Ana səhifə

Peyğəmbər Əfəndimizin (s.ə.s.) (Axır zamanda, sizin ən yaxşınız uşağı olmayandır) deyə hədis-i şərif i var mı? Bu hədis -Mən ümmətimin çoxluğu ilə iftixar edərəm- hədis-i şərifinə tərs deyilmi?


YazdırSend to friend

İslam ümumi olaraq evlənməyi təşviq edir. Evliliyin hökmü şəxsə və zamana görə dəyişə bilər. Axır zamanda evlənməməklə əlaqədar hədislərin hökmü ümümi deyil. Elə olsaydı son dövrü bir neçə əsr davam edən axır zamanda heç bir müsəlman evlənməycək olsa bir əsr ərzində dünyada müsəlman qalmamış olacaqdı. Üzrə əsasən evlənməyən sünnəyə zidd hərəkət etmiş sayılmaz. Axır zamanda hər tərəfdən islama hücum edilməsi islama xidmət edənlər baxımından evlənməmək üçün üzr olar. Peyğəmbərimizin evlənməyən məndən deyildir deməsi evlənməyi xristianlıqda olduğu kimi ruhbanlıqla qarışdıranlar üçündür.

İslamda evlənmənin hökmü:

Evlənəcəklərin vəziyyətinə görə nigahın hökmü fərz, vacib, sünnə, haram və məkruh deyə dörd qismə ayrılır.

a) Fərz olan evlilik: Evlənmədiyi halda zinaya düşəcəyi mütləq olan bir kimsənin evlənməsi fərzdir. Ancaq bu hökmün etibarlılığı kişinin mehri verə biləcək və yoldaşının dolanışığını təmin edə biləcək gücdə olmasına bağlıdır.

b) Vacib olan evlilik: evlənmədiyi təqdirdə zinaya düşmə təhlükəsi olanın evlənməsi isə vacibdir. Bundakı şərt da, kişinin mehri verəcək və yoldaşının dolanışığını təmin edəcək gücə sahib olmasına bağlıdır.

c) Haram olan evlilik: Evləndiyi zaman yoldaşına zülm edəcəyi bilinən kimsənin evliliyi haramdır. Quruluşu etibarilə hər kəsə zülm edən birinin yoldaşına da eyni rəftarı edəcəyi düşünülər.

d) Məkruh olan evlilik: Evləndiyində yoldaşına zülm etmə ehtimalı olanın evlənməsi isə məkruhdur.

e) Sünnə olan evlilik: Cinsi baxımdan etidal (orta) halda olanların evlənməsi sünnə-i müəkkədedir. Etidal`dan qəsd olunan, evlənmədiyi təqdirdə zinaya düşməyəcəyindən əmin olan və evləndiyində yoldaşına zülm edəcəyindən əndişə edilməyəndir. (İbn Abidin, c.5 s.253; Məzahib-i Ərbəa, c.5 s.17)

İslamda subay qalmaq varmıdır?

İslam dinində subay qalmaq yoxdur. Kasıb olduğu üçün evlənə bilməyənə zəngin müsəlmanların kömək etməsi lazımdır. Çünki evlənə bilməyən kişi və qadının namuslu bir həyat sürməsi və cəmiyyətin bu mövzuda qorunması üçün tək çarə onların evlənmələrini təmin etməkdir.

Bilindiyi kimi Hz. Muhamməd sallallahu aleyhi və səlləm və Onun səhabələri evlənmiş və onlara tabe olanlar bu sünnəti davam etdirmişlər.

Bu mövzuda Allah (subhanəhu və təala) belə buyurmaqdadır:

"İçinizdən subayları və kölələrinizdən, cariyələrinizdən saleh olanları evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları zənginləşdirər. Allah (lütfü) geniş olan və (hər şeyi) biləndir." (Nur surəsi, 32)

Rəsulullah sallallahu aleyhi və səlləm də bir çox hədislərində bu mövzuya diqqət çəkmişdir:

"Evlənmək mənim sunnəmdir. Kim mənim bu sünnəmlə əməl etməzsə mənim yolumda olmamış olar. Evlənin! Çünki mən digər ümmətlərə qarşı sizin çoxluğunuzla fəxr edərəm. Evlənməyə imkan tapa bilməyən oruc tutsun. Çünki oruc şəhvəti qırar ." (İbn Ma'ce, Nikah l)

"Ey gənclər birliyi! Kim içinizdən evlənməyə güc tapırsa evlənsin. Çünki gözü haramdan ən çox saxlayan, isməti ən yaxşı mühafizə edən budur. Kim də evlənməyə güc tap bilməzsə oruca davam etsin. Çünki oruc, onun üçün bir qorunmadır." (Buxârî, Nikâh 2-3; Müslim, Nikâh 1-3; Əbu Dâvud, Nikâh 1; Tirmizî, Nikâh l Nəsâî, Nikah 3; İbn Ma'cə, Nikah l)

"Dörd şey Peyğəmbərlərin sünnələrindəndir. Həya, gözəl ətir vurmaq, misvaq istifadə etmək və evlənmək." (Tirmizî, Nikâh l)

Bu dəlillərdən də aydın olduğu kimi, İslamda subay qalmaq yoxdur. Rəsulullah'ın (sallallahu aleyhi və səlləm) sünnəsinə tabe olanların evlənməsi lazımdır. İslama xidmət məqsədiylə subay qalmaq söz mövzusu deyildir. Hər mövzuda olduğu kimi təbliğdə də, İslâmî mübarizədə də rəhbərimiz Hz. Muhamməddir (sallallahu aleyhi və səlləm). O bizə necə göstərmişsə elə hərəkət etməliyik.

Evlənmə səlahiyyəti

Nigahın etibarlı olması üçün yetkinlik şərt deyildir. Buna görə kiçiklərin evliliyi, vəlisi və ya vəkili tərəfindən edilsə etibarlıdır.

Ağıl xəstələrinin nikahı eyni şəkildə vəliləri tərəfindən həyata keçirilir.

Ağıllı və yetkinlik çağına gələn biri, Hənəfi məzhəbinə görə vəlisinin icazəsi olmadan evlənə bilər. Eyni şəkildə dul və ya bakirə qadın da vəlisinin icazəsi olmadan evlənə bilər.

Qadın yetkinlik çağına çatdıqdan sonra kimsə onu evləndirməyə məcbur edə bilməz. Yetkinlik çağına çatan qızın vəlisi özündən icazə istədiyi zaman əgər qız susub cavab verməz və yaxud gülərsə icazə vermiş sayılır. Rasululah (sav) bu mövzuda belə buyurur:

"Dul özünü evləndirmə barəsində vəlisindən daha irəlidir. Bakirələrin icazəsi istənilir, onun icazəsi susmasıdır." (Müslim, Nikâh 66; Tirmizi, Nikâh 12; Əbu Dâvud, Nikâh 26; Nəsâî, Nikâh 31-32)

Bakirə bir qız Rəsulullah`a (sallallahu aleyhi və səlləm) gələrək özü istəmədiyi halda atasının onu məcbur evləndirəcəyini söylədi. Bunun üzərinə Peyğəmbər (sav), bu nikahı qəbul edib etməməkdə qızı sərbəst buraxdı. (Əbu Davud, Nikâh 25)



24-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz