Ana səhifə

Orucun qayəsi...


YazdırSend to friend

Ey iman edənlər! Sizdən əvvəlkilərə fərz edildiyi kimi, oruc tutmaq (sizin də) üzərinizə fərz qılındı; -ta ki (günahlardan) çəkinəsiniz - لَعَلَّكُمْتَتَّقُونَۙ- lə əlləkum təttəquun. (Bəqərə surəsi, 183)

Təfsir.

   Ey möminlər! Sizə də oruc fərz qılındı ki, qoruna biləsiniz. Oruc sayəsində nəfsinizə və şəhvətlərinizə hakim olma vərdişini əldə edərək günahlardan, təhlükələrdən çəkinib təqva mərtəbəsinə çatasınız.

   Qur`anda nə zaman ki لَعَلَّ- (lə a`llə) sözü gəlirsə, ondan sonra məqsəd açıqlanır. «Lə a`llə»- həmçinin 'ümid olunur ki' mənasına da gəlir. Yəni mən sizə bunu verdim, ümid edilir ki siz də bunu edərsiniz. Burda mütləq bir qarantiya yoxdur, sadəcə umulur ki edərsiniz. Yəni orucun, Ramazanın məqsədi möminn özünü qorumasıdır.

   Çünki oruc şəhvəti qırar, nəfsin həvəslərini məğlub edər. Azğınlıqdan, pis əməllərdən çəkindirər. Dünyanın adi ləzzətlərini, məqam və yüksəlmə davalarını kiçik göstərər, həyatın əsil ləzzətini hiss elətdirər, qəlbin Allaha bağlılığını artırar, ona bir ruhani zövq və saflığı bəxş edər. Çünki, "İnsan, qarnı və tənasül orqanı olmaqla iki dəliyi üçün çalışır." zərbi-məsəli gərəyincə insanları hər dərdə salan şəhvətlərin əsası, qarın və tənasül orqanı şəhvətidir. İnsanın insanlığı da bunlara hakim olmasındadır.

   Oruc isə ilk əvvəl bu ikisini qırar və idarə edər. Onların məcbur etdiyi şeyləri, zərurilikdən, qaçınılmazlıqdan çıxarıb, istəyə, iradəyə bağlı bir hala gətirər. Elə ki, oruc tutmayan insanlar, şəhvətli arzularının qarşısında bir oyuncaq kimi diyirlənib qıvrandıqları, ağıl və iradələrinə sahib olmayaraq necə gəldi günahlara sürükləndikləri halda, oruc tutanlar isə əksinə olaraq bunlara hakim olar. Özünü zəbt etməyi və nəfsinin arzularını da ehtiyacına görə istifadə etməyi öyrənər. Bunun üçün Peyğəmbər sallallahu aleyhi və səlləm, nəfsləri azğın olanlar haqqında "Oruc tutsun, çünki orucun gözəl bir təsiri vardır." buyurmuşdur.

   Günah mənəvi tənəzzüldür, insan fitrəti ilə bir təzaddır. Günah işləyən insan özünü vicdani əzablar və mənəvi sıxıntılar qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi istedad və qabiliyyətlərini şeytana təslim etmiş bir məzlumdur. Əgər günah işləməkdə davam etsə, “ip”ini tamamilə nəfsin əlinə verər və bundan sonra təbii ki, nə iradə, nə dözüm, nə də özünü “yeniləməyə” macal qalar.

   Məhz bu günah təhlükələrindən qorunmaqda oruc ibadəti bir zəmanət və təminat xarakteri daşıyır. Bəzi insanları yanlış yola düşməkdən qoruyan bir səddir. Günahlardan çəkindirən hayqırtı, çağırışdır. Bəli, o, bir qalxan kimi sahibini qoruyan, bir cənnət qapısına çevrilib sahibinin üzünə açılan və bir saqi kimi ona kövsər içirən müqəddəs yoldaşdır.

   Allah Rəsulu (aleyhissalatu vəssalam): “Ey gənclər! Kimin evlənməyə imkanı çatırsa, evlənsin. Çünki bu (evlənmək) gözü, fərci (ədəb yerini) günahlardan qoruyur. Kimin evlənməyə imkanı çatmırsa, oruc tutsun. Çünki oruc onun üçün bir qalxandır,” – buyurur. (Buxari, Savm 10; Əbu Davud, Nikah 1; Nəsai, Sıyam 43; İbn Macə, Nikah 1)

   Oruc insanın iradəsini gücləndirər. İradə- nəfsdən gələn pis arzu və iştahların, şüur və həyata istiqamət verməsinin qarşısını almaq, yəni özünə hakim olma gücü və iqtidarıdır. Tərbiyə edilmiş iradələr, sıra ilə; əvvəl duyğu və təmayülləri, sonra da düşüncə və davranışları nəzarət və kontrol altına alaraq, faydalı və əxlaqi olanları tətbiq və icra edər, uyğun olmayanları da şüur altına atıb həps edərlər.

   Oruc ibadəti insanda cismani istəklərlə mübarizə qabiliyyətini formalaşdırır. İnsan oruc tutarkən hər cür mənfi istək və meyillərin qarşısını ala bilir və günahlara qarşı müqavimət qabiliyyəti inkişaf etdirir. Bunun sayəsində oruc tutmadığı günlərdə də günahlara qarşı mübarizə apara, müqavimət göstərə bilir. Çünki oruc təkcə mədəni ac-susuz saxlamaq deyil, əksinə, mədə kimi bütün duyğulara: gözə, qulağa, qəlbə, xəyala və s. oruc tutdurmaq, onları haramdan, bihudə, faydasız işlərdən uzaqlaşdırmaq və hər birini öz ibadətinə sövq etməkdir. Bu şəkildə oruc tutan insan “halal” istiqamətdə həyat yaşayar. Bu incə məsələni Peyğəmbərimiz belə açıqlayır:

“Kim mənə iki çənə və iki qıç arasını qoruyacağı barədə zəmanət versə, ona cənnəti vəd edərəm”. (Buxari, Riqaq 23)

   Dini ibadətlərin, imanın sabitliyini təmin etmək üçün ən təsirli yol orucdur. Çünki mədənin daim tox olması bütün orqanları yüksək enerji ilə təmin edir ki, bu da nəfsin istəklərini azğınlaşdırır. O zaman dil açılır, göz günaha açılır, özünənəzarət mümkün olmur. Nəzarətsiz dil axirət üçün ən böyük təhlükələrdən biridir. Onu nəzarət altında saxlamağın yeganə yolu nəfsin istəklərini, meyillərini məhdudlaşdırmaq və onların qarşısını almaqdır. Bu baxımdan oruc ən təsirli “resept” kimi tövsiyə olunur. Peyğəmbərimizin aşağıdakı hədisləri bu fikri təsdiqləyir:

   “Oruc tutarkən heç kimə pis söz deməyin, çığırıb-bağırmayın. Əgər kimsə sizi söyər və ya əli ilə sataşarsa, “Mən orucluyam” deyin.” (Buxar, Savm 9; Nəsai, Siyam 42; Əhməd ibn Hənbəl, Müsnəd, 2/273);

“Oruc tutarkən yalan danışmaqdan və pis hərəkətlərdən əl #çəkməyənlər bilsin ki, Allahın onların ac-susuz qalmasına ehtiyacı yoxdur.”(Buxari, Savm 8)

   Oruc tutmayan, səbir etməyi bilməz, nəfsini normal şəkildə istifadə etmə yollarını güdməz. Hələ rifah içində yaşayanlar, heç oruc tutmazlarsa, bütün azadlıqlarını, hürriyətlərini şəhvani istəklərinə qapdırarlar. Onun bunun namusuna və malına təcavüzdən özlərini saxlaya bilməzlər, haram halal ayır edə bilməzlər. Hətta vicdanları da istəməyə-istəməyə, rəzalətə atılar. Nəhayət nəfslərinə də zülm edərlər, özlərini ağıl və vicdanın, din və imanın ziddinə olaraq tələf edirlər.

   Belə şəhvət əsiri olanlar, o qədər səbirsiz və o qədər aç gözlü olurlar ki, bir gün aç qalmaqla dərhal öləcəklərini zənn edərlər. Bu zənnlə də orucu zərərliymiş kimi qəbul edərlər. Halbuki oruc, gərək fərd və gərəksə cəmiyyət baxımından böyük bir ruh tərbiyəsini ehtiva etdiyi kimi, eyni zamanda mədənin və bədənin istirahət etməsiylə səhhətiylə bağlı və tibbi olaraq bədənə aid bəzi faydaları olan bir bədən tərbiyəsini də içinə almaqdadır.

   Orucun vacib (fərz) edilməsinin əsl hikməti, Allahın əmrinə boyun əyməklə qulluq zövqünü dadmaq; ruhu, riya izlərindən təmizləyərək qüvvət və ixlası artırmaq və özünü birbaşa Allahın qorumasına təslim etmək üçün nəfslə cihad etməkdir.

Müəllif: 


06-05-2019 08:59:18

Düğüme özel