Ana səhifə

Oruc və Ramazan haqda hədislər


YazdırSend to friend

Allah Rəsulu-sallalahu aleyhi və səlləm-buyurur:

"Əgər qullar, Ramazanın fəzilətlərini bilsəydilər, bütün ilin Ramazan olmasını arzu edərdilər ..." (Heysəmi, III, 141)

“Kim fəzilətinə inanaraq və qarşılığını Allahdan umaraq Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” [Buxari, İman: 28, Savm: 6; Müslim, Sıyam: 203, Müsafirin: 175; Əbu Davud, Ramazan: 1, Savm: 57; Tirmizi, Savm: 1, Cənnət: 4; Nəsai, Siyam: 39; İbn Macə, İqamət: 173, Siyam: 2, 33]

Uca Allah buyurur:

“Hər bir yaxşılıq üçün on mislindən yeddi yüz mislinə qədər qarşılıq ola bilər, fəqət oruc başqadır. Çünki oruc Mənim üçündür və onun əcrini Mən verəcəm.” [Müslim, Siyam: 164; Nəsai, Siyam: 42.]

“Allah yolunda bir gün oruc tutan kimsəni Allahu Təala bu bir günlük oruc səbəbilə cehennem atəşindən yetmiş il uzaq tutar.”  [Buxari, Cihad: 36; Müslim, Sıyam: 167-168; Tirmizi, Fezailul-Cihad: 3; Əbu Davud, Cənaiz: 3.]

Allah Rəsulu-sallalahu aleyhi və səlləm-buyurur:

"... Oruclu üçün iki sevinc vardır: Biri orucunu açdığı andakı, digəri də Rəbbinə qovuşduğu vaxt olan sevincidir ..." (Muslim, Siyam, 164)

Əbu Səid əl-Xudri-radıyallahu anhu-Allah Rəsulundan-sallalahu aleyhi və səlləm-belə eşitdiyini nəql edir:

"Kim Allah yolundaykən bir gün oruc tutsa, Allah onun üzünü cəhənnəmdən yetmiş il uzaq tutar." (Buxari, Muslim; Muttəfəkun Aleyh, hədis 767)

Mərvan İbni Salim , Həzrəti İbnu Ömərdən-radıyallahu anhu- nəql edir: "Nəbi-sallalahu aleyhi və səlləm-orucunu açanda belə deyərdi:" "Susuzluq getdi, damarlar islandı,İnşaAllahu Təala savab dəqiqləşdi (qətiləşdi)” Əbu Davud: "Razin, duanın baş qisiminə "Əlhəmdulilləh "sözünü əlavə etdi.  (Əbu Davud, Savm 22; 2357)

Həzrəti Ənəs-radıyallahu anhu-nəql edir: "Rasulullah-sallalahu aleyhi və səlləm-, namaz qılmazdan əvvəl bir neçə təzə xurma ilə orucunu açardı. Əgər təzə xurma yoxdursa, quru xurma ilə açardı. Əgər quru xurma da tapa bilməsə, bir neçə qurtum su içərdi." (Əbu Davud, Savm, 22, (2556); Tirmizi, Savm, 10, (694

Peyğəmbər-sallalahu aleyhi və səlləm-buyurur:

"Elə oruc tutanlar vardır ki, orucundan ona quru bir aclıqdan başqa bir şey qalmaz! Gecələri elə namaz (təravih və təhəccüd) qılanlar vardır ki, namazlarından özləri üçün qalan tək yuxusuzluqdur. "(İbn-i Macə, Siyam, 21)

Allah Rəsulu-sallalahu aleyhi və sələm-buyurur:

"Cəbrayıl-aleyhissalam-mənə göründü və:

«Ramazana çatıb, lakin günahları bağışlanmayan (əfv edilməyən) şəxs rəhmətdən uzaq olsun!» dedi. Mən də «Amin!» dedim ... " (Hakim, IV, 170/7256; Tirmizi, Dəavat, 100/3545)

Allah Rəsulu-sallalahu aleyhi və səlləm-buyurur:

"Ramazan ayı girdikdə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar və şeytanlar da zəncirə vurular." [Muslim, Siyam 2, (1079)]

Allah Rəsulu-sallallahu aleyhi və səlləm-buyurur:
"Oruc, orucluya yaraşmayan şeylərlə zədələmədikcə (tutan üçün) bir qalxandır." 

Deyildi ki:

"(Oruclu) onu nə ilə zədələyər?"

(Allah Rəsulu) buyurdu:

"Yalan və qeybətlə ..." (Nəsai; Mucəmul-Əvsat)

 “Kim bir orucluya iftar etdirərsə, özünə onun savabı qədər savab yazılar. Üstəlik bu səbəblə oruclunun savabından heç bir əksilmə olmaz.” 

(Tirmizi, Savm 82, Hədis №: 807; İbn Macə, Sıyam 45, Hədis №: 1746)



14-07-2014 12:00:00