Ana səhifə

Peyğəmbərimiz (s.ə.v.) bizlərə az yemə mövzusunda necə bir tövsiyə etmişdir?


YazdırSend to friend

Sağlamlığını düşünən və ömürünün uzun olmasını istəyən, Hz. Peyğəmbər (s.ə.v.)-in bu tövsiyəsini mütləq tətbiq etməlidir.

 

"İnsana, yaşaması üçün bir neçə loxma yetər. (Güclənib daha çox içalışmaq üçün) çox yemək istəyən, qarınının yəni mədəsinin üçdə birini yeməklə doldursun, üçdə birini suya ayırsın, üçdə birini də rahat nəfəs alması üçün boş buraxsın." (1)

 

Araşdırmalar, dərin və rahat nəfəs ala bilmək üçün mədənin tam dolu olmaması lazım olduğunu ortaya qoymaqdadır. Nəfəsin tam olaraq alına bilinməməsi, ömürün də tam olaraq yaşanmaması mənasını daşıyar. Ayrıca təmizlənmək üçün ağciyərlərə gələn çirkli qan, tamamilə təmizlənmədən təkrar bədənə yayılar; beləcə insanın sağlamlığı pozular. Çünki qanı təmizləyən şey tənəffüs vasitəçiliyi ilə ciyərə girən oksigendir. Bu da dərin nəfəs almaqla təmin edilər. Dərin nəfəs almaq üçün də mədənin bir hissəsi boş qalmalıdır.

 

İnsan -təxminən- dəqiqədə on altı nəfəs alar. Hər -dərin və tam- nəfəsdə yarım litr hava alar. Beləcə insan gündə: 16x60 dəqiqə x 24 saat = 23.240 nəfəs alar. 23.240 x 1/2 = 11.620 litr hava alar.

 

Qanımızı təmizləyən, 11.620 litr havada olan oksigendir. Bu da ciyərlərimizi tamamilə şişirərək tam nəfəs almaqla təmin edilər. Mədəmizi yeməklə şişirsək, ağciyərlərimizin şişməsi üçün qarnımızda boşluq qalmaz, nəticədə nəfəsimizi yarım alarıq. Belə olunca hava yoluyla ciyərimizə girən oksigen də yarıya düşər. Bu da qanımızın təmizlənməsinə çatmaz və sağlamlığımız pozular.

 

Çətinliklə qazandığımız pulla alıb, bir çox zəhmətlərlə bişirib yediyimiz yeməklər, bizə güc verəcəyinə xəstəlik gətirər. Hz. Peyğəmbər (s.ə.v.) mədəni doldurana qədər yemənin, nə qədər pis və zərərli olduğunu bir cümlə ilə nə gözəl ifadə etmişdir:

 

"Adəmoğlu qarınından daha şərli bir qab doldurmamışdır." (2) Yəni insanın doldurduğu ən pis şey, qarın dolusu yeməsidir, demişdir.

 

Qaynaqlar:

1. İbn Macə, Ətimə, 50

2. Tirmizi, Zühd, 47



02-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz