Ana səhifə

Namaz qılmayana qız verilməz və kəsdiyi yeyilməz deyilir. Bu doğrudur?


YazdırSend to friend

Namaz qılmayan insanın inancına baxılar, qılmama səbəbinə nəzər edilər. Namazı qılmaması fərz olduğuna inanmamasından, yoxsa tənbəllik və laqeydlikdəndirmi? Əgər (Allah qorusun) namazın fərz olduğuna inanmadığı üçün namaz qılmırsa imanı gedər, küfrə düşmüş olar. Nə ona qız verilər, nə də kəsdiyi yeyilər?

Ancaq, namazını imansızlıqdan deyil, laqeydlik və tənbəllikdən qılmırsa o adam iman sahibi, amma günahkar bir müsəlmandır. Günahkar müsəlmana isə qız da verilə bilər, kəsdiyi də yeyilər.

Rəsulu Əkrəm Əfəndimiz, qızını fasiq birinə verənə Allahın lənət edəcəyini hədisində xəbər vermiş, qız və oğlan ana-atalarını beləcə xəbərdar etmişdir.



04-05-2011 12:00:00