Ana səhifə

Ölən bir müsəlmanın namaz və oruc borcu necə ödənir?


YazdırSend to friend

Oruc və namaz kimi ibadətlər mükəlləf olan hər müsəlmanın etməsi lazım olan şəxsi fərzlərdir. Bunun üçün hər müsəlman şəxsən namazı qılaraq, Ramazan orucunu tutaraq borcunu əda etmiş olar. Ölmədən əvvəl həyatda ikən bu ibadətlərini onun yerinə yaxını və ya bir başqası edə bilməz. Öldükdən sonra da vəziyyət eynidir.

Bir hədisi-şərifdə Peyğəmbər Əfəndimiz bu məqamı belə ifadə edirlər:

“Heç kim başqası adına oruc tuta bilməz, kimsə də başqa biri adına namaz qıla bilməz; ancaq onun adına yemək yedirə bilər. “(1)

“Yemək yedirmə” məsələsi isə Bəqərə Surəsinin 184-cü ayəti-kəriməsində və bəzi hədislərdə bəyan edildiyi kimi, tutula bilməyən hər oruc üçün hər gün bir kasıbı doyuracaq şəkildə yemək yedirməkdir.

İbni Ömərin rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz (s.ə.v.) belə buyururlar:

“Bir Müsəlman ölər və üzərində bir aylıq oruc borcu qalsa, hər gün bir kasıbı doyurmaq üzrə onun yerinə yaxınları yemək yedirsən.” (2)

Yenə İbni Abbasın bir rəvayətinə görə Rəsulu Əkrəm Əfəndimiz belə buyururlar:

“Bir kimsə Ramazanda xəstələnər, sonra ölsə, oruclarını tuta bilməmiş olsa, onun adına yemək yedirilər, qəza edilməz. Lakin əhd edərsə vəlisi onun yerinə qəza edər. “(3)

Bu hədisi-şəriflər, həyatda ikən oruc tuta bilməyənlərin varislərinin onun malından hər orucu üçün fidyə verə biləcəklərini bildirməkdədir. Bunun üçün varislərinə vəsiyyət edər. Bu bir ibadət olduğu üçün ancaq özünün vəsiyyət etməsi halında edilməsi lazımdır. Özü bir vəsiyyət etməmişsə, varis vəziyyətində olan övlad və yaxınları onun adına fidyə vermək məcburiyyətində deyil. Lakin özləri fidyə versələr bu caizdir və savabı ona çatar. Bu ixtiyaridir, yaxınlarının onun adına bir ikramı sayılar. (4)

Ölən müsəlmanın tuta bilmədiyi Ramazan kimi fərz orucları, əhd edib tuta bilmədiyi nəzir orucları və nafilə olaraq başlayıb pozduğu, daha sonra tuta bilmədiyi vacib oruclar üçün bir fidyə ayrılar. “Fidyə” yuxarıda da ifadə edildiyi kimi bir kasıbı bir gün doyuracaq şəkildə yemək yedirmək və ya onun əvəzini verməkdir. Bu da Ramazanda verdiyimiz “fitrə” miqdarıdır. Hənəfi, Şafii və Maliki alimlərinin fikirləri bu istiqamətdədir. Oruc şəxsi bir ibadət olduğu üçün bir başqasının onun yerinə oruc tutması caiz olmaz. Üç məzhəbin alimləri, ictihadlarına yuxarıdakı məalini verdiyimiz hədisləri dəlil olaraq zikr edirlər.

Başda Əhməd min Hənbəl olmaq üzrə Hənbəli məzhəbi alimləri və təbiin və bəzi Əshabələr isə Buxari və Müslim kimi hədis kitablarında keçən bu hədisi-şərifi zikr edirlər.

Rəsulullahın hüzuruna bir Əshabə gəldi və belə dedi:

“Ya Rəsulullah, anam öldü, üzərində bir aylıq oruc borcu var. Onun yerinə qəza edə bilərəmmi? “Rəsulullah (s.ə.v.) soruşdu: “Ananın borcu olsaydı, onu ödəyərdinmi?”

Əshabə, “Bəli” deyə cavab verdi. Bunun üzərinə Rəsulu Əkrəm Əfəndimiz belə buyurdu: “Allah, borcu ödənməyə daha layiqdir. “(5)

Lakin bu məsələdə, içində Hənəfi alimlərinin də olduğu məzhəb alimlərinin çoxunun ictihadına görə əməl etmək daha məqsədəuyğun olacaq. Oruc üçün “fidyə” vermək, barəsində ayə və hədislər dəlil olaraq gətirilərkən, namaz üçün də müqayisə yoluyla eyni şəkildə qılına bilməyən hər namaz üçün bir fidyə verilməsi bəzi Hənəfi alimlərin tərəfindən uyğun hesab edilmişdir. Yəni ölən kimsə qıla bilmədiyi namazlar üçün malından fidyə verilməsini vəsiyyət etmişsə, varisləri bu arzusunu yerinə yetirərlər. Hər namaz üçün bir fidyə verərlər. (6)

1. Nesei 
2. et-Tac, 2:78 
3.A.g.e. 
4. el-İhtiyar, 1:135 
5. et-Tac, 2:78 
6. Nimet-i İslam, s. 964 
Mehmed Paksu, Çağın Gətirdiyi Suallar



04-05-2011 12:00:00