Ana səhifə

Namaz qılmayan, amma hər gün Allah'a şükür edən, insanlara yaxşılıq edən bir müsəlman namaz qılmır deyə cəhənnəmə mi gedər?


YazdırSend to friend

Namaz qılmamaq böyük günahlardandır. Buna baxmayaraq namaz qılmayan adam kafir olmaz; yalnız günahkar olar. Allah dilərsə onu bağışlayar, dilərsə cəzalandırar.

Namaz qılmaq, imandan sonra gələn ən böyük həqiqətdir. Bundan dolayıdır ki, Qur'an-ı Kərimdə yüzə yaxın yerdə namazdan bəhs edilir. Heç bir ibadətə bu qədər əhəmiyyət verilməmişdir. Çünki namaz, möminin Rəbbiylə olan ən yaxın münasibətidir. Namaz qılmayan insan bu münasibəti zəyiflətmiş, özünü nəfs və şeytan kimi düşmənlərin arasına atmış olar ki, əsl böyük təhlükə budur.

Namazla əlaqəli bütün ayələr, daim insanları namaza təşviq edir. Bu mövzuda bəzi ayə tərcümələri:

"O möminlər ki, qeybə iman edərlər, namazlarını qılarlar.",

"Namaz ancaq Allah`dan haqqıyla qorxanlara ağır gəlməz.",

"Möminlər namazlarını mühafizə edərlər.",

"Namaz insanı pisliklərdən və pis sözlərdən çəkindirər.",

"Mənim mö'min bəndələrimə söylə, namazlarını qılsınlar."

Hədis-i şəriflərdə də eyni xüsusları görməmiz mümkündür. Namazla əlaqədar hədisləri nəzərdən keçirdikdə, daim namaz qılmağın fəzilət və savabından bəhs edildiyini görəcəyik. Lakin,

"İnsan ilə şirk və küfr arasında namazı tərk etmək vardır.",

"Münafiqlərlə bizim aramızdakı əhd namazdır."

tərcüməsindəki hədisləri İslâm alimləri, "namazın fərz olduğunu inkar edən, namaz qılmamağı halal hesab edən" şəklində izah etmişlər.

İbni Abidin isə Reddü'l-Muxtar adlı əsərində namaz bahsinin baş tərəflərində, "Namazın fərziyətini inkar edən kafir olar. Əhəmiyyət verməyərək, yəni tənbəlliyindən dolayı qəsdən tərk edən kimsə isə fasiq, günahkar olar. " deməkdədir.

Yəni namaz qılmamaq böyük günahlardandır. Böyük günahları işləyənin kafir olacağını yalnız batil bir məzhəb olan Mutəzilə mənsubları söyləyirlər. Lakin "Hər bir günah içində küfrə gedəcək bir yol vardır." həqiqətindən hərəkət edərək davamlı surətdə namaz qılmayan insanın zaman içində imanının təhlükələrlə qarşılaşacağını da bildirmək lazımdır.

Adəm əleyhissalamdan bəri, hər dində bir vaxt namaz var idi. Hamısının qıldığı bir araya toplanaraq, Muhamməd əleyhissalama inananlara fərz edildi. Namaz qılmaq, imanın şərti deyil. Lakin namazın fərz olduğuna inanmaq, imanın şərtidir.

"Namaz, dinin dirəyidir." Namazını davamlı, doğru və tam olaraq qılan kimsə dinini qurmuş, İslâm binasını ayaqda durdurmuş olar. Namazı qılmayan, dinini və İslâm binasını yıxmış olar. Peyğəmbərimiz (sallallahü aleyhi və səlləm) buyurdu ki; "Dinimizin başı, namazdır." Başsız insan olmadığı kimi, namazsız da, din olmaz.

Peyğəmbər sallallahu aleyhi və səlləm, camaatı tərk edənləri belə qınamaqdadır:

"Vallah içimdən elə arzu edirəm ki, namaza durulmasını əmr edim də iqamə edilsin, sonra bir adama əmr edim xalqa namaz qıldırsın. Bu əmrdən sonra özü ilə odun dəstələri olan bir neçə adamı, camaata gəlməyən güruha aparıb da üzərlərinə evlərini cayır cayır yandırım." (əl-Muvatta', Cəmaa 3; İbn Macə, Məsacid, 17).

Namazı Tərk Etməyin Hökmü

Namazın ağıllı, yetkinlik çağına girmiş, aybaşı və nifasdan təmizlənmiş hər Müsəlmana fərz olduğu mövzusunda görüş birliyi vardır. Namaz və oruc kimi bədəni ibadətlərdə vəkalət və niyabet etibarlı deyil. Namazın fərz olduğunu inkar edən dindən çıxar. Çünki namaz qəti ayə, hədis və icma dəlilləriylə sabitdir. Tənbəllik və ya laqeydlik səbəbiylə namazı tərk edən asi və fasiq olar.

Namazı qılmamaq dünya və axirətdə əzaba səbəb olar. Axirətdəki əzabla əlaqədar olaraq Allah Təâlâ belə buyurur:

"Onlar günahkarlardan soruşarlar: Sizi Sakar cəhənnəminə sürükləyən nədir? Günahkarlar belə cavab verərlər: "Biz namaz qılanlardan deyildik." (Muddəssir, 74 / 40-43).

"Onlardan sonra elə bir nəsil gəldi ki, namazı tərk etdilər, həva və həvəslərinə (şəhvətlərinə) tabe oldular. Onlar bu azğınlıqlarının cəzasını yaxında görəcəklər. Lakin tövbə edib, iman edən və saleh əməl işləyən bundan istisnadır." (Məryəm, 19/59, 60).

"Vay o namaz qılanların halına ki, onlar qıldıqları namazdan xəbərsizdirlər." (Maun, 107 / 4-5).

Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm də belə buyurmuşdur:

"Bilərək namazı tərk edən kimsədən Allah və Rəsulunun zimməti (qoruması) qalxar." (Əhməd b. Hənbəl, IV / 238, VI / 461).

"Kim ilkindi namazını tərk etsə əməli boşa getmiş olar." (Buxârî, Məvâkît, 13, 34; Nəsâî, Salât, 15).

"Kim, əhəmiyyət verməyərək üç cümə namazını tərk etsə, Allah Təâlâ onun qəlbinə möhür vurar." (Nəsâî, Cümə, 2; Tirmizî, Cümə 7; İbn Macə, İqamə, 93).

Tənbəllik üzündən namazını tərk edən kimsə, namazı inkar etmədiyi müddətcə dindən çıxmaz, ancaq günahkar, fasiq olar. Özü bu mövzuda xəbərdar edilərək tövbəyə, pis nümunə olmaması üçün cəmiyyətdən təcrid edilir və tə'dib (ədəbləndirmək,tərbiyə vermək) məqsədiylə döyülə bilər. Ramazan orucunu tərk edən kimsə də bunun kimidir (İbn Abidin, Rəddül-Muxtar, Misir, ty, I, 326; əş-Şürünbülâlî, Mərakıl-Fəlah, Misir 1315, s. 60; əz-Zühayli, əl-Fıkhul-İslâmî və Ədilletuh, Dimaşk 1985, I, 503).

Hənəfilər xaricindəki məzhəb imamlarına görə isə, namazını üzrsüz olaraq tərk edən kimsə, mürtəd olduğu kimi İslâm cəmiyyətinə qarşı gəlmiş sayılır və tövbə etməzsə ən ağır şəkildə cəzalandırılır. (İbn Rüşd, Bidâyətül-Müctəhid, Misir ty, I, 87; əş-Şirazi, əl-Muhezzeb, əl-Naləbî tab'ın, I, 51; İbn Kudâmə, əl-Muğni, 3. nəşr, Qahirə ty, II, 442-447; ​​əz-Zühayli, age, I.503, 504; Krş. ət-Tövbə, 9/5; Buxari, Diyat, 6; Müslim, Qasamə, 25, 26). 



21-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz