Ana səhifə

Namazlar Hansı Vaxtlarda Qılınır?


YazdırSend to friend

1 -Sübh Namazının Vaxtı: Sübh namazının başlanğıcını fəcir təşkil edir. Günəşin doğması ilə da namaz vaxtı sona çatmış olar. Fəcr, dan yerinin ağarmasına, yəni, şəfəq beyazlığına deyilir. İki qisim fəcir vardır: Yalancı fəcir (fəcri kazib), Gerçək fəcir (fəcri sadiq). Yalancı fəcir, günəşin doğduğu istiqamətdə, üfüqdə şaquli olaraq meydana çıxan bir bəyazlıqdır. Ardından qaranlıq gəlir. Bu fəcir, yalançı fəcrdir. Sübh namazı vaxtı girmiş sayılmaz. Oruc tutmaq istəyən kəslər yemək yeməyə davam edə bilərlər. Gerçək fəcir, yenə günəşin doğulduğu yerdə, yanlara doğru açılan və yayılan bir bəyazlıqdır. Bu fəcir gerçək fəcrdir və bununla sübh namazı vaxtı başlamış olar. Gerçək fəcir görüldüyü andan etibarən sahur yeməyi yeyilməz. Oruc başlamış sayılır.

2 - Günorta Namazının Vaxtı: Zöhr namazının vaxtı, günəşin zaval vaxtından etibarən başlayır. Yəni yer üzündəki bir cisimin kölgəsinin günəşli bir havada şərqə doğru uzanmağa başlama anı, günortanın başlanğıc vaxtıdır. Yerə tikilən bir çubuğun üzərinə doğan günəş, səhər tezdən qərbə doğru bir kölgə buraxar. Və bu kölgə vaxt irəlilədikcə və günəş yüksəldikcə qısalmaya başlayar. Ən sonunda kölgənin qısalması bir müddət üçün dayanar. Buna istiva vaxtı deyilir. Bu əsnada günəş, göyün tam ortasında yerləşir. Daha sonra da kölgə şərqə doğru uzanmağa başlayır. Kölgənin şərqə doğru uzanmağa başlama anı, zaval vaxtıdır. Zaval vaxtı ilə birlikdə, günorta vaxtı da girmiş olar. Istiva vaxtında ikən hər şey`in kölgəsinin qısalmasının dayandığını, zaval vaxtı ilə də şərqə doğru uzanmağa başladığını söylədik. Məhz cisimlərin zaval vaxtından öncəki bu sabit kölgəsinə fey`i zaval təbir edilər. Günorta vaxtının bitmə zamanı haqqında iki rəvayət vardır: İmam-ı A`zam`a görə, günorta vaxtı, zavaldan etibarən hər şey`in kölgəsi, fey`-i zaval (zavaldan əvvəlki sabit kölgə uzunluğuna) əlavə olaraq özünün iki misli oluncaya qədər davam edər. Bu vaxta əsri sani təbir edilir. İmam-ı Muhəmməd ilə İmam-ı Əbu Yûsuf`a və digər üç məzhəb imamına görə isə, günorta vaxtı; cismin kölgəsi fey`-i zaval üzərinə özünün bir misli əlavə olunca sona çatar. Buna da əsri əvvəl deyilir. Ehtiyat olaraq günorta namazları əsri-saniyə qədər gecikdirilməməli, ikindi namazları da əsri sanidən əvvəl qılınmamalıdır. Cümə namazının vaxtı, günortanın vaxtıdır.

3 - Əsr Namazının Vaxtı: Əsrin vaxtı, yuxarıda keçən iki görüşə görə günorta vaxtının çıxmasından etibarən, günəşin batacağı zamana qədərdir.

4 - Axşam Namazının Vaxtı: Günəşin batmasından etibarən üfüqdə meydana çıxan qırmızılığın itməsinə qədər davam edən vaxtdır. (Bu, İmameyn`ə görədir). Digər bir görüşə görə də, günəşin batışından sonra ortaya çıxan qırmızılığın gedib, onun ardınca meydana çıxan bəyazlığın itməsi zamanına qədər davam edər. (İmam-ı A`zam`a görə ...).

5 - İşa Namazının Vaxtı: İşanın vaxtı, axşam vaxtı sona çatdıqdan etibarən gerçək fəcrin doğuşuna qədər davam edir.

6 - Vitr Namazının Vaxtı: "Cənabi-Haqq sizə bir namaz artıq etmişdir ki, o da vitrdir. Onu işa namazından sonra, fəcir vaxtına qədər qılın" hədisi-şərifini görə, vitr namazının vaxtı işa vaxtıdır. Vitr namazı, İmam-ı A`zam`a görə vacib, İmameyn`ə görə isə, şamın fərzinə tabe bir sünnədir. Hər iki görüş də vitr`in işadan sonra qılınmasını zəruri edər; əvvəl qılınması caiz olmaz.

7 - Təravih Namazının Vaxtı: İşa namazını qıldıqdan sonra, gerçək fəcir doğana qədər davam edər. Vitr namazından əvvəl qılındığı kimi, sonra da qılına bilər. Şam namazından əvvəl qılınması isə səhih deyil. Ramazan gecəsi məscidə təravih namazı qılınarkən çatan kimsə əvvəl işanın fərzini qılıb ondan sonra təravih üçün imama uymalıdır.

8 - Bayram Namazının Vaxtı: Günəşin doğuşundan etibarən 45 - 50 dəqiqə keçdikdən sonra, yəni kərahət vaxtı çıxdıqdan sonra başlayar və günəşin istiva vaxtına qədər davam edər. Vaxtında qılınmayan təravih və bayram namazlarının qəzası yoxdur.



20-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz