Ana səhifə

Orucun tibbi faydaları


YazdırSend to friend

Orucun tibbi faydaları haqqında elmi  araşdırma

Belə bir araşdırma Pakistanda çıxan “əl-Muslimun” dərgisində “Orucun insan sağlamlığına müsbət təsiri” başlığı altında nəşr olundu. Araşdırmanı Dakar tibb fakultəsinin iki müəllimi qələmə almış, başqa bir müəllim isə nəzərdən keçirib analiz etmişdir. Həmin araşdımanı olduğu kimi təqdim edirik:

Giriş

Bütün müsəlmanlar hər il hicri-qəməri ilin doqquzuncu ayı olan Ramazanda oruc tuturlar. Bu ay ərzində dan yerinin ağarmasından (yəni günəşin doğmasına təxminən bir saat yarım qalmış) günəş
batana qədər müsəlmanlara yeyib-içmək qadağandır. Yalnız iftardan imsaka (obaşdana) qədərki müddət ərzində istədikləri kimi yeyib-içə bilərlər. Oruc tutmaq on beş yaşına girmiş və ya həddi-buluğa çatmış əqli və fiziki cəhətdən sağlam Müsəlman kişilərə, on iki yaşına girmiş və ya həddi-buluğa çatmış əqli və fiziki cəhətdən sağlam Müsəlman qadınlara fərzdir. Bununla yanaşı, ayədə də bildirildiyi kimi xəstələr və səfərdə olanlar oruc tutmaqla mükəlləf deyillər: “(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs künüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar”.[1] Məlum olduğu kimi, qəməri ili ilə əlaqədar olaraq ramazan ayı günəş (miladi) təqvimində ildə-ilə yerini dəyişir. Yəni hicri-qəməri il miladi günəş ilindən on bir gün tez gəlir. ” Orucun muddəti bölgə və mövsümlərdən asılı olaraq 12-19 saat arasında dəyişir. Buna görə də oruc tutanlar iftardan dan yeri ağarana qədər (imsak vaxtına qədər) yeyib-içə bilər.

“Orucun orqanizmə təsiri” mövzusu uzun illərdir, bir sıra elmi müzakirələrin predmeti olmuşdur. Bəzi tədqiqatçılara görə, oruc insan orqanizmi üçün zərərlidir. Bəzilərinə görə isə orucda sadəcə yemək vaxtı dəyişdiyinə görə və belə davam etdikcə onun insan orqanizminə hec bir ziyanı yoxdur. Belə ki, oruc tutmaq insan orqanizminin 24 saatlıq ümumi kalori ehtiyacını təmin etməsinə mənfi təsir göstərmir. Həqiqətən də, insan orqanizmi ramazan ayında digər vaxtlara nisbətən daha çox zülal, nişasta və şəkərdən istifadə edir. Bu da gostərir ki, oruc tutanlar böyük miqdarda kalori qəbul edir.

Araşdırma

Tibbi araşdırmda on üç nəfər könüllü olaraq iştirak edirdi. Onların ikisi altı aylıq hamilə qadın idi. Burada əsas məqsəd orucun insan orqanizminə təsirini təsbit etmək idi. Muqayisə etmək üçün həmin təcrubə eynilə və eyni vaxtda oruc tutmayan başqa bir könüllü iştirakçı (27 yaşlı) üzərində də aparıldı. Bu təcrübələrdə orucun vucudun kütləsinə və temperaturuna, nəbzə, təzyiqə, hüceyrələrin maddələr mübadiləsinə, orqanizmin maye tarazlığına təsiri araşdırıldı. Eyni zamanda qan və sidik analizi də götrüldü.

Təcrübə

Təcrübədə iştirak edənlərin üçü qadın idi. Qadınların birinin 17, birinin 27, birinin də 40 yaşı var idi. Təcrübədə iştirak edən kişilər isə 22-29 yaşlarında idi, yəni orta yaş həddi 29.5. Orta yaşlı insanlardan seçilən təcrübə iştirakçılarının qəbul etdiyi kalori miqdarı 2500-3000 arasında dəyişirdi. Eyni zamanda onlar tamamilə sağlam insanlar idi. Ramazandan əvvəl bir həftə boyunca iştirakcıların üzvi göstəriciləri uzərində lazımi təhlillər aparıldı. Burada əsas məqsəd nəticələri oruclu günlərdəki üzvi göstəricilərlə tutuşdurmaq və müqayisə aparmaq idi. Ramazandan bir həftə əvvəlki günlərdə ümumi analizlər səhər yeməyindən əvvəl, Ramazan ayındakı analizlər isə iftarda bir qurtum su içəndən sonar götrüldü. Bu təcrübələr Ramazanın birinci, onuncu, axırıncı günlərində və Ramazandan bir ay keçdikdən sonra  təkrarlandı. Təcrübədə ən müasir və dəqiq metodlardan istifadə olundu.

Təcrübənin nəticələri

1) Bədən kütləsi: Orucun bədən kütləsinə etdiyi təsir aşağıdakı cədvəldə gostərilmişdir. Cədvəldə cəki vahidi kimi “rıtl”dan (təxminən 410 qram) istifadə olunmuşdur.

 a – Ramazandan əvvəlki gostəricilər; b, c, d – Ramazanın birinci, onuncu və sonuncu gununun gostəriciləri; e – Ramazandan bir ay sonrakı gostəricilər

 Göstəricilərdən çıxarılan nəticələr: Oruc tutmayan təcrübə iştirakcısının bədən kütləsində ciddi dəyişiklik yoxdur. İkisi istisna olmaqla oruc tutan təcrübə iştirakçılarının cəkisi ramazan boyunca ən cox yeddi rıtl (2.87 kq) azalsa da, bir iştirakçının çəkisi dəyişməmiş, Ramazandan əvvəlki vəziyyətini qoruyub saxlamışdır. Hamilə qadının  çəkisi Ramazan boyunca dörd rıtl-a qədər yüksəlmişdi. Bundan başqa, Ramazandan bir ay sonrakı göstəricilərə görə, Ramazanda çəkisi azalan iştirakçıların yarısı itirilən çəkini bərpa etmişdi.

2) Qan dövranı:Oruc nəbzə və bədən temperaturuna ciddi şəkildə təsiri etmədi. Qanda hemoqlobinin miqdarı da normal qaldı. Buradan aydın olur ki, bir aylıq oruc müddəti hemoqlobinin miqdarında böyük dəyişiklik əmələ gətirə bilmir. Ümumiyyətlə, oruc tutanların qan təzyiqində də mühüm dəyişiklik baş vermədi. Yalnız Ramazanın ilk gunlərində bəzi iştirakcıların təzyiqi az miqdarda düşdü.

3) Hüceyrə tənəffüsüRamazan ayı boyunca hüceyrə tənəffüsündə mühüm dəyişiklik müşahidə olunmadı. Yalnız hamilə qadının hüceyrə tənəffüsü Ramazanın əvvəlində normadan +15,1 və Ramazandan bir ay sonra isə +26,15 vahid artmışdır.Bu göstəricilər də hamilə qadının orqanizminin dözə biləcəyi dəyişikliyi gostərir.

4) Qandakı şəkərin miqdarı: Aşağıdakı cədvəldə təcrübə zamanı qandakı şəkərin miqdarında meydana gələn dəyişikliklər verilir. Burada miqdar vahidi mqr/200 mm3-dir.

 
Ramazandan əvvəl

Ramazanda

Ramazandan sonra

a

bcd
e
Oruc tutmayan iştirakçı142140140142142
Oruc tutanlar (ortalama)122122121119121
Hamilə qadın106106108110117

 

a – Ramazandan əvvəlki göstəricilərbcd – Müvafiq olaraq Ramazanıbirincionuncu və axırıncı gününügostəricilərie – Ramazandan bir ay sonrakı göstəricilər

 Göründüyü kimi, oruc tutan iştirakçıların qanında olan şəkərin miqdarı müəyyən qədər (70 milli qram) azalmışdır. Bu da orqanizmdə normal şəkər miqdarının minimum səviyyəsi hesab olunur. Hec bir iştirakcıda şəkər miqdarı 104 milli qr-dan cox olmamışdır.

5) Qanda şəkərin istifadə vəziyyəti: Eyni zamanda Ramazandan əvvəl və Ramazanın sonunda orucun qanda şəkərin istifadə sürətinə göstərdiyi təsiri müəyyənləşdirmək üçün dörd iştirakçıdan (bir qadın və üç kişi) analiz götürüldü. Bu analizlərdən aydın oldu ki, oruc tutan iştirakçılarla oruc tutmayan iştirakçının qanındakı qlükoza miqdarı arasında böyük fərq yoxdur. Qanda tərkiblərin səviyyəsi oruclu günlərdə normal miqdarını qoruyub saxlamışdı. Bundan başqa, qara ciyərin normal fəaliyyətində də dəyişiklik baş verməmişdi.

6) Vücudda maye miqdarı: Bu təcrübə zamanı oruc tutan iştirakcıların əksəriyyəti lazımi miqdarda maye qəbul etdi. Hətta oruc tutan bəzi iştirakçılar normal miqdardan artıq (bir sutkada 2,4 litr) maye qəbul etdi. İfraz olunan sidik miqdarı aşağıdakı cədvəldən də göründüyü kimi, iyirmi dörd saat ərzində normal oldu. Oruc tutan iştirakçılarda ifraz olunan sidik miqdarı getdikcə azalsa da, bu hal oruc tutmayan iştirakçıda da müşahidə olundu. Buradan belə nəticə çıxdı ki, ifraz olunan sidik miqdarının azalması orucla deyil, havanın dəyişməsi və dəri məsamələrində meydana gələn buxarlanma ilə əlaqədardır. Çünki bu azalma həm oruc tutanlarda, həm də oruc tutmayan iştirakçıda müşahidə olundu.

 Ramazandan əvvəlRamazandaRamazandan sonra

a
bcd
e
Oruc tutmayan iştirakçı102  101105104100
Oruc tutanlar (ortalama)104107102102104
Hamilə qadın104103103108104

 

  Təcrübə nəticəsində müşahidə etdik ki,oruc əsnasında boyrəklərin fəaliyyətində ciddi dəyişiklik muşahidə edilməmişdir. Çünki bütün iştirakçılarda sidiyin tərkibi normal qalmışdır.

Umumi nəticə: yuxarıda verilən tibbi təcrübə gostərdi ki, oruc insan sağlamlığına zərərli deyil. Təcrübə zamanı oruc tutanlarda yalnız axşamlar günün uzunluğuna görə bir qədər halsızlıq və şəkər miqdarının azalması muşahidə olunsa da, bu azalma vucudun müqavimət və normal fizioloji səviyyəsindən kənara çıxmır.

Bir daha qeyd edək ki, bu təcrübələr sağlam insanlar üzərində aparılmışdır. Ona görə də deyə bilmərik ki, bu nəticələr xəstə və əlil insanlarda da eyni nəticəni verəcək. Bu baxımdan orucun şəkər xəstələrinə və ya başqa ağır xəstələrə təsiri araşdırılsa, cox faydalı olar. Bu təcrubə zamanı oruc tutanlarda, xüsusən, axşamcağı halsızlıq müşahidə olundu. Bu, bəlkə də, qanda şəkər miqdarının düşməsindən irəli gəlirdi, ancaq oruc tutanların vucudu iftar edəndən qısa müddət sonra əvvəlki gümrahlığını bərpa edirdi.

Araşdırmanı dəyərləndirən bir mütəxəssisin izahı

İki müsəlman alim müasir elmi metodla apardığı təcrübə orucun insan sağlamlığına mənfi təsir gostərmədiyini sübut etdi. Oruc nəinki zərərlidir, əksinə, insan sağlamlığına – elmi araşdırmaların müəyyən etdiyinə görə – bir sıra qaydaları var.

Ən başlıca faydaları bunlardır:

a) Oruc zamanı həzm sistemi dincəlir. Məlum olduğu kimi, həzm sistemi qarın boşluğunda yerləşən digər daxili orqanlar kimi uşağın ana südunu qəbul etdiyi andan ölənədək davamlı olaraq fəaliyyət göstərən üzvi “mexanizm”dir. Ona görə də qida qəbulunun bir necə saat dayandırılması bir sıra xəstəliklərin müalicəsi zamanı müraciət edilən təbii metodlardan biridir. Xüsusilə, xəstələri ağır əməliyyatlara hazırlayarkən mütləq bu üsula əl atılır. Çünki belə bir əməliyyatdan qabaq ümumi anasteziya (narkoz vermək) edilən xəstənin mədəsi tamamilə boş olmalıdır. Hətta ani əməliyyatlar zamanı bəzən cərrah xəstəni ümumi anasteziya etmək üçün onun mədəsini boşaltmağa məcbur qalır. Məşhur bir ərəb təbibi Haris b. Kəldə: “Mədə xəstəliklərin yuvası, pəhriz isə müalicənin başıdır,” – demişdir.

b) Az yeməyin cox yeməkdən faydalı olduğu qədimdən məlum olan elmi həqiqətdir. Daha acıq desək, orqanizm ucun zəruri qida maddələrini qəbul etmək şərti ilə günün müəyyən vaxtlarında yemək yeyib vaxtsız qidalanmaqdan uzaq qalmaq, mədəni yararlı-yararsız şeylərlə ağzınadək doldurmaqdan daha faydalıdır. Məhz orucun insan vücuduna verdiyi ən əhəmiyyətli faydalardan biri də budur. Çünki oruclu iftar açarkən az yeməklə kifayətlənir. Peyğəmbərimizin

(əleyhissalatu vəssalam) orucla bağlı sünnəti bu istiqamətdədir. Uca Allah (c.c.) da: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl cəkin,” – buyurur.[2]

c)Çox yeməyin sağlamlığa zərərli olması hamı tərəfindən qəbul edilmiş elmi həqiqətdir. Çox yeməklə muəyyən xəstəliklər bilavasitə bir-biri ilə bağlıdır. Revmatizmin bəzi növləri, ürək-damar xəstəlikləri, hipotoniya, hipertoniya, sidik də şəkər miqdarının artması kimi. Buna görə də xəstələr mədələrini ildə bir ay dincəltməyə əhəmiyyətsiz müalicə usulu kimi baxmamalıdır. Elmi araşdırmalar gostərir ki, orucun fərz olduğu yerlərdə (müsəlmanlar arasında) sözügedən mədə xəstəlikləri digər yerlərə nisbətən az yayılmışdır.[3]

 Son söz olaraq deyə bilərik ki, hər kəs əslində oruc tuta bilər. Ramazan bütün günahlarımızdan xilas ola biləcəyimiz rəhmət ayıdır. Bu aydakı feyzü-bərəkətdən faydalanmaq üçün oruc tutmamız lazımdır. Əgər hər hansısa bir xəstəliyimiz varsa da, oruc tutub-tutmayacağımız barəsində inaclı, özüdə oruc tutan bir həkimdən məsləhət almaq lazımdır. Yoxsa mən xəstəyəm deyib, oruc tutma mükəlləfiyyətindən boyun qaçırmaq doğru deyildir.

 Bu yazı “Sual və cavablarla oruc” adlı kitabdan alınmışdır. (Xəzər nəşriyyatı)

 

[1] Bəqərə” surəsi, 2/184

[2] Həşr” surəsi, 59/7

[3] Said Havva, el-İslam, s. 163-167

Müəllif: 


21-05-2018 12:47:20