Ana səhifə

Namazda təkbir alarkən əlləri qaldırmağın hikməti nədir? Şafi məzhəbində olanlar hər rükudan qalxanda, əllərini qaldırırlar ...


YazdırSend to friend

Məzhəblərə görə namaza başlarkən gətirilən və iftitah təkbiri deyilən "Allahu əkbər" deyərkən əlləri qaldırmaq sünnətdir.

Şafii və Hənbəli məzhəbində, namaz qılan adam iftitah təkbiri alarkən, rükuya gələrkən, rükudan və təşəhhüddən qalxarkən əlləri açıq olaraq və baş barmağı qulaq yumuşağının xəttinə gələcək şəkildə qaldırmaq (Bu əsnada ovuc içlərinin də qibləyə yönəlmiş olması müstəhəbdir) namazın hey'at sünnələrindəndir. Tərk edildiyində səhv səcdəsi lazım deyil namaz səhih olar. Amma sünnə tərk edilmiş olar. (Nəvəvi, əl-Məcmu, 3/425)

Bu mövzuda hər müsəlman tabe olduğu məzhəbin hökmünə görə namaz qılacaq.

İstər namazın əvvəlində istərsə namazın digər yerlərində, əlləri qaldırmağın bir çox hikməti ola bilər. Ancaq hər məzhəb imamı bu tətbiqlərini, Qur'an, hədis və ya səhabə tətbiqinə bağlı olaraq etmişlər.

Namazda təkbir alarkən əlləri qaldırmaq, Allah'ın hüzuruna girmək üçün icazə istəmənin, Onun rizasından başqa hər şeydən əlləri çəkib, yalnız O'nun qapısına yaxınlaşmanın bir işarəsidir.

İbadətlər dünya üçün olmadığı kimi, cənnət sevdası və cəhənnəm qorxusundan da deyildir. Əllərin qaldırılıb Allah`dan başqa hər şeyin mənən arxaya atılması mənasını verən bu hərəkət, yalnız və yalnız Allah'ın əmri olduğu üçün və yalnız Onun rizasına çatmaq üçün ibadət etdiyini göstərmək deməkdir. Bu şüur və idrak içində olmağımızı xatırlatmaq kimi mənalara gəlir.

Bir əl ilə ibadətlərin dünya üçün olmadığını, digər əl ilə də cənnət sevdası ya da cəhənnəm qorxusuyla olmadığını anlatmaq üçün hər iki əl birlikdə qaldırılır. Buna "iki cahandan əl çəkmək" də deyilir. Hər iki dünyadan da əl çəkib yalnız Allah'a qulluq etmənin mənası, iki əl birlikdə qaldırılmaqla ifadə edilmiş olar.



02-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz