Ana səhifə

Namaz Surələri və Duaları


YazdırSend to friend

NAMAZ SURƏLƏRİ

FATİHƏ SURƏSİ

Bismilləhir-Rahmənir-Rahim 

Əlhəmdu lilləhi Rabbil-A`ləmin. Ər-Rahmənir-Rahim. Məliki yəumid­din. İyyəkə nəbudu və İyyəkə nəstə`in. İhdinəs-siratəl mustəqim. Siratəl ləzinə ən`amtə aleyhim. Ğayril-məğdubi aleyhim vələd-dallin

Mənası: Aləmlərin Rəbbi (sahibi) olan Allaha həmd olsun. O, Rəhman və Rəhimdir (mərhəmətlidir). Din (qiyamət) gününün sahibidir. Ancaq sənə qulluq edir, yalnız Səndən kömək istəyirik. Bizi doğru yola hidayət et. Nemət verdiyin kəslərin yoluna. Qəzəbinə düçar olanların və zəlalətdə olanların yoluna deyil.

KÖVSƏR SURƏSİ

Bismilləhir-Rahmənir-Rahim

İnnə a-təynə kəl-Kəvsər. Fəsalli li-Rabbikə vənhər. İnnə şəniəkə hu­vəl-əbtər.

Mənası: Biz sənə Kövsər (elm və şərəf) verdik. Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs. Əsl sonsuz sənə kin bəsləyəndir.

İXLAS SURƏSİ

Bismilləhir-Rahmənir-Rahim

Qul huvallahu Əhəd. Allahus-Saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkulləhu kufuvən Əhəd.

Mənası: De ki: O Allah təkdir. Allah ehtiyacsızdır. Doğmamış və doğulmamışdır. Heç kəs də Onun bənzəri olmamışdır. 

ƏSR SURƏSİ

Bismilləhir-Rahmənir-Rahim

Vəl-asr. İnnəl-insənə ləfi xusr. İlləl-ləzinə əmənu və amilus-salihəti və təvasav bilhəqqi və təvasav bissabr.

Mənası: Əsrə (əsr vaxtına) and olsun ki, İnsan ziyan içindədir. Ancaq inanıb yaxşı əməl edən, bir-birinə haqqı və səbri tövsiyə edənlər ziyana uğramazlar. 

FƏLƏQ SURƏSİ

Bismilləhir-Rahmənir-Rahim

Qul əuzu birabbil-Fələq. Min şərri mə xaləq. Va min şərri ğasiqin izə vəqab. Və min şərrin-nəffəsəti fil-uqad. Və min şərri həsidin izə həsəd.

Mənası: De ki: Mən qaranlığı yarıb səhəri çıxaran Rəbbə sığınıram. Yaratdığı şeylərin şərrindən, qaranlıq çökdüyü zaman gecənin şərrindən, düyünlərə üfləyən qadınların şərrindən, həsəd etdiyi zaman həsəd edənin şərrindən. 

NAS SURƏSİ

Bismilləhir-Rahmənir-Rahim

Qul əuzu birabbin-nəs. Məlikin-nəs. İləhin-nəs. Min şərril-vəsvəsil-xannəs. Əlləzi yuvəsvisu fi sudurin-nəs. Minəl-cinnəti vən-nəs.

Mənası: De ki: Mən insanların Rəbbinə sığınıram. İnsanların Sultanına, insanların Tanrısına. Vəsvəsə gətirib yoxa çıxan şeytanın şərrindən. Hansı ki, insanların ürəyini vəsvəsə ilə doldurur. Cinlərin və insanların şərrindən.

 

NAMAZDA OXUNAN DUALAR

SÜBHANƏKƏ

Namazda ayaqda ikən oxunur.Oxunduğu yerlər bunlardır:

1. Hər namazın ilk rükətində, başlanğıc təkbirdən sonra.

2. Əsr və İşa namazının ilk və üçüncü rükətinin əvvəlində.

3. Təravih namazı dörd rükətdən bir salam verilərək qılınarsa, üçüncü rükətə qalxılan zaman Fatihədən əvvəl.

4. Cənazə namazında birinci təkbirdən sonra.

Subhanəkəllahummə və bihəmdik və təbərakəsmuk və təalə cədduk (və cəllə sənauk) və lə iləhə ğayruk. 

Mənası: Allahım! Sən pis sifətlərdən təmiz və uzaqsan. Səni həmişə belə uca tuturam (mədh edirəm). Sənin adın mübarəkdir. Varlığın hər şeydən üstündür. Səndən başqa tanrı yoxdur.

Diqqət: Sübhanəkə, cənazə namazında mötərizədəki “və cəllə sənauk” cümləsi ilə bərabər oxunur.

ƏTTƏHİYYATU

Namazların hər oturuşunda oxunur.

Əttəhiyyatu lilləhi vəs-saləvətu vət-tayyibət. Əs-sələmu aleykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərəkətuh. Əs sələmu aleynə və alə ibədilləhis-salihin. Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluh.

Mənası: Dil, bədən və mal ilə edilən bütün ibadətlər Allah üçündür. Ey Peyğəmbər! Allahın salamı, rəhmət və bərəkətləri sənin üzərinə olsun. Salam, bizim və Allahın bütün yaxşı qullarının üzərinə olsun. Şahidlik edirəm ki, Allahdan başqa Tanrı yoxdur və Məhəmməd onun qulu və elçi­sidir. 

ALLAHUMMƏ SALLİ VƏ ALLAHUMMƏ BARİK DUALARI

1. Bütün namazların son oturuşlarında Əttəhiyyatudan sonra.

2. Əsr namazının sünnəti ilə işa namazının ilk sünnətinin birinci oturuşunda Əttəhiyyatudan sonra.

3. Cənazə namazında ikinci təkbirdən sonra.

Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd. Kəmə salleytə alə İbrahimə və alə əli İbrahim, innəkə Həmidun Məcid.

Mənası: Allahım! Məhəmmədə və Məhəmməd ümmətinə rəhm elə, şərəfini yüksəlt. İbrahimə və İbrahimin ümmətinə rəhm etdiyin kimi. Şübhəsiz, tərifə layiq yalnız sənsən.

Allahummə bərik alə Muhəmmədin və alə əli Muhəmməd. Kəmə bəraktə alə İbrahimə və alə əli İbrahim innəkə Həmidun Məcid.

Mənası: Allahım! Məhəmmədə və Məhəmməd ümmətinə xeyir və bərəkət ver. İbrahimə və İbrahimin ümmətinə verdiyin kimi. Şübhəsiz tərifə layiq yalnız sənsən. 

RABBƏNƏ ƏTİNƏ VƏ RABBƏNƏĞFİRLİ

Rabbənə ətina fid-dunyə həsənətən və fil-əxirati həsənətən və qinə azəbən-nər. Birahmətikə ya ərhamər-Rahimin. Rabbənəğfirli və li-validəyyə və lil-mumininə yəumə yəqumul-hisəb.

Mənası: Ey Rəbbimiz! Bizə dünyada da axirətdə də yaxşılıq və gözəllik ver. Bizi cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Məni, anamı, atamı və möminləri hesab günündə bağışla.

QUNUT DUALARI

Vitir namazının üçüncü rükətində Fatihə və surə oxunduqdan sonra əllər yuxarı qaldırılaraq təkbir alınır (Allahu Əkbər deyilir) və əllər təkrar bağlanaraq qünut duaları oxunur.

Allahummə innə nəstəinukə və nəstəğfirukə və nəstəhdik. Və nu`minu bikə və nətubu ileyk. Və nətəvəkkəlu aleyk. Və nusni aleykəl-xayra kulləhu nəşkurukə və lə nəkfuruk. Və nəxləu və nətruku mən yəfcuruk.

Allahummə iyyəkə nə`budu və ləkə nusalli və nəscud. Və ileykə nəs`a və nəhfid. Nərcu rahmətəkə və nəxşa azəbək. İnnə azəbəkə bil kuffəri mulhiq.

Mənası: Allahım! Səndən kömək, günahlarımızın bağışlanmasını və razı olduğun şeylərə hidayət etməni istəyirik. Sənə inanırıq və Sənə tövbə edirik və Sənə təvəkkül edirik. Bizə verdiyin bütün nemətləri dərk edərək Səni xeyir ilə mədh edirik. Sənə şükr edirik və verdiyin hər bir neməti qəbul və təsdiq edirik.



14-04-2010 12:00:00