Oxumaq üçün başını açmaq zərurəti haramı halal edər qisiminə girər mi?


Başı örtmək Allahın əmridir. Oxumaq üçün başını açan bir qadın bunun haram olduğunu bilərək etsə günahkar olmaqla birlikdə dindən çıxmaz. Ancaq oxumanın zərurətə, məcburiyyətə girdiyini söyləmək doğru deyildir.
Üzrün dərəcələri və növləri vardır. Oxuyan bir qardaşımızın məktəbdən qovulmamaq üçün başını açaraq oxuması ilə, sırf gözəl görünmək və zövq almaq üçün başını açanın məsuliyyəti əlbəttə eyni deyildir. Ancaq başı açmaq zərurətdir və günahı yoxdur deyilə bilməz.
Başı açmanın üzr olması üçün zərurət olmalıdır. Yəni başını açmadığı təqdirdə həyatını davam etdirə bilməmə vəziyyəti olması lazımdır. Məsələn, başqasının malını xəbərsiz yemək haramdır. Ancaq adam ac qalar və yemədiyi təqdirdə ölümlə baş-başa qalacaqsa bu vəziyyətdə o haram malı yeməsi halal olar. Sonra mal sahibi ilə halallaşar.
Təsəttür də bunun kimidir. Hayati bir təhlükə varsa başını aça bilər. Yoxsa aça bilməz. Başını açıb da oxumağı düşünən kimsə, bunun haram olduğunu bilməli və tövbə istiğfar etməlidir.
İslama xidmət etmək məqsədiylə oxuduğunu söyləyən bir qadin çadrani çixardaraq oxuya bilərmi?
Düğüme özel
- Qur`an-ı Kərim oxuyarkən hicab örtmək gərəkirmi?
- Özüm üçün ümrə və həcc etdikdən sonra məkkədə qalan zamanımda vəfat etmiş bir şəxs üçün ümrə etmək istəsəm yenidən ehrama məkkədə girə bilərəm,yoxsa onun üçün yenidən miqat sınırına gedib orada ehrama girib niyyət etməliyəm?
- Hamiləykən namaz qılmaq olarmı; qılınarsa nələrə diqqət edilməlidir?
- Cinlərdən qorunmaq üçün oxunan, Rabbi ənnî məssəniyə'ş-şəytânu binusbin və əzab, .. duasının üç yüz dəfə oxunması məsələsini izah edərsinizmi?
- Möhtəşəm Fürsət: Zilhiccənin On Günü
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.