Ana səhifə

Orucu pozmayan şeylər nələrdir?


YazdırSend to friend

1 - Unudaraq yemək içmək və cinsi münasibətdə olmaq, unudaraq edilən bu işlər orucu pozmaz. Ancaq oruclu olduğunu xatırladığı anda, bu işləri etməkdən geri durmalıdır.

* Birinin unudaraq yeyib içdiyini görsək nə etməliyik?

Əgər yeyib içən adam, gücsüz, zəif və qoca birisi isə, xatırlatmamaq daha yaxşıdır. Çünki bu, Allah'ın, o kimsəyə, gücsüzlüyünə mərhəmətən orucunu unutdurmaq surətiylə ikram etdiyi bir ruzidir. Unudaraq yeyib içən kimsə güclü, qüvvətli biri isə, dərhal xatırladılmalıdır.

2 - Yatarkən ihtilâm olmaq.

3 - Xanımını öpmək, əl tutmaq, oxşamaq ... Bu vəziyyətdə məni gəlmədikcə oruc pozulmaz.

4 - Qadına əl sürmədən sadəcə baxmaq, və ya şəhvani mövzuları düşünmək səbəbiylə təhrik olub məninin gəlməsi.

5 - Gecədən cünub olan kimsənin, yuyunmağı sahurdan sonraya, oruclu vaxtına buraxması.

6 - Ağıza gələn bəlğəmi udmaq.

7 - Başından burnun içinə gələn axıntını çəkib udmaq.

8 - Dənizə, yaxud başqa bir suya girincə, qulağa suyun getməsi.

9 - Öz istəyiylə olmayaraq boğazına siqaret tüstüsü kimi kef verici bir duman girmək.

10 - Boğazına toz və ya milçək qaçmaq. Gözyaşı və ya üz təri ağıza girəcək olsa, əgər bir-iki damla qədərdirsə orucu pozmaz. Ancaq duzluluğu bütün ağız içində hiss ediləcək qədər çox olub oruc xatirdə ikən udulsa orucu pozar.

11 - Sahurdan dişləri arasında qalmış noxud dənəsindən kiçik şeyləri udmaq ... Noxud dənəsindən böyük olarsa, orucu pozar.

12 - Xaricdən susam və ya buğda dənəsi qədər bir şey'i ağzına alıb yavaş-yavaş və dadı boğazına çatmayacaq şəkildə çeynəyib yox etmək.

13 - Öz-özünə gələn qusuntu, yenə öz-özünə geriyə getsə, ağız dolusu belə olsa orucu pozmaz. Qusma istəyiylə ağıza gətirilən az miqdardakı qusma isə, öz-özünə içəri getsə, orucu pozmaz. Lakin miqdarı ağız dolusu isə, orucu pozar.

14 - Qan aldırmaq.

15 - Gözə sürmə çəkmək.

16 - Ön və arxa yola quru olaraq daxil edilən barmaq da orucu pozmaz. Ancaq barmaq yağlı və nəm olarsa oruc pozular.

17 - Dəridəki məsamələrdən içəri girən şeylər orucu pozmaz. Buna görə vücuda sürtülən yağ və ya yuyulub soyuqluğu içəri nüfuz edən su, orucu pozmaz. Çünki bunlar məsamələr yolu ilə içəri girərlər.

18 - Baş və ya qarındakı bir yaraya qoyulan dərman, bədəndən içəri girmədikcə oruc pozulmaz.



21-06-2015 12:00:00

Düğüme özel