Ana səhifə

Peyğəmbərimiz “Allahın sevdiyi və sevmədiyi qısqanclıq ilə sevdiyi və sevmədiyi lovğalığın” olduğunu bildirir. Allah qısqanclığı və təkəbbürü necə sevər?


YazdırSend to friend

 

Cabir b. Atikin rəvayət etdiyinə görə Allahın Peyğəmbəri Muhamməd (s.ə.s.) belə buyurdu:

“Allahın qısqanclığın bəzisini sevir, bəzisinə də qəzəblənir. Allahın sevdiyi qısqanclıq şübhə doğuran işlər haqqındakı qısqanclıqdır. Allahın qəzəbləndiyi qısqanclıq isə şübhə doğurmayan işlərdən kənar olan qısqanclıqdır. Allah təkəbbürün bəzisinə qəzəblənir, bəzəsini də sevir. Sevdiyi təkəbbür insanın müharibə vaxtı və sədəqə verərkən təkəbbürdür. Allahın qəzəbləndiyi təkəbbür isə azğınlıq və lovğalanaraq özünü çəkməkdir.” (Ebu Davud, Cihad 114, (2659); Nesai, Zekat 66; Ahmed b. Hanbel, V, 63, 445-446)

Rəsulullah (aleyhissəlatu vəssəlam) bu hədislərilə insanlardakı bəzi xüsusiyyətlərin həm yaxşı, həm də pis tərəflərinin olacağına diqqət çəkir və bunlardan ikisinə misal gətirir: qısqanclıq və qürur.

Uca Allah insanın anası, bacısı, həyat yoldaşı, qızı kimi qadınlar haqqında duyduğu qısqanclıq duyğularının bir qismini sevdiyi halda, bəzi qısqanclıqları xoşlamır və bu cür qısqanclıqların sahibinə qəzəblənir.

İnsan qohumlarının birində haram bir davranış gördükdə qısqanclıq edərsə, bu gözəl bir davranışdır. Allah Təala həzrətləri bu cür qısqanclığı sevir. Buna görə Allahın xoşladığı qısqanclıqlar qadınların özlərinə nikah düşən şəxslərlə zarafatlaşıb qarşılıqlı gülüşmələrinə qədər olan səmimiyyət qurmalarına qarşı duyulan qısqanclıqdır. Yad bir qadınla kişi arasında qurulan və qarşıdan baxan insanların qəlbində haqlı olaraq bir şübhə oyandıran bu cür səmimiyyətlər və çox yaxın olmalarına görə olan qısqanclıqlar Allahın xoşuna gələn davranışdır. Uca Allah yad kişi və qadınlar arasında qurulan bu cür dostluqlar üçün “Allahdan daha qısqanc kim ola bilər? Elə Allah zinanı da bu qısqanclığına görə haram qılmışdır.” (bax: Buxari, Nikah 107; Müslim, Tövbə 33) buyurur.

Allahın xoşlamadığı və sahibinə qəzəbləndiyi qısqanclıqlar isə Allahın buyurduğu doğru davranışlar və münasibətlərə görə duyulan qısqanclıqlardır. Bir kimsənin anasının, bacısının və ya yaxını olan digər qadınların ailə qurduqlarına görə duyduğu qısqanclıq kimi. Müsəlmana yaraşan Allahın razı olduğu hər şeyə razı olmaq, razı olmadığı şeylərə də razı olmamaqdır. Yaxınlarını halallarına qısqanmaq doğru deyildir. Allah bundan razı qalmaz. Belə ki, Allahın nikah kimi doğru yolla halal buyurduğu şeyə razılıq verməyimiz fərzdir. Bunun əksini düşünmək cahiliyyət adətlərini Allahın əmrindən üstün tutmaq olar.

Eyni şəkildə büyüklük taslama, başqa sözlə, lovğalanma və ya qürurlanma da iki cürdür. Bunlardan Allahın sevdiyi qürurlanmalar müharibədə düşmənə qarşı göstərilən qürurlanmalar, təkəbbür göstərmə və özünü öymələrdir. Çünki müharibədə düşmənə qarşı göstərilən bu cür davranışlar müsəlmanın cəsarətini artırır. Bu baxımdan müharibə vaxtı təkəbbür Allahın xoşuna gəlir (Müslim, Fedailü’s-Sahabe, 25). İnsanın düşmən qarşısında özünə güvənərək şücaət göstərməsi, qorxu bilmədən atılması düşməni qorxudur və onu zəfərə aparır. Allah bu qüruru sevir. Müharibə vaxtı düşmənə qarşı göstəriləcək təvazö isə qürurun tam əksinə, düşmənin əhvalını yüksəltməyə və müsəlmanın cəsarətini qırmağa yaradığına görə doğru deyil, bu xüsusiyyət pislənir.

Allahın xoşladığı qürurlanmalardan biri də sədəqə verərkən göstərilən qürurdur. Başqa sözlə, sədəqə verən şəxsin verdiyi sədəqənin miqdarına əhəmiyyət verməməsi və verdiyi sədəqəni davamlı olaraq az görərək özünün ona heç bir ehtiyacı olmadığını qəlbində hiss etməsi, səmimi qəlbdən verməsi və buna görə də heç bir zaman verdiyi sədəqəni başa qaxmamasıdır. Sədəqə verdikdə olan qürur daha çox verməyə sövq etdiyi üçün Allah qatında doğru görülür.

Hədisdə bildirilən “sədəqə verərkən təkəbbür” ifadəsinin mənasını bu ayədə görmək mümkündür. “... Nəfsinin xəsisliyindən qorunan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!” (Həşr surəsi, 59/9). Nicat tapanlar nəfsinin xəsisliyindən qorunanlarla məhdudlaşdırılmışdır. Xəsis xeyir iş görülməsini sevməz, xeyir iş görməli olarsa, qəlbi daralar və başqasının əlinə bir nemət keçməsindən xoşlanmaz.

Allahın qəzəbləndiyi qürurlanmalar isə insanın etdiyi zülmlərlə, əsil-nəcabət və soy iddiaları ilə öyünməsi, lovğalanma və başqalarına aşağı gözlə baxmasıdır. Əslində isə şan və şərəf soyda, əsil-nəcabətdə deyil, təqvadadır. Allah Təala insanların bir-birlərinə qarşı öyünmələri üçün deyil, bir-birlərini rahatlıqla tanıya bilmələri üçün onları ayrı-ayrı qəbilələ şəklində yaratmışdır.

Azğınlıqdakı qürur insanın etdiyi zülm və təcavüzlərlə, qəsbkarlıq və işğal kimi qadağan olunmuş hərəkətlərlə öyünməsidir. Allahın bunu sevməyəcəyi açıqdır.

Öyünmə zamanı olan qürur isə öz nəcabəti, şərəfi,  malı, mövqeyi, şücaəti və sair varlıq və imtiyazları ilə öyünməsidir. Sırf öyünmək üçün etdiyi ikram və comərdliklər də bu qrupa aiddir. Allah bu cür qürurları sevmir.

 

İstifadə edilən mənbələr:

 

1. Sünen-i Ebu Davud Terceme ve Şerhi, Şamil Yayınevi: 10/203-204;

 

2. İbrahim Canan, Kütüb-i Sitte Tercüme ve Şerhi, 15/33

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz