Ana səhifə

Namazların Qəzası Haqda


YazdırSend to friend

A - Namazın Qəzası və Dəlilləri

Bir namazı vaxtında qılmağa "əda", vaxtından sonra qılmağa isə qəza" dəyilir. Vaxtında qılınmayan namaza "faitə" dəyilir. Cəmi “fəvaitdir".

Vaxtında qılınmamış olan beş vaxt fərz namazın qəzası fərz, vitr namazının qəzası isə vacibdir. Qəza ediləcək sünnə növü azdır. Belə ki, səhər namazının fərzi ilə birlikdə sünnəsi də vaxtında qılınmamışsa, o gün günəşin doğmasından 50-55 dəqiqə qədər sonra günorta namazına bir az yaxın vaxtda bu sünnə fərz ilə bərabər qəza edilir. Quşluq vaxtından əvvəl və istivadan sonra qəza edilməz. İmam Muhammədə görə bu sünnə yalnız olaraq da vaxtında qılınmamış olsa, yenə quşluq vaxtı ilə istiva arasında qəza edilər. Bunun dəlili Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayətə görə Nəbi (sallallahu aleyhi və səlləm) və əshabı Xeybər hərbindən qayıdarkən, yolda qalmış və Bilal Həbəşini növbətçi təyin etmişdi. Ancaq çox yorğun olan Bilalın (Allah ondan razı olsun) yatması nəticəsində səhər namazına qalxa bilməmişdirlər. Günəş yüksəldikdən sonra dəstəmaz almış, Bilal azan oxumuş, iki rükət namaz qılındıqdan sonra, iqamə gətirmiş və səhər namazının iki rükət fərzi qılınmışdır.(Əbu Davud, Səlat,11 , H. No: 435, 443; Nəsai, Məvaqit, 54, 55; e. İbn Hanbəl, IV, 444; Təhanəvi, İlaüs-Sünən, ll, 126.)

Bundan əlavə günorta namazının ilk sünnəsi camaatla fərzə çatmaq üçün tərk ediləcək olsa, fərzdən sonra son iki rükətdən əvvəl qəza edilir. Beləliklə bu sünnə vaxtı içərisində iki dəfə təxir edilməmiş olur.

Fətvaya əsas olan bu görüşdür. Bununla birlikdə son iki rükətdən sonra da qəza edilə bilər, namazın tərtibinin ikinci dəfə dəyişməməsi üçün bunun müvafiq olduğunu deyənlər də vardır. Cuma namazının ilk dörd rükət sünnəsi haqqında da bu əvvələ alma və ya sonraya saxlama üsuluna görə əməl edilir. Tərk edilən digər sünnələrin qəzası vacib dəyildir. Lakin başlandıqdan sonra hər necə olsa tərk edilan bir sünnə və ya pozulan bir nafilə namazın qəzası lazımdır. Məsələn; günorta namazının son sünnəsinə başlamış olan bir kimsə cənazə namazını qaçırmamaq üçün bu sünnəni tərk edərsə, bunu daha sonra qəza etməsi vacibdir.

Namazı pozacaq bir iş xaricində bir maneə olmadan qılanın, bunu yenidən qılmasına isə "iadə"dəyilir. Təxrimən məkruh bir şəkildə əda edilən bir namazın vaxt içərisində yenidən qılınması vacibdir. Vaxt çıxdıqdan sonra isə qılınması məndubdur. Başqa bir cəhətdən namazda bir fərzin təxiri, vacibin tərk və ya təxiri şəklində mövcud olan bir əskikliyin, namazın sonunda səhv səcdəsi edilərək tamamlanması da kifayətdir.

Səhv səcdəsi də tərk edilərsə, bu pis bir iş olmaqla birlikdə namaz tamam olar.

Bir üzr olmadan namaz qəzaya buraxılmamalıdır. Allah belə buyurur:

“Arxayınlığa çıxdığınız zaman namazı qılın. Çünki namaz möminlərə vaxtları müəyyən olunmuş olaraq fərz qılınmışdır." ( Nisə,4/103.)

Namazı üzrsüz qəzaya buraxmanın günahı, o namazı qəza etməklə ortadan qalxmaz, ayrıca tövbə edilməsi vacibdir.

Hər hansı bir üzr səbəbilə namazın qəzaya saxlanılmasında bir qəbahət yoxdur. Düşmən qorxusu, bir həkimin cərrahiyyə əməmliyyatının çox çəkməsi, mamaçanın uşaq dünyaya gətirən qadının yanından ayrılmaması və s. kimi səbəblər bu üzrlər arasında sayıla bilər. Belə ki, Hz. Peyğəmbər Xəndək müharibəsində namazlarını təxirə salmışdır. Abdullah İbn Məsud (Allah ondan razı olsun) bunu belə nəql edir:

"Müşriklər Xəndək müharibəsində Rəsulullahı (sallallahu aleyhi və səlləm) dörd vaxt namaz qılmaqdan məhrum etdilər. Nəhayət gecənin Allahın bildiyi qədər bir hissəsi keçdikdən sonra O, Bilala (Allah ondan razı olsun) azan oxumasını əmr etdi. Bilal azan oxudu və iqamə gətirdi. Hz. Peyğəmbər günorta namazını qıldırdı, sonra Bilal iqamə gətirdi, Hz. Peyğəmbər ikindini qıldırdı, sonra iqamə gətirdi, Rəsulullah (sallallahu aleyhi və səlləm) axşam namazını qıldırdı. Sonra Bilal iqamə gətirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) yatsı namazını qıldırdı." (Tirmizi, Məvaqit, 18; e. İbn Hanbəl, l, 375; Tirmizi bu hədisin isnadında bir şübhə olmadığını söyləmişdir. Bax. Zeyləi, Nəsbur-Rayeə, ll, 164-166.)

Namazı bilərək və tənbəllikdən vaxtında qılmayan kimsə günahkar olar və bu namazı qəza etməsi lazımdır. Hz. Peyğəmbər belə buyurmuşdur:

“Sizdən biri yuxu səbəbi ilə və ya unudaraq bir fərz namazı qılmazsa, xatırladığı zaman onu dərhal qılsın. Çünki Allah-Təalə Məni zikr etmək üçün namaz qı (Bax. Taha, 20/14. Bu ayedəki xitab Hz Musaya aiddir və Sina dağında keçen danışıqlar arasında yer alır.)buyurmuşdur." (Müslim, Məsacid, 316; Malik, Müvətte, Vukut, 26; S. İbn Hanbəl, lll, 184, 216; bax. Tirmizi, Səlat, 16; Nəsai, Məvaqit, 53; İbn Macə, Səlat, 10)

Buxarinin Ənəs İbn Malikdən etdiyi rəvayət belədir:

"Bir kimsə bir namazı unudarsa, xatırladığı zaman onu dərhal qılsın. Namazın bundan başqa kəffarəsi yoxdur. " (Buxari, Məvaqit, 37; Müslim, Məsacid, 314; Əbu Davud, Səlat, 11; e. İbn Hanbəl, lll, 219)

Hədislərdə ümumi olaraq namazı qəzaya saxlama səbəbi kimi iki üzr sayılmışdır: Yuxuunutmaq. Bəzi alimlər bu üzrlərin məhdudlaşdırıcı olduğunu düşünərək, bilə-bilə və tənbəllik səbəbi ilə namaz qılmama halında namazı qəza etmənin lazım olmadığı qənaətinə gəlmişlər. Belə kimsənin tövbə və istiğfar etməsinin lazım olduğunu irəli sürmüşlər. Zahirilərdən İbn Həzm (ö. 456/1063) bu görüşdədir. Onun əsaslandığı dəlil; vaxt şərti ortadan qalxınca, şərt qoşulan da qalxar" qaydasıdır. (Təhanəvi, İlaüs-Sünən, VII, 143.)

Ancaq hənəfilərin də daxil olduğu əksəriyyət fəqihlərə görə: yuxu və ya unutmaq kimi insanın iradəsini əlindən alan bir ünsür səbəbi ilə belə namazı qəza etmək lazımdırsa, bilərək qılmadıqda da qəza etmək lazımdır. (Bax. Meydani, e.a.ə., l, 88; Şirbini, MuğniI-Möhtac, l, 127; Şirazi, e.a.ə., l, 5; İbn Qüdamə, Muğni, ll, 108; İbn Rüşd, e.a.ə., l, 175; Züheyli, e.a.ə., ll, 130.) Bundan əlavə bu hədisin ümumi mənasına istinad edilmişdir: “Allahın borcu yerinə yetirilməyə daha layiqdir." (Buxari, Savm,42:Müslim, Siyam, 154,155) Bilərək namazı tərk edən şəxsə bu namazı qılmaq vacib və bir borc olmuşdur, borc isə ödənilmədikcə ortadan qalmaz.(Şövkani, Neyl, l, 326; Təhanəvi, e.a.ə., VII, 143.)

Yuxu və unutma kimi bir üzr səbəbi ilə namazı gecikdirən kimsə günahkar olmaz. Çünki Əbu Qətadədən (Allah ondan razı olsun) belə rəvayət edilmişdir:

Hz Peyğəmbər (sallallahu aleyhi və səlləm) yatıb qalaraq namazı qılmadıqlarından şikayət edənlərə belə buyurmuşdur:

 “Yuxu gecikmə səbəbi dəyildir. Gecikmə ancaq ayıqlıq halında olandır. Sizdən biri namazını unudar və ya yatıb qalaraq qılmazsa, xatırladığı zaman onu qılsın." (Müslim, Məsacid, 311; Əbu Davud, Səlat, 11; Tirmizi, Məvaqit, 16; Nəsai, Məvaqit, 53.)

Ancaq namaz vaxtını keçirməmək üçün zamanında oyanmağa tədbir almaq və unutqanlıqlara qarşı da tədbirli olmaq möminin şüarı olmalıdır.

B - NAMAZIN VACİBLİYİNİ ARADAN QALDIRAN ÜZRLƏR

Heyz (aybaşı) və nifas (zahılıq) hallarında qadınlarda namaz borcu düşər. Hz. Aişə (Allah ondan razı olsunnhe) belə dəmişdir:

"Nəbi (sallallahu aleyhi və səlləm) qadınların adətli günlərində qılmadıqları namazları qəza etmələrini əmr etməz, yalnız tutmadıqları fərz orucu qəza etmələrini əmr edərdi." (Buxari, Heyz, 19, 20; Müslim, Heyz, 15, 69; Tirmizi, Təharə, 93, 97.)

 Beş vaxt namaz müddətində və daha çox davam edən ağıl xəstəliyi və ya huşunu itirmə, yaxud koma halında da namaz borcu düşər. Ancaq bu hallar beş vaxt və daha az bir müddət davam edərsə baxılar. Ayıldığı zaman dəstəmaz alıb iftitah təkbiri gətirəcək qədər bir zaman qalmışsa, o vaxtın namazını qəza etməsi vacibdir. Dindən çıxıb, yenidən dinə qayıdan kimsəyə gəlincə: bu şəxsin mürtədlik vaxtında və ya daha əvvəl qılmadığı namazları qəza etməsi vacib dəyil. Daha əvvəl həcc etmişsə, yenidən həcc etməsi lazımdır. Qeyri-müsəlman bir ölkədə İslama girən kimsə namazın fərz olduğunu öyrənənə qədər üzrlü sayılar. Çünki qeyri-müsəlman ölkədə dini əmr və qadağaları bilməmək üzr qəbul edilir. (İbn Abidin, e.a.ə., l, 330, 688; Hamdi Döndüren, Dəlilləri ilə İslam Hukuku, İstanbul 1983, s.142, 143.)

Şafeilərə görə heyz və nifas halındakı qadın namaz qılmaz və qəza etməsi də lazım gəlməz. Ağıl xəstəliyi, özündən getmə və koma halı ilə mübah bir yolla ağlın itməsi namazı ortadan qaldırar. Ancaq haram bir şeylə sərxoş olanın qılmadığı namazları qəza etməsi lazımdır.

C - VAXTINDA QILINMAYAN NAMAZLARIN QƏZASI

Bir namazın əda şəkli necədirsə, qəzası da elədir. Məsələn; səfərdə olaraq dörd rükətli namazlarını qıla bilməyən kəs bunları istər səfərdə, istərsə də əsli vətəninə qayıtdıqdan sonra qəza etsin, iki rükət olaraq qəza edər. Iqamət halında tam olaraq qılınması lazım olan namazları qəzaya saxlayan kimsə də, bunları vətənində və ya səfərdə yenə tam olaraq qəza edər.

Namazlar qəza edilərkən gizli oxunacaq namazda qiraət gizli oxunar. Səsli oxunan namazı imam qıldırarsa səsli oxunar. Təkbaşına qılınarsa səsli və ya gizli oxunmasında sərbəstdir. (İbnul-Hümam, e.a.ə., l, 405; Meydani, e.a.ə., l, 110)

Şafei və hanbəliləre görə namazları qəza edərkən mövcud olan yer və zamana baxılar. Səfərdə olan kimsə dörd rükətli namazları iki rükətli olaraq qəza edər. Bu namazın səfərdə və ya Iqamət halında qəzaya qalması hökmü dəyişdirməz. səfərdə qəzaya qalan Iqamət halında qəza edildikdə dörd rükət olaraq qılnar. Çünki namazları qisəltmanın səbəbi olan səfərilik ortadan qalxmışdır.

Namazlar qəza edilərkən sıranın gözlənilməsi vacibdirmi? Əgər namazı qəza edən şəxs tərtib sahibidirsə, qəza namazı ilə vaxt namazı arasında sıraya riayət etməsi lazımdır. Tərtib sahibi dəyildirsə, bu namazı qəza etmədən digərlərini qıla bilər.

Bir kimsənin tərtib sahibi ola bilməsi üçün altı vaxtdan çox namazı qəzaya qalmamalıldır. Vitr namazı daxil olmaqla altı vaxt namazı qəzaya qalınca tərtib sahibi olmaqdan çıxar. Artıq bu kimsənin nə qəza namazları arasında, nə də qəza namazları ilə vaxt namazları arasında sıranı gözləməsi vacib dəyil.

Tərtib sahibi olan kimsənin bir fərz namazını və ya Əbu Hənifəyə görə vacib olan vitr namazını üzrsüz yerə və ya hayız və nifas kimi namazı düşürən xüsusiyyətdə olmayan bir üzr səbəbiylə vaxtında qılınmamış olması halında, bu namazı ilk vaxt namazından əvvəl qəza etməsi lazımdır.

Məsələn; tərtib sahibi olan kimsə səhər namazı vaxtında yatıb qalarsa, bu namazı o günün günorta namazından əvvəl qəza etməsi lazımdır. əgər günorta namazını əvvəl qılarsa, sıranı gözləmədiyi üçün bu namaz İmam Muhammədə görə fasid olur. Əbu Yusifə görə fərz olmaqdan çıxar, nafilə namazına çevrilər. Əbu Hənifəyə görə isə müvəqqeti olaraq səhih olmaz. Belə ki, bundan sonra o, səhər namazını qəza etmədən beş vaxt namazını əda edəcək olarsa, bu altı vaxtın hamısı da səhih olar. Lakin belə beş vaxt namazını daha qılmadan o səhər namazını qəza edərsə, arada qılmış olan vaxt namazları fasid olub təkrar qılınmaları lazımdır.

Qəzaya qalan namazlar müxtəlif olub da vaxt, bunlardan yalnız bir qismi ilə vaxt namazını qılmağa əlvərişli olarsa, sıranı gözləməyə məcbur olmaması daha etibarlı görüşdür.

Tərtib sahibinin sıranı gözləməsinin dəlili; Rəsulullahın (sallallahu aleyhi və səlləm) Xəndək müharibəsində dörd vaxt namazı qıla bilməyincə bunları sıraya düzərək və vaxt namazından əvvəl qılmasıdır. Başqa bir dəlil; İbn Ömərin (Allah ondan razı olsun) bu sözüdür;

"Sizdən biri bir namazı qıla bilməz, ancaq imamla birlikdə namazı qılarkən xatırlayarsa namazını tamamlasın. Bundan sonra unutduğu namazı təkrar qılsın. Sonrada imamla birlikdə qıldığı namazı iadə etsin." (Zeyləi, e.a.ə., ll, 162.)

Tərtibi ortadan qaldıran səbəblər üçdür:

a. Qəzaya qalan namazların sayının vitr xaricində altı vaxt və daha çox olması,

b. Müstəhəb olan vaxtın həm qəza, həm də vaxt namazı ilə birlikdə qılına bilinməyəcək qədər dar olması,

c. Vaxt namazının qılınması sırasında qəza namazını yaddan çıxartmaq. Çünki unutma halı bir üzrdür.

İmam Şafeiya görə qəzaya qalan namazlar ila vaxt namazı arasında sıranı gözlamak şərt olmasa da müstəhəbdir.

Qəzaya qalan namazlar çox olarsa, bunlara təyin edilərək niyyət edilməsi lazım dəyildir. Çünki bunda çatinlik vardır. Məsələn; qəzaya qalmış olan ilk va ya son, səhər namazını və ya günorta namazını qılmağa niyyət edilməsi kifayətdir.

Bir kimsə nə qədər namazının qəzaya qaldığını bilməzsə, qənaətinə (zənni-galib) görə hərəkət edər. Əgər belə bir qərara gələ bilməsə, borcundan qurtardığı qənaətinə gələnə qədər qəza namazı qılmalıdır.

Bir kəs bir namazı qılıb-qılmadığı haqda şübhəyə düşər və hələ vaxt çıxmamış olarsa həmin namazı yenidən qılar, vaxt çıxdıqdan sonra şübhə edərsə, artıq heç nə lazım olmaz. Çünki fərzin səbəbi olan vaxt çıxmışdır. Bir müsəlmanın namazını vaxtında qılması isə bir qanundur.

Qəza namazı qılan kimsənin yanında camaatla vaxt namazına başlanarsa, namazını tamamlamadıqca camaata qatıla bilməz. Eyni vaxta aid olan qəza namazları, üsuluna görə camaatla da qılına bilər. Qəza namazlarının evda qılınması daha münasibdir. Çünki bunu göstərmək Allaha qarşı bir cürət sayılır va başqaları üçün pis nümunə təşkil əda bilər.

Qəza namazları üç kərahət vaxtından başqa istənilən har vaxtda qılına bilər. Bu üç vaxt Üqba İbn Amirin (Allah ondan razı olsun) nəql etdiyi bir hadisdə belə müəyyən edilmişdir;

"Üç vaxt vardır ki, Hz. Peyğəmbər bu vaxtlarda namaz qılmağımızı və ölülərimizi qəbrə qoymağımızı qadağan etdi. Bunlar: günəşin doğma vaxtı, zaval vaxtı və günəşin batma vaxtıdır." (Müslim, Müsafirun, 293; Əbu Davud, Cənaiz, 51; Tirmizi, Cənaiz, 41.)

İkindi va səhər namazlarından sonra da olsa, bu sayılan üç vaxtın xaricində qəza namazı qılına bilər.

Bir qadın sabah bu qədər namaz qılaram va ya oruc tutaram dəyə nəzir (adak) edərsə, lakin o gün adət görməyə başlayarsa, o namazı və ya orucu təmiz olacağı günlərdə qəza edər.

Qəza namazları ilə məşğul olmaq nafilə namazlarla məşğul olmaqdan daha yaxşıdır. Lakin beş vaxt namaza bağlı olan sünnələr müəkkəd və ya qeyri-müəkkəd olsun bundan müstəsnadır. Yəni bu sünnələri tərk edərək, bunların yerinə qəzaya niyyət edilməsi doğru olmaz.        Əksinə bu sünnələrə niyyət edilməsi daha yaxşıdır. Hətta quşluq və təhəccüd namazı kimi haqqında hədis olan namazlar da belədir. Bu namazlara da bu şəkildə nafilə olaraq niyyət edilməsi uyğun hesab olunur. Çünki bu sünnələr fərz namazları tamamlayır, və onların başqa vaxt yerinə yetirilməsi yoxdur. Qəza namazlarının isə müəyyən vaxtları olmadığı üçün yerinə yetrilmələri mümkündür.

Fərz namazını qəzaya saxlayaraq günaha girən kimsənin, bu günahdan qurtarmaq üçün sünnələrdən boyun qaçırması uyğun dəyildir.

Belə bir kimsə çoxlu ibadət edərək uca Allahın əfvinə sığınması lazım olduğu halda, özü üçün Rasullullahın (sallallahu aleyhi və səlləm) şəfaətinə vəsilə olan bir sıra sünnələri, nafilələri tərk etməsi necə ola bilər? Həm fərzləri qəzaya buraxmaq, həm vaxt namazlarını sünnələrdən ayırmaq ikiqat qüsurdur. Fitvaya əsas olan görüş də budur.

Dəlilləriylə İslam Elmihalı, İpək Yolu Nəşriyyatı, 2010.



08-11-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz