Ana səhifə

Oruc insanı mələkləşdirər.


YazdırSend to friend

Ubade ibni Samit (r.ə.) nəql edir:

Ramazan ayının başladığı bir gündə Rəsulu Əkrəm Əfəndimiz Sallallahu Əleyhi Vəsəlləm belə buyurdu:

" Bərəkət ayı olan Ramazan gəldi. Artıq Allahın rəhməti sizi əhatə edər. O ayda yer üzünə bol bol rəhmət enər. Günahlar bağışlanılar, dualar qəbul olunar.Allah sizin yaxşılıq və ibadətdə yarışmanıza baxar, bununla mələklərinə qarşı fəxr edər.Elə isə qulluğunuzla özünüzü Allaha sevdirin. Bu ayda əsl pis olan, Allahın rəhmətindən nəsibini ala bilməyən kimsədir." (et -Tergib vet-Terhib, 2:99)

İnsanı mələklərdən ayıran ən əhəmiyyətli xüsusiyyəti nəfs sahibi olmasıdır. İnsan yeyər, evlənər; kədərlənər, hirslənər, günah işlər. Lakin oruclu ikən müəyyən bir müddət üçün yeyib içməsini tərk edər, zövqlərinə sərhəd qoyar. Nəfsinin ehtiyaclarına cavab verməz, hər dediyini etməz.

 

Bu vaxt yalan, qeybət kimi günaha soxan işlərdən də özünü çəkər. Gərəksiz hərəkətlərdən uzaq dayanmağa çalışar.

İnsan bu halıyla mələklərə oxşayar. Çünki mələklər də yeyib içməzlər, evlənməzlər, günah işləməzlər. Çünki nəfs daşımırlar.

Halbuki insan nəfs daşıdığı halda nəfsinə hakim olur, onun hər istəyinə uyğun gəlmir. Belə ki mənəvi halı etibarilə mələkləri belə keçə biləcək vəziyyətə bürünür.

Cənab-ı Haqq, arzularını idarə edən mömin qullarıyla mələklərə qarşı fəxr edir, onları mələklərə nümunə göstərir. Oruc tutan insanın öz qatındakı dərəcəsini ifadə edir. Mömin də bu iltifata qarşı, özünü Allaha sevdirməyə, Ona olan qulluq vəzifəsində ciddi olmağa, yaradılışı istiqamətində yaşamağa çalışmalıdır.



11-08-2010 12:00:00