Ana səhifə

ORUCUN FƏRZLƏRİ VƏ ORUCUN NÖVLƏRİ HANSILARDI?


YazdırSend to friend

ORUCUN FƏRZLƏRİ

1- Niyyət etmək;

2- Niyyətin ilk və son vaxtını bilmək;

3- İkinci fəcrdən etibarən günəş batıncaya qədər orucu pozan şeylərdən özünü uzaq tutmaqdır.

Oruca başlama zamanına “imsaq”, orucu açmağa da “iftar” deyilir.

 

ORUCUN NÖVLƏRİ

Orucun 6 növü vardır:

1- Fərz;

2- Vacib;

3- Sünnət;

4- Məndub;

5- Nafilə;

6- Məkruh.

Fərz oruc: Ramazan orucunun əda və qəzası ; kəffarət orucu.

Vacib oruc: Pozulan nafilə orucun qəzası və nəzir orucu.

Sünnət oruc: Məhərrəm ayının 9-cu günü ilə bərabər Aşura günü, yəni 10-u tutulan orucdur.

Məndub oruc: Hər ayda tutulan 3 gün oruc. O 3 günün “əyyami-biyd”, yəni qəməri ayların 13,14 və 15-ci günləri olması məndubdur.

Nafilə oruc: Bu bildirdiyimiz oruclardan başqa məkruh olmayan oruclar nafilədir.

Məkruh oruc: Yalnız Aşura günündə (Məhərrəm ayının 9-cu və ya 11-ci günü ilə bərabər olmadan) tutulan orucdur. Ramazan bayramının birinci, Qurban bayramının 1,2,3,4-cü günləri oruc tutmaq təhrimən məkruhdur.

 

ORUC AYRICA İKİ NÖVDÜR

1- Gecədən niyyət tələb edən oruclar: Ramazanın qəzası, pozulan nafilə orucları,  kəffarət orucları və  zamanı məlum olmayan nəzir orucları.Bu oruclarda niyyət mütləq gecədən edilir.

2- Gecədən niyyət tələb etməyən oruclar: Ramazan ayında tutulan oruc, zamanı müəyyən olan nəzir və nafilə oruclardır. Bunlara gecədən niyyət edilməsi şərt deyil. Gecə niyyət edilə biləcəyi kimi, gündüzün qaba quşluğuna qədər niyyət edilə bilər. Ramazan günlərində istər mütləq oruca niyyət edilsin, istərsə də nafiləyə və ya başqa bir vacibə niyyət edilsin, oruc Ramazan orucu olur.



24-07-2013 12:00:00