Ana səhifə

Nur Surəsi, 60. ayəyə görə yaşlı qadınların təsəttürü necə olmalıdır?


YazdırSend to friend

Nur Surəsinin 60 Ayəsində:

"Artıq evlənmə ümidi qalmamış, aybaşıdan və doğumdan kəsilmiş yaşlı qadınların zinətlərini göstərmədən çöl paltarlarını çıxarmalarında özləri üçün bir günah yoxdur. Amma yenə çəkinmələri onlar üçün daha xeyirlidir. Allah haqqıyla eşidəndir, haqqıyla biləndir."

buyurulmaqdadır. Ahzap Surəsinin 59. ayəsində də

"Ey Peyğəmbər, yoldaşlarına, qızlarına və möminlərin qadınlarına söylə: (Evdən çıxarlarkən) üstlərinə bədənlərini yaxşıca örtən çöl paltarlarını geyinsinlər. Bu, onların iffətli bilinmələrini və bundan ötəri incidilməmələrini daha yaxşı təmin edər. "

buyurulmaktadır. Bu ayədə Müsəlman xanımların evlərindən çıxarkən, üstlərinə bədən xəttlərini göstərməyəcək bir çöl paltar geyinmələri, ev paltarıyla küçəyə çıxmamaları əmr edilməkdədir. Nur Surəsinin 60. ayəsində isə, yaşlanmış qadınların, 31. ayədə örtülməsi əmr edilən zinət və zinət yerlərini örtmək şərti ilə (manto, palto, çarşaf kimi) çöl paltarlarını üstlərinə almadan çölə çıxa biləcəkləri ifadə edilərək belə buyurulmaqdadır:

"Bir nikah ümidi qalmayan , uşaqdan kəsilmiş yaşlı qadınların zinətlərini, (yad kişilərə) göstərmədən, çöl paltarlarını çıxarmalarında, onlara bir günah yoxdur. Yenə də çöl paltarlı olmaları, onlar üçün xeyirlidir. Allah eşidəndir, biləndir."

 Buna görə yaşlanmış, adət görməz hala gəlmiş, cinsi cazibəsini itirmiş, normal şərtlərdə özünə izdivac təklifi edilməz olan qadınlar, gənclərə nisbətlə daha az örtünə biləcəklər, bir başqa ifadəylə bəzi geyimlərini çıxara biləcəklər.

Nəticə olaraq, qadınların bədənin əl, üz və ayaqları xaricində qalan qisimlərini, aralarında dinə görə evlilik caiz olan kişilər yanında, bədən xəttlərini və rəngini göstərməyəcək xüsusiyyətdə bir paltar (örtü) ilə örtmələri, başörtülerini saçlarını, başlarını, boyun və gerdanlarını yaxşıca örtəcək şəkildə yaxalarının üzərinə salmaları, dinimizin, kitab, sünnə və İslam alimlərinin ittifaqı ilə sabit olan qəti əmridir. Müsəlmanların bu əmrlərə tabe olmaları dini bir öhdəlikdir.



25-04-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz