Ana səhifə

Naturalizmin "elmi" dayağı: Darvinizm və "dairəvi dəlilləndirmə".


YazdırSend to friend

 

  Richard Dawkins yazır ki, "darvinizm, intellektual olaraq məmnun bir ateist olmağı mümkün qıldı." Bu məmnunluq hətta o dərəcəyə çatıb ki, Dawkins və Dennett kimi ateistlər özlərinə xüsusi bir ad götürüblər; onlar özlərini "bright" (aydın) adlandırırlar. Homoseksuallar üçün "gay" adı çıxarıldığı kimi bunlar üçün də "bright" adını fikirləşiblər. Beləliklə də intellektual olaraq özlərindən razı tiplərə çevriliblər.

   Bir darvinist - mənim nəzərimdə - çarxı dövr etdirən dələnin misalıdır. Bütün nəzəriyyə dairəvi dəlilləndirmə üzərində durub. Darvinizmdən əvvəl elm adamlarının əksəriyyəti təbiətin dizayn olunduğuna, başqa sözlə teleologiyaya inanırdılar. Darvinin nəzəriyyəsi bunu inkar etdi və təbiətdəki dizaynın sadəcə olaraq uzun müddət ərzində yığılmış kiçik variasiyalardan ibarət olduğunu iddia etdi. Deməli, materialist naturalizm fikrinə dəstək qazandıran nəzəriyyə darvinizm oldu. İşin dairəvi tərəfi budur ki, darvinizm özü də legitimliyini qorumaqdan ötrü materialist naturalizmdən asılıdır. Fossilləri, genetik kəşfləri izah etmək üçün yalnız və yalnız naturalist izahları etibarlı sayır və istənilən teleoloji izahı rədd edir, onun qeyri-elmi izah olduğunu deyir.

  Deməli darvinizm izah olaraq qeyri-naturalist izahları rədd edir. Naturalizmin "elmi" dayağının, əsasının nə olduğunu araşdırsanız onun darvinizm olduğunu görəcəksiz. Beləliklə də qarşınızda "dairəvi dəlilləndirmə" üçün bir misal peyda olur.

 
Müəllif: 


10-03-2020 12:09:08