Ana səhifə

Niyə Ramazan, Niyə Oruc?


     Ramazan, İslam'ın təməl əsaslarından olan oruc tutmaqla əmr edildiyimiz, hər ilin bir ayına məxsus ibadət mövsümüdür. Oruc, qul olduğumuzun fərqində olmaq, nemətlərin dəyərini anlamaq, nəfsi tərbiyə etmək, cəmiyyətdəki möhtac insanların vəziyyətlərini daha yaxşı anlamaq və bədən üçün bir pəhriz olmasıyla  yanaşı  çoxlu faydaları sayıla biləcək bir ibadətdir. Aşağıda bu faydalardan bəzilərini başlıqlar altında dəyərləndirməyə çalışacağıq:

1. Nemətlərin Fərqində Olmaq Baxımından Oruc

   Cənâb-ı Haqq, yer üzünü hədsiz nemətlərinin sərgiləndiyi bir süfrə şəklində yaratmışdır. Bu süfrədə yaratdığı nemətlərlə, kâinatdakı ən dəyərli qonaq olan insanın ətrafını təchiz etmişdir. Bu nemətlər "Umulmadıq yerlərdən" (Talaq Sûr'si, 65/3.) gətirilərək insanın istifadəsinə təqdim edilmişdir.

   Zəhərli bir böcək olan bal arısı öz ehtiyacından qat qat artıq düzəltdiyi balı, Allah'ın ilhamı ilə insan üçün hazırlamaqda, əlsiz bir böcək olan ipək böcəyi yarpaq yeyib Allah'ın ilhamı ilə toxuduğu ipəyi insan üçün istehsal etməkdədir. Allah bütün varlıqlar aləmini, bu şəkildə rəzzaqiyətini və rububiyyətini anlamağımız üçün bizlərin xidmətinə vermişdir.

    Ancaq insanlar, çoğ zaman qəflət pərdəsi altında və səbəblərin pərdə olması  ilə Allah'ın bu nemətlərinin tam olaraq fərqində olmamaqda və Allah ilə əlaqəsini qurmadan səbəblərə verə bilməkdədir.

 Məhz, Ramazanda, bütün müsəlmanlar, Rəzzaqlarının ziyafətinə dəvət edilmiş bir qonaq kimi, axşama qədər "Süfrəyə Buyurun! .." Əmrini gözləyərlər. Bu gözləmə əsnasında yemək, içmək və cinsi münasibətlərdən uzaq duraraq sanki mələklər kimi bir ibadət rəftarı içərisində olarlar. Beləcə yuxarıda saydığımız və saya bilmədiyimiz nemətlərin fərqində olaraq, bu nemətlərin nə qədər qiymətli olduğunu anlamaq imkânı qazanıb şükür vəzifələrini yerinə yetirmək şövqünün atmosferinə girərlər. Sanki yer üzü bir ordu kimi, bərabər yeyib, bərabər içməklə geniş və külli bir ibadət edərlər.

   Görəsən belə ulvî bir qulluq mövsümündə, mələklər kimi şərəfli bir məqamda ibadətlə vaxt keçirmək yerinə, heyvanlar kimi yeyib-içməyi seçənlər, insan adına layiq olarlarmı?

2. Nemətlərin Şükrünü Əda Etmək Yönündən Oruc

   Ramazan orucunun hikmətlərindən biri də nemətlərin qiymətini anlamağımıza və şükrünü əda etməyimizə səbəb olmasıdır.

   Nemətlər bizə müxtəlif vəsilələrlə çatar. Məsələn bir almanın hansı səbəblərlə bizə çatdığını düşünək. Alma bizə gələnə qədər, ağac, ağacdan almanı toplayan bağban, bağbandan onu satan satıcısına qədər müxtəlif vəsilələrdən keçməkdədir.

   Bizlər çox vaxt neməti, bu vəsilələrdən bilib, əsl nemət sahibi olan Cənab-ı Haqqı görmürük. Əsl təşəkkürə layiq olan Cənab-ı Haqq yerinə, təşəkkürümüzü o almanı bizə ikram edən şəxsə edərik.

   Halbuki o alma üçün arxa planda bütün kâinat işlədilmişdir. Çünki o almanın olması üçün günəş olmalı, dünya dönməlidir ... küləklər əsməli, buludlar işləməlidir ... O cansız, rəngsiz, dadsız, qoxusuz torpağa girən cansız bir toxum, canlı bir bitkiyə çevrilməkdə, şirin, rəngli ətirli meyvələr verməkdədir. Demək ki, bu şüursuz məxluqlar şüurlu kimi çalışmalarıyla, bizə arxa plandakı elm, iradə və qüdrət sahibi Cənab-ı Haqqı göstərməkdədir.

   Belə vəsilələrlə bizə gələn nemətlərdə, vəsilələrə əhəmiyyət verib, əsl nemət sahibini görməyənin halını belə bir örnəklə daha yaxşı anlaya bilərik:

  Bir padşahın, elçisi vasitəsilə bizə bəzi hədiyyələr göndərdiyini fərz edək. Biz hədiyyələri verən elçiyə bütün təşəkkürümüzü yönəltsək, padşahı heç düşünməsək və qiymət verməsək olarmı?

   Bu nümunəyə görə, nemətləri bizə çatdıran səbəblərin hamısı bir elçi kimidir. Əsl mal sahibi Cənab-ı Haqqdır. Verdiyi nemətlərə qarşılıq olaraq da bizdən şükür istəməkdədir. Məhz O'na təşəkkür etmək; o nemətləri doğrudan doğruya O'ndan bilmək, o nemətlərin qiymətini təqdir etmək və o nemətlərə öz ehtiyacımızı hiss etməklə olar.

   Məhz, Ramazan-ı Şərifdəki oruc, həqiqi, səmimi bir şükrün açarıdır. Çünki normal şərtlərdə bir məcburiyyət yoxsa, insanlar həqiqi aclığı hiss etməzlər. Aclıq olmayınca da nemətin dəyəri çox da anlaşılmaz. Quru bir parça çörəkdəki qiyməti, tox olan adam, xüsusilə zəngin olsa bilə və görə bilməz.

    Halbuki iftar vaxtında, o quru çörək, bir möminin aləmində çox qiymətli bir İlâhi nemət hökmünə keçər və ləzzətinin fərqinə varılar. Ən zənginlərdən ən yoxsul bir insana qədər hər kəs, Ramazan-ı Şərifdə o nemətlərin qiymətlərini anlamaqla, mənəvi bir şükür əda edər.

    Həm gündüz, yemək-içmək qadağan olduğu üçün, "O nemətlər mənim malım deyil. Yemək-içməkdə azad deyiləm. Demək başqasının malıdır və ikramıdır. Onun əmrini gözləyirəm. " deyə, neməti nemət bilər, mənəvî bir şükr halında olar.

   Bu şəkildə oruc, çox fərqli yönlərdən, insanın həqiqi bir vəzifəsi olan şükrün açarı hökmünə keçər.

3. Orucun Cəmiyyət Həyatına Baxan Faydaları

    Orucun əmr edilməsinin hikmətlərindən biri də, cəmiyyət həyatındakı fərqli təbəqələrin bir-birlərinin həyat şərtlərini daha yaxşı anlamalarına vəsilə olmasıdır.

   İnsanların dolanışıq şərtləri fərqli fərqlidir. Kimiləri varlıykən, kimləri də kasıb olaraq həyatlarını davam etdirərlər. Cənabi-Haqq, bu fərqliliyə görə, zənginləri zəkat və sədəqələrlə kasıbların yardımına dəvət edir. Halbuki zənginlər, kasıbların acınacaqlı çətin hallarını və aclıqlarını normal şərtlərdə anlaya bilməzlər. Ancaq Orucdakı aclıqla tam hiss edə bilərlər. Əgər oruc olmasa, özündən başqasını görməyən və düşünməyən çox zəngin, aclıq və yoxsulluq nə qədər acınacaqlı və onlar şəfqətə nə qədər möhtac olduğunu tam olaraq anlaya bilməz.

İnsandakı həmcinsinə şəfqət isə, həqiqi bir şükrün əsasıdır. Hansı fərd olursa olsun, özündən daha kasıbını tapa bilər və ona qarşı şəfqət etməklə məsuldur. Əgər bir insan üçün, orucla nəfsinə aclıq çəkdirmək məcburiyyəti olmazsa, şəfqət vasitəsilə kömək etməklə məsul olduğu möhtac insanlara ehsanı və yardımı edə bilməz, etsə də tam ola bilməz. Çünki həqiqi olaraq o halı öz nəfsində hiss etməz.

4. Orucun Nəfs Tərbiyəsinə Baxan Faydaları

Orucun əmr edilməsinin hikmətlərindən biri də nəfs tərbiyəsi üçün ən ideal ibadət olmasıdır. Çünki nəfs, özünü azad bilir və sərbəst hərəkət etmək istəyir. Hətta özündə bir növü rububiyət (rəblik,hökmranlıq) olduğunu zənn edir. Hədsiz nemətlərlə tərbiyə olunduğunu düşünmək istəmir. Əgər dünyada sərvəti və qüdrəti də varsa, qəflət də gözünü örtmüşsə, bütün bütün qəsb edərcəsinə, oğrucasına, İlâhi nemətləri, neməti verən Yaradıcısını düşünmədən sanki heyvan kimi udar.

Məhz, Ramazan-ı Şərifdə, ən zəngindən ən kasıba qədər hər kəsin nəfsi anlayar ki, özü mâlik deyil, kölədir; azad deyil, quldur. İcazə verilməsə, ən sadə və ən rahat şeyi də edə bilməz, əlini suya uzada bilməz deyə, mövhum (xəyali) rububiyəti qırılar, qulluq halını geyinər, həqiqi vəzifəsi olan şükrə girər.

Ayrıca Ramazan-ı Şərifdəki oruc, birbaşa nəfsin fironluq cəbhəsinə zərbə vurar, qırar. Acizliyini, zəifliyini, fəqirliyini göstərər, qul olduğunu bildirər.

Hədisin rəvayətlərində vardır ki:

Cənabi-Haqq nəfsə demiş ki: "Mən nəyim, sən nəsən?"

Nəfs demiş: "Mən mənim, Sən sənsən."

Əzab vermiş, cəhənnəmə atmış, yenə soruşmuş. Yenə demiş: "Mən mənim, Sən sənsən." (ənə ənə əntə əntə) Hansı növ əzabı vermiş, ənâniyətdən yəni mənlik və qürurdan imtina etməmiş.

Sonra aclıqla əzab vermiş. Yəni aç buraxmış. Yenə soruşmuş: "Mən nəyəm, sən nəsən?"

Nəfs demiş: Əntə Rabbiyə'r-Rahîm., Va ənə abdükə'l-âciz." Yəni "Sən mənim Rabb-i Rahîmimsən. Mən sənin aciz bir abdinəm. " (Əl-Havbəvî, Dürrətüt'l-Vaizin, s. 11.)

5. Orucun, İnsanın Acizliyini Anlaması Baxımından Faydaları

İnsanın ehtiyaclarının çoxluğu baxımından nə qədər fəqir olduğunu və bu ehtiyaclarını qarşılamaqda nə qədər aciz olduğunu anlaması baxımından Orucun bir çox faydaları vardır. Bir faydası budur ki:

İnsan, qəflətlə öz mahiyyətini unuda bilir. Nə qədər aciz, fəqir və qüsurlu bir varlıq olduğunu görməz və ya görmək istəməz. Halbuki insan nəfəs və su kimi hədsiz maddi ehtiyaclarıla yanaşı, sevgi və şəfqət kimi hədsiz mənəvi ehtiyacların hamısına möhtacdır, yəni bunların fəqiridir. Və bu ehtiyaclarının çox az bir qisimini özü təmin edə bilir, çoxunun təmin olunmasında acizdir. Su üçün yağış yağmalıdır. İnsan yağışı yağdırmaqdan acizdir. Bir çörək yeyə bilməsi üçün günəşin işləməsi, dünyanın dönməsi, buludların vəzifə görməsi kimi bir çox səbəb işləməlidir. Halbuki insanın bu səbəbləri işlətməkdən nə qədər aciz olduğunu hər kəs bilir.

Həm insan, nə qədər zəif, yox olmağa münasib, müsibətlərə məruz və tez pozulan, dağılan et və sümükdən ibarət olduğunu düşünməz. Sanki poladdan bir bədəni var kimi, özünü ölümsüz zənn edib dünyaya hücüm edər. Şiddətli bir ehtiras, aclıq, maraq və məhəbbətlə dünyaya atılar. Hər ləzzətli və mənfəətli şeylərə bağlanar. Həm özünü şəfqətlə tərbiyə edən Yaradanını unudar həm də həyatının yaradılış məqsədini unudub, əbədi həyatını düşünməz və günahlar içində yuvarlanar.

Məhz, Ramazan-ı Şərifdəki oruc, ən qafillərə və inadçılara da, nə qədər zəif, aciz və fəqir olduğunu xatırladar. Aclıq vasitəsilə mədəsini düşünər; mədəsindəki ehtiyacını anlayar. Zəif vücudunun nə dərəcə çürük olduğunu xatırlayar. Nə dərəcə mərhəmətə və şəfqətə möhtac olduğunu fərq edər.

Nəfsin firovunluğunu buraxıb, acizlik və fəqrlik ilə İlâhi dərgaha sığınmağa bir arzu hiss edər və bir mənəvi şükür əliylə rəhmət qapısını çalmağa hazırlanar -əgər qəflət qəlbini pozmamışsa!

6. Ramazan Qur`an Ayıdır

Ramazan-ı Şərif, Qur'ân-ı Hakimin dünya səmasına endirildiyi aydır. Qur'ân'ın bizə göndərildiyi bu mübarək ayda, o səmâvî xitabı ən gözəl şəkildə qarşılamaq üçün Ramazan-ı Şərifdə oruc tutmaq əmr edilmişdir.

Bu ayda, nəfsin pis arzularından və dünyəvi boş işlərdən üz çevirərək, yeməyi içməyi tərk edərək insan sanki mələklərə bənzəməkdədir. Bu vəziyyətdə Qur'ân'ı yeni nazil olurmuş kimi oxuyar və dinləyər. Oxuyarkən və dinləyərkən də Qur'an'dakı İlâhi xitabları sanki ilk gəldiyi andakı kimi oxumağa və dinləməyə çalışaraq ulvi bir hal qazana bilər. Hətta bəzi yüksək ruhlu insanlar, Qur'an'ı, sanki birbaşa Allah Rəsulu sallallahu aleyhi və səlləm`dən eşidirmiş kimi dinləmək, bəlkə Həzrəti-i Cəbrayıl`dan, bəlkə Cənab-ı Haqq`dan dinləyirmiş kimi bir qüdsî hala məzhər olar. Və insan özü vasitəçilik edərək, başqa insanlara da bu İlahi mesajı çatdırıb, həm öz yaradılış qayəsinə uyğun həm də Qur'an'ın endirildiyi aya uyğun bir şəkildə bu zaman dilimini keçirər.

Ramazan-ı Şərifdə İslâm âləmi bir məscid hökmünə keçər. Elə bir məscid ki, milyonlarla hâfizlər, o böyük məscidin hər tərəfində Qur'an'ı bütün yer üzünə eşitdirər. Hər Ramazan, "Ramazan ayı, özündə Qur'ân'ın endirildiyi aydır." (Bəqərə Sûrəsi, 2/185.) ayəsini, nuranî, parlaq bir tərzdə göstərər; Ramazan Ayının "Qur'ân Ayı" olduğunu isbat edər. O böyük İslam camaatı ya Qur'an'ı oxumaqla və ya dinləməklə vaxtlarını dəyərləndirərlər.

Məhz, bütün İslam âləminin, yer üzünü böyük bir məscid halına gətirib ibadət etdiyi belə bir zaman dilimində, nəfsinin pis arzularına tabe olaraq, yemək-içməklə o nuranî vəzifədən çıxmaq nə qədər çirkin olduğunu bu misalla daha yaxşı anlaya bilərik:

Məsciddə hər kəsin namaz qıldığı əsnada, birinin namaz qılmaq yerinə oyun oynaması, oxunan Qur'anı dinləmək yerinə mahnı söyləməsi nə qədər böyük bir hörmətsizliksə, eynilə elə də bütün İslam aləminin orucla və Qur'an'la məşğul olduğu bir zamanda yemək-içmək və orucu pozan digər şeyləri etmək də Qur'an'a və ibadət edənlərə qarşı o qədər böyük bir hörmətsizlikdir.

7. Ramazan, Axirət Ticarəti Üçün Ən Uyğun Zaman dilimidir

   İnsan bu dünyaya axirət həyatını qazanmaq üçün göndərilmişdir. Ramazan ayı bu axirət ticarəti üçün ən uyğun zaman dilimidir. Çünki Ramazan-ı Şərifdə əməllərə verilən savablar mində birdir. Qur'ân-ı Kərim oxunduğunda, hər bir hərfi üçün on savab vardır, on cənnət meyvəsi verilər.( Tirmizî, Fəzailül-Qur'ân, 16; Məcməu`z-Zəvâid, 7/163.)

   Ramazan-ı Şərifdə isə hər bir hərfin on deyil, min və Âyətü'l-Kürsî kimi ayələrin hər hərfi üçün minlər savab verilər. Ramazan-ı Şərifin cümələrində bu savab daha çoxdur.(Deyləmî, Musnədu'l-Firdevs, 3/130)

    Və Leyle-i Qədr`də isə hər bir Qur'an hərfinə otuz min savab verilər.(bax. Qədr Sûrəsi, 97/3.)

    Bəli, hər bir hərfi otuz min əbədi meyvələr verən Qur'ân-ı Hakîm, nuranî bir tuba ağacı kimi, milyonlarla əbədi meyvələri Ramazan-ı Şərifdə möminlərə qazandırar.

    Məhz, bu qüdsi, əbədi, kârlı ticarətə baxaq, seyr edək və düşünək ki, Qur'an oxumağın qiymətini təqdir etməyənlərin nə qədər böyük bir kârı əldən qaçırdıqlarını anlayaq ...

    Məhz, Ramazan-ı Şərif axirət ticarəti üçün çox kârlı bir bazar yeri kimidir. Uxrəvi qazanc üçün çox məhsuldar bir zəmindir. İbadətlərimizin bərəkətlənməsi üçün sanki  yaz yağmuru kimidir. Bu bərəkətli zaman dilimi, bütün möminlərin qulluq vəziyyətlərini geyinib kainatdakı digər məxluqlara və ən önəmlisi Yaradıcılarına qarşı sərgilədikləri rəsmi bir keçid mərasimi kimidir.

    Bu vəziyyətdə, yemək-içmək kimi nəfsin qəflətlə, heyvani ihtiyaçlarla və məlayani şeylərlə məşğul olmasına və nəfsin arzuları arxasında qaçmasına əngəl olmaq üçün oruc ibadəti əmr edilmişdir. Bu şəkildə heyvani ehtiyaclardan sıyrılaraq, mələklər kimi bir rəftar sərgiləmək mümkün olar.

    Ramazan-ı Şərif, bu fâni dünyada, fâni ömür içində və qısa bir həyatda, uzun bir əbədi həyatı içində saxlayır və qazandırır. Bəli, bir tək ramazan, əgər haqqıyla əda edilə bilsə Qədr Gecəsini içində saxlamasından dolayı səksən illik bir ömrü, ibadətlə keçirmiş kimi bir nəticə qazandıra bilər.

Necə ki bir padşah, ilin müəyyən günlərini xüsusi günləri olaraq təyin edər və o günlərdə xalqa və əmri altında çalışanlara bəzi ikramlar edər. Elə də, Əzəl və Əbəd Sultanı olan on səkkiz min aləmin Padşah-ı Zülcəlalı olan Rəbbimiz, o on səkkiz min aləmə baxan, Qur'ân-ı Hakimini, Ramazan-ı Şərifdə bizə göndərmişdir. Əlbəttə o Ramazanın, xüsusi bir İlâhî bayram və ruhanî bir məclis hökmünə keçməsi hikmətinin gərəyidir.

Madam Ramazan İlahi bir bayramdır. Əlbəttə bir dərəcə boş və heyvani məşğuliyyətlərdən insanları çəkmək üçün, oruc tutmaqla əmr ediləcəyik. Bu orucun ən mükəmməli isə, mədə kimi bütün duyğuları, gözü, qulağı, qəlbi, xəyali, fikri və bənzəri insanın bütün maddi mənəvi orqanlarına belə bir növü oruc tutdurmaqdır. Yəni, haramlardan və boş şeylərdən uzaqlaşdıraraq, hər bir organımızı özünə xas, məxsus ibadətə yönəltməkdir.

Məsələn, dilimizi yalandan, qeybətdən və çirkin təbirlərdən ayırmaqla ona oruc tutdurmaq və o lisanımızı, Qur'ân oxumaq, zikr, təsbih, salavat və istiğfar kimi şeylərlə məşğul etmək, dilin ən mükəmməl orucudur.

Və ya gözümüzü namahrəmə baxmaqdan və qulağımızı pis şeyləri eşitməkdən mən edib, gözümüzü ibrətə və qulağımızı haqq söz və Qur'ân dinləməyə sərf etmək kimi, digər orqanlarımıza da bir növü oruc tutdurmaqdır.

8. Orucun, İnsanın Şəxsi Həyatına Baxan Faydaları

Ramazan-ı Şərifin orucunun, insanın maddi və mənəvi həyatına bir çox faydası vardır. Oruc, insana ən mühüm bir dərman kimi maddî və mənəvî bir pəhrizdir. İnsanın nəfsi yemək-içmək xüsusunda sərbəstcə hərəkət etdikcə, həm şəxsin maddî həyatına tibbən zərər verər, həm də halal-haram deməyib önünə gələn şeyi sanki hücum edərcəsinə yeyərək mənəvi həyatını da zəhərləyər. Belə bir vəziyyətdə qəlbə və ruha itaət etmək, o nəfsə ağır gələr, dikbaş cilovunu əlinə alar. Nəhayət insan ona minə bilməz; o insana minər.

Bəzi övliya zatların nəfs tərbiyəsində riyazətin, yəni yemənin içmənin azaldılaraq ibadətlə vaxt keçirmənin önəmli bir rolu vardır. Ramazan orucu da bir növ riyazət kimi bizlərə nəfs tərbiyəsində köməkçi olur və həqiqətlərə qarşı itaət etməyi öyrənir.

Normal zamanlarda yemək üstünə yemək ilə davamlı işləyən mədə də bu vəsilə ilə istirahət edər. Allah'ın əmrini dinləyərək halal olan yeməyi və içməyi tərk etdiyi üçün, haramlardan çəkinməyə istiqamətli əmrləri də dinləməyə ruhu və nəfsi daha asan razı olar. Bu şəkildə mənəvi həyatı da nizama girər.

Digər tərəfdən, insanların çoxu, aclığa çox dəfə məruz qalırlar. Səbir və dözüm üçün bir idman şəklində olan aclığa və riyazətə möhtacdırlar. Ramazan-ı Şərifdəki oruc, ortalama on beş saat, sahursuz isə iyirmi dörd saat davam edən bir aclıq zamanında səbr etməyi öyrədən bir riyazət və bir idmandır. Demək, insanlığın sıxıntılarını artıran səbrsizliyin və təhəmmülsüzlüyün bir dərmanı da orucdur.

İnsanın mədəsiylə əlaqəli bir çox maddi və mənəvi orqanları vardır. Əgər o mədə ildə bir ay gündüzləri istirahət etməzsə mədəylə əlaqəli digər əzalar xüsusi ibadətlərini unudar, yemək və içməklə məşğul olar. Bu səbəblə qədimdən bəri övliya zatlar mənəvi yüksəlişləri üçün yeməyi içməyi azaltma yolunu seçmişlər.

Ramazan-ı Şərifin orucuyla bədən fabrikinin xidmətçiləri anlayarlar ki, sırf yemək və içmək üçün yaradılmamışlar. Bədənin maddi və süflî əyləncələrinə bədəl, Ramazan-ı Şərifdə mələki və ruhanî əyləncələrlə, insanın ruhu və mənəvi lətifələri ləzzət alar. Onun üçündür ki, Ramazan-ı Şərifdə möminlər dərəcələrinə görə ayrı-ayrı nurlara, feyizlərə, mənəvi sürurlara məzhər olarlar. Qəlb və ruh, ağıl, sirr kimi lətifələrin, o mübarək ayda oruc vasitəsilə çox mənəvi feyizləri və yüksəlişləri vardır. Mədənin ağlamasına bədəl, onlar məsumanə gülərlər.

____________________________________

[1] Talâq Sûrəsi, 65/3.

[2] əl-Havbəvî, Dürretüt’l-Vâizîn, s. 11.

[3]” Bəqərə Sûrəsi, 2/185.

[4] Tirmizî, Fəzâilü’l-Qur’ân, 16; Məcməu’z-Zəvâid, 7/163.

[5] Deyləmî, Müsnədü’l-Firdevs, 3/130.

[6] bax. Qədr Sûrəsi, 97/3.



15-06-2015 12:00:00