Ana səhifə

Peyğəmbərimiz uyluğu açıq olaraq oturduğunu bildirən hədislərə görə kişinin övrət yeri haradır?


YazdırSend to friend

   Kişinin övrət yeri Hanəfî, Mâlikî, Şa­fiî ve Hanbəlîlər'in  meydana gətirdiyi cumhuru fukahâya görə göbəklə diz qapağı ara­sıdır. Ancaq Hanəfîlər diz qapağının da övrət yerinə daxil olduğunu və bunun ehtiyat və təqvaya daha uyğun olacağını qəbul edərlər.      

     Bu mövzudakı görüş ayrı­lığına əsas təşkil edən dəlillər daha çox hədislərdir. Çünki âyət-i kərîmələr­də övrət yerinin sərhədini açıqca təyin edən bir hökm yoxdur. Âyələrdə keçən"sev`ə" (əl-A'râf 7/26) kəliməsiylə "galiz övrət" deyilən tənasül(cinsi) üzvü nəzərdə tutulmakda və örtülmələri lazım olan digər yerlərin sərhədləri mövzusunda ətraflı məlumat verilmə­məkdədir. 
    Hədislər isə bu mövzuda daha açıq hökmlər gətirməkdədir. Allah Rəsulu (sallallahu aleyhi və səll) bir hədisində, "Müsəlman kişinin uyluğu (diz qapağı ilə ombası arası) övrətdir." buyurmaqdadır (Müsnəd, III, 478). 
     Digər bir hədisdə də kişinin örtülməsi fərz, baxılması haram olan yerlərinin "gö­bəyi ilə diz qapağı arası" (Əbû Dâvûd. "Li­bâs", 37; Dârəkutni, 1, 230, 231) olduğu ifadə edilmişdir.
     Buna görə kişinin göbəyi ilə diz qapağı arasında qalan yerləri aç­ması haram olduğu kimi, yoldaşı xaric digər bütün kişi və qadınların onun göbək və diz qapağı arasına -zərurət olmadan- baxmaları da haram sayılmışdır. 
     Bu­nunla birlikdə Allah Rəsulu (asm)`ın uyluğu açıq olaraq oturduğuna, yanına girmək istəyənlərə bu halıyla icazə verdiyinə, ətəyini uyluğu görüləcək şəkildə yuxarı çəkdiyinə dair hədislər də rəvayət edilmişdir (bax. Buxârî, "Salât", 12; Müslim, "Fəzâ'ilü's-sahâbə", 26; Beyhaki, II, 231; Şəvkânî, II, 71). 
    Zahirilər və bəzi Əhl-i sünnə alimləri bu rəvayətlərə əsaslanaraq uylu­ğun övrət sayılmayacağını söyləmişlər. (bax. İbn Kudâmə, 1, 578; Makdisî, 1, 456; İbn Rüşd, Bidâyətul-mücləhid, 1, 99; Əbu'l-Vəlîd b. Rüşd, XVIII, 277; İbn Hazm, III, 210-213). 
     Buxârî də Səhîh'ində ("Salat", 12) Rəsulullah (asm)ın uyluğunun açıq oldu­ğunu bildirən Ənəs hədisinin sənəd baxımından daha qüvvətli olduğunu, uylu­ğun övrət sayıldığını bildirən Cərhəd hədisinin isə dini mövzularda ehtiyatlı dav­ranma prinsipinə daha uyğun gəldiyini yazaraq söz mövzusu rəvayətləri uzlaşdırma yolunu seçmişdir.

      Rəvayətlərin hamısı diqqətə alınıb araşdırıldığında, üç ayrı tə­birin istifadə edildiyi görülür: Fahiz, rükbe, sak... Rasulüllah`ın hər vaxt və hər yerdə ədəb, tərbiyə, nəzakət və ciddiliyin ən üst mənasını özündə daşıyıb tətbiq etdiyini düşünsək, bu iki nəticəni çıxarmamız çox daha uyğun olar:

       Birincisi, uzalı bir vəziyyətdə ikən fərqinə varmadan uylukları açılmış ola bilər. Hz. Osman(Allah ondan razı olsun) içəri girin­cə ona olan hörmət və diqqətini göstərərkən yığışma ehtiyacını hiss etmiş və eləcə açıq olan uyluğunu da örtmüşdür.

      İkincisi, uy­luğunun deyil, baldır və ya dizlərinin açıq olduğu vəziyyətdir ki, bunda bir zərər yoxdur.



10-05-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz