Ana səhifə

Namazda ağılıma dünyəvi şeylər gəlir. Namazda dinc ola bilmir və xuşu ilə namaz qıla bilmirəm. Nə etməm lazımdır?


YazdırSend to friend

Gündəlik həyatımızda bir qisim müsbət xüsusiyyətlərimizdəki aşınmanın nəticəsində və işlərimizin çoxluğu səbəbiylə ibadətlərimizi yerinə yetirərkən bəzən özümüzü həm əqli, həm də ruhi baxımdan buna tam kökləyə bilmirik.

Hətta qarmaqarışıq ruh halı ilə əda etdiyimiz bu kimi ibadətlərimiz haqqında ümidsizliyə də düşür, mənəvi zövq almadan, böyük hüzur yaşamadan edilən ibadət birdən qəbul olmaz deyə, vəsvəsələrə qapılır və süstlük meydana gəlir.

Belə bir yanaşma nə dərəcədə doğrudur? Yoxsa bütün bunlara baxmayaraq, ibadətlərimiz dəyərini, qüdsiyyətini qoruyub saxlayır? Burada ixlasın olması əsasdır?

Dəyərli qardaş, bu mövzuya vaxtilə İmam Şaraninin “Ləvaqih” əsərindən istifadə etməklə münasibət bildirmişdim. Bir daha toxunsaq, əslində, ümidverici bir halın olduğunu görəcəyik. İbadətlərimizi yerinə yetirərkən hər nə qədər ruh halımız yerində olmasa da, ibadətlərdə heç bir axsama olmaz, inşəallah. Həzrət İmam ibadətlərdən zövq almamaq, hüzur duymamaqla bağlı qənaətlərini belə ifadə etmişdir:

“İbadətlərdən zövq almaq, onları əda edərkən qəlb çırpıntılarını yaşamaq hamımızın xoşuna gələn gözəl məziyyətdir. İnsana dərindən təsir edən İlahi lütfdür. Bunu hamı arzulayır. Bu gözəl hal olmalıdır da ... Ancaq bu hüzura nail olunmadığı təqdirdə ümidsizliyə də düşmək yanlışdır.

Hətta Allahın elə qulları olmuşdur ki, ibadətlərindən, qulluq vəzifələrindən zövq alıb hüzur duymaqdan məmnun olmamış, bu hislərini ibadət ruhu olan ixlasa zidd görmüş, zövq və hüzur üçün ibadət etdiklərini düşünərək dualarında bu cür niyaz etmişlər:

“Allahım, bizi Sənə ibadət və itaət elətdirən ibadətlərimizdən qazancımız yalnız zövq və hüzurdursa, bundan Sənə sığınır, zəifləri təşviq üçün verdiyin bu neməti bizdən geri almağını istəyirik..”

İmam bundan sonra belə bir fikir söyləyir:

– Kimsə namaz-niyazında duyduğu zövq və hüzura görə çox sevinər və bunu namazın şərti kimi daim gözləyərsə, o adam bilsin ki, ləzzət və hüzur asılılığına tutulub. Daldığı hüzur və aldığı ləzzətin təşviqi ilə ibadət edir, ixlas və təmənnasızlıq düşüncəsiylə ilə deyil.

Şarani həzrətləri burada bir misal da çəkir:

– Misirin böyük din adamlarından Əfdaliddin həzrətləri günlərin birində mənə belə dedi: “Xeyli vaxtdır, gecə ibadətlərimdə mənəvi tərəqqi hiss etdiyimi, ixlasımın getdikcə artdığını düşünürdüm. Bir gecə yenə təfəkkür edərkən mənə bir başqa şeylər ilham edildi. İçimdən bir səs mənə belə xəbərdarlıq etdi:

“Sənin ibadətlərində tərəqqi etməyinin səbəbi ixlas deyil, ibadət əsnasında aldığın ruhi ləzzət ilə duyduğun hüzurdur. Qoy bu zövqün keçib getsin, duyduğun hüzurdan əsər-əlamət qalmasın, nəfsin etiraz etsin, əqlin, könlün qarma-qarışıq vəziyyətdə ibadət edəcək hala gəl çıx, o zaman ixlasının artıb-artmadığını yəqin biləcəksən!”

Əfdaliddin həzrətləri mövzunu bu cür yekunlaşdırır:

“Bundan sonra zövq almadan, hüzur duymadan əda etdiyim ibadətləri, nəfsimlə daha ciddi surətdə mücadilə edərək yerinə yetirdiyim ibadətlər olduğunu gördüm. Əsl ixlasın nəfslə bu cür mücadilə edərək əda edilən ibadətdə olduğunu anladım!..”

Bu fikirlərdən çıxış edərək demək olar ki, gündəlik işlərin içərisində gözümüzə, könlümüzə yansıyan görüntülər zehnimizi qarışdırıb, düşüncələrimizi zəbt edə bilər və nəticədə, ibadətlərimizdən hüzur duya bilməz, zövq ala bilmərik. Sanki nəfsimizlə çarpışaraq ibadət edirmişcəsinə bir hala düşə bilərik. Amma bütün bunlara baxmayaraq, ibadətlərimizdə axsama olmamalı, şübhəyə düşməməliyik. Bilirik ki, biz ruhani zövq və hüzur üçün deyil, Rəbbimizin əmri olduğuna görə ibadət edirik. Vəzifəmiz İlahi əmri heç bir təmənna, qarşılıq güdmədən yerinə yetirməkdir..

İbadətləri əda edərkən həvəssiz olmağımızın bəzi səbəbləri vardır:

1. Ola bilsin ki, ibadətlərimizin dəyərini tam anlaya bilmirik. Bununla bağlı ibadətlərin mahiyyətindən bəhs edən kitablar oxumalıyıq.

2. Olduğumuz yerlər mənəvi baxımdan çox pis ola bilər. Həqiqətən də, leş olan bir yerdə çox pis hislər keçiririk. Eynilə bunun kimi, haramların çox işləndiyi bir yerdə ruhumuz narahat olduğu üçün ibadətlərdən zövq ala bilmirik.

3. Xəstə olan birisi yediyi və içdiyi şeylərdən tam zövq ala bilmir. Məsələn, dili yara olan adam yediyi yeməyin dadından ləzzət ala bilməz. Elə isə müalicə olmalıdır. Biz də öz günahlarımızla qəlbimizi və ruhumuzu yaralayır və xəstələnirik. Bu səbəbdən ruhun qidası olan ibadətləri əda edərkən tam zövq ala bilmirik. Ona görə müalicə olunmaq lazımdır. Ruhun müalicəsi əvvəlcə tövbə və istiğfar, sonra da bir daha günahlara girməməyə çalışmaqdır.

Burada çox mühüm bir məsələ var. Xəstə insan yediyi qidalardan zövq ala bilmir, amma yenə də yeməyə davam edir. Çünki qidalanmağa məcburdur. Biz də ibadətlərimizdən zövq almasaq belə, qulluq vəzifəmizə davam etməliyik. Çünki ruhumuz qidaya möhtacdır. İnşəallah, bir vaxtdan sonra zövq almağa başalayar və etdiyimiz ibadətlər də bizi günahlara bulaşmaqdan qoruyar.



11-07-2015 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz