Ana səhifə

ORUCUN TƏRİFİ və TARİXÇƏSİ..


YazdırSend to friend

   Oruc farsca “ruzə” kəlməsinin türk dillərindəki tələffüz şəklidir. Ərəbcə bir məsdər olaraq “savm və siyam” lüğətdə; bir şeydən uzaq durmaq, bir şeyə qarşı özünü saxlamaq, mane olmaq, oruc tutmaq deməkdir.

  Orucun müddəti ikinci fəcrin doğuşundan günəşin batışına qədər keçən müddətdir. Orucun başlama vaxtına “tutmaq" mənasında “imsak" deyilir. Dan yerinin ağarması ilə başlayan bu vaxtla yatsı namazının vaxtı çıxır və sübh namazının vaxtı girir. Oruc qadağalarının sona çatdığı vaxta da “iftar” deyilir. Bu, günəşin düz üfüqdə batma vaxtı olub, bununla axşam namazının vaxtı girir.

Ayədə orucun başlanğıc və bitiş vaxtı məcaz ilə belə bildirilir: 

“... sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayınl'”. (Bəqərə. 2/187)

Bu ayədəki “xayf' (sap) kəlməsi məcazi mənada işlədilmişdir. Bununla gündüzün ağlığı ilə gecənin qaranlığı arasındakı sərhəd qəsd edilmişdir. (Buxari. Səvm, 16; Müslim. Sıyam. 33-35.)

Hz. Peyğəmbər dövründə sahur (obaşdan) yeməyi və orucun başlanğıcı iki azan ilə müəyyənləşdirilirdi. Hədisdə belə buyurulur: 
"Bilalın azanı sizi aldatmasın, çünki o azanı gecə oxuyur. Buna görə də siz, Abdullah ibn Ummi Məktumun azanına qədər yeyib için. ” (Buxari, Azan, 11,13 , Şəhadətlər, 11, Savm. 17; Müslim, Siyam. 36–39; Tirmizi. Salət. 35; Nəsai Azan, 9.10.)

Bilal (r.a) yatanları oyandırmaq və oyanıq olanları da xəbərdar etmək üçün sahurun başlanğıcında azan oxuyurdu. Abdullah (r.a) isə, gözləri görmədiyi üçün bir nəfər imsak vaxtı olduğunu bildirdikdən sonra sübh azanını oxuyar və bununla da oruca başlanardı. (Müslüm, Siyam. 38-44)

  Hz. Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra hər ay üç gün və aşura günü oruc tutulmasını əmr etmişdi. Ramazan orucu hicrətdən il yarım sonra, Şaban ayının onunda fərz buyurulmuşdur. Bundan sonra əvvəlki oruclar mövzusunda möminlər sərbəst buraxıldılar. başqa bir ifadə
ilə, Ramazan ayı xaricində də Rəcəb və Şaban aylarında olduğu kimi. möminlər daha çox oruc tutmağa təşviq edildilər. Ancaq bunlar məndub oruclar olaraq qaldı. (Buxari. Təfsir, 124.)

   Quranda Ramazan orucunun əvvəlki millətlərə də fərz edildiyi bildirilir. (Bax Bəqərə, 2/183) Ancaq əvvəlcə yəhudilər bunu tərk edərək ildə bir günə endirmişdilər. Sonra xristianlar da, bu orucu çox isti olan bir ildə kilsə xadimlərinin ortaq rəyi ilə bahar mövsümünə keçirmişdilər. Bu dəyişikliyin kəffarəsi üçün on gün, xəstələnən hökmdarın sağalması və ya yoluxucu xəstəliyin qarşısının alınması üçün də on gün əlavə edərək sayını əlli gün etmişlər və adına da “pəhriz" demişlər.

   Gündüz və gecənin təşəkkül etmədiyi bölgələrdə oruc vaxtı, bura ən yaxın olan, gecə və gündüzün təşəkkül etdiyi bölgə əsas alınaraq müəyyən ədilir.

Müəllif: 


19-05-2019 02:26:05