Ana səhifə

Oxumaq üçün başını açmaq zərurəti haramı halal edər qisiminə girər mi?


YazdırSend to friend

Başı örtmək Allahın əmridir. Oxumaq üçün başını açan bir qadın bunun haram olduğunu bilərək etsə günahkar olmaqla birlikdə dindən çıxmaz. Ancaq oxumanın zərurətə, məcburiyyətə girdiyini söyləmək doğru deyildir.

Üzrün dərəcələri və növləri vardır. Oxuyan bir qardaşımızın məktəbdən qovulmamaq üçün başını açaraq oxuması ilə, sırf gözəl görünmək və zövq almaq üçün başını açanın məsuliyyəti əlbəttə eyni deyildir. Ancaq başı açmaq zərurətdir və günahı yoxdur deyilə bilməz.

Başı açmanın üzr olması üçün zərurət olmalıdır. Yəni başını açmadığı təqdirdə həyatını davam etdirə bilməmə vəziyyəti olması lazımdır. Məsələn, başqasının malını xəbərsiz yemək haramdır. Ancaq adam ac qalar və yemədiyi təqdirdə ölümlə baş-başa qalacaqsa bu vəziyyətdə o haram malı yeməsi halal olar. Sonra mal sahibi ilə halallaşar.

Təsəttür də bunun kimidir. Hayati bir təhlükə varsa başını aça bilər. Yoxsa aça bilməz. Başını açıb da oxumağı düşünən kimsə, bunun haram olduğunu bilməli və tövbə istiğfar etməlidir.

İslama xidmət etmək məqsədiylə oxuduğunu söyləyən bir qadin çadrani çixardaraq oxuya bilərmi?




08-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz