Ana səhifə

NAMAZIN HƏQİQİ MƏNASI


YazdırSend to friend

    Buraya qədər izah etdiklərimiz namazın xarici görünüşüydü.Bir də namazın özü, gerçək mənası vardır. Namazdakı hər hərəkətin, hər zikrin özünə xas bir mənası bir ruhu vardır. Əgər namaz bu ruhdan məhrum olaraq qılınarsa, ruhsuz bədən, yəni ölü insan kimi olar. Əksinə ruh olar da, yuxarıda izah etdiyimiz qaydalar (təmizlik, səcdə, rükü və s) və lazım olan şeylər olmazsa o zaman da gözü oyulmuş, əli və qulağı kəsilmiş insan kimi olar. Əgər hərəkətlərə riayət edilər, lakin bu hərəkətlərlə yanaşı ruh və əsl olmazsa, gözü axıb görməyən, qulağı olub eşitməyən insana bənzəyər. Namazın ruhu əsli, xuşu (könül alçaqlığı) və qəlbin dünya məşğuliyyətlərindən qurtulmasıdır. Çünki namazdan məqsəd qəlblə Uca Allah'ı düşünmək, O'ndan qorxub hörmət edərək O'nu zikr etməkdir.

    Uca Allah buyurur ki: "Məni xatırlamaq üçün namaz qıl."  (Ta ha surəsi, Ayə: 14) Peyğəmbərimiz buyurur ki: "Bir çox insan vardır; namaz qılmaqla sıxıntı və əziyyətə dözməkdən başqa qazanc əldə etməzlər." Bu, şəklən namaz qıldıqları halda, qəlbən namazla əlaqələri olmayanların halıdır.

    Peyğəmbərimiz buyurur ki:

 "Bir çox namaz qılanlar var ki, namazlarının ancaq onda biri və ya altıda biri yazılır. Hər kəsin namazının yazıldığı qisimləri, qəlblərinin də namaz içində olduğu qisimlərdir."

    Peyğəmbərimiz buyurur ki: "Bir kimsədən ayrılar kimi (dünya məşğuliyyətlərindən ayrılaraq) namaz qıl." Peyğəmbər əfəndimizin buyruğuna görə namaza durarkən dünya arzu və istəklərindən, dünya məşğuliyyətlərindən xilas olmaq lazımdır. Uca Allah'dan başqa hər şeydən uzaqlaşıb, bütün varlığı namaza vermək lazım olar.

    Hz. Aişə (Allah ondan razı olsun) nəql edir:

"Rəsulullah bizimlə biz də onunla danışırdıq. Namaz vaxtı gəldiyində, Uca Allah'ın böyüklüyü ilə olan məşğuliyyəti və Uca Allah'a tutqunluğu səbəbilə bizi tanımazdı."

   Peyğəmbərimiz buyurur ki: "Qəlbin hazır olmadığı namaza Uca Allah baxmaz." Hz. İbrahim (ə.s.) namaz qıldığı zaman, qəlbinin xışırtısını iki mil uzaqdan eşidilərdi.

    Hz. Ali (Allah ondan razı olsun) namaz qılmaq üzrə qalxdığı zaman vücudu tir-tir titrəyər, üzünün rəngi dəyişər və belə deyərdi: "Yeddi qat göyə və yerə təqdim edildiyi lakin onların daşıya bilmədikləəmanətin (namazın) zamanı gəldi."

    Süfyani Sevri deyir ki: "Namazı xuşu (alçaq könüllülük və hörmət ilə) qılmayanın namazı doğru olmaz."

    Həsən Bəsri deyir ki: "Qəlbin hazır olmadığı namaz, cəzaya daha yaxındır."

    Muaz İbn-i Cəbəl (RA) deyir ki: "Namaz qılarkən qəsdən, sağımda solumda kimsələr vardır, deyə baxanın namazı olmaz."

    Əbu Hənifə (RA), Safi (RA) və bir çox alimin: "İlk təkbir alarkən qəlbin hazır olması kifayətdir" deyə buyurmaları, zəruri səbəblərdən dolayı verilmiş bir fətvadır. Çünki insanlarda qəflət daha çoxdur. Bu fətvanın əsas mənası "məsuliyyətdən qurtular" deməkdir. Yoxsa belə bir ibadət axirət üçün azuqə olmağa layiq deyildir.

     Axirət üçün layiq olan: orada faydasını gördüyü, namazda qəlbin hazır olduğu qisimləridir. Şübhəsiz ki, bütün namaz boyunca, sadəcə ilk təkbirdə qəlbini hazır saxlayan bir kimsə, heç namaz qılmayandan daha yaxşıdır. Lakin belə bir kimsənin daha pis vəziyyətə düşməsindən qorxular. Çünki xidmətin əhəmiyyətini anladığı halda, səhlənkarlıq göstərənə, necə gəldi hərəkət edənə, bəlkə də heç xidmət etməyəndən daha çox qəzəblənərlər.

    Bunun üçün Həsən-ı Bəsri (RA) deyir ki:

    "Belə qəlbin hazır olmadığı bir namaz cəzaya daha yakındır. Zira hədis-i şərifdə buyurulur ki: "Namaz qıldığı zaman pislik və günahlardan uzaqlaşmayan bir kimsə o namazdan Uca Allah'dan uzaq olmaqdan başqa bir fayda görə bilməz. "

     Bütün bunlardan aydın olur ki namazın tamamı, ruhu qəlbin daima hazır olmasıdır. Yalnız təkbir alarkən qəlbi hazır olanın namazdan əldə etdiyi fayda bir nəfəsdən çox deyildir. Yəni nəfəs almaqdan başqa heç bir yaşamaq əlaməti göstərməyən kimsəyə bənzəyər.

Namazda Edilən Hərəkətlər Gerçək Mənası

   1- Azan: Namaz üçün insanın ilk duyduğu şey azandır. Azanı dinləmək, qəlbin ona verilməsi, bir iş edilirsə buraxılması lazımdır. Çünki din böyüklərimiz belə ederdilər: dəmirçi azanı eşitdiyi zaman çəkici havada isə, örsə vurmaz endirərdi. Ayaqqabıçı iynəni salmış isə, çıxarmaz elə buraxardı. Yerindən dərhal qalxardı. Çünki bu səsi eşidəndə dərhal qiyamət günündəki səsi düşünərdi. Əgər bir kimsə azan səsini eşitdiyi zaman qəlbində sevinc və istək meydana gəlirsə, bilsin ki qiyamət günündəki səsi eşidəndə elə olacaqdır.

   2- Təmizlik, Dəstəmaz: Görünüşdə hər nə qədər təmizliyin mənası bədən və paltarı çirkdən təmizləməkdirsə də, əsl mənası qəlbin peşman olması, tövbə etməsi və pisliklərdən uzaqlaşıb təmizlənməsidir. Çünki qəlb, Allah'a baxmanın, O'nun varlığını hiss etmənin əsas, mərkəz nöqtəsidir. Namazın əsl yeri qəlbdir. Bədən sadəcə görünüşün formalaşmasıdır.

    3- Ayıb yerlərini örtmək: Ayıb yerlərini örtmək, zahiri bədənindən çirkin olan şeyləri insanların gözündən örtməkdir. Bunun bir də ruhu və sirri vardır ki, içindəki çirkinlikləri Allah Təalanın nəzərindən örtməkdir. Heç bir şey Uca Allah'dan saxlanıla bilməz. Elə isə qəlb pisliklərdən təmizlənmədikcə, xarici görünüşün təmizlənməsi bir dəyər ifadə etməz.

    Qəlbin təmizliyi keçmişdə etdiklərinə peşman olmaq və bir daha etməyəcəyinə əzm etmək, söz verməkdir. Çünki, Peyğəmbərimiz buyurur ki: "Günahına tövbə edən (bir daha etməyən) heç günah etməmiş kimidir."

    Kəsin tövbənin, günahı yox etdiyini peyğəmbərimiz bizə müjdələmişdir. Amma bütün cəhdlərə baxmayaraq bu edilə bilinmirsə heç olmazsa utanma, qorxu və həya pərdə edilib, arxasına sığınmaq lazımdır. Uca Allah'ın hüzuruna qəlbi qırıq və utanmış olaraq çıxılar. Eynilə fərarilik edib, əfəndisinin əmrlərini dinləməyən bir kölənin əfəndisinin qarşısına çıxdığı zaman qəlbində sıxıntı və peşmanlıq duyaraq, başını utancından yerə əydiyi kimi.

    4- Qibləyə Dönmək: Qibləyə dönmək, zahirən üzünü tək bir tərəfə çevirməkdir. Əsl mənası isə qəlbin üzünü hər iki dünyadan çevirib sadəcə Uca Allah'la məşğul olmaqdır. Ancaq bu halda tək şeyi düşünə bilər. Görünüşdə tək bir qiblə olduğu kimi, qəlbin qibləsi də bir dənədir: Uca Allah. Namaza durduğu zaman qəlbin düşüncədən düşüncəyə gəzəməsi, yüzün bir tərəfə deyil də, müxtəlif tərəflərə dönməsi kimidir. Üzü başqa tərəflərə çevirməklə namaz olmadığı kimi, qəlbin müxtəlif düşüncələrlə məşğul olması də namazın həqiqəti ola bilməz. Bunun üçün, Peyğəmbərimiz buyurur ki:

"Namaza durduğunda arzusu, üzü, qəlbi Uca Allah ilə olan, namazını bitirdiyində, anasından yeni doğmuş kimi olar, yəni bütün günahlardan təmizlənər."

    Həqiqətən, yüz qiblədən çevrildiyi zaman necə namaz pozulursa, qəlbin üzü də Uca Allah'dan çevirib başqa şeylərlə məşğul edildiyi zaman, namazın ruhunun həqiqəti də elə pozular. Çünki şəkil, əslin görünüşüdür. Önəmli olan əsldir, görünüşün bir əhəmiyyəti yoxdur.

    5- Qiyam (Ayaq üstə dayanmaq) Görünüşdə mənası: Bədənin Uca Allah'ın hüzurunda qul kimi, boynu bükük bir vəziyyətdə olmasıdır. Əsl mənası isə qəlbin bütün iş və məşğuliyyətlərdən ayrılıb, təzim və inkisar (əziklik) içində xidmətə hazır olmasıdır. Bu vəziyyətdə, qiyamət günündə eyni şəkildə Uca Allah'ın hüzurunda olacağını xatırlamasıdır. O zaman bütün gizli şeylər, sirlər ortaya vurulacaq, aşkar ediləcək, bir-bir ona göstəriləcək. Özünə göstəriləcək o gizli şeylərin bu anda Uca Allah tərəfindən bilindiyini düşünməlidir.

    Namaz qılan biri, bir alim və ya vəlinin ona baxdığını, hərəkətlərini izlədiyini hiss edincə hərəkətlərinə daha çox diqqət edər, böyük məsuliyyət göstərər. Başqa tərəfə baxmaqdan, tələsik etməkdən utanar. Halbuki yalnız başına namaz qıldığı zaman Uca Allah'ın onu gördüyünü bilir, lakin O'ndan utanmaz, necə gəldi hərəkət edər. Əlindən heç bir şey gəlməyən yazıq bir insanın baxışından utanıb, hər şeyin sahibi olan Uca Allah'dan utanmamaqdan daha böyük cahillik olar bilərmi?

    Əbu Hureyrə (Allah ondan razı olsun) bir gün peyğəmbər əfəndimizə: "Ya Rəsulullah, Uca Allah'dan necə utanmaq lazımdır?" deyə soruşduğunda, peyğəmbərimiz belə buyurur: "Ailəsinin təqva sahibindən utanması kimi, O'ndan utanmalıdır".

    Əshabı kiramdan bir qrup namazda elə səssiz və hərəkətsiz dayanardılar ki, quşlar belə cansız zənn edər, onlardan qaçmazdılar.

    Qəlbində Uca Allah'ın böyüklük və qorxusu olan kimsə, Uca Allah'ın onu gördüyünü bilər, bütün orqanlarıyla dərin bir təzim və sukunət içində olar.

    Peyğəmbər əfəndimiz namazda əlini saqqalına aparan birini gördüyündə "Qəlbində Allah qorxusu və ehtiramı olsaydı, əli də qəlbi kimi olardı (belə tərpətməzdi)"  buyurdu.

Qəlbin Namaza hazırlanması

    Biri zahirdə biri də gizli olmaq üzrə iki səbəbdən dolayı qəlb namazda ikən başqa şeylə məşğul olar. Zahirdə olan səbəb, namaz qılınan yerdə qəlbi məşğul etməyəcək kiçik və qaranlıq bir otaq hazırlayarlar. Beləcə fikrin dağılması önlənmiş olar. Çünki açıq və rahat yerdə, qəlb daha çox dağılar.

    İbn-i Ömər (RA) namaz qılacağı zaman, gözü yayınmasın deyə qılınc, kitab və örtüyü qarşısından qaldırardı.

    Qəlbin namaza hazır olamamasının ikinci səbəbi, düşüncə və xəyalların dağılmasının. Bu görünər səbəblərə görə daha çətindir və iki şəkildə olar:

    1- Qəlbin, daha öncə məşğul olduğu bir işlə məşğul olması. Bunun çarəsi öncə işi etmək, qəlbi ondan ayırmaq və sonra namaza dayanmaqdır. Onun üçün, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki:

"Namaz qılacağınız zaman, yemək hazır olarsa, öncə yeməyi yeyin." (Buxari, Ətimə, 58; Müslim, Məsacid, 64-66; Əbu Davud, Ətimə, 10)

   Yenə bir söz söyləmək istəyən bir kimsə öncə sözü söyləməli, sonra namaza durmalıdır. Beləcə o sözü namaz içində düşünməkdən qurtulmuş olar.

    2- Qəlbin, qısa müddətdə bitirilə bilməyəcək bir işlə məşğul olması və ya müxtəlif düşüncələrə qapılmasıdır. Bundan xilas olmağın çarəsi, qəlbi, oxuduğu Qur'an-ı Kərim və təsbihlərin mənasıyla məşğul etməkdir. Qəlb onların mənasını düşünər və bu düşüncə ilə qəflətdən xilas olar. Lakin bəzən düşüncələr o qədər sıx olar ki, bu yolla də qəlbi qəflətdən qurtarmaq mümkün olmaz. Belə hallarda tək yol o düşüncəni meydana gətirən səbəbləri yox etməkdir.

    Əgər bu səbəblər yox edilməzsə heç bir zaman qəlbi, düşüncələrdən təmizlənə bilməz və namaz qəlb başqa düşüncələrə məşğul ikən qılınmış olar. Bu, budaqlarında sərçələrin ötüştüğü bir ağacın altına oturub, səslərini eşitmək istəmədiyi üçün ikidə bir daş və çubuqlarla sərçəni qovan lakin onları tam olaraq qaçırmağa müvəffəq ola bilməyən adamın halına bənzəyir. Belə bir vəziyyətdə adamın sərçələrdən tamamilə qurtulması üçün ağacı kəsməsi lazımdır. Ancaq bununla sərçələrin bir daha gəlməməsi təmin edilə bilər. Düşüncələr də belədir. Mənşəyi arzulardır. Arzu çox olduğu müddətcə düşüncələrdən qurtulmağın imkanı yoxdur. Yeganə yol həddindən artıq  arzulara qapılmamaqdır.

   Peyğəmbər əfəndimiz sallallahu aleyhi və səlləm`ə hədiyyə olaraq üzərində müxtəlif naxışlar olan, bəzəkli gözəl bir paltar gətirdilər. Namazda gözü bu naxışlara ilişdi. Namazı bitincə dərhal o paltarı sahibinə qaytarıb gedip köhnə paltarlarını geyərdilər.

    Yenə bir gün ayaqqabılarının üzərinə yeni kayışlar taxmışdılar. Namazda gözləri ona ilişincə, sökmələrini əmr etdi və köhnə kayışlı nalınlarını geydi. Bir gün də yeni etdiyi nalinlərə bəyənici bir gözlə baxdı. Ardınca dərhal səcdə etdi və belə buyurdu: "Bu bakışımda dolayı, Uca Allah məni düşmən tutmasın deyə səcdə etdim." Çölə çıxdı, bunları ilk rast gəldiyi dilənçiyə verdi.

    Talha (RA) birgün öz xurma bağçasında namaz qılırdı. Budaqlar arasına gözəl bir quş sıxışmış bir cür yol tapıb çıxa bilmirdi. Qəlbi quşun bu vəziyyətiylə məşğul oldu və neçə rükət qıldığını unutdu. Sonra də Peyğəmbər əfəndimiz sallallahu aleyhi və səlləm`in hüzuruna gəlib qəlbindən şikayət etdi. Etdiyinə kəffarə olaraq, o xurmalığı sədəqə verdi. Bir çox İslam böyüyü bu şəkillərdə davranaraq qəlbin düşüncələrdən qurtulma yolunu tapmışlar.

    Namazdan öncə Uca Allah'ı xatırlamaq, qəlbi düşüncələrdən təmizləyə bilmirsə, namazda də qəlbi düşüncələrdən qurtula bilməz. Tərtəmiz bir qəlblə namaz qılmaq istəyən, hələ namaza gəlmədən qəlbini düşüncələrdən təmizləmənin yollarını araşdırmalıdır. Bu də dünya məşğuliyyətlərindən özünü xilas etməklə mümkün olar. Rahatca ibadət edə bilmək məqsədini güdərək dünyaya özünə çatacaq qədəriylə qənaət edən, qəlbini daima namaza hazırlaya bilər.

    Əks halda qəlbi hazır olmaz və ya ancaq namazın bəzi hissələrində hazır olar. O zaman bol bol nafilə namazı qılıb qəlbi hazırlamaq lazımdır. Beləcə dörd rükətlik bir namazı qəlb hazır olaraq qılabilmə imkanı əldə edilmiş olar. Çünki nafilələr fərqlərin bağını çözər.

   Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki:

"Yaxşı bir dəstəmaz alıb, namazı vaxtında qılan, rüku və səcdələrini tam yerinə gətirən və qəlbən də xuşu ilə alçaq könüllülük içində olanın namazı, ağ bir işıq olub göyə yüksələrək sahibi üçün deyər ki: Məni qoruduğun kimi Uca Allah də səni qorusun. Namazı vaxtında qılmayıb, dəstəmazı yaxşı almayan, rüku və səcdələrini xuşu içində yerinə yetirməyənin namazı, qara və zülmət olaraq göyə yüksələr, sahibi üçün: Məni nöqsan etdiyin kimi Uca Allah də səni nöqsan, əskik etsin, deyər. Uca Allah nə zaman dilərsə o zaman , onun bu namazını bir parça kimi toplayıb üzünə vururlar. "

Rüku və səcdələr

    Rüku və səcdə hər nə qədər bədənin təvazö göstərməsi görünüşündə isə də, əsl məqsəd qəlbin təvazösüdür. Namaz qılan səcdəyə getməklə orqanların ən qiymətlisi olan üzünü, dünyada olanların ən dəyərsizi olan torpağa qoymaq olduğunu bilər və özünün torpaqdan yaradıldığını, təkrar torpağa dönəcəyini anlayarsa, qüruru qırılar, acizliyinin dərəcəsini dərk edər. Bunun kimi namazdakı hər hərəkətdə bir sirr və bir hikmət vardır. Bundan xəbərsiz olan, işin şəkilçiliyindən başqa bir şey əldə edə bilməz.

Namazda Oxuma və Namazın Əsas Təməllərinin Gerşək Mənası

    Namazda oxunulan hər sözün bilinməsi gərəkən gerçək bir mənası vardır. Oxuyanın bunu bilməsi lazımdır ki, ibadət gerçək dəyərini tapsın.

    Məsələn "Allahu Əkbər" Uca Allah ən böyükdür, deməkdir. Əgər "Allahu Əkbər" deyən, mənasını bilmirsə cahildir. Lakin mənasını bilər də qəlbində Uca Allah'dan başqa bir şeyə daha çox yer ayırırsa, doğru söyləməmiş olar. Ona "Bu söz doğrudur, lakin sən yalançısan" deyilər. Bir insan bir şeyə Uca Allah'dan daha çox bağlanar, onun arxasınca gedərsə, ona görə o şey Uca Allah'dan daha böyükdür deməkdir. Onun etdiyi, itaət etdiyi ardından getdiyi şeydir. Bu barədə, Uca Allah buyurur ki:

"(Doğru yoldan ayrılıb) öz arzu və həvəslərini özünə ilah edən kimsəni gördünmü? Artıq onu Allah`dan başqa kimsə qurtara bilməz."  (Casiyə surəsi, ayə: 23 )

     (İmam Qazali Şafi məzhəbindəndir). Namaza başlarkən oxunulan "inni vəccəhtü vəchiyə lilləzî fatarəs səməvâti vəl arda hanifən va mə ənə minəl muşrikin." nin mənası, qəlb üzümü bütün dünyadan çevirib, Uca Allah'a döndüm deməkdir. Bunu oxuduğu zaman qəlbi Uca Allah'dan başqa bir şeylə məşğulsa yalan söyləyir deməkdir. Uca Allah'a yalvararkən ilk sözü yalan söyləyənin, nə cür bir fəlakətlə qarşı-qarşıya olduğu açıq-aşkardır.

     "hanifən müslimən" nin mənası, "üzümü bütün xurafatlardan çevirib, İslam dinini qəbul etdim, yaxşı bir müsəlman olmağa qərar verdim" deməkdir. Necə ki; Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki:

"Müsəlman, müsəlmanların əlindən və dilindən zərər görmədiyi kimsədir."

    "Əlhamdülillah": (Allah'a həmd olsun) dediyi zaman, Uca Allah'ın bəxş etdiyi nemətləri qəlbində yenidən xatırlamalıdır. Qəlbi tamamilə Allah'a şükr, həmd ilə məşğul olmasıdır. Çünki "Əlhəmdülillah" şükür sözüdür. Şükür isə qəlb ilə olar.

    "İyyakə nəbudu və iyyakə nəstəin": (Yalnız sənə ibadət edirəm) dediyi zaman, qəlbində Uca Allah'a qarşı hiss etdiyi bağlılığın yenilənib qüvvətlənməsi lazımdır.

    "İhdinəs siratəl müstəqim" (hidayətə, qurtuluşa qovuşdur) dediyi zaman qəlbində inləmək və tazarru (yalvarış) meydana gəlməlidir . Çünki o anda qurtuluş istəyir.

    Təsbeh, təhlil və oxunulan hər şeyin bu şəkildə mənaları vardır. Bu mənaları bilmək və qəlbi ona uyğun hala gətirmək lazımdır. Ancaq bununla namazdan tam mənasıyla faydalanmaq mümkün olar. Əks təqdirdə mənasız şəkilçilikdən başqa heç nə əldə edə  bilməzsən.

Namazda ağılıma dünyəvi şeylər gəlir. Namazda dinc ola bilmir və xuşu ilə namaz qıla bilmirəm. Nə etməm lazımdır?

Doqquzuncu Söz: Namazın beş vaxta təyin edilməsinin hikməti

İyirmi Birinci Söz: Namaz yaxşıdır. Fəqət hər gün beş dəfə qılmaq çoxdur. Bitmədiyindən usanc verir?

M.Hacoğlu. Xuşu axtarışında




15-07-2015 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz