Nur Surəsi 60. ayə işığında, gənc xanımların cizgiləri bildirməyən paltar geymələri .


Nur Surəsinin 60-cı Ayəsində: "Artıq evlənmə ümidi qalmayan, aybaşıdan və doğumdan kəsilmiş yaşlı qadınların zinətlərini göstərmədən çöl paltarlarını(siyab) çıxarmalarında onlar üçün bir günah yoxdur. Amma yenə çəkinmələri onlar üçün daha xeyirlidir. Allah haqqıyla eşidəndir, haqqıyla biləndir." buyurulmaqdadır.
Ayədə keçən "siyab" sözü, cilbab/çarşaf/ferace kimi geniş üst geyim olaraq qiymətləndirildiyi kimi, başörtünün üstündə bağlanan üst bir örtü, hətta birbaşa baş örtü olaraq da qiymətləndirilmişdir. (bax. Tabəri, İbn Kəsr, Razi, Mavərdi, İbn Aşur, əlaqədar ayənin təfsiri).
İbn Ömər`dən gələn bir rəvayətə görə, Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurdu:
"Bir ərin, arvadının önlüyünün (normal evdə geydiyi paltarın) altına baxma haqqı vardır. Bir kişi övladın (anası olan) və bir qardaşın (bacısı olan) qadının önlüyünün üstünə baxma haqqı vardır. Namahrəm olan yad kişiyə qarşı, qadının dörd şey geyməsi lazımdır: önlük (normal rahat ev paltarı), başörtü, cilbab (pardesü, çarşaf, ferace kimi bir geyim) və izar (peştamal, beldən aşağı geyilən ətək kimi) dır. "(bax. Mavərdi, əlaqədar ayənin təfsiri).
Nur Surəsi 60. ayəsindən aydın olan budur ki, evlənmə çağını aşmış, ərə ehtiyacı qalmamış yaşlı bir qadın, normal evdə geydiyi bir paltarla çölə çıxa bilər. Yetər ki zinət əşyası olan takılarını göstərmiş olmasın. Bununla birlikdə, üst paltarını geyməsi daha gözəldir. Keçmiş paltarlarla indiki paltarlar bir-birinə bənzəmədiyi üçün, üst paltarlar çıxarıldığında geriyə necə bir şey qaldığını qəti olaraq söyləmək çətin görünməkdədir.
Bununla birlikdə, fiqh kitablarının bildirdiyinə görə, qadınların geyindiyi paltarlar bədən xəttlərini göstərməyəcək şəkildə geniş olmalıdır. Ayrıca kişilərə bənzəməmək lazımdır. Ancaq bu oxşarlıq cəmiyyətin ənənəsinə görə şəkillənə bilər. Bu gün daha əvvəl kişilərə məxsus olan bəzi paltarlar, artıq qadınların da paltarı olmuşdur. Bundan ötəri kimsə qadınları kişilərə bənzətməməkdədir. Beləliklə, üstdən geyiləcək paltarlar bədən xəttlərini göstərməyəcək genişlikdə və dərinini rəngini bildirməyəcək qalınlıqda isə şəklinə çox ilişməmək lazımdır deyə düşünürük.
Düğüme özel
- Nur Surəsi, 60. ayəyə görə yaşlı qadınların təsəttürü necə olmalıdır?
- Namaz hansı hallarda qəzaya buraxıla bilər?
- "Hz Cəbrayıl (Allahın Salamı olsun) pərdə arxasından mənə Aişə (Allah ondan razı olsun)'ni göstərdi." Bu hədis səhihmi, qaynağı nədir?
- Şeytan niyə insanlara düşməndir?
- İslamın düşünməyə və araşdırmağa baxışı necədir ?
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.