Ana səhifə

Peyğəmbərimiz (s.ə.v.) öz soyunu necə ifadə etmişdir?


YazdırSend to friend

Bir gün Səhabələrdən Abdullah bin Cabir (r.ə.),

"Ya Rəsulullah," dedi, "mənə, Allahın hər şeydən əvvəl yaratdığı şey nədir, söyləyərsənmi?" Bu cavabı verdilər:

"Hər şeydən əvvəl sənin Peyğəmbərinin nurunu, öz nurundan yaratdı. Nur, Allahın qüdrəti ilə dilədiyi kimi gəzərdi. O zaman nə Lövhü Məhfuz, nə qələm, nə Cənnət, nə Cəhənnəm, nə mələk, nə səma, nə ərz, nə günəş, nə ay, nə insan və nə də cin vardı." 1Semayı bütün haşmetiyle işıqlandıran nur, sonra ilk olaraq Hz. Adəmin alınında parladı. Sonra peyğəmbərlərdən peyğəmbərə keçərək İbrahimə (ə.s.) qədər gəldi. Ondan da oğlu Hz. İsmayıla intiqal etdi…

Hz. İbrahim, bu müqəddəs binanın təkrar inşası üçün Cənabı Haqqdan əmr aldı və oğlu İsmayılla birlikdə dərhal işə başladı.

Kəbənin inşası tamamlanınca, ata oğul əllərini dərgahı İlahiyyə açaraq belə yalvardılar:

"Ey Rəbbimiz! Nəsilimizdən gələn Müsəlman ümmət içindən bir peyğəmbər göndər. Ki o, onlara ayələrini oxusun, Kitabı və hökmlərini öyrətsin. Onları günahlardan təmizləsin! "2 Cənabı Haqq, edilən bu səmimi duanı cavabsız buraxmadı və Hz. İsmayılın nəsilindən peyğəmbərlərin rəisi Hz. Məhəmmədi (s.ə.v.) göndərərək qəbul etdi. Bu həqiqəti Kainatın Əfəndisi, "Mən, atam İbrahimin duasıyam..." 3 buyuraraq ifadə etmişdir.

Hz. İsmayılın övlad və nəvələri getdikcə çoxaldı və Ərəb Yarımadasının hər tərəfinə dağıldı. İçlərindən Adnanoğulları, onlar içindən Mudaroğulları və onlar içindən də Qureyş Qəbiləsi digərlərindən üstün və fərqli oldu. Qureyş Qəbiləsi içində isə Haşimiler qolu hamısından daha çox fəzilət və şərəf tapdı.

Bu həqiqəti də şəxsən özləri bu şəkildə ifadə buyurdu:

"Allah, İbrahimoğullarından İsmayılı, İsmailoğullarından Kinaneoğullarını, Kinaneoğullarından da Qureyşi, Qureyşdən də Bəni Haşimi, Bəni Haşimdən də məni seçmişdir." 4

"Mən, nəsildən nəsilə, ailədən ailəyə seçilərək intiqal edən Adəmoğulları soylarının ən təmizindən gəldim, sonunda içində olduğum 'Haşimoğulları' ailəsindən neşet etdim."

"Allah məni, daim halal ataların sulbünden, təmiz anaların rəhminə nəql edərək, sonunda atamla anamdan ızhar etdi. Adəmdən, ana-atama gələnə qədərki nəslim içində nigahsız birləşən olmamışdır."

1. Kastalani, Mevabibül-Ledünniye:1/7

2. Bəqərə Surəsi, 129

3. İbni Hişam, Sire: 1/175; Taberi, Tarix: 2/128.

4. İbni Sad, Tabakat: 1/20. Müslim: 7/58



02-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz