Ana səhifə

Ovçuluğun dinimizdəki hökmü nədir?


YazdırSend to friend

Ov etmək qanuni bir iş və mübah bir məşğuliyyətdir. Cənabı Haqq Qurani Kərimdə insanların dəniz və quruda ovlana biləcəklərini bildirmiş, bu yolla da nemətlərindən istifadə edə biləcəyimizi bəyan etmişdir.

Bu xüsusdakı Maidə Surəsinin 96-cı ayəsinin tərcüməsi belədir:

"Dəniz ovu və yeməyi istifadəniz üçün sizə halal olundu. Quru ovu isə, əhramda olduğunuz müddətcə sizə haram qılınmışdır. Qiyamət Günü hüzurunda toplanacağınız Allahdan qorxun və qadağanlarını tapdalamaqdan çəkinin."

 

Ov etmək başlıca üç məqsəd üçün edilər:

1. Ətindən istifadə etmək üçün.

2. Dişi, buynuzu və dərisindən istifadə etmək üçün.

3. Təhlükə və zərərlərindən xilas olmaq üçün.

 

Bunlar bir ehtiyacdır və bir yerdə də zərurətdir. Bunun üçündür ki, Cənabı Haqq qoyun, keçi və bənzəri ev heyvanları kəsməyi halal etdiyi kimi, ov heyvanlarından istifadə etməyi də mübah və qanuni etmişdir.

 

Sırf idman, əylənmə və zövq üçün ov etmək haram olmasa da bu işlə məşğul olmaq insanın canlılara olan mərhəmət və şəfqət duyğularını zədələyər, ürəyə qatılıq və qəflət verər.

 

Peyğəmbər Əfəndimiz (s.ə.s.) bir hədisində bu xüsusa belə işarə edər:

"Çöldə oturan kimsə sərt təbiətli olar. Ovçuluqla məşğul olan kimsə qafil olar. Bir səbəb və ehtiyac yoxkən sultana yaxınlaşan kimsə də fitnəyə məruz qalar."

 

Bu vaxt "Yerdəkilərə mərhəmətli və müşfiq davranın ki, göydəkilər də sizə ağrısın" tərcüməsindəki hədisi də xatirdən uzaq tutmamaq lazımdır.

 

Maral və ceyran kimi heyvanları ovlamaq, əsas etibarilə caiz və mübahdır. Ancaq yuxarıda hədisdə keçən xüsuslara əlavə olaraq, bir də məsələnin bilinən bu cəhəti vardır: Bu heyvanların nəsili getdikcə azalmaqda, bəzi cinsləri də tamamilə yox olmağa üz tutmaqdadır.

 

Dünyada ekoloji tarazlıq deyilən bir hadisə var. Təbiətdə yaradılan nə varsa hamısı bir-biriylə əlaqədardır. Birinin əskikliyini, o birisi bağlamaqda, kompensasiya etməkdədir. Bir canlı növünün itməsi, nəsilinin tükənməsi bu tarazlığı pozmaqdadır.

 

Bu tarazlığın mühafizəsinə köməkçi olmaq üçündür ki, quru və dəniz ovçuluğu barəsində dövlət diametrində tədbirlər alınmaqda, qadağanlar qoyulmaqdadır. Ayrıca ovun sərbəst olduğu aylar da tətbiq edilməkdədir.

 

 

Qaynaq: Məmməd Paksu Çağın Gətirdiyi Suallar



19-11-2009 12:00:00

Düğüme özel