Ana səhifə

Nemətlərin Şükrünü Əda Etmək Yönündən Oruc


YazdırSend to friend

   Ramazan orucunun hikmətlərindən biri də nemətlərin qiymətini anlamağımızaşükrünü əda etməyimizə səbəb olmasıdır.

   Nemətlər bizə müxtəlif vəsilələrlə çatar. Məsələn bir almanın hansı səbəblərlə bizə çatdığını düşünək. Alma bizə gələnə qədər, ağac, ağacdan almanı toplayan bağban, bağbandan onu satan satıcısına qədər müxtəlif vəsilələrdən keçməkdədir.

   Bizlər çox vaxt neməti, bu vəsilələrdən bilib, əsl nemət sahibi olan Cənab-ı Haqqı görmürük. Əsl təşəkkürə layiq olan Cənab-ı Haqq yerinə, təşəkkürümüzü o almanı bizə ikram edən şəxsə edərik.

    Halbuki o alma üçün arxa planda bütün kâinat işlədilmişdir. Çünki o almanın olması üçün günəş olmalı, dünya fırlanmalıdır ... küləklər əsməli, buludlar işləməlidir ... O cansız, rəngsiz, dadsız, qoxusuz torpağa girən cansız bir toxum, canlı bir bitkiyə çevrilməkdə, şirin, rəngli ətirli meyvələr verməkdədir. Demək ki, bu şüursuz məxluqlar şüurlu kimi çalışmalarıyla, bizə arxa plandakı elm, iradə və qüdrət sahibi Cənab-ı Haqqı göstərməkdədir.

   Belə vəsilələrlə bizə gələn nemətlərdə, vəsilələrə əhəmiyyət verib, əsl nemət sahibini görməyənin halını belə bir örnəklə daha yaxşı anlaya bilərik:

   Bir padşahın, elçisi vasitəsilə bizə bəzi hədiyyələr göndərdiyini fərz edək. Biz hədiyyələri verən elçiyə bütün təşəkkürümüzü yönəltsək, padşahı heç düşünməsək və qiymət verməsək olarmı?

   Bu misla görə, nemətləri bizə çatdıran səbəblərin hamısı bir elçi kimidir. Əsl mal sahibi Cənab-ı Haqqdır. Verdiyi nemətlərə qarşılıq olaraq da bizdən şükür istəməkdədir. Məhz O'na təşəkkür etmək; o nemətləri birbaşa O'ndan bilmək, o nemətlərin qiymətini təqdir etmək və o nemətlərə olan ehtiyacımızı hiss etməklə olar.

    Məhz, Ramazan-ı Şərifdəki oruc, həqiqi, səmimi bir şükrün açarıdır. Çünki normal şərtlərdə bir məcburiyyət yoxsa, insanlar həqiqi aclığı hiss etməzlər. Aclıq olmayınca da nemətin dəyəri çox da anlaşılmaz. Bir parça quru çörəkdəki qiyməti, tox olan adam, hələ varlı da olsa, anlaya və görə bilməz.

   Halbuki iftar vaxtında, o quru çörək, bir möminin aləmində çox qiymətli bir İlâhi nemət hökmünə keçər və ləzzətinin fərqinə varılar. Ən zənginlərdən ən yoxsul bir insana qədər hər kəs, Ramazan-ı Şərifdə o nemətlərin qiymətlərini anlamaqla, mənəvi bir şükür əda edər.

   Həm gündüz, yemək-içmək qadağan olduğu üçün, "O nemətlər mənim malım deyil. Yemək-içməkdə azad deyiləm. Demək başqasının malıdır və ikramıdır. Onun əmrini gözləyirəm. " deyə, neməti nemət bilər, mənəvî bir şükr halında olar.

   Bu şəkildə oruc, çox fərqli yönlərdən, insanın həqiqi bir vəzifəsi olan şükrün açarı hökmünə keçər.



14-06-2017 08:58:01