Ana səhifə

Ölünün ardından halva hazırlayıb paylamaq dinimizcə görə doğrumudur?


YazdırSend to friend

Bəzi adətlər islamın əmri olaraq həyatımıza girmişdir. Bəziləri də islam öncəsi mədəniyyətlərin adəti olaraq salınmışdır. İkisini ayırmaq isə, heç bir zaman çətin deyil. Çünki islamın əmrləri ağla, məntiqə uyğundur.

İslâmî olmayanlar isə bunun tam əksinənədir. Daha ilk baxışda ağılı və məntiqi olmadığı müəyyən olar, ağıl rədd edər, məntiq məqbul hesab etmez.

Bir evdən cənazə çıxması, o evin həm felən, həm də fikrən məşğul olması deməkdir. O ev xalqının artıq nə yemək hazırlamağa, nə də başqa ikramla məşğul olmağa taqət və istəkləri yoxdur,

Amma İslam xarici mədəniyyətlərdən alınma adətə baxın ki, cənazə halvası deyə bir şirni adətini cənazə evinə gətirmişlər. Bu qədər acı və kədəri bəs etmirmiş kimi başsağlığı üçün gələnlərə, yaxud Qur`an oxumaq üçün gəlmiş olanlara halva hazırlayacaq, mütləq halva şirini ikram edəcəklər, göz yaşlarına baxa baxa halva yeyiləcək.

Nə üçün? Din belə istəyir də onun üçünmü? Xeyr.

İslamın əmri belə deyil.

İslam, belə zamanlarda kədərli ailəyə yük üstünə yük yükləmək yerinə, onların yüklərini üzərlərindən götürməyi istəyər; hətta onların ikram etmələri yerinə, onlara ikram etməyi əmr edər; əllərinin, ayaqlarının tutmaz olduğu bir zamanda onlara yardımçı olunmasını istəyər.

Məşhur səhabə Həzrət-i Cə`fərin (Allah ondan razı olsun) şəhidlik xəbəri gəlməsi üzərinə bir ara mərhumun evinə gedən Rəsulullah Aleyhissalatu Vəssalam:

- Cəfərin evinə yemək gətirin; onların yemək hazırlayıb, uşaqlarını doyuracaq vaxtları yoxdur; buyurmuşlar.

Təfsir sahibi Qurtubi deyir ki:

- Cənazəni dəfn etdikdən sonra evə gəlib də səsli ağlamaya davam etmək, sonra da yemək və şirin yedirmək cahiliyyə adətlərindəndir. Müsəlmana isə, cahiliyyə adətlərinə tabe olmaq yaraşmaz.

İslamın əmri, cənazə çıxan evə qonşu evlərin bir müddət kənardan yemək gətirmələri, qonşularının kədər və əzablarına ortaq olub,yaşadıqları iztirabı yüngülləşdirmələridir.

Necə ki əziz Anadolumuzda bu gözəl islâmî âdət el'an çox gözəl nümunələriylə davam etməkdədir. Cənazə çıxan evə ən yaxınından başlayaraq qonşuları yeməklər getirirlər. Onların tutmayan əllərini, bir loxma yeməyə müqtədir olmayan iştahalarını təsəlli ilə hərəkətə gətirər, qara gün dostu olarlar.

Bu gözəl adət, ailənin yaşadığı kədərin teessürün şiddətinə görə uzana bilər. Bir, iki, üç gün... Hətta həftə boyu belə vəfalı qonşuları onlara yemək gətirər, dərdlərinə şərik olmağa davam edərlər. Bu müddət içində mərhumun yalnız yaxşılıqlarından bəhs edərlər, bu bəhsi uzatmazlar, təkrar təkrar ağla gətirib də zehini məşğul etməyə davam etməzlər. Mümkünsə unudular, unutduracaq başqa mövzulara keçilər.

Onsuz da başsağlığının müddəti üç gündür. Üç gündən sonra təkrar eyni mövzuya girilib də başsağlığı diləmək, kədəri yenidən oyatmaqdan  başqa bir nəticə verməz.

Əhməd ŞAHİN 



29-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz