Ana səhifə

Nisbi və etibarı əmrlər nə deməkdir? İnancımıza görə, cüzü iradənin xarici bir varlığı olmadığı, yəni nisbi və etibarı olduğu deyilir. Buna görə cüzü iradə məxluq deyil?


YazdırSend to friend

Nisbi və etibarı əmrlər mövzusunda qısa məlumat vermək uyğun olacaq:

 

Nisbi: Müqayisə etmə ilə olan, digərinə, əvvəlkinə görə və nisbətə, ölçüyə görə kimi mənalara gəlir. Hakaiki nisbiyə isə: Başqalarına nisbət yoluyla ortaya çıxan həqiqətlər, deməkdir.

 

Əmri nisbi: Müstəqil bir varlığı olmayıb müqayisə etmə yoluyla ortaya çıxan əmr, iş, hadisə mənasına gəlir. Əmri etibarı isə: Müstəqil bir varlığı olmayıb etibar edən kimsənin ağlında təşəkkül edən əmr, iş, hadisədir.

 

Nisbi, həqiqətdə varlığı olmayıb bir başqasına nisbət edilən mənasını verir. Böyük-kiçik, sağ-sol, ön-arxa, üst-alt bir nisbi əmrdir. Bunların heç biri məxluq deyil.

 

Gözəllik bir həqiqətdir, çirkinliyin müdaxiləsi ilə gözəllikdə mərtəbələr meydana gəlir. Xeyr də bir həqiqət. Bundakı mərtəbələr də şərin müdaxiləsi ilə ortaya çıxar.

 

Təqva, saleh əməl, comərdlik, təvazö kimi həqiqətlərin hər birinin nə qədər mərtəbələri var. Bu dünya imtahanında şeytanın yaradılması və nəfsin pisliyi əmr etməsi və bunlara qarşılıq, Quranın həqiqət dərsi verməsi, ürək və vicdanın da ona meylli olması insanlar arasında mərtəbələrin doğulmasına səbəb olmuşdur.



22-11-2009 12:00:00