Ana səhifə

Nemətlərin Fərqində Olmaq Baxımından Oruc


YazdırSend to friend

    Ramazan, İslam'ın təməl əsaslarından olan oruc tutmaqla əmr edildiyimiz, hər ilin bir ayına məxsus ibadət mövsümüdür. Oruc, qul olduğumuzun fərqində olmaq, nemətlərin dəyərini anlamaq, nəfsi tərbiyə etmək, cəmiyyətdəki möhtac insanların vəziyyətlərini daha yaxşı anlamaq və bədən üçün bir pəhriz olmasıyla  yanaşı  çoxlu faydaları sayıla biləcək bir ibadətdir.

     Nemətlərin Fərqində Olmaq Baxımından Oruc

    Cənâb-ı Haqq, yer üzünü hədsiz nemətlərinin sərgiləndiyi bir süfrə şəklində yaratmışdır. Bu süfrədə yaratdığı nemətlərlə, kâinatdakı ən dəyərli qonaq olan insanın ətrafını təchiz etmişdir. Bu nemətlər "gözləmədiyi yerlərdən-həysu lə yəhtəsib" (Talaq Sûr'si, 65/3.) gətirilərək insanın istifadəsinə təqdim edilmişdir.

    Zəhərli bir böcək olan bal arısı öz ehtiyacından qat qat artıq düzəltdiyi balı, Allah'ın ilhamı ilə insan üçün hazırlamaqda, əlsiz bir böcək olan ipək böcəyi yarpaq yeyib Allah'ın ilhamı ilə toxuduğu ipəyi insan üçün istehsal etməkdədir. Allah bütün varlıqlar aləmini, bu şəkildə rəzzaqiyətini və rububiyyətini anlamağımız üçün bizlərin xidmətinə vermişdir.

   Ancaq insanlar, çoğ zaman qəflət pərdəsi altında və səbəblərin pərdə olması  ilə Allah'ın bu nemətlərinin tam olaraq fərqində olmamaqda və Allah ilə əlaqəsini qurmadan səbəblərə verməkdədir.

  Məhz, Ramazanda, bütün müsəlmanlar, Rəzzaqlarının ziyafətinə dəvət edilmiş bir qonaq kimi, axşama qədər "Süfrəyə Buyurun! .." əmrini gözləyərlər. Bu gözləmə əsnasında yemək, içmək və cinsi münasibətlərdən uzaq duraraq sanki mələklər kimi bir ibadət halı içərisində olarlar. Beləcə yuxarıda saydığımız və saya bilmədiyimiz nemətlərin fərqində olaraq, bu nemətlərin nə qədər qiymətli olduğunu anlamaq imkânı qazanıb şükür vəzifələrini yerinə yetirmək şövqünün atmosferinə girərlər. Sanki yer üzü bir ordu kimi, bərabər yeyib, bərabər içməklə geniş və külli bir ibadət edərlər.

   Görəsən belə ulvî bir qulluq mövsümündə, mələklər kimi şərəfli bir məqamda ibadətlə vaxt keçirmək yerinə, heyvanlar kimi yeyib-içməyi seçənlər, insan adına layiq olarlarmı?



14-06-2017 08:47:40