Ana səhifə

Osmanlı padşahları içki içirdilər?


YazdırSend to friend

Osmanlı, xalqı, yeniçərisi, saray əyanı, sədrəzəmi, şeyxülislamı, padşahı; hasili bütün ünsürləriylə İslama könül vermiş, onu yaşatmaq üçün canını, malını, bütün varlığını səfərbər etmiş bir millət idi. Onların tək idealı, tək düşüncəsi vardı; o da İslamı möhtac könüllərə və iqlimlərə çatdırmaq, bir Peyğəmbər vəzifəsi olan təbliği ən mükəmməl şəkildə yerinə yetirmək idi.

Bu ruhu və yüksək idealı təmsil edən Osmanlını və onun nümayəndəsi olan padşahları qaralamaq, şərəf və etibarlarını zədələmək üçün bəzi hiyləgər və açıq fəaliyyətlər həyata keçirilir. Xüsusilə xarici tarixçilər və səyyahlar tərəfindən qələmə alınan əsərlərdə bu növ ittiham və böhtanları hər vaxt görmək mümkündür.

Bu ittiham və günahlandırmalar cümhuriyyət dövrünə qədər çox da etibar görmürdü. Çünki xalq padşahın necə bir şəxsiyyətə sahib olduğunu, necə bir yaşayış içində olduğunu bilir, görür və xəbər alırdı. Lakin nə vaxt ki Osmanlı, dövrünü tamamlayıb “tarix” olmağa üz tutdu, ondan sonra haqlarında deyilməyən söz qalmadı. Xüsusilə cümhuriyyət dövründə ortaya atılan bəzi yaraşdırma və ittihamlar rəsmi tarixçilər tərəfindən qələmə alınınca məsələ tamamilə cığırından çıxdı. Həqiqət tərsinə döndü.

Daha çox iki padşah “içki içməkdə” ittiham edilir: İldırım Bayazid və Dördüncü Murad. Başda əcnəbi tarixçilər olmaq üzrə bəzi yerli tarixçilər də İldırım Bayazidin Serb Şahzadəsi olan xanımı Olivera tərəfindən içkiyə öyrəşdirildiyi iddia edilir. Ümumiyyətlə, o sıralar Anadolu xalqını İldırımdan soyutmaq üçün Anadolu Bəyləri tərəfindən çıxarılan bu söz-söhbətlər, Şeyx Hamid Aksarayinin də qulağına getmiş olmalı ki, İldırım, Bursada tikdirdiyi Ulu Məscidi gəzdirib necə olduğunu soruşduqda, Şeyx: “Yaxşıdır, lakin dörd küncündə dörd meyxana əskikdir,” -deyərək acı bir üslubla Padşaha xəbərdarlıq etmişdir.

Bu qısa hadisə də göstərir ki, padşahlar başda şeyxülislam olmaq üzrə dövrün üləma və məşayixinin murakabəsi altında idi.

Üstəlik, 13 illik padşahlığı dövründə İldırımın kefə və əyləncəyə vaxt tapması da qeyri-mümkün idi. Ömrü fəthlərdə, müharibələrdə və həmişə əsgərin içində keçmiş olan bir insanın, hələ Allah üçün cihada çıxıb İslamın yayılması məqsədilə canını dişinə taxan bir sultanın dininin haram saydığı bir şeyi etməsi düşünülə bilərmi?

Eyni iftiralar IV Murad üçün də deyilir. Bilindiyi kimi IV Murad Bağdad fatehi idi. İrandan gələn qarışıqlıqları dəf edərək İslam birliyini qurmaq üçün çalışan bir padşah idi. Şiələr onu Müsəlmanların gözündən salmaq üçün “İçki içdi,” “Tiryək istifadə etdi” kimi böhtanlar atmışlar. Bunun da əsli-əsası yoxdur.

Qaynaq: Mehmet Paksu, Çağın Gətirdiyi Suallar



26-04-2011 12:00:00