam deyə əsla namazı tərk etmə! Məni haqq peyğəmbər olaraq göndərən Allah’a and içərəm ki, namazını vaxtında qılmadıqca  Cənnətə girəcəyini zənn etmə."

deyərək, namazın heç bir şəkildə ehmal edilə bilməyəcəyini ifadə etmişlərdi. Buna qarşılıq,

"Canım atacan, səhərə qədər yatmadım. Səhər namazını qılıb yatdım."

deyən Həzrəti Fatiməyə, Əfəndimizin verdiyi unudulmaz mesaja diqqət yetirin:

"Müjdələr olsun sənə qızım Fatimə! Axirətdə belə çətinliklər görməyəcəksən."

Müjdələr olsun ona. Və müjdələr olsun bu səhər nə qədər çətin və ağır olursa olsun, Hz. Fatimə kimi, kainatın şəfqətli Yaradıcısından imtina etməyənlərə. Çünki onlar əsla tək və yardımçısız buraxılmayacaqlar.

Yatağın içi isti, çölü soyuq, üşənirəm

Yuxunun ən şirin yerindəsiniz. Tam mışıl mışıl yatarkən bir saat çal və sizin səhər namazına qalxmanızı xatırladır. Yatağın içi isti. Amma ya çölü? Qışda onsuz da soyuq. Yazda isə səhər sərinliyi var. Yuxu keyliyini buraxıb, isti yatağı tərk edərək, suyla dəstəmaz alıb namaza qaçmaq asanmı? İşdə tam nəfsinizlə qalxmaqla qalxmamaq arasında mübahisə edərkən, Cənnət bağçalarıyla Cəhənnəm çuxurlarını xatırlayın. Əgər hər şeyə baxmayaraq rahatınızı pozub namaza qaçsanız, sizə beş yüz illik Cənnət veriləcək. Bu nə demək bilirsinizmi? Sizə verilən Cənnəti bir ucdan bir uca getmək istəsəniz tam beş yüz il keçəcək. İşdə bu qədər geniş bir xoşbəxtlik yurdu sizə veriləcək. Həm də boş bir ərazi olaraq deyil. Peyğəmbərimizin (a. s. m.) ifadəsiylə elə nemətlər var ki, "Nə göz görmüş, nə qulaq eşitmiş, nə insanın ağılının ucundan keçmişdir."

Zövq və ləzzət adına nə istəsəniz, Cənnətdə var. Rəngarəng çiçəklər, növ növ quşlar, altlarından çaylar axan köşklər, hamısı sizin üçün. Dünyada üç qəpik qazanmaq yolunda isti soyuq, çətin asan deməyib işləyən bir insanın, kiçik zəhmətlərə dözmək istəməyib sonsuz xoşbəxtlik yurdu olan Cənnəti itirməsi qədər pis bir şey ola bilərmi? Bütün bunlara baxmayaraq yenə də yatağın çölündəki soyuq sizi namaza qarşı tənbəl edirsə, isinmənin yolunu tapmağa çalışın. Soba, kondisioner, qızdırıcı kimi hansı üsul sizin üçün daha asan və tez isidicidirsə namaz qıldığınız mühiti istilətmənin düsturlarını axtarın. Nəfsiniz soyuq suyla dəstəmaz almaqdan  qaçınırsa, heç üşənmədən suyu istilədin. Yetər ki, için rahatlasın və könül hüzur ilə dəstəmaz alıb ibâdət edin.

Amma hər vaxt otağınızı istilətməniz mümkün olmaz. Qonaqlıqda, səfərdə, əsgərdə isti yatağınızı tərk edib soyuq bir mühitdə namaz qılmaq məcburiyyətində qala bilərsiniz. Öz eviniz belə olsa, hər vaxt geniş imkanlarınız olmaya bilər. Bu şərtlərdə belə sizə yaraşan, heç bir mənfiliyə əhəmiyyət vermədən coşğuyla Allah’ın hüzuruna çıxmanızdır.

Nə qədər soyuqlarda isti yatağı buraxıb namaza qaçdım. Elə soyuq sularla dəstəmaz aldım ki, tirtir titrəyirdim. Bütün çəkdiyim zəhmətlər, mənə sağlam bir bədən və möhtəşəm bir kainat bağışlayan Rabbimə fəda olsun. Onun ikram və lütfkarlığı qarşısında bizim dözdüklərimiz heç bir şey deyil.

(Cəmil Tokpınar, Səhər Namazına Necə Qalxılar)



29-03-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz